Amerikada koronavirusun yeni ştammı yayılır .....                        "Bu, kişiliyə yaraşan bir hərəkət deyil" .....                        Ağdamın Xıdırlı kəndindən FOTOLAR .....                        “İmarət” stadionunun təməli qoyuldu - FOTO .....                        Dövlət başçısı Xankəndidə uşaq bağçasının açılışında .....                        Bakıda körpünün üzərində iki maşın yanır .....                        Azərbaycanda abortla bağlı dəhşətli statistika - əksəriyyəti gəncdir .....                        Rusiya bazarında ən populyar HİBRİD AVTOMOBİLLƏR .....                        3000-dən çox şəxsin yaralanmasına səbəb olan peycerlər - TARİX .....                       
9-12-2023, 14:46
Kanadanın XİN Başçısı da Bakıyla İrəvanın birgə bəyanatına reaksiya verdi


Kanadanın XİN Başçısı da Bakıyla İrəvanın birgə bəyanatına reaksiya verdi

Kanadanın xarici işlər naziri Melani Coli Ermənistanla Azərbaycan arasındakı dialoqu və xoşməramlılığı, eləcə də iki ölkə arasında etimad mühitinin dərinləşdirilməsi səylərini təşviq edən birgə bəyanatı alqışlayıb.
Bu barədə Kanada Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.
"Kanada 2 azərbaycanlı və 32 erməni hərbçinin azad edilməsinə dair razılaşmanı dəstəkləyir və ölkələrin beynəlxalq platformalarda bir-birinə göstərəcəyi dəstəyi yüksək qiymətləndirir. Biz siyasi dialoqun bu misli görünməmiş başlanğıcını iki ölkə arasında davam edən sülh prosesinə doğru bir addım kimi qiymətləndiririk. Eyni zamanda Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevi regionda sülh və sabitliyin təmin edilməsi istiqamətində birgə səylərinə görə alqışlayırıq”.
Xarici işlər naziri Melani Coli bildirib ki, Kanada iki ölkə arasında gələcək konkret etimad quruculuğu tədbirlərini təşviq edir.
“Kanada tərəflər arasında dialoqun davam etdirilməsini təşviq edir və Cənubi Qafqazda sülh və sabitliyin dəstəklənməsinə sadiq qalır”, - nazir deyib.
Qeyd edək ki, Kanadanın xarici işlər naziri Melani Coli son vaxtlar tez-tez Azərbaycanı hədəf alan cəfəng fikirlər səsləndirirdi. Kanadalı nazir Azərbaycanı sanksiya ilə hədələməklə ermənipərəst mövqe nümayiş etdirirdi.
O, hətta bu yaxınlarda Ermənistanda olarkən Azərbaycanla sərhədə - döyüş mövqeyinə gəlməklə açıq-aşkar təxribatçılıq etmişdi.
9-12-2023, 14:24
Sabahın havası - Güclü külək əsəcək


Sabahın havası - Güclü külək əsəcək

Sabah Bakıda güclü külək əsəcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, dekabrın 10-u gündüzdən ayın 11-i səhərədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
9-12-2023, 13:39
Zakir Həsənovdan açıqlama: Ordumuz istənilən tapşırığın icrasına hazırdır


Zakir Həsənovdan açıqlama: Ordumuz istənilən tapşırığın icrasına hazırdır

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun bundan sonra da qarşıya qoyulan istənilən tapşırıqların dəqiq icrasına hazır olduğunu qeyd edib.
Z.Həsənov bu barədə 2023-cü ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında bildirib.
Nazir Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun regionda sülhün bərqərar olmasına zəmin yaratdığını vurğulayıb.
Z.Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarında Ordumuzun fəaliyyətini yüksək qiymətləndirməsinin gələcək xidmətimiz üçün böyük stimul olduğunu bildirib.
İclasın yekununda çıxış edən general-polkovnik Z.Həsənov Ali Baş Komandan tərəfindən 2024-cü il üzrə Azərbaycan Ordusu qarşısında qoyulan tapşırıqları kollegiya iştirakçılarına çatdırıb.
9-12-2023, 12:08
İlham Əliyev Moldovaya yeni səfir təyin etdi


İlham Əliyev Moldovaya yeni səfir təyin etdi

Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycan Respublikasının Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Bu barədə Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalayıb.
Qeyd edək ki, Ülvi Baxşəliyev bu təyinatadək Azərbaycan Respublikasının Belarusdakı səfiri postunu tuturdu.


9-12-2023, 11:00
Yeni il münasibətilə istirahət günlərinin vaxtı dəyişdirildi


Yeni il münasibətilə istirahət günlərinin vaxtı dəyişdirildi

Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi barədə qərar verib.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 30 dekabr, 31 dekabr və 2024-cü il 7 yanvar istirahət günləri ilə müvafiq olaraq 2024-cü il 3 yanvar, 4 yanvar və 5 yanvar iş günlərinin yerləri dəyişdirilib.
Beləliklə, 2024-cü ildə 6 yanvar şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə 7 gün - 31 dekabr 2023-cü il, 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olacaq.
Xatırladaq ki, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır.

8-12-2023, 23:48
BMT-nin baş katibi Bakıyla İrəvanın birgə bəyanatına reaksiya verdi


BMT-nin baş katibi Bakıyla İrəvanın birgə bəyanatına reaksiya verdi

BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq niyyəti barədə birgə bəyanatını alqışlayır və bunun uzunmüddətli sülhün təmin olunmasına xidmət edəcəyinə ümid bəsləyir.
Bunu BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə deyib.
“Baş katib Ermənistan və Azərbaycanın birgə bəyanatını alqışlayır”, - deyə o bildirib.
“BMT tərəfləri bu sazişdən qarşılıqlı etimadı inkişaf etdirmək, xalqlarının və regionun rifahı naminə uzunmüddətli sülhü təmin etmək üçün istifadə etməyə təşviq edir”- Düjarrik qeyd edib.
8-12-2023, 23:07
Ermənistan müxalifəti sülh müqaviləsiylə tanış oldu


Ermənistan müxalifəti sülh müqaviləsiylə tanış oldu

Ermənistan müxalifəti ölkənin Xarici İşlər Nazirliyində Azərbaycanla sülh müqaviləsi ilə tanış olublar.
Bu barədə Ermənistan parlamentinin müxalif deputatı Qeqam Manukyan məlumat yayıb.
O, “sülh müqaviləsi” ilə bağlı son təklifləri təhlükəli hesab etdiyini bildirib.
"Bu, əvvəllər haqqında danışdığımız bütün qorxuları gücləndirdi", - Manukyan qeyd edib.
8-12-2023, 22:10
Azərbaycanda zəlzələ baş verdi


Azərbaycanda zəlzələ baş verdi

Bu gün yerli vaxtla saat 21:00-da Astara stansiyasından 45 km cənub-şərqdə, Xəzər dənizində maqnitudası 3.1 olan zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələ ocağının dərinliyi 11 km olub. Zəlzələ hiss olunmayıb.
8-12-2023, 21:46
“Qarabağ” böyükhesablı qələbə ilə rəqibini darmadağın etdi


“Qarabağ” böyükhesablı qələbə ilə rəqibini darmadağın etdi

Azərbaycan Premyer Liqasında XVI tura start verilib.
Açılış oyunu Sumqayıtda keçirilib.
Şəhərin eyniadlı komandası “Qarabağ”ı qəbul edib. Görüş son çempionun böyükhesablı qələbəsi ilə yekunlaşıb – 6:1.
Qarşılaşmada hesabı 21-ci dəqiqədə Leandro Andrade açıb. 29-cu dəqiqədə çempionatın bombardiri Juninyo Olavio qol sayını artırıb. Cəmi 4 dəqiqə sonra bu dəfə Abdullah Zubir adını tabloya yazdırıb. İlk hissədə 3 dəfə mərkəzə dəvət edilən “gənclik şəhəri” təmsilçisi fasilə ərəfəsində Erik Sorqanın (43-cü dəqiqə) qolu sayəsində fərqi azaldıb.
Buna baxmayaraq, “Qarabağ” ikinci hissədə də üstünlüyünü davam etdirib. 58-ci dəqiqədə Yassin Benzia baxımlı qola imza atıb. 73-cü dəqiqədə Andrade dublunu rəsmiləşdirib. Matçda son nöqtəni isə 86-cı dəqiqədə Hamidu Keyta qoyub.
“Sumqayıt”ı səfərdə darmadağın edərək xallarının sayını 35-ə çatdıran “Qarabağ” liderliyini bir qədər də möhkəmlədib. “Kimyaçılar” isə 23 xalla üçüncü pillədə qalıb.
Qeyd edək ki, turun digər oyunları dekabrın 9-10-da keçiriləcək.
8-12-2023, 20:15
Deputatlar Türkiyəyə səfər edəcəklər


Deputatlar Türkiyəyə səfər edəcəklər

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, qrupun üzvləri Məlahət İbrahimqızı, Fəzail Ağamalı, Əziz Ələkbərov, Nizami Cəfərov, Naqif Həmzəyev, Cavanşir Feyziyev, Anar İsgəndərov və deputat Ramin Məmmədov dekabrın 11-də Türkiyənin Ankara şəhərinə səfər edəcəklər.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Şamil Ayrımın dəvəti əsasında baş tutacaq səfər çərçivəsində deputatlar öz həmkarları ilə bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparacaqlar.
Səfər dekabrın 15-də başa çatacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!