Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
8-11-2023, 16:09
Beş il əvvəl bayrağımızın işğal altındakı torpaqlarda qaldırılacağını demişdim və bu gün gəldi


Beş il əvvəl bayrağımızın işğal altındakı torpaqlarda qaldırılacağını demişdim və bu gün gəldi

İyirmi il bundan əvvəl həm seçkilər ərəfəsində, həm də andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək və biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında söyləyib.
“Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi”, - deyə dövlətimizin başçısı vurğulayıb.
8-11-2023, 15:57
İran Prezidenti Düşənbədə rəsmi səfərdədir


İran Prezidenti Düşənbədə rəsmi səfərdədir

İran Prezidenti İbrahim Rəisi Tacikistanın paytaxtı Düşənbədə rəsmi səfərdədir.
Bu barədə Tacikistan KİV-ləri məlumat yayıb.
Qeyd edilib ki, noyabrın 7-dən 12-dək davam edəcək səfər çərçivəsində Tacikistan və İran arasında rəsmi görüşlər, yüksək səviyyəli danışıqlar və əməkdaşlığa dair sənədlərin imzalanması planlaşdırılır.
8-11-2023, 15:48
Ukraynada hərbi vəziyyətin müddəti 90 gün uzadıldı


Ukraynada hərbi vəziyyətin müddəti 90 gün uzadıldı

Ukraynada hərbi vəziyyət və ümumi səfərbərliyin müddəti daha 90 gün uzadılıb.
Bu barədə Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak özünün “Telegram” kanalında bildirib.
“Ali Rada Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin daha 90 gün – gələn ilin 14 fevral tarixinədək uzadılması haqqında qanun layihələrini qəbul edib”, - deputat qeyd edib.
Xatırladaq ki, Ukraynada ötən ilin 24 fevralından etibarən hərbi vəziyyət və ümumi səfərbərlik tətbiq edilir. Bu gün hərbi vəziyyət və ümumi səfərbərliyin müddəti 9-cu dəfə uzadılıb.
Ukrayna qanunvericiliyinə əsasən, hərbi vəziyyət zamanı seçkilər təşkil edilə bilməz, oktyabrın sonunda keçirilməli olan parlament seçkiləri bu səbəbdən baş tutmayıb.
Hərbi vəziyyətin gələn il fevralın ortalarına qədər yenidən uzadılması yazda keçirilməli olan prezident seçkilərinin mümkünlüyünü sual altına qoyur.
8-11-2023, 15:15
Laçında yaşayış yerləri təbii qazla təmin olundu


Laçında yaşayış yerləri təbii qazla təmin olundu

Qarabağ və Şərqi Zəngəzurun hər bir bölgəsi kimi Laçında da yenidənqurma və təmir-bərpa işləri geniş vüsət alıb.
Görülən işlər çərçivəsində SOCAR-ın "Azəriqaz" İB tərəfindən dağların qoynunda yerləşən şəhər təbii qazla təchiz edilir. Artıq ilkin mərhələdə 600 evdən 150-si qaz sayğacı quraşdırılaraq təbii qazla təmin edilib.
Bu münasibətlə şəhərin mərkəzində tədbir təşkil olunub. Tədbirdə Azərbaycan Respublikasının Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov və SOCAR-ın "Azəriqaz" İB-nin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov, həmçinin şəhər sakinləri iştirak edib. Mərasimdə çıxış edənlər tarixi gün münasibətilə laçınlıları təbrik edib, işğaldan azad olan ərazilərin qazlaşdırılması işlərinin uğurla davam etdirildiyi vurğulanıb.
Daha sonra təbii qazın verilişini bildirən rəmzi məşəl alovlandırılıb.
Tədbirdə çıxış edən laçınlılar tarixi torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən Vətən müharibəsində qazanılan parlaq Zəfərə, Laçında aparılan geniş bərpa və yenidənqurmaq işlərinə, şəhərə təbii qazın verilişinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə sonsuz təşəkkürlərini ifadə ediblər.
Qazlaşdırılan Laçın şəhəri ilə yanaşı, rayonun Zabux kəndində də işlər sürətlə davam etdirilir. Burada ilkin olaraq 200 ev mərhələli şəkildə qazla təmin ediləcək. Laçın şəhərində olduğu kimi Zabux kəndində də sakinlərlə görüş keçirilib və təbii qazın verilişi ilə əlaqədar olaraq məşəl alovlandırılıb.




8-11-2023, 14:53
Səudiyyə Ərəbistanının Kralı İlham Əliyevə təbrik məktubu göndərdi


Səudiyyə Ərəbistanının Kralı İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü və Bayraq Günü münasibətilə təbrik məktubu göndərib.
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan hökumətinə və xalqına davamlı tərəqqi və firavanlıq arzulayıb.
Vəliəhd şahzadə və Baş nazir Məhəmməd ibn Salman əl-Səud da Zəfər Günü və Bayraq Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib. O, İlham Əliyevə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan hökumətinə və xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıb.
8-11-2023, 14:10
Çavuşoğlu xalqımızı Zəfər Günü münasibətilə təbrik etdi


Çavuşoğlu xalqımızı Zəfər Günü münasibətilə təbrik etdi

“Qarabağı işğaldan azad edən Can Azərbaycanın böyük zəfərinin üçüncü ildönümünü qürur və coşqu ilə təbrik edirik”.
Bunu Türkiyənin keçmiş xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin deputatı Mövlud Çavuşoğlu “X” hesabında yazıb.
O, Azərbaycan dövləti və xalqını təbrik edib: “Əziz şəhidlərimizi rəhmətlə anıram. Qəhrəman hərbçilərimizə, qazilərimizə minnətdarıq. Tək millət, iki dövlət olaraq hər zaman Azərbaycanın yanındayıq”.
8-11-2023, 13:37
Hərbi paradda düşmənin hərbi texnikaları nümayiş etdirildi


Hərbi paradda düşmənin hərbi texnikaları nümayiş etdirildi

Noyabrın 8-də Xankəndidə Zəfər Günü ilə münasibətilə keçirilən hərbi paradda Azərbaycan Ordusunun düşməndən qənimət kimi götürülən hərbi texnikaların bir qismi nümayiş etdirilib.
Xankəndidə Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi paradda düşməndən qənimət kimi götürülən hərbi texnika da nümayiş olunub.
Qeyd edək ki, noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər.

8-11-2023, 13:31
Bu rayon və şəhərlərdə bayramla bağlı yürüş keçirildi


Bu rayon və şəhərlərdə bayramla bağlı yürüş keçirildi

8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində, eləcə də Gəncə, Bərdə, Füzuli, Laçın şəhərlərində və Zəngilan rayonunda müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri təşkil olunub.
Bu barədə Müdafiə Nazirliyin Mətbuat Xidməti məlumat yayıb.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Yürüşlərdə hərbi orkestrlərin ifasında hərbi vətənpərvərlik mahnıları, eləcə də marşlar səsləndirilib.
Keçirilən hərbi yürüşlər vətəndaşlarımız tərəfindən böyük maraqla qarşılanıb.


















8-11-2023, 13:17
Ərdoğan Özbəkistana səfərə getdi


Ərdoğan Özbəkistana səfərə getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfərə gedib.
Bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, o İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə Toplantısında iştirak edəcək.
8-11-2023, 13:06
Şuşadan aparılan torpaq Meral Akşenerə təqdim olundu


Şuşadan aparılan torpaq Meral Akşenerə təqdim olundu

Türkiyə Böyük Millət Məclisində Azərbaycanın 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib.
Şuşadan aparılan torpaq bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) İYİ Partiya sədri Meral Akşenerə təqdim olunub.
Torpağı partiya sədrinə Ankara Yıldırım Bəyazıt Universitetinin azərbaycanlı tələbəsi Sədrəddin Məmmədli və Ankara Universitetində təhsil alan azərbaycanlı Qüdrət Səmədov təqdim edib.
İYİ Partiya sədri Meral Akşener hədiyyələrə görə təşəkkür edib.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!