Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
7-12-2023, 20:37
Millətçilik anlayışı nədir?


Millətçilik anlayışı nədir?

Millətçilik anlayışı müasir günümüzdə tez-tez istifadə olunan anlayışlardan biridir. Bəziləri millətçiliyə müsbət, bəziləri isə mənfi münasibət bəsləyirlər. Millətçilik müasir dünyada baş verən ən mühüm siyasi hadisələrin bəzilərini başa düşməkdə açar rolunu oynayır. Mütəxəssislər, şərhçilər, tədqiqatçılar sosial və siyasi qütbləşmənin yayılması, “qırmızı divar” siyasəti, populizmin yüksəlişi, etnik zorakılıq və kütləvi etirazlar kimi hadisələri təsvir etmək üçün çox vaxt millətçiliyə istinad edirlər. Bəzən millətçilik siyasi qeyri-sabitliyin, parçalanmanın və təcavüzün sinonimi kimi istifadə olunsa da, digər vaxtlarda uğurlu kütləvi səfərbərliyin asanlaşdırdığı demokratikləşdirici qüvvə kimi başa düşülür. Millətçilik bu gün də çox aktual olan mövzulardan biridir. Bu günə qədər hələ də akademiklər, tədqiqatçılar millətçiliklə bağlı sistemli araşdırmalar aparırlar. Bu gün millətçilik anlayışı, millətçilik hissi kimisi tərəfindən yaxşı, kimisi tərəfindən pis qarşılanır. Bu gün inkişaf etmiş dövlətlər, adətən, çoxsaylı etnik, irqi, mədəni və dini qruplardan ibarətdir. Belə olan halda da millətçiliyin mənfi tərəfləri ortaya çıxacaq. Təbii ki millətçiliyin müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də vardır. Millətçilik özündə lovğalıq hissini ehtiva edir. Ekstremist millətçilər hesab edirlər ki, onların ölkəsi bütün digər ölkələrdən üstündür və bu üstünlük onlara digər ölkələrin üzərində hakim olmaq hüququnu verir. Onlar hətta milliyyətçilikdən imperializmə, müstəmləkəçiliyə haqq qazandırmaq üçün də istifadə edirlər. Millətçiliyin bu cür qəbul olunması, getdikcə insanlar arasında sadəcə mənfi xüsusiyyətlərin daşıyıcısı olaraq yayılması qloballaşan dünyada son dərəcə təhlükəli ola bilər.
Millətçilik “biz” və “onlar” əhval-ruhiyyəsini qaçınılmaz olaraq yaradır. Bu da parçalanmaya və iğtişaşlara səbəb ola bilir. Lakin bütün bunlara baxmayaraq, millətçiliyin olması da vacibdir. Millətçilik insanların müəyyən mədəni, ideoloji, dini və ya etnik xüsusiyyətləri bölüşən bir xalqla əlaqə və qürur hissi ilə yanaşmalarını müdafiə edən siyasi ideologiyadır. Millətçilik insanların öz ölkələrinə bağlılığı kimi də müəyyən edilə bilər.
Bəzən vətənpərvərlik və millətçilik anlayışları da eyniləşdirilir. Lakin bu anlayışlar eyni mənanı daşımır.Vətənpərvərlik sözü vətəninə sədaqətli sevgi, dəstək və müdafiə mənasını verir. Millətçilik isə öz millətinin maraqlarını başqa xalqların və ya bütün millətlərin ümumi mənafeyindən üstün hesab edən bir anlayışdır. Bir növ millətçilik aqressiv vətənpərvərlikdir.
Mənim zənnimcə, həm vətənpərvərlik hissi, həm də millətçilik hissi hər bir vətəndaşda olmalıdır. Çünki əgər sən öz millətini digər millətlərdən bir qədər üstün tutmasan, bir qədər çox sevməsən sən heç vaxt özünü o dövlətə aid hiss edə bilməyəcəksən. Millətçilik hissi ortaq xoşbəxt və ya bədbəxt hadisələr olan zaman da meydana çıxır. Çünki bu zaman xalq birləşir və bir bütün olur. Nümunə olaraq öz ölkəmizi göstərə bilərəm. 44 günlük Vətən müharibəsi ərəfəsində hər bir Azərbaycan vətəndaşının qəlbində olan o millət hissi alovlandı və biz yumruq kimi birləşdik, birlik nümayiş etdirdik.
Təbii ki, hər bir şey kimi millətçiliyin də ifrat dərəcədə olması pis haldır. İfrat millətçilik separatizmə, hətta müharibələrə səbəb ola bilir.

Sara Şahsuvarova
Azərbaycan Respublikasının Prezidenti yadında Dövlət İdarəçilik Akademiyası 4-cü kurs, Siyasi idarəetmə fakültəsi.
7-12-2023, 20:27
Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir


Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir

Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilirBu gün Azərbaycan gənci müxtəlif sahələrdə qazandığı uğurları ilə dövlətimizin və xalqımızın əsl qürur və iftixarına çevrilib. Gənclərimizin siyasi, ictimai, mədəni və idman sahələrindəki nailiyyətlərimiz bunları deməyə əsas verir. Azərbaycanda gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ölkədə demokratik prosesin sürətlənməsi ərəfəsində gənclərin təşkilatlanması məqsədi ilə ulu öndər tərəfindən 1994-cü il 26 iyul tarixli fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması ilə dövlətin gənclərlə bağlı siyasəti vahid mərkəzdən idarə olunmağa başladı. Ölkəmizdə gənclər siyasətinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb.
Gənclər təşkilatlarının təşəbbüslərinin, onların cəmiyyətin inkişafına yönəlmiş layihələrinin, həmçinin beynəlxalq əməkdaşlığının dövlət tərəfindən dəstəklənməsi gəncliyin dünya birliyinə inteqrasiyasında mühüm əhəmiyyət kəsb edir. Bu gün gənclər təşkilatlarının fəaliyyəti ən ali səviyyədə qiymətləndirilir.
Azərbaycan gəncliyinin ölkəmizin bu günü və sabahı olduğunu nəzərə alaraq dövlətimiz tərəfindən müasir gənclərin maraqlarını təmin edən, beynəlxalq təcrübəyə əsaslanan dövlət gənclər siyasəti formalaşdırılıb və uğurla həyata keçirilməsi məqsədilə ölkəmizdə gənclər siyasəti sahəsində bir sıra aparıcı qurumlar fəaliyyət göstərir. Onlardan biri də Azərbaycan Respublikasının Gənclər fondudur.
Təhsilalanlar arasında ictimai fəallığın artırılması kifayət qədər vacib amillərdən biridir. Son dövrlərdə gənclərin bir sıra vacib sahələrdə uğurlar əldə etməsi bunun bariz nümunəsidir. Gənclərin bu sahələrdə inkişaf etməsi , özlərini sözün həqiqi mənasında doğrultmaları dövlət qurumları tərəfindən dəstəklənir. Gənclər üçün hər bir alternativ şəraitin yaradılması , onlara maddi və mənəvi dəstəyin verilməsi dövlətimizin prioritet istiqamətlərindən biridir. Hər keçən gün bu dəstəyin artması, bu dəstəkdən yararlanan gənclərin məmnunluğu həqiqətən sevindirici haldır. Hər bir gənc dövlətin onun üçün yaratdığı təhsil yaxud hər hansı şəraitdən səmərəli şəkildə yararlanmalı və öz potensialını dövlətimizin inkişafı naminə səfətbər etməlidir. Gənclərimizin ictimai fəallığı təkcə dövlətimizin hüdudları ilə məhdudlaşmır. Bu gün istedadlı gənclərimiz ölkə hüdudlarından kənarda dövlətimizin maraqlarını layiqli şəkildə qoruyurlar. Bizim ali məqsədimiz bundan sonda da təhsilalanlar arasında ictimai fəallığın artırılması və bu sahədə fəallıqları ilə fərqlənən gəcnlərimizə dəstək verməkdir, biz bu zaman dövlətimiz və cəmiyyətimiz üçün faydalı nəsil yetişdirə bilərik.
Həyata keçirilən uğurlu gənclər siyasəti sahəsində Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Gənclər həyatlarının bütün inkişaf mərhələsində və fəaliyyət istiqamətində Fonda müraciət edərək yararlana bilərlər. Yeni fikir və ideyası olan gənclər, təhsil sahəsində dəstəyə ehtiyac duyan, beynəlxalq təcrübə qazanmaq istəyən, sosial-ictimai aktivlik nümayiş etdirmək istəyən, təcrübə qazanaraq karyerada ilk addımlar atmağı planlayan və s istiqamətlər üzrə müraciət edərək dəstək qazana bilərlər.
Gənclərin yüksək səviyyəli təhsil almaları, xalqımızın zəngin ənənələri, milli-mənəvi dəyərləri ruhunda yetişmələri, ölkənin ictimai-siyasi, mədəni həyatına, dövlət idarəçiliyinə cəlb olunmaları, fəal və sağlam həyat tərzi sürmələri, idmanla məşğul olmaları respublikamızda ardıcıllıqla həyata keçirilən məqsədyönlü dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir. Bu gün kreativ düşüncə tərzi ilə seçilən Azərbaycan gəncləri ölkədə yaradılan əlverişli mühitdən maksimum dərəcədə bəhrələnərək böyük fəallıq nümayiş etdirir və Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, iqtisadi qüdrətinin artmasına, beynəlxalq nüfuzunun daha da yüksəlməsinə öz layiqli töhfələrini verirlər.

Tural Rəhimzadə
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası 4-cü kurs, Siyasi idarəetmə fakültəsi

Yazı “XXI Əsr Təhsil Mərkəzi ” İctimai Birliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb
7-12-2023, 19:52
Parlament “Quran”ın yandırılmasını qadağan etdi


Parlament “Quran”ın yandırılmasını qadağan etdi

Dekabrın 7-də Danimarka parlamenti dini mətnlərin yandırılmasını qadağan edən qanun qəbul edib.
Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Sənədi parlamentdə 94 deputat dəstəkləyib, 77 millət vəkili isə onun əleyhinə çıxıb.
Xatırladaq ki, avqustun 25-də Danimarkanın ədliyyə naziri Peter Hummelqaard ictimai yerlərdə dini mətnlərin təhqir olunmasını qadağan edən hökumət qanun layihəsinin tezliklə təqdim ediləcəyini açıqlamışdı.
7-12-2023, 18:58
Putin iranlı həmkarıyla görüşdü


Putin iranlı həmkarıyla görüşdü

Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə görüşüb.
Danışıqlar Kremldə keçirilir.
Prezidentlər əvvəl təkbətək görüşüblər. Daha sonra isə danışıqlar nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcək.
7-12-2023, 18:16
XİN Başçısı diplomatik fəaliyyəti başa çatmış səfiri qəbul etdi


XİN Başçısı diplomatik fəaliyyəti başa çatmış səfiri qəbul etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüşdə Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin daha da inkişafı üçün böyük potensialın mövcud olduğu qeyd edilib. Xüsusilə iqtisadiyyat, energetika, mədəniyyət, turizm, kənd təsərrüfatı, yüksək texnologiyalar, təhsil və digər sahələrdə əməkdaşlığın inkişafının əhəmiyyəti vurğulanıb. İki ölkə arasında siyasi dialoqun və yüksək səviyyəli səfərlərin vacib olduğu bildirilib.
Nazir bölgənin təhlükəsizliyinə ən böyük hədə olan münaqişənin həlli və ölkəmizin suverenliyinin bərpası ilə bağlı Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini bir daha qarşı tərəfin diqqətinə çatdırıb. Bu dönəmdə ölkəmizdə fəaliyyət göstərən səfirin bu tarixi proseslərin şahidi olduğu xatırlanıb. Post-münaqişə dövründə ölkəmiz tərəfindən aparılan bərpa-quruculuq işlərində, eləcə də yaşıl enerji zonalarının yaradılması və Azad İqtisadi Zonalar çərçivəsində ölkəmizin Yaponiya tərəfi ilə əməkdaşlığı üçün böyük imkanların mövcud olduğu diqqətə çatdırılıb.
Azərbaycan-Yaponiya münasibətlərinin inkişafına verdiyi töhfəyə görə səfirə minnətdarlıq bildirilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.
Cuniçi Vada səmimi qəbula görə təşəkkürünü bildirib, fəaliyyəti dövründə Azərbaycanın dövlət və hökumət qurum və təşkilatlarından aldığı dəstək üçün minnətdarlıq ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
7-12-2023, 17:46
DİM və YAŞAT Fondunun təşkilatçılığıyla şəhid övladlarıyla görüş keçirildi


DİM və YAŞAT Fondunun təşkilatçılığıyla şəhid övladlarıyla görüş keçirildi

Dövlət İmtahan Mərkəzi (DİM) və YAŞAT Fondunun birgə təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində şəhid olan şəxslərin məktəbli övladlarının iştirakı ilə görüş keçirilib.
Görüşdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov və Bakı-Abşeron-Sumqayıt məktəblərinin IX-XI siniflərində təhsil alan 70-dən çox şəhid övladı iştirak edib.
Görüşün keçirilməsində məqsəd buraxılış və qəbul imtahanlarına hazırlaşan şəhid övladlarının təhsilinə, gələcək karyeralarının planlaşdırılmasına və inkişafına əməli yardım göstərmək və onlara mənəvi dəstək verməkdir.
Görüşdən əvvəl şagirdlər DİM-də yaradılmış milli qiymətləndirmə sisteminin tarixini əks etdirən muzeylə tanış olublar.
Daha sonra Mərkəzin əməkdaşları tərəfindən iştirakçılar üçün “Peşə seçiminin psixoloji məqamları” mövzusunda təqdimat nümayiş etdirilib və tədbirdə iştirak edən şagirdlərə Dövlət İmtahan Mərkəzi tərəfindən nəşr olunan dərs vəsaitləri (test topluları, fənlər üzrə qiymətləndirmə tapşırıqları) hədiyyə edilib.
Həmçinin DİM-in regional bölmələri vasitəsilə müxtəlif rayonlar üzrə də 100-ə yaxın şagirdə imtahana hazırlaşdıqları fənn və ixtisas qruplarına uyğun 1350 dərs vəsaiti çatdırılıb.
Görüşün rəsmi hissəsi Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Bunun ardınca Ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ulu öndər Heydər Əliyevin ilk Prezident tədaüdçüləri ilə görüşləri əsasında hazırlanmış videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın düşmən tapdağından azad olunması və ordumuzun qəhrəmanlığı haqqında danışıb, həmçinin şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin daim dövlətin diqqət və qayğısı altında olacağından bəhs edib.
Sədr həmçinin 2021-ci ilin sonlarından etibarən DİM və YAŞAT Fondu arasında imzalanan Memorandum çərçivəsində şəhid ailələrinin üzvləri və qazilərimizin iştirakı ilə Bakıda və regionlarda həyata keçirilən tədbirlər, buraxılış və qəbul imtahanlarına hazırlaşan abituriyentlərə göstərilən elmi-metodiki, həmçinin psixoloji dəstək xidmətləri haqqında məlumat verib.
M.Abbaszadə qeyd edib ki, bu müddət ərzində YAŞAT Fondunun DİM-ə təqdim etdiyi siyahıya uyğun olaraq ölkənin əksər şəhər və rayonlarında görüşlər təşkil olunub və şəhid övladları və qazilərə ümumilikdə 4 mindən çox dərs vəsaiti hədiyyə edilib.
YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov Vətən müharibəsi iştirakçılarının təhsilinə dövlət tərəfindən göstərilən diqqət və Dövlət İmtahan Mərkəzi ilə birlikdə görülən işlər haqqında danışıb.
Məlumat üçün bildiririk ki, bundan sonra da Dövlət İmtahan Mərkəzi tərəfindən analoji tədbirlərin təşkil olunması və bu istiqamətdə görüşlərin keçirilməsi davam etdiriləcək.






7-12-2023, 17:40
Brüsseldə keçiriləcək görüşün gündəliyi açıqlandı


Brüsseldə keçiriləcək görüşün gündəliyi açıqlandı

Dekabrın 11-də Brüsseldə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrelin sədrliyi ilə keçiriləcək iclasda altı Şərq Tərəfdaşlığı ölkəsindən beşinin (Ermənistan, Azərbaycan, Gürcüstan, Moldova Respublikası və Ukrayna) xarici işlər nazirləri bir araya gələcəklər.
Bu barədə Avropa İttifaqının saytında xəbər verilib.
Bildirilir ki, Aİ Xarici Əlaqələr Şurasının iclasından sonra, saat 18:00-da başlayacaq XİN rəhbərlərinin iclasında Aİ Qonşuluq Siyasəti və Genişlənmə üzrə komissarı Oliver Varhelyi də iştirak edəcək.
“Nazirlər Şərq Tərəfdaşlığı ilə bağlı fikir mübadiləsi aparacaq, onun nailiyyətlərini təhlil edəcək və siyasətin gələcəyi üçün konkret tövsiyələr müəyyən edəcəklər.
İclasda nazirlər üzv dövlətlərin və tərəfdaş ölkələrin ehtiyaclarının ödənilməsini təmin etmək üçün Şərq Tərəfdaşlığı təşəbbüsünün necə davam edəcəyi, 2024-cü ildə birgə işin əsas prioritetləri, Şərq Tərəfdaşlığı ölkələri üçün İqtisadi və İnvestisiya Planının reallaşdırılmasının sürətləndirilməsi, Mərkəzi Asiya və Qərbi Balkan ölkələri ilə əməkdaşlığın artırılması və “Qara Dəniz Sinerjisi” təşəbbüsü kimi regional proqramlarla fəal işləmək məsələlərini müzakirə edəcəklər.
Nazirlər xüsusilə regional rouminq, yol təhlükəsizliyi və nəqliyyat sahəsində 2024-cü il üçün konkret nəticələrə dair öhdəlikləri möhkəmləndirməyi hədəfləyəcəklər”, - deyə məlumatda vurğulanıb.
Məlumata görə, nazirlər Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunda da çıxış edəcəklər.
7-12-2023, 17:27
Azərbaycanla İraq arasında sənədlər imzalandı


Azərbaycanla İraq arasında sənədlər imzalandı

Azərbaycanla İraq arasında bir sıra sənədlərin imzalanması mərasimi keçirilib.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, imzalanma İraqa səfər çərçivəsində baş tutib. Səfər zamanı Azərbaycan və İraqın dövlət başçılarının tapşırıqlarının icrası istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib.
"İraqa səfər çərçivəsində bu ölkənin kommunikasiya naziri Hayam Al-Yasiri ilə görüşdük. İki ölkə arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanlarından danışdıq. Ölkəmizdə xarici şirkətlər üçün geniş vergi və gömrük güzəştləri təklif edən texnologiya və sənaye parkları barədə məlumat verdik. Daha sonra Azərbaycan və İraq arasında Hökumətlərarası Komissiyanın 3-cü iclasında iştirak etdik", - deyə nazir qeyd edib.



7-12-2023, 17:22
“Yuxarı Lars” keçid məntəqəsi açıldı


“Yuxarı Lars” keçid məntəqəsi açıldı

Ermənistanla Rusiyanı birləşdirən yeganə yolun keçdiyi Gürcüstanla Rusiya arasındakı "Yuxarı Lars" keçid məntəqəsi bütün nəqliyyat növləri üçün açılıb.
Bu barədə "News Georgia" məlumat yayıb.
Belə ki, Gürcüstanın Yol Departamenti Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudari-Kobi hissəsində ağır yük maşınları üçün qoyulan məhdudiyyətlərin götürüldüyünü açıqlayıb.
Yük daşımaları və oturacaq yeri 30-dan çox olan avtobuslar əks rejimdə keçirilir.
Rusiya tərəfi də öz növbəsində Vladiqafqaz-Lars hissəsində hər iki istiqamətdə bütün növ nəqliyyat vasitələri üçün hərəkəti açdığını elan edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!