"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
1-11-2023, 14:58
Hakan Fidan iranlı həmkarıyla birgə mətbuat konfransında çıxış etdi


Hakan Fidan iranlı həmkarıyla birgə mətbuat konfransında çıxış etdi

"Biz Türkiyə olaraq dostlarımızla koordinasiyalı şəkildə öncə atəşkəs, sonra qalıcı sülhün təsis olunması üçün üzərimizə düşəni etməkdə qərarlıyıq. Anlaşma əldə ediləcəyi təqdirdə qarant ölkə kimi məsuliyyət almağa hazırıq".
Bunu Türkiyə XİN başçısı Hakan Fidan Ankarada səfərdə olan iranlı həmkarı Hüseyn Əmir Abdullahianla keçirdiyi birgə mətbuat konfransında deyib.
"Türkiyə olaraq kim tərəfindən hansı məqsədlə edilirsə-edilsin, günahsız dinc sakinləri hədəf alan hücumları heç bir şəkildə doğru saymadığımızı həmişə bütün platformalarda dilə gətirmişik. Bu bölgənin aktorları olaraq regional problemlərin çözümünü başqalarına həvalə etməməliyik.
Həllə yönələn alternativ mövqelərin müzakirə olunacağı bir zəmin formalaşdırmalıyıq. Beynəlxalq Sülh Konfransının bu iş üçün ən uyğun platforma olacağını düşünürük", - o qeyd edib.
1-11-2023, 14:47
Putin belaruslu həmkarıyla bir sıra məsələləri müzakirə etdi


Putin belaruslu həmkarıyla bir sıra məsələləri müzakirə etdi

Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko ittifaq inteqrasiyasının, o cümlədən enerji, nəqliyyat və yüksək texnologiyaların təşviqini müzakirə ediblər.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“İkitərəfli qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi və ittifaq inteqrasiyasının, o cümlədən enerji, nəqliyyat və yüksək texnologiyaların təşviqi ilə bağlı aktual məsələlərə də baxılıb. Rusiya-Belarus strateji tərəfdaşlıq və müttəfiqliyinin dərinləşdirilməsi məqsədilə sıx birgə işi davam etdirmək üçün qarşılıqlı öhdəlik təsdiq edilib”, - məlumatda deyilir.
1-11-2023, 14:34
Rəisi Türkiyəyə səfər edəcək


Rəisi Türkiyəyə səfər edəcək

İran Prezidenti İbrahim Rəisi Türkiyəyə səfər edəcək.
Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada iranlı həmkarı ilə birgə mətbuat konfransında bildirib.
Nazir, İran dövlət başçısının Türkiyəyə səfərinin yaxın vaxtlarda baş tutacağını vurğulayıb.
1-11-2023, 13:39
Vuçiç ölkə parlamentini buraxdı


Vuçiç ölkə parlamentini buraxdı

Serbiya prezidenti Aleksandr Vuçiç ölkə parlamentini buraxıb.
Vuçiç dekabrın 17-nə növbədənkənar seçkilər təyin edib.
Serbiyada əvvəlki parlament seçkiləri 2022-ci il aprelin 3-də keçirilib. Vuçiçin partiyası həmin seçkini udub.
1-11-2023, 13:23
İsrail supermarket şəbəkəsi Türkiyədən idxalı dayandırdı


İsrail supermarket şəbəkəsi Türkiyədən idxalı dayandırdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstinin radikal HƏMAS hərəkatını terror qruplaşması kimi tanımaqdan imtina etdikdən sonra bir çox İsrail supermarket şəbəkəsi Türkiyədən idxalı dayandırıb.
Bu barədə İsrailin "Haaretz" qəzeti yazıb.
Qeyd olunur ki, İsrailin ən böyük supermarketlər şəbəkəsi "Shufersal", eləcə də onun rəqibləri "Rami Levy" və "Yohananoff" Türkiyə məhsullarından imtina edib. Onlar bu addımı güclü ictimai təzyiqə görə atıblar.
Qeyd olunub ki, Türkiyə son illərdə İsrailin əsas ixracatçılarından birinə çevrilib. Ölkə 2022-ci ildə Çin, ABŞ, İsveçrə və Almaniyadan sonra beşinci yeri tutub.
1-11-2023, 13:19
Emin Əmrullayev məcburi köçkün məktəbləriylə bağlı açıqlama verdi


Emin Əmrullayev məcburi köçkün məktəbləriylə bağlı açıqlama verdi

Elm və təhsil naziri Emin Əmrullayev keçmiş məcburi köçkünlərin təhsil aldığı müəssisələrin taleyinə aydınlıq gətirərək bu məsələdə iki variantın mövcud olduğunu bildirib.
Nazir 30 illik işğal dövründə bəzi məktəblər üçün yeni binaların tikildiyini söyləyib:
"Bu halda həmin bina həmin əraziyə uyğunlaşdırılır. Misal olaraq, Şuşa şəhər 1 nömrəli məktəb istifadəyə verildikdən sonra Bakıdakı təhsil ocağı ayrı məktəb kimi fəaliyyətini davam etdirəcək. Bəzi hallarda isə məktəblərin binası yoxdur, ona görə də ləğvi mümkünsüzdür. Yəni məktəb publik hüquqi şəxs kimi tarixi yerinə köçür. Kimsə köçmürsə, məktəb yerində qalıb digərləri kimi fəaliyyətini davam etdirir".
1-11-2023, 13:12
Aİ-nin Ermənistandakı Mülki Müşahidə Missiyasının baş ofisi açıldı


Aİ-nin Ermənistandakı Mülki Müşahidə Missiyasının baş ofisi açıldı

Yexeqnadzorda Avropa İttifaqının (Aİ) Ermənistandakı Mülki Müşahidə Missiyasının baş ofisinin açılış mərasimi olub.
Mərasimdə Ermənistan və Avropa İttifaqının himnləri səsləndirilib, bundan sonra Aİ-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter baş ofisin açılışını elan edib.
Ritter xatırladıb ki, bu gün o, 23 Avropa İttifaqına üzv ölkədən Ermənistana göndərilmiş 93 missiya üzvü ilə yeni baş ofisin qarşısında dayanır.
“Bəzi çətinliklər olsa da, fəxrlə deyə bilərəm ki, Aİ missiyası tam fəaliyyət potensialına çatmışdır”.
Sentyabrın əvvəlində bizim Qafan, Gorus, Cermuk, Yexeqnadzor və İcevanda 6 ofisimiz var idi. Patrullarımızın köməyi ilə biz Ermənistan və Azərbaycan arasındakı beynəlxalq sərhədin bütün uzunluğu boyunca işləyə bilirik", - deyə Ritter vurğulayıb.
Onun sözlərinə görə, ötən həftə missiya Ermənistan-Azərbaycan sərhədində 1000-ci patrulu həyata keçirib.
Ritter vurğulayıb ki, onların sərhəd bölgələrində olması gərginliyin azaldılmasına və yerli əhali arasında təhlükəsizlik hissini artırmağa kömək edir.
“Biz bütün Aİ və beynəlxalq ictimaiyyətin diqqətini bu münaqişəyə cəlb edirik və öz hesabatlarımızla Aİ-nin köməyi ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesinə töhfə veririk. Mən ev sahibi Ermənistan Respublikasına və yerli hakimiyyət orqanlarına göstərdikləri dəstəyə görə təşəkkür etmək istərdim. Düşünürəm ki, biz hamımız razıyıq ki, bu region davamlı sülh və sabitliyə layiqdir və ümid edirəm ki, biz birlikdə bu məqsədin həyata keçirilməsinə töhfə verə bilərik”, - deyə Aİ-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri bildirib.
1-11-2023, 12:57
Tezliklə Xankəndidə təhsil müəssisələri öz fəaliyyətini bərpa edəcək - Nazir


Tezliklə Xankəndidə təhsil müəssisələri öz fəaliyyətini bərpa edəcək - Nazir

"Əminəm ki, ən qısa zamanda Xankəndidə təhsil müəssisələri öz fəaliyyətini bərpa edəcək".
Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu məsələdə müəyyən işlər həll olunmalıdır: "Tarixlər isə müvafiq qərargahın qərarları ilə tənzimlənir".
1-11-2023, 12:56
Mərkəzi Bankdan yeni qərar: Uçot dərəcəsi endirildi


Mərkəzi Bankdan yeni qərar: Uçot dərəcəsi endirildi

Mərkəzi Bankın İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,5 faiz bəndi azaldılaraq 9%-dən 8,5%-ə endirilməsi barədə qərar qəbul edib.
Bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi azaldılaraq 7,5%-dən 7%-ə, yuxarı həddi isə 0,5 faiz bəndi azaldılaraq 10%-dən 9,5%-ə endirilib.
AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı dekabrın 20-də ictimaiyyətə açıqlanacaq.
1-11-2023, 12:44
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, az çiskin olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 13-17° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-13° isti, gündüz 21-26° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!