Mehriban Əliyevadan COP29-la bağlı daha bir paylaşım .....                        ABŞ, Azərbaycan və Çin birgə iclas keçirdi .....                        Dünya liderləri Bakıda... .....                        "Hərəkətə keçməsək, tarix bizi mühakimə edəcək" - Sandu Bakıdan səsləndi .....                        Bakıya gələn liderlərə ziyafət verildi .....                        Görkəmli alim, böyük şəxsiyyət .....                        Mirziyoyev COP29 kürsüsündən hansı mesajları verdi? .....                        Mehriban Əliyeva COP29-da çıxış etdi .....                        Ceyhun Bayramov dəyirmi masada çıxış etdi .....                       
21-11-2023, 00:30
İsrail Qəzzadakı məsciddə raket zavodu aşkar etdi


İsrail Qəzzadakı məsciddə raket zavodu aşkar etdi

İsrail Müdafiə Qüvvələri Qəzza şəhərindəki məsciddə raket zavodu aşkar edib.
Bu barədə Qüvvələrin sözçüsü Daniel Haqari məlumat verib.
O, HƏMAS-ın məsciddən silah fabriki və tunel girişi kimi istifadə etdiyini əlavə edib.
"Zeytun bölgəsindəki məscid silah istehsalı üçün laboratoriya kimi istifadə olunur", - Haqari vurğulayıb.
20-11-2023, 23:54
Türkiyə bu ölkələrlə Qara dənizi minalardan təmizləmək üçün bölmə yaradır


Türkiyə bu ölkələrlə Qara dənizi minalardan təmizləmək üçün bölmə yaradır

Türkiyə, Rumıniya və Bolqarıstan Qara dənizin ərazi sularını minalardan təmizləmək üçün birgə bölmə yaratmağa hazırlaşır.
Bu barədə "Bloomberg” nəşri yazıb.
Bildirilir ki, üç ölkənin müdafiə nazirlərinin müavinləri çərşənbə günü (noyabrın 22-də) Ankarada bir araya gələrək dəniz minalardan təmizləmə bölməsinin yaradılmasının təfərrüatlarını yekunlaşdırmağa çalışacaqlar.
Görüşün sonunda yekun razılaşmanın imzalanıb-imzalanmayacağı hələ məlum deyil. Layihə təsdiq olunarsa, bölmə bir aydan gec olmayaraq işə başlayacaq.
20-11-2023, 22:25
ABŞ-dan Ukraynaya 100 milyon dollarlıq yeni yardım


ABŞ-dan Ukraynaya 100 milyon dollarlıq yeni yardım

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynaya əlavə 100 milyon dollarlıq hərbi yardım paketinin ayrıldığını açıqlayıb.
Paketə tank əleyhinə silahlar və hava hücumundan müdafiə sistemləri üçün raketlər daxildir.
Austin Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən sonra yeni hərbi yardım paketini elan edib. Pentaqonun rəhbəri bu gün elan olunmamış səfərlə Ukraynanın paytaxtına gəlib.
Zelenskinin sözlərinə görə, Lloyd Ostinlə görüşdə cəbhədəki vəziyyət, eləcə də artilleriya və mərmilərin tədarükü zərurəti müzakirə olunub.
20-11-2023, 21:52
İsrail CAR-dakı səfirini geri çağırdı


İsrail CAR-dakı səfirini geri çağırdı

İsrail Cənubi Afrika Respublikasındakı (CAR) səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik CAR-da İsrail əleyhinə səsləndirilən son bəyanatlardan sonra bu qərarı qəbul edib.
Cənubi Afrikanın hakim Afrika Milli Konqresi (ANC) partiyası İsrailin bu ölkədəki səfirliyinin bağlanmasını tələb edən təklifini dəstəkləyəcəyini bildirib.
İsrailin Qəzzada HƏMAS-a qarşı hərbi əməliyyatlarını tənqid edən Cənubi Afrika öz diplomatlarını İsraildən geri çağırıb.
20-11-2023, 21:36
Çeçenistanın rəhbəri Putini respublikaya dəvət etdi


Çeçenistanın rəhbəri Putini respublikaya dəvət etdi

Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putini respublikaya səfərə dəvət edib.
Bu barədə TASS məlumat yayıb.
Onun sözlərinə görə, Putin uzun müddətdir Çeçenistana getmədiyi üçün ağsaqqallar onu danlayır.
“Ağsaqqallarımızın sözlərini çatdırmaq istəyirəm ki, respublikamıza gəlmədiyinizə görə məni danlayırlar. Siz bizim üçün hər şeyi etdiniz, təkcə avtovağzalları, hava limanını deyil, qalan infrastrukturu da bərpa etdiniz", - Kadırov qeyd edib.
20-11-2023, 20:14
Ağdərə rayonunun yaradılmasıyla bağlı layihə Milli Məclisə təqdim olundu


Ağdərə rayonunun yaradılmasıyla bağlı layihə Milli Məclisə təqdim olundu

Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib.
Ağdərə rayonunun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonlarının ərazisindən təşkil olunacaq.
Qeyd edək ki, Ağdərə rayonu inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunmuşdu və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölünmüşdü.
1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edilən Ağdərə rayonu 30 il ərazində Qarabağdakı xunta rejiminin nəzarətində qaldı. 2020-ci il sentyabrın 27-də başlanmış Vətən müharibəsində qazanılmış tarixi qələbə işğal altında olan ərazilərimizn azad edilməsi ilə nəticələndi. Erməni hərbi birləşmələrinin təslim olmağa məcbur edilməsi və tərksilah olunması 2023-cü il sentyabrın 20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində mümkün oldu və bununla da Azərbaycanın ərszi bütövlüyünün bərpası prosesi başa çatdı.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticısində Azərbaycan xalının qarısında duran ən böyük problem aradan qaldırıldı. İndi dövlət başçısı işğaldan azad edilmiş ərazilərin bərpasını prioritet vəzifə kimi müəyyənləşdirib və bu istiqamətdə ardıcıl tədbirlər davam etdirilir. Prezident İlham Əliyevin Ağdərə rayonunun yaradılması təşəbbüsü, məsələ ilə bağlı Milli Məclisə qanun layihəsi göndərməsi tarixi olan, davamlı iqtisadi, sosial və mədəni əlaqələrə malik ərazi vahidimizin bərpasının təmin edilməsi istiqamətində mühüm addımdır.
20-11-2023, 20:03
Həqiqətləri artıq Ermənistanın da görməsi və qəbul etməsi zəruridir - Ərdoğan


Həqiqətləri artıq Ermənistanın da görməsi və qəbul etməsi zəruridir - Ərdoğan

Qafqazda yeni oyunların arxasından gedənləri görürük. Bəzi qərb qüvvələri Qarabağ müharibəsi ilə bölgədə artıq yeni bir dövrün başladığını hələ də dərk edə bilmir.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin hökumət toplantısından sonra bildirib.
O qeyd edib ki, illərlə Ermənistanı təxribata çəkərək bu coğrafiyada yaşayan bütün insanların əziyyətləri, çətinlikləri və qarşıdurmaları üzərindən özlərinə xeyir güdənlər əslində ən böyük zərəri ermənilərə verdilər:
"Həyata keçirilməsi mümkün olmayan xam xəyalları ortaya ataraq erməniləri istismar və istifadə edərək, etibarsızlığa məhkum etdilər. Bu həqiqətləri artıq Ermənistanın da görməsi və qəbul etməsi zəruridir.
Erməni xalqı və rəhbərləri təhlükəsizliyi minlərlə kilometr uzaqda deyil, qonşuları ilə sülhdə və əməkdaşlıqda axtarmaları daha doğru olacaq. Qərb ölkələri tərəfindən göndərilən heç bir silah-sursat qalıcı sülh mühitinin gətirəcəyi dincliyin yerini tuta bilməz. Ermənilərin 30 il sonra ortaya çıxan sülh fürsətini yenə fərqli xəyallar quraraq boş yerə istifadə etməmələri ən böyük arzumuzdur. Buradan bir daha Ermənistana Azərbaycanlı qardaşlarımızın uzatdığı sülh əlini tutmağa çağırırıq. Türkiyə olaraq bizim də Azərbaycanla əməkdaşlıq içində prosesin uğuru üçün lazımi addımları atmağa hazır olduğumuzu bir daha ifadə edirəm”.
20-11-2023, 19:37
ABŞ-ın müdafiə naziri Zelenskiylə görüşdü


ABŞ-ın müdafiə naziri Zelenskiylə görüşdü

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.
Bu barədə Ostin "X" hesabında yazıb.
O, Kiyevdə ABŞ-ın Ukraynaya sarsılmaz dəstəyini təsdiqləmək üçün Zelenski ilə görüşdüyünü bildirib
"Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə Ukraynanın döyüş meydanındakı təcili ehtiyaclarını və uzunmüddətli müdafiə ehtiyaclarını dəstəkləməyə davam edəcəyik”, - açıqlamada deyilir.
20-11-2023, 18:38
Azərbaycan 100-dən çox ölkənin imzaladığı Konvensiyaya qoşuldu


Azərbaycan 100-dən çox ölkənin imzaladığı Konvensiyaya qoşuldu

Bu gün Azərbaycan İqtisadiyyat Nazirliyində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) nümayəndələri ilə keçirilən görüş çərçivəsində “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya”sı imzalanıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"100-dən çox ölkənin imzaladığı bu Konvensiyaya tərəfdar çıxmaqla ölkəmizin qlobal səviyyədə vergidən yayınmanın qarşısının alınması prosesinə öz töhfəsini vermək niyyətini bir daha vurğuladıq, OECD ilə ikitərəfli əməkdaşlığın perspektivləri və potensial tərəfdaşlıq istiqamətləri barədə fikirlərimizi bölüşdük", - nazir qeyd edib.
20-11-2023, 18:22
DSX hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirildi


DSX hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirildi

Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Bu barədə qurumun mətbuat mərkəzindən bildirilib.
Mərasimlərdə hərbi rituala uyğun olaraq hərbi hissələrin döyüş bayraqları sıra meydanına gətirilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.
Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Çıxış edənlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasını və dövlətimizin başçısının 8 noyabr – Zəfər Gününün üçüncü ildönümündə Xankəndi şəhərində keçirilən hərbi paradı qəbul etməsi ilə dövlətimizin qüdrətini, xalqımızın böyük mübarizə əzmini bir daha bütün dünyaya nümayiş etdirdiyini xüsusi vurğulayıb. Vətən müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşmüş sərhədçilərin azad torpaqlarımızda dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin etdiklərini bildiriblər.
Vətənə, xalqa, dövlətə və dövlətçiliyə sədaqət andı içərək dövlət sərhədlərini şərəflə qorumaq məsuliyyətini öz üzərilərinə götürən gənc əsgərlər Hərbi Anda daim sadiq qalacaqlarını əminliklə ifadə ediblər.
Gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı tədbir iştirakçılarına çatdırılıb.
Valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.
Gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə mərasimin rəsmi hissəsi başa çatıb.







����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!