"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
25-11-2023, 11:02
Heydər Əliyev Sarayına yeni direktor təyin olundu


Heydər Əliyev Sarayına yeni direktor təyin olundu

Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyinat olub.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, İlham Zakir oğlu Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.
İlham Qasımov 1977-ci ildə anadan olub. 1998-ci ildə Azərbaycan Texniki Universitetini bitirib.
1992–1996-cı illərdə “Şən və Hazırcavablar Klubu”nun (ŞHK) üzvü olub. 1994–1995-ci illərdə ŞHK-nin universitetlərarası çempionatında qalib adını qazanıb.
İ.Qasımov 1999–2000-ci illərdə ABA TV-də (Azerbaijan Brodcasting Agency) layihə müəllifi, rejissor və aparıcı vəzifələrində çalışıb. 2000-ci ildən etibarən müxtəlif televiziya layihələri, teatral quruluşlar, konsert proqramları və reklam filmləri layihələrini həyata keçirib.

25-11-2023, 10:50
Kəlbəcərdə 4 su elektrik stansiyası tikilir


Kəlbəcərdə 4 su elektrik stansiyası tikilir

Kəlbəcər rayonunda bu günə kimi “AzərEnerji” tərəfindən 6 yerdə kiçik su elektrik stansiyası yenidən qurularaq istismara verilib.
Bu barədə qurumdan bildirilib. Belə ki, 2022-ci ildə 4,4 meqavat gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının, 2023-cü ildə isə 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub.
Qeyd edilib ki, hazırda Kəlbəcər rayonunda “AzərEnerji” tərəfindən 4 yerdə kiçik su elektrik stansiyasının tikintisi aparılır. “Aşağı Vəng”, “Yuxarı Vəng”, “Nadirxanlı” və “Zar” adlanacaq kiçik su elektrik stansiyalarının 2024-cü ildə istismara verilməsi planlaşdırılıb. Onu da xatırladaq ki, Kəlbəcər rayonu azad ediləndən dərhal sonra Daşkəsən rayonundan Kəlbəcərə 3500 metr yüksəklikdəki Murov dağını keçməklə 70 km məsafədə yüksəkgərginlikli ikidövrəli ötürmə xətti çəkilib. Dağlar sıldırımlı, hava sərt şaxtalı, qarın qalınlığı 3-5 metrə çatan yolsuz ərazilərdə hündülüyü 50 metr, çəkisi 10 ton olan anker dayaqlar quraşdırılaraq şəraitsiz vəziyyətdə vəzifə icra edilib. Paralel olaraq, sərt iqlim və çətin relyefdə yerləşən Kəlbəcərdə 110/35/10 kilovoltluq rəqəmsal yarımstansiya tikilib. 2021-ci ilin yayında yarımstansiyanın açılışı olub.



25-11-2023, 00:10
Kəlbəcərin azad edilməsindən üç il ötür


Kəlbəcərin azad edilməsindən üç il ötür

Bu gün - noyabrın 25-i Kəlbəcər Şəhəri Günüdür.
Azərbaycanda Kəlbəcər Şəhəri Günü ilk dəfədir qeyd olunur.
Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 25-də Kəlbəcər Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.
Bu gün Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən üç il ötür.
Kəlbəcərin azad edilməsi Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.
24-11-2023, 22:32
Bakı Bəyannaməsi qəbul edildi - Tam mətn


Bakı Bəyannaməsi qəbul edildi - Tam mətn

BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın Zirvə görüşünün Bakı Bəyannaməsi qəbul edilib.
Bakı Bəyannaməsində deyilir:
Azərbaycan Respublikasının, Qazaxıstan Respublikasının, Qırğız Respublikasının, Tacikistan Respublikasının, Özbəkistan Respublikasının prezidentləri və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini 2023-cü il noyabrın 24-də Bakı şəhərində Azərbaycan Respublikasının sədrliyi ilə BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (bundan sonra SPECA) iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının birinci Zirvə görüşünü keçirərək,
SPECA-nın yaradılması haqqında 1998-ci il 26 mart tarixli Daşkənd Bəyannaməsində yer almış məqsəd və prinsipləri xatırladaraq,
SPECA-nın əsasının qoyulmasının 25-ci ildönümünü və SPECA iştirakçı dövlətlərinin öz müstəqilliklərinin möhkəmləndirilməsi, həmçinin qarşılıqlı əməkdaşlıq istiqamətlərində əsas prioritet sahələrə münasibətdə əldə etdikləri mühüm nailiyyətləri qeyd edərək,
SPECA çərçivəsində xalqlarımızın bölüşdüyü ümumi maraqlara, məqsəd və dəyərlərə əsaslanan əməkdaşlığı gələcəkdə də dərinləşdirmək və inkişaf etdirmək üzrə möhkəm qətiyyətlərini bir daha təsdiq edərək,
SPECA regionunda mövcud olan, istifadə edilməmiş böyük iqtisadi inkişaf potensialını, zəngin təbii ehtiyatları və regional əməkdaşlığı inkişaf etdirmək, həmçinin SPECA regionunun Avropa və Asiya bazarları ilə gələcək əməkdaşlığı üçün bu imkanlardan birgə istifadə üzrə güclü siyasi iradəni nəzərə alaraq,
2023-cü il aprelin 17-də İsveçrənin Cenevrə şəhərində keçirilmiş SPECA iştirakçı ölkələrinin nazirlərinin görüşünün Azərbaycanın 2023-cü ildə sədrliyi haqqında Birgə Bəyanatında əksini tapmış “SPECA regionunun qlobal əhatəli birləşdirmə mərkəzinə çevrilməsi” mövzusunu və indiyədək aparılan növbəti işləri təqdir edərək,
Azərbaycanın 2023-cü ildə SPECA-da sədrliyi ilə Proqramın daha səmərəli, Mərkəzi Asiyada və onun hüdudlarından kənarda kollektiv səylərə, maraqlara və iştirakçı dövlətlərin məsuliyyətinə əsaslanan həqiqi regional platformaya çevrilməsi üzrə və BMT-nin müvafiq regional komissiyaları tərəfindən dəstəklənən ardıcıl və fəal səylərini yüksək qiymətləndirərək,
BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE), BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) və onların müvafiq İcraiyyə katibliklərinin Proqramın yaradıldığı vaxtdan SPECA-nın iştirakçı ölkələrinə göstərdikləri dəstəyə görə səmimi təşəkkür ifadə edərək,
Razılığa gəlirik:
1. SPECA-nın iqtisadi əməkdaşlıq və regional inteqrasiya imkanlarından müştərək istifadə edilməsi yollarının öyrənilməsi məqsədilə və xüsusən rabitə, ticarət, nəqliyyat və logistika, rəqəmsal transformasiya və innovasiyalar, sənaye, energetika, su ehtiyatlarının idarə edilməsi, ətraf mühit, yaşıl keçid və qarşılıqlı maraq doğuran digər sahələr üzrə meydana çıxan ümumi çağırışlara ortaq cavabların verilməsi platforması kimi SPECA-nın rolunun gücləndirilməsi barədə öz niyyətini bəyan etmək.
2. Bununla bağlı SPECA-nın davam edən təsisatlanma prosesinə və SPECA çərçivəsində fəaliyyətin məsuliyyətini yüksəldəcək, mütəmadi dialoqu, ardıcıllığı və səmərəli əlaqələndirməni təmin edəcək, həmçinin SPECA-nın iştirakçı ölkələrinin dövlət başçıları tərəfindən qəbul olunan qərarların həyata keçirilməsinə kömək edəcək zəruri mexanizmlərin yaradılması ilə əlaqədar qətiyyəti ifadə etmək.
3. Rəqəmsallaşma və tranzit marşrutlarının yaşıl transformasiyası, həmçinin ticarət və nəqliyyat prosedurlarının sadələşdirilməsi və energetika birləşmələri, o cümlədən Şərq-Qərb Transxəzər Orta Dəhlizi çərçivəsində yaşıl enerji daxil olmaqla, əməkdaşlıq sahəsində bilavasitə prioritet sahə və bu məqsədlə Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə Multimodal Məlumat və Sənədlərin Rəqəmsallaşdırılması üzrə Yol Xəritəsinin qəbul edilməsinin qərara alınmasını vurğulamaq.
4. SPECA-nı qəbul olunmuş qərarların dəstəklənməsi məqsədilə müvafiq maliyyə mexanizmi ilə təmin etmək üzrə siyasi hazırlığımızı bildirərək və bununla əlaqədar BMT-nin himayəsi altında praktik əməkdaşlığa dəstək olacaq və SPECA-nın Çoxtərəfdaşlı Məqsədli Fondunun (ÇMF) yaradılmasını alqışlayaraq, bununla bağlı beynəlxalq tərəfdaşları SPECA ÇMF-in fəaliyyətinə töhfə verməyə dəvət etməyi təsdiqləmək.
5. Şərq-Qərb Transxəzər Orta Dəhlizinin SPECA-nın iştirakçı ölkələri ilə Asiya və Avropanın müxtəlif regionları, onun hüdudlarından kənarda daha səmərəli və dayanıqlı əlaqələrdən biri kimi əhəmiyyətinin və ölkələri dəhlizin potensialından qitələrarası nəqliyyat əməliyyatları üçün istifadə etməyə çağırmaq, SPECA-nın iştirakçı ölkələrinin müvafiq hakimiyyət orqanlarına nəqliyyat şirkətləri, ekspeditorlar, logistika mərkəzləri və milli operatorlar arasında bütün dəhliz boyu kommunikasiyaların səmərəliliyini artırmaq üçün nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına diqqəti cəmləşdirməyin tövsiyə edilməsini vurğulamaq.
6.BMT Baş Assambleyasının SPECA-nın 25 illiyinə həsr olunmuş qətnamə qəbul etməsini alqışlamaq və BMT-nin üzv dövlətlərini, regional komissiyalarını və ixtisaslaşmış qurumlarını SPECA-ya üzv ölkələrin səylərini dəstəkləməyi davam etdirməyə çağırmaq.
7.Bakı Zirvə görüşündə beynəlxalq tərəfdaşların iştirakını alqışlamaq və SPECA regionunun daha yaşıl və təhlükəsizlik gələcəyi üçün dayanıqlı və davamlı iqtisadi inkişafı dəstəkləmək üzrə ortaq səyləri əks etdirən sıx əməkdaşlığın davamının əhəmiyyətini vurğulamaq.
8.Öz müvafiq nazirliklərinə hazırkı Bəyannamənin həyata keçirilməsini UNECE, UNESCAP və digər müvafiq beynəlxalq təsisatlarla birgə reallaşdırılmasının əlaqələndirilməsini tapşırmaq.
9.SPECA-nın üzv ölkələrinin dövlət başçılarının və hökumətlərinin birinci görüşünün beynəlxalq tərəfdaşların iştirakı ilə Bakı şəhərində mükəmməl təşkilinə, həmçinin Azərbaycanda SPECA günləri çərçivəsində 2023-cü il noyabrın 20-24-də digər tədbirlərin təşkilinə görə Zati-aliləri Prezident İlham Əliyevə və Azərbaycan Respublikasının Hökumətinə səmimi təşəkkür ifadə etmək.
Bakı şəhəri, 24 noyabr 2023-cü il.
24-11-2023, 21:09
İsrail 39 nəfər fələstinli məhbusu azad etdi


İsrail 39 nəfər fələstinli məhbusu azad etdi

İsrail 25-i qadın və 14-ü uşaq olmaqla 39 fələstinli məhbusu azad edib.
Bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bildirib.
O qeyd edib ki, HƏMAS silahlıları 24 girovu Qırmızı Xaç əməkdaşlarına təhvil verib.
Onun sözlərinə görə, azad edilənlər arasında 13 israilli, 10 taylandlı və bir filippinli var.
24-11-2023, 20:46
Bakı Bəyannaməsi və Orta Dəhlizə bağlı Yol Xəritəsi  qəbul edildi


Bakı Bəyannaməsi və Orta Dəhlizə bağlı Yol Xəritəsi qəbul edildi

BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Bakı Zirvə görüşünün yekununda Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi sənədləri qəbul edilib.
Bu barədə noyabrın 24-də Bakıda, Heydər Əliyev Mərkəzində SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə Prezident İlham Əliyev bildirib ki, hazırkı Zirvə görüşündə qəbul edilməsi üçün iki sənəd layihəsi – Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi SPECA iştirakçı ölkələrinin nümayəndə heyətləri arasında müzakirə edilib və bütün tərəflər üçün məqbul hesab edilə bilən mətnlər üzrə razılıq əldə olunub.
"Beləliklə, SPECA-nın Bakı Zirvə görüşünün yekununda Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi sənədləri qəbul edilmiş hesab olunur", - dövlət başçısı vurğulayıb.
Daha sonra SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün yekunu olaraq Bakı Bəyannaməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması ilə bağlı Yol Xəritəsi qəbul edilib.
24-11-2023, 19:47
Ermənilər Xocalıdakı kitabxanadan silah-sursat üçün istifadə edib


Ermənilər Xocalıdakı kitabxanadan silah-sursat üçün istifadə edib

Xocalıda kitabxanadan silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Ballıca kəndi ərazisində yerləşən kitabxanadan 3 ədəd 12.7 mm-lik "TŞK" markalı pulemyot, 5 ədəd 12.7 mm-lik "PK" markalı pulemyot, 42 ədəd müxtəlif çaplı "AK" markalı avtomat, 1 ədəd 30 mm-lik "AQS-17" markalı qumbaraatan, 4 ədəd "RPQ-5" markalı qumbaraatan və sayda müxtəlif silahlara məxsus sursat aşkarlanıb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.




24-11-2023, 19:39
Tacikistan Prezidentinin Azərbaycana səfəri başa çatdı


Tacikistan Prezidentinin Azərbaycana səfəri başa çatdı

Noyabrın 24-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycan Respublikasına işgüzar səfəri başa çatıb.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər yola salıblar.
24-11-2023, 17:58
SPECA Zirvə görüşündə iştirak edənlərin şərəfinə nahar verdi


SPECA Zirvə görüşündə iştirak edənlərin şərəfinə nahar verdi

Noyabrın 24-də BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Zirvə görüşündə iştirak edən dövlət və hökumət basçılarının şərəfinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından rəsmi nahar verilib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

24-11-2023, 17:35
Xankəndidə “AzS­ta­te­Net” şə­bə­kə­si­nin qu­rulma­sına hazırlıq görülür


Xankəndidə “AzS­ta­te­Net” şə­bə­kə­si­nin qu­rulma­sına hazırlıq görülür

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Xankəndi şəhərində “AzS­ta­te­Net” şə­bə­kə­si­nin qu­rulma­sına ha­zır­lıq görür.
Bunu Dövlət Xidmətinin rəisi, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri İlqar Musayev Milli Məclisin jurnalına verdiyi müsahibədə bildirib.
"Bu il sent­yabrın 19-20-də Qa­ra­bağ­dakı se­pa­rat­çı re­ji­mə qar­şı ke­çirilmiş an­ti­ter­ror əmə­liy­yat­la­rı za­ma­nı Döv­lət Xid­mə­ti Xan­kən­di­də, Ağ­də­rə və Xo­ca­lı rayonlarında döv­lət qu­rum­la­rı­nın eti­bar­lı ida­rə olun­ma­sı və mə­lu­mat mü­ba­di­lə­si­nin təş­ki­li məq­sə­di i­lə ope­ra­tiv ola­raq TET­RA ra­diora­bi­tə şə­bə­kə­si qu­rla­raq is­ti­fa­də­yə ve­rib. İndi isə hə­min böl­gədə­ “AzS­ta­te­Net” şə­bə­kə­si­nin qu­rulma­sına ha­zır­lıq ge­dir", - deyə o qeyd edib.
"İs­tər pan­de­miya döv­rün­də, is­tər­sə də bu gün ali döv­lət qu­rum­la­rı­nın vi­deokonfrans for­matlı gö­rüş­lə­ri, qə­bulla­rı yük­sək sə­viy­yə­də təş­kil olu­nur. Öl­kə­miz­də ke­çi­ri­lən bir sı­ra döv­lət əhə­miy­yət­li təd­bir­lər­lə (Qoşul­ma­ma Hə­rə­ka­tı, “TEK­NO­FEST Azər­bay­can” festivalı, Ba­kı Mara­fo­nu, Qlo­bal Fo­rum, Ve­lo­si­ped üz­rə öl­kə çem­piona­tı, Gənc­lər və İd­man Na­zir­li­yi­nin Şu­şa­da təş­kil et­di­yi “Won­der­land” təd­bi­ri, “Formu­la-1” ya­rış­la­rı) əla­qə­dar ya­radıl­mış qə­rar­gah­ları zə­ru­ri tex­ni­ki va­si­tə­lər­lə tə­min etmişik. Gös­tə­ri­lən­lə­ri nə­zə­rə ala­raq qeyd et­mək is­tər­dim ki, döv­lət qu­rum­la­rı­na və st­ra­te­ji ob­yekt­lə­rə key­fiy­yət­li xü­su­si ra­bi­tə xid­mət­ləri­nin təş­ki­li və gös­tə­ril­mə­si, elə­cə də on­la­rın təh­lü­kə­siz­li­yi­nin tə­min edil­mə­si Xid­mə­tin əsas və­zi­fə­lə­rindən bi­ri­dir”, - deyə İ.Musayev əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!