Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
8-12-2023, 19:47
ATƏT PA prezidenti Azərbaycan və Ermənistanın birgə bəyanatı alqışlayır


ATƏT PA prezidenti Azərbaycan və Ermənistanın birgə bəyanatı alqışlayır

ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma (Finlandiya) və ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksen (Norveç) Azərbaycan və Ermənistanın dünən yaydığı birgə bəyanatı səmimiyyətlə alqışlayırlar.
Bu barədə təşkilatın saytında məlumat yerləşdirilib.
“Mən Ermənistan Respublikası və Azərbaycan Respublikası liderlərinin iki ölkə arasında etimadın yaradılması üçün atdıqları bu qətiyyətli addımları yüksək qiymətləndirirəm. Xüsusilə, humanizm və xoşməramlılıq dəyərlərinə əsaslanan hər iki tərəfdən hərbi qulluqçuların azad edilməsi gələcək əməkdaşlıq üçün müsbət presedent yaradır. Ümid edirəm ki, bu, gələcək təşəbbüslər üçün ilham mənbəyi olacaq”, - Kauma bildirib.
“Bu birgə bəyanat və onunla bağlı praktiki addımlar sülhə birgə sadiqliyi nümayiş etdirir. Bu, Cənubi Qafqazda bütün insanlar üçün davamlı sülh və təhlükəsizliyə doğru tarixi keçidi qeyd edə bilər”, - deyə xüsusi nümayəndə Henriksen qeyd edib.
Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini azad edir, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir. Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycanın namizədliyini dəstəkləyir. Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.
8-12-2023, 19:30
Milli Məclisin sədri Avropa Şurasının Baş katibiylə görüşdü


Milli Məclisin sədri Avropa Şurasının Baş katibiylə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 8-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə Azərbaycanla Avropa Şurası (AŞ) arasında mövcud əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığı çərçivəsində görülmüş işləri, həyata keçirilmiş birgə proqramları qeyd edib, 2022-2025-ci illəri əhatə edən yeni Fəaliyyət Planının əlaqələrin dərinləşməsində mühüm vasitə kimi qiymətləndirib. Mariya Peyçinoviç Buriç Azərbaycanın Avropa Şurasının dəyərli üzvü olduğunu vurğulayıb. O, Azərbaycan parlament nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasında fəal iştirakını qeyd edib. O, ölkəmizin bir sıra mühüm Konvensiyalara qoşulduğunu deyərək, bu məsələdə parlamentin mühüm rolu olduğunu bildirib.
Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova regionda gedən proseslər barədə ətraflı məlumat verib. Parlamentin spikeri işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması istiqamətində görülmüş işlər, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması üzrə təşəbbüsləri haqda danışıb. Həmçinin qonaq cari ilin sentyabr ayında Qarabağ bölgəsində aparılmış lokal antiterror tədbirlərinin səbəbləri, mahiyyəti və nəticələri barədə məlumatlandırılıb. Bu tədbirlərin beynəlxalq hüquqa uyğun şəkildə həyata keçirildiyi, mülki əhaliyə qarşı heç bir zorakılıq faktının qeydə alınmadığı, Azərbaycan öz suverenliyi bərpa etdiyi ifadə edilib.
Milli Məclisin sədri qeyd edib ki, bu gün artıq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur. Bu mənada, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması üçün mühüm addım kimi qiymətləndirilib. Hər iki ölkənin yaxın gələcəkdə əlavə etimad tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirməyə razılığını ifadə etməsi və tərəflərin beynəlxalq ictimaiyyəti bu səyləri dəstəkləməyə çağırması bəyanatın mühüm cəhəti kimi səciyyələndirilib.
Bu kontekstdə, Avropa Şurasının Azərbaycan və Ermənistan arasında etimad quruculuğu proseslərinə töhfə verə biləcək platforma rolunu oynamaq imkanlarına toxunulub. Milli Məclisin sədri mövcud reallıqları təhrif edən, iki ölkə arasında normallaşma prosesini zədələyən, sülh sazişinin tezliklə imzalanması perspektivlərinə xələl gətirən addımlara yol verilməməsini zəruri hesab edib.
Söhbət zamanı AŞ-nin Baş katib regionda davamlı sülhün təmin edilməsi istiqamətində ölkəmizin atdığı addımları təqdir etdiklərini bildirib. Maria Peyçinoviç Buriç, Azərbaycan ilə Ermənistan arasında etimad quruculuğu proseslərinə Avropa Şurasının töhfə verməyə hazır olduğunu vurğulayıb.
Qarşılıqlı maraq doğuran digər məsələlərin də müzakirə olunduğu görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Azərbaycanın AŞ yanında daimi nümayəndəsi səfir Fəxrəddin İsmayılov, AŞ-nin Bakı ofisinin rəhbəri səfir Petr Zix və digər rəsmi şəxslər iştirak edib.
8-12-2023, 19:15
Ukrayna Qafqazda normallaşma prosesini dəstəkləyir - XİN


Ukrayna Qafqazda normallaşma prosesini dəstəkləyir - XİN

Azərbaycan və Ermənistanın münasibətlərin normallaşması istiqamətində səylərini dəstəkləyirik.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi “X” hesabında paylaşım edib.
“Biz beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində onların suverenliyinə və ərazi bütövlüyünə sadiqik. Ukrayna Azərbaycan və Ermənistan arasında münaqişənin dinc və diplomatik yollarla yekun həllini dəstəkləyir”, - deyə Ukrayna XİN yazıb.
8-12-2023, 19:15
Ukrayna Qafqazda normallaşma prosesini dəstəkləyir - XİN


Ukrayna Qafqazda normallaşma prosesini dəstəkləyir - XİN

Azərbaycan və Ermənistanın münasibətlərin normallaşması istiqamətində səylərini dəstəkləyirik.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi “X” hesabında paylaşım edib.
“Biz beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində onların suverenliyinə və ərazi bütövlüyünə sadiqik. Ukrayna Azərbaycan və Ermənistan arasında münaqişənin dinc və diplomatik yollarla yekun həllini dəstəkləyir”, - deyə Ukrayna XİN yazıb.
8-12-2023, 18:50
Sabiq səfir vəfat etdi


Sabiq səfir vəfat etdi

Azərbaycanın Çindəki sabiq səfiri Yaşar Əliyev vəfat edib.
Yaşar Əliyev 75 yaşında dünyasını dəyişib.
Milli Məclisin keçmiş sədr müavini Yaşar Əliyev iki çağırış deputat olub. O, daha sonra 10 il Azərbaycanın Çindəki səfiri postunda çalışıb.
2011-ci il avqustun 16-da Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri vəzifəsindən geri çağırılıb.
Qeyd edək ki, Yaşar Əliyev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın atası, deputat Siyavuş Novruzovun qaynatasıdır.
8-12-2023, 18:49
“Bakıdan Berlinədək...!”


“Bakıdan Berlinədək...!”
(1919 – 2006)

Ötən əsrdə Hitler almaniyası tərəfindən törədilən İkinci Dünya Müharibəsi zamanı(1939-1945) altmış milyondan çox insan məhv edilmişdi.
Sovet dönəmində “Böyük Vətən Müharibəsi” adı altında İttifaq ərazisindən milyonlarla insan səfərbər olundu. O cümlədən 650 000 nəfər Azərbaycanlı övlad ıcəbhəyə göndərildi. Arxa cəbhədə isə gecə-gündüz çalışan iki milyondan çox Azərbaycan vətəndaşı ordunu ərzaq, geyim, silah, hərbi texnika, yanacaq sursatı ilə təmin edirdi.
Müharibədə döyüşən həmvətənlərimizin bir qismi qəhramancasına həlak oldu, bir qismi isə yaralanıb şikəst halda tərxis edildi. Onların içərisində, milyonlardan biri-Bakıdan Berlinədək qanlı döyüş yolu keçən, dörd dəfə düşmən gülləsi almış cəsur əsgər İbrahimov Qənimət Qoca oğlu tərxis edilib vətəninə qayıtmışdı!..
“Uzun pəhlivan.”
Atam, İbrahimov Qənimət Qoca oğlu 1919-cu ildə Füzuli rayonunun Gecəgözlü kəndində, yoxsul kəndli ailəsində doğulub. Kiçik yaşlarında anası Səlbinaz, atası Qoca xəstəlikdən vəfat edir. Valideyinlərini vaxtsız itirən atamın həyat tərzi sonralar çox ağrılı keçibmiş. Bir müddət kiçik bacısı Hürü, qardaşı Qürbətlə əmisinin himayəsində yaşamalı olur. Əmisi onlara öz övladları kimi baxır və hər bir qayğılarını çəkir.
Sovet dönəminin ilk dövrləri ağır olsa da atamın əmisi onu savadlı görmək istəyir və kənddə ibtidai məktəbdə təhsil almasına nail olur. Bacı, qardaşına erkən yaşından qayğı göstərən atam ibtidai təhsillə kifayətlənir, kəndimizdə təzə yaranan kolxozda işləməyə məcbur olur. Uca boyuna, qamətinə görə yaşıdlarından seçilən atam ağır fiziki işlərdə çalışırmış. O dövrün tələbi ilə, şəxsi mülkündə bir cüt öküzü olan kəndlini kolxoz təssərrüfatına qəbul edirdilər. Atamın dediyinə görə valideyinlərinin sağlığında saxladıqları bir cüt öküzü, xış qarışıq kolxoza təhvil verdikdən sonra işə cəlb edilir. İlk günlərdən özündən yaşlı kişilərlə bir yerdə çalışan atam, əkin sahələrinin şumlanması, taxılın səpilməsində hamıdan fərqləndiyinə görə, kolxozçular ona “Uzun Pəhləvan” adını vermişdilər.
Bacı və qardaşının korluq çəkməməsi üçün o,gecə-gündüz işləyir, onların kənd məktəbində təhsil almasına diqqət göstərir. Atam orduya səfərbər ediləndə bibim Hürü ev işləri ilə məşqul olur, əmim Qürbət isə Füzuli şəhərində pedaqoji məktəbdə təhsil alırmış. O, təhsilini bitirdikdən sonra Əbdürrəhmanlı kənd məktəbində müəllim işləyir...
Beləliklə yetkinlik dövründə ömür yolunu ağrılı, qayğılı yaşayan atam ağır işlərdə zəhmətə qatılaraq hər əzaba dözür və ruhdan düşmür. Ahıl yaşımda atamı xatırladıqca onun yoxluğunu bir anda olsun unuda bilmirəm...

Ordu sıralarında.
(Atamın xatirələrindən...)

Atam, asudə vaxtlarında bizi ətrafına yığar, keçdiyi həyat yolunu aramla danışar, hamımız onu maraqla dinləyərdik. O, xəyala dalmış kimi, divardan asılmış xalça üzərindəki naxışlı ilmələri diqqətlə gözdən keçirər, hərdən də köks ötürüb doluxsunmuş halda söhbətinə davam edərdi. Evimizin ən qiymətli mirası sayılan xalçanı atam, sonralar isə bibim Hürü daimi tozunu alıb əzizləyərdi.
Atam özünə məxsus əda ilə söhbətinə belə başlayardı:
1938-ci ilin yayında məni Füzuli rayon hərbi komissarlığından əsgəri xidmətə səfərbər etdilər. Biləcəri qəsəbəsində, hərbi qərargahda yoxlamadan keçəndən sonraqatarla Ukraynaya yola saldılar. Üç gün yol gedən qatarımız Dnepropetrovsk şəhərində, son mənzildə dayandı. O dövrdə İttifaqın müxtəlif yerlərindən Ukraynaya göndərilənlər hərbi qaydada birbaşa Dnepropetrovsk şəhərində, Ordu Qərargahından vilayətlərə xidmətə göndərilirdi. Gecəyarısı vağzal meydanında bizə başçılıq edən polkovnikin əmri ilə sıraya düzülüb Karl Marks prospektində piyada, şəhərin qərb istiqmətinə doğru beş kilometr hərəkət etdik. Səhərə yaxın hərbi hissəyə çatdıq. Xüsusi kazarmada hərbi forma geyinib, həyətdə sırada dayandıq və xidməti hissələrə göndərilmə bölgüsü başlandı.
Məni, bir qrup sıravi əsgərlə Dnepropetrovsk şəhəri ətrafında yerləşən hərbi hissəyə göndərdilər. Bir azdan bizi aparan ural-zis maşını Dnepr çayı üzərindən salınmış nəhəng körpüdən keçərkən təəccüblə kuzadan aşağı boylandım. Heç vaxt belə geniş çay görməmişdim. Sanki dənizin mavi sularının üzərindən keçirdik. Aşağıya baxdıqca xəyalımda Dnepr çayını Xan Arazla müqayisə edirdim. Maşın bir azdan Samara çayı üzərindəki taxta körpüdən keçib xeyli gedəndən sonra qarşıdakı hərbi hissəni həyətinə daxil oldu. Bizi maşından düşürüb qərargaha apardılar. Beləliklə xidmətə başladım.
Bacarığım, çevik və iri qamətimlə ilk gündən əsgər yoldaşlarımın, komandirlərin diqqətini cəlb etmişdim. Hərbi təlim zamanı içi dolu ağır mərmi yeşiklərini cəld və asanlıqla maşının kuzasından çiynimə alıb artilleriya topunun yanına daşıdığımı görən zabit heyəti təəccüblə mənə baxırdı. Xidmətimin birinci ili hərbi hissə komandirimin əmri ilə kiçik çavuş rütbəsi aldım və onun şəxsi sürücüsü kimi əsgəri xidmətimi davam etdirdim.
1939-cu ilin sentyabrında Hitler faşist ordusunun Polşa üzərinə hücum etməsi ilə İkinci Dünya Müharibəsi başlandı...
Ali Baş Komandan Stalinin: - “Hər an döyüşə hazır ol!” məlum əmri bütün ordu heyyətlərində bir qayda olaraq yerinə yetirilirdi. Bizim də hərbi hissəmiz hər an baş verəcək düşmən təcavüzünün qarşısını almaq məqsədi ilə hazır vəziyyətdə xidmətimizi davam etdirirdik. Beləliklə, üç il hərbi xidmətdən sonra18 iyun 1941-ci ildə ordudan tərxis edilib vətənimə, Azərbaycana yola düşdüm...

“Yenidən hərbi xidmətə...!”

21 iyun 1941-ci ildə bir qrup əsgər yoldaşlarımla Dnepropetrovsk şəhərindən qatarla Donetsk vilayətinə yola düşdük. Donetsk vilayəti İttifaq ərazisində kömür sənayesi ilə bərabər, dəmiryol xidməti üzrə də ən böyük qovşaq hesab olunurdu. Qərb və şimaldan şərqə doğru hərəkət edən qatarlar bu vilayətin ərazisindən ötüb keçirdi. Bütün gecəni hərəkət edən qatarımız 22 iyun, səhər ertədən Donetsk vağzalında dayandı. Bir azdan yol talonumuzu vağzal kassasında qeydə aldırıb Rostova gedən qatara mindik. Bu an vağzalda səsgücləndirici radioda diktorun həyəcanlı səsi ətrafa yayıldı. Radiodan faşist ordusunun sübh çağı müharibə elan etmədən İttifaqın ərazisinə soxulması xəbəri yayıldı. Vağzalın geniş meydanında bu xəbəri eşidənlər həyəcanla dinləyirdilər. Xəbəri sarsıntı ilə qarşılasam da tezliklə vətənə qayıtmaq istəyirdim. Bir azdan qatarı hərəkətə gətirən paravozun fit səsi eşidildi. Aşağıda vaqondakıları yola salanların həyəcanlı səsləri eşidilirdi. Qatar vağzaldan uzaqlaşdıqca səslər də eşidilməz oldu. Yol uzunu irəliləyən qatar növbəti stansiyalarda saatlarla dayanıb ləngiyirdi. 25 iyun, günorta Rostov şəhərinə çatdıq. Rostovda əsgər yoldaşlarımdan ayrılıb Moskva-Bakı qatarı ilə vətənimə qayıdırdım. Özümdə rahatlıq, sevinc hissi keçirirdim. Sevinirdim ki, bir neçə gündən sonra vətənimə, doğma kəndim Gecəgözlüyə qayıdacam. İllərlə üzünü görə bilmədiyim bacımı, qardaşımı görəcəm, yenidən kolxozumuzda çalışacam...
“Sən saydığını say, gör fələk nə sayır!” Təzəcə vaqona daxil olub yerimi rahatlayırdım ki, bu an içəriyə doluşan silahlı hərbiçilər heç kimə məhəl qoymadan sərnişinlərin sənədlərini yoxlamağa başladı. Növbə mənə çatanda hərbi geyimdə olduğumu görən zabit sənədlərimi tələb etdi. O, vaqonun pəncərəsi önündəki oturacaqda əyləşib planşetindən çıxardığı hazır blankı mənə uzadıb imzalamağı əmr etdi. Hərbi təlimatı bildiyim üçün“öhdəilik” blankını alıb imzaladım. Əmrə tabe olmasaydım sözsüz ki, hərbi tribunalda aqibətimin necə qurtaracağını yaxşı anlayırdım...
Vaqondakı sərnişinlər, xüsusən də yaşlı qadınlar həyəcanla mənə baxır, çəkinmədən faşistlərə, Hitlerə lənətlər yağdırırdı. Məni aşağı düşürüb digər saxlanılmış əsgərlərlə birlikdə, xüsusi eşalonda geriyə, Dnepropetrovsk şəhərinə, hərbi hissəmizə yola saldılar. Ertəsi günü hərbi hissəmizin bütün heyətini Kiyevin müdafiəsinə Hərbi Dairənin baş qərargahına xidmətə göndərdilər. Qərargah ətrafına çoxlu ordu qüvvələri cəlb edilmişdi. Günortaya yaxın qəfil almanların “Messerşmit”, “Yunker” təyyarələri şəhəri bombardman etdi. Səmada qəribə, qorxunc səs çıxaran təyyarələrin sayı məlum deyildi. Elə bil ki, çəyirtkə sürüsü taxıl zəmisinə daraşmışdı. Bir anda şəhərin əksər hissəsi yerlə yeksan edildi. Atılan mərmilərdən çoxlu əsgər, dinc əhali dağıdılmış evlərin qalıqları altında qaldı. Bombardmandan sonra sağ qalan ordu hissəmizlə general-polkovnik Mixail Petroviç Kriponosun komandan olduğu Ukrayna Cənub-Qərb dairəsində cəbhəboyu döyüşü davam etdirməli olduq. Sentyabrın ortalarında ordumuzu faşistlər qəflətən artilleriya atəşinə tutdu. Bu döyüşdə mən ağır yaralandım. Üzərimdə ağır cərrahiyə əməliyyatı aparıldı. Ertəsi günü palatada məlum oldu ki, döyüş zamanı komandanımız Kriponos və ordu hissəmizin yarıdan çoxu həlak olub. Bir müddət hospitalda müalicə alandan sonra yeni yaradılmış hərbi hissəyə göndərildim. Ordu sıralarında üç illik xidmətimi, çevik, cüssəli olduğumu nəzərə alıb kəşfiyyat bölüyünə komandir təyin edildim. Komandanlıq düşmənin hərbi gücünü, hücum vaxtını müəyyən etmək üçün alman mövqeyinə kəşfiyyat dəstəsinin göndərilməsi əmrini vermişdi.
Hissə komandirimizin əmri ilə dörd kəşfiyyatçımla ayazlı gecədə sürünə-sürünə alman mövqeyinə doğru hərəkət etdik. Məqsədimiz düşmən səngərindən bir zabiti ələ keçirmək idi. Öndə yerləşən alman mövqeyinə yaxınlaşıb səngərə düşmək istəyirdik ki, üzərimizə tuşlanmış fənər işığında silahlı faşistlər bizi mühasirəyə aldı. Heç demə onlar hərəkət etdiyimizdən duyuq düşüblər. Silahlarımızı alıb özümüzü əsir götürdülər. Tərcüməçi vasitəsi ilə sorğu-sual edildikdən sonra bizi nəzarət altında meşədən xeyli aralıda yerləşən təpənin üstü ilə naməlum istiqamətə apardılar. Anlayırdıq ki, cəbhə xəttindən kənar yerdə özümüzə məzar qazdırıb güllələyəcəklər. Döyüşlərdə hər an həlak olan əsgər yodaşlarımızın cəsədlərini gördükcə ölüm anları bizim üçün adiləşmişdi, qorxmurduq. Nə isə!..
Yolboyu kəndimizi, bacımı, qardaşımı, sevimli əmimi, onun uşaqlarını düşünürdüm. Üç illik xidmət zamanı qardaşım Qürbətdən aldığım məktubda onun pedaqoji məktəbi bitirib qonşu Əbdürrəhmanlı kəndində müəllim işlədiyindən xəbərdar idim. Ancaq müharibə başlanan gündən bir daha doğmalarımdan məktub almamışdım...
Kəşfiyyatçı kimi bizi gözləyən sonluğun fərqinə varmadan silahlı düşmənlə əlbəyaxa vuruşub qurtulmağa üstünlük verirdim. Anamın dayısı Qaçaq Süleymanın igidliyini yadıma salırdım. Beş nəfər dılqır faşistin bizə tuşladığı silah qarşısında əsir kimi addımlamağı özümə sığışdıra bilmirdim. Elə bil, o gecə bizim bəxtimizdən bədirlənmiş ay işığında ətrafımız əl içi kimi görünürdü. Almanlar duymasın deyə zümzümə ilə mızıldanaraq, kəşfiyatçı yoldaşlarıma qarşıda məqam yaranan kimi qaçmağı eşitdirirdim. Təpənin sonuna yaxın aşağıda hər tərəfi kol-kos, üzəri mamır basmış gölü gördükdə ilk xəbərdarlığımla üzüaşağı götürülüb qaçmağa başladıq. Bunu görən almanlar bizi arxadan güllə yağışına tutdu. Kolların arası ilə sürətlə qaçaraq gölə yaxınlaşıb özümüzü suya atdıq. Hədəfdən yayınmaq üçün, qamışlıqda vargücümlə irəliləyirdim. Bir anlıq arxaya boylanıb yoldaşlarımın sahildə həlak olduğunu gördüm. Atəş səsləri də kəsilmişdi. Səhərə qədər qamışlıqda qurşağa qədər suda aşağı əyilib gözləməli oldum. Səhər ətrafda bir kimsənin olmadığını görüb gölü keçərək qarşıda görünən sıx meşəyə tərəf qaçmağa başladım. Almanlar tərəfindən izlənmədiyimi bilib nəfəsimi dərdikdən sonra yoluma davam etdim. Xeyli getmişdim ki, qarşıma çıxan geniş talada görünən kəndə doğru sürünə-sürünə yaxınlaşdım. Kəndin kənarında ilk rastıma çıxan, tövləyə oxşayan taxta daxmaya girdim. İçəridə quru ot yığını görüb sevindim. Çünki başdan ayağa su içində idim. Yaş paltarım bədənimə yapışmışdı. Yuxusuzluq, yorğunluq məni əldən salmışdı. Alnımdan üzü aşağı axan tərimi silmək istəyəndə əlimin qana batdığını görüb bildim ki, başımdan yaralanmışam. Dərhal alt köynəyimdən cırıb başımı sarıdım, otu eşib özümə yer edərək yuxuya getdim...
Birdən yanıma dəyən zərbədən dik atıldım. Yaşlı qadın ot götürərkən yabanın şiş ucu buduma batmışdı. Məni görən qadın qorxudan kənara sıçrayıb heyrətlə baxdı. Mən ona izah etdim ki, qorxmasın, sovet əsgəriyəm, faşistlərin əlindən qaçmışam. O, mənə heç nə demədən bayıra çıxıb yaşlı qadınla geri qayıtdı. Hər ikisi dərhal məni zirzəmiyə salıb gizlədilər. Bir azdan yaşlı kişi də gəlib mənimlə maraqlandı və dedi ki, hər an almanlar kəndə gələ bilərlər. Sonra gecə məni meşədə mövqe tutan sovet ordusunun yerləşdiyi əraziyə ötürəcəyini bildirdi. O gecə mənə qulluq edən ev sahibəsi paltarımı qurudub yeməklə qarnımı doyurdu. Ertəsi gün, gecənin qaranlığında, dumanlı havada ev sahibəsi kiçik bağlamada mənə yol azuqəsi verib həyət qapısına qədər uğurladı. Bələdçilik edən qoca təhlükəsiz yerlərlə məni meşəyə qədər ötürdü. Gündüzlər gizlənir, gecələr ətrafımı diqqətlə müşahidə edərək ehtiyatla irəliləyirdim. Səksəkəli anlar məni əldən salmışdı. İri gövdəli küknar ağacına söykənib dincimi almaq istəyirdim. Qəflətən qarşıdan, rus dilində-“yerində dayan”- ifadəsini eşidib şaşırdım. Bu an başımın üzərindən bir neçə güllə atıldı. Silahsız olduğumu görən iki rus əsgəri mənə yaxınlaşdı. Özümü saxlaya bilməyib əsəbi halda onların qarasınca deyinərək kim olduğumu anlatdım. Qısa izahatdan sonra keşikçi əsgərlər üst-başımı, sənədlərimi yoxlayıb meşənin dərinliyindəki sığınacaqda komandirə təqdim etdilər. Orada uzun sorğu-sual zamanı kəşfiyyatçı olduğumu, başıma gələnləri ətraflı danışdım. Ancaq səhvən kəşfiyat zamanı dəstəmlə əsir düşdüyümü, dərhal da qaçdığımı bidirsəm də yenə də əlavə suallar yağdırırdılar. Bununla da qara günüm başladı. Ertəsi gün diviziyamızın “xüsusi şöbə”sindən gələn əməkdaş mənimlə ciddi maraqlanıb yenidən sorğu-sual etdi. Uzun sorğudan sonra azərbaycanlı, sovet əsgəri olduğumu nəzərə aldı və hərbi tribunala vermədi. Ancaq, Stalinin müharibədə əsir düşənlərin ciddi cəzalandırılması haqda əmrini dönə-dönə nəzərimə çatdıraraq hərbi hissəyə qəbul edilməyimə etiraz etmədiyini hissənin komandirinə bildirdi. Onu da bildirdi ki, əsirlikdən qaçıb yenidən hərbi hissəyə cəlb edilən əsgər döyüş zamanı özünü doğruldarsa, hissə komandirinin raportu əsasında gələcəkdə həbs cəzasından qurtula bilər...
Atam, hər dəfə cəbhə xatirələrindən danışarkən, döyüşlərdə dörd dəfə düşmən gülləsindən ağır yara aldığını yada salardı. Müharibə zamanı döyüşlərdə 2-ci Ukrayna, 1-ci Belarusiya Ordu tərkibində vuruşan atam Berlin şəhərinin alınması uğrunda da vuruşmuşdu. Cəsurluğuna görə sovet ordusu nəzarət edən Şərqi Almaniyanın(ADR), əlahiddə komendantı general-polkovnik Nikolay Erastoviç Berzarinin, sonralar general Dmitri İvanoviç Smirnovun şəxsi sürücüsü kimi xidmətini davam etdirir.
1946-cı ilin aprelində Berlin Hərbi Dairəsinin cəsur əsgəri kimi ordudan tərxis edilib Füzuliyə, doğma Gecəgözlü kəndinə qayıdır. Hissədən ayrılıb vətənə yola düşərkən general Dmitri Smirnov qorxmaz və bacarıqlı sürücü kimi inandığı atamı bir müddət dincəldikdən sonra könüllü surətdə Berlinə qayıdıb xidmətini davam etdirməyi təklif etmişdi. Berlində, qələbə əzmində payı olan, aldığı orden-medallarla tərxis edilən atam qəhrəman kimi 1946-cı il mayın 26-da doğma kəndi Gecəgözlüyə qayıdır. O anlarda atamı bacısı Hürü göz yaşları ilə qarşılayır. Əmisi uşaqları, yaxınları elliklə onun ziyarətinə gəlib gözaydınlığı verir. Atam nigarançılıqla gələnlərin arasında qardaşı Qürbəti arayır. Ancaq onu görməyəndə nitqi tutulmuş halda bacısına baxır. Bu an özünü saxlaya bilməyən bacısı Hürü hönkürərək qardaşı Qürbətin Kerç uğrunda döyüşlərdə qəhrəmancasına həlak olması haqda “qara kağız” gəldiyini deyir.
Qürbətin həlak olması xəbərini eşidən atam çox sarsılır. Günlərlə dinib-danışmır. Aradan bir müddət keçməsinə baxmayaraq xidmətini davam etdirmək üçün Berlinə qayıtmır, kəndimizdə qalıb təssərrüfatda çalışmalı olur.

“Yoxlamalar, sorğular səngimir...”

Müharibədən sonrakı illəri yada salan atam başına gələnləri təəssüf hissi ilə qeyd edərək deyirdi:
- Qanlı müharibə illərinin ağrılı fəsadları arxada qalmışdı. O dövrdə əlahiddə qanun tələbinə görə cəbhədən qayıdarkən Füzuli rayon hərbi komissarlığında, tərxis olunma sənədlərimi təqdim edib qeydiyata alındım. Sonra rayonda yerləşən xüsusi şöbədə müharibə zamanı keçdiyim döyüş yolunu, təltif edilmiş orden-medallarımın sənədlərini rəsmi qaydada yoxladıqdan sonra sərbəst yaşayıb işləməyimə irad bildirmədilər və məni hörmətlə yola saldılar.
Aradan bir müddət keçmişdi, məni kolxoz işinə cəlb etmişdilər. Traktorçu kimi yorulmadan zəhmət çəkirdim. 1947-ci ildə təzəcə ailə həyatı qurub kəndimizin gözəl-göyçək xanımı Zərnigar xanımla evlənmişdim. Öz evimizdə, ailəmizlə rahat yaşayırdıq. Ancaq bu rahatlıq heç də uzun çəkmədi. 1948-ci ilin mayı, qələbəmizin üçüncü ilində Böyük Vətən Müharibəsində iştirak edənlərə “Müharibə iştirakçısı” vəsiqəsi verilməsi haqda qərar çıxdı. Bu xəbəri eşidəndə mən də rayon hərbi komissarlığına getdim, özümü komissara təqdim edib cəbhə sənədlərimi göstərdim.Qısa söhbətdən sonra sənədlərimi diqqətlə gözdən keçirən komissar bildirdi ki, müracətinizə baxılacaq, tələbiniz yerinə yetiriləcək. Aradan bir il keçmişdi. 1949-cu ildə rayonda fəaliyyət göstərən xüsusi şöbəyə dəvət edildim. Orada uzun sorğu-sualdan sonra bildirdilər ki, 1941-ci ilin payızında əsir düşməyiniz haqda şöbəyə məlumat daxil olub.
Mən şöbənin rəisinə başıma gələnləri izah edərək 1941-ci ilin noyabr ayında komandanlığın əmri ilə kəşfiyatçı kimi düşmən mövqeyində əsir götürülsəm də dərhal faşistlərin cəngindən qaçıb qurtula bildim və yenidən orduda xidmətimi davam etdirdim. Dediklərimi yazılı izahat halında alıb oxuyan şöbənin rəisi, sənədlərimi diqqətlə yoxlayıb susdu. 1947-ci ildə aldığım “Stalin” medalı, hissə komandirlərimin haqqımda yazdığı müsbət raportlara nəzər yetirən rəis tərəddüdlə başını silkələyib sənədlərimi özümə qaytardı. Qapını göstərərək mülayim cəslə dedi:
- Vətəndaş Qənimət İbrahimov gedə bilərsiniz, ailənizlə birlikdə asudə yaşayın, kolxozda öz işinizdə tam sərbəst işləyə bilərsiniz.
Şöbədən çıxanda özümdə rahatlıq hiss etdim. Fikirləşirdim ki, döyüş zamanı aldığım orden-medallar, komandirlərimin müsbət raportları məni həbs olunma təhlükəsindən qurtardı. Çox-çox sonralar mənə məlum olmuşdu ki, öz kəndimizdən yaxınlarımdan birisi mənim əsirlikdə bir neçə saat olmağımı xüsusi şöbəyə məlumat vermişdi...
Rayonda başqa veteranlardan fərqli olaraq müharibə iştirakçılarına verilən imtiyazlardan məhrum olmuşdum, güzəştlərlə təmin olunmurdum. Nəhayət rayon hərbi komissarlığının mənə göstərdiyi soyuq münasibətə görə Moskvaya, Mərkəzi Komitəyə yazılı müraciət etdim. Müraciətimdə 1938-1946-cı illərdə Sovet Ordusu sıralarında xidmətimi, Kiyevdən-Berlinə qədər keçdiyim döyüş yolunu ətraflı göstərdim.
1983-cü ildə müraciətimə cavab olaraq Mərkəzi Komitədən göndərilən araşdırıcı məktubda Böyük Vətən Müharibəsi iştirakçısı olduğum rəsmi surətdə öz təsdiqini tapdı. Müraciətdən dərhal sonra rayon hərbi komissarlığına çağrılıb müharibə veteranına verilən hüquqlarımla bərpa olundum. 1985-ci ildə Alman faşizm üzərində qələbənin 40 lliyi münasibəti ilə medalla da təltif edildim.
Beləliklə asudə həyat tərzim yenidən öz axarına düşdü və davam etdi. Ötən günlərimi xatırladqca heç də məyus olmuram. Müharibədən sonra kəndimizdə qalası oldum. Əmək fəaliyyətimin 34 ilini kolxozda traktorçu işlədim, sonralar müxtəlif təssərrüfat sahələrində çalışmalı oldum.
Kənd təssərrüfatı alətlərinin istismarını yaxşı bildiyim üçün Göyçay rayonuna, sürücülük məktəbinə göndərilib usta-müəllim mütəxəsis kimi iki il işlədim. Texnikanın bacarıqlı ustası kimi Sovet İttifaqı ilə İran dövləti arasında bağlanmış müqavilə əsasında Araz çayı üzərində inşa edilən nəhəg su bəndinin tikintisinə cəlb edilərək bir müddət orada işlədim. Kiçik yaşlarımdan ailəlikcə taleyim ağrılı keçsə də bu günümdən çox razıyam. Gözəl ailəmiz və səkkiz övlad atası kimi alnı açıq, qəlbi tox, özümü hiss edirəm...
Hitler Faşist ordusu ilə ağır döyüşlərdə qəhrəmancasına döyüşən atam ömrünün sonuna qədər Qarabağımızın erməni vandalları tərəfindən işğal edilməsinə dözə bilmirdi...
Ali Baş Kamandanımız İlham Əliyevin mətin mübarizəsi və müzəffər ordumuzun zəfər yürüşü ilə Qarabağımız işğaldan azad edildi. Heyfslənirəm ki, atam Qarabağın işğaldan azad olunmasını görmədi...
Atamın xatirələrini dinlədikcə onun cəsur, nurlu baxışlarında sönməz atəşi hiss edirdim. Onu da hiss edirdim ki, atasız-anasız böyüyüb əzablı yollarla əyilmədən, sınmadan addımlayan atam bizi bəxtiyar övlad kimi böyüdüb gələcək həyatımıza mayak təki işıq saçdı...

Qismət İBRAHİMOV
Texniki elmlər üzrə fəlsəfə doktoru
8-12-2023, 18:12
Putin seçkilərdə namizədliyinin zəruri olduğunu bildirdi


Putin seçkilərdə namizədliyinin zəruri olduğunu bildirdi

Rusiya Prezidenti Vladimir Putin Kremldə keçirilən tədbirdə gələn il keçiriləcək seçkilərdə namizəd olmasından danışıb.
O, seçkilərə qatılmaq qərarının zəruri olduğunu bildirib.
“Müxtəlif vaxtlarda bu məsələ ilə bağlı müxtəlif fikirlərim olub. Amma başa düşürəm ki, bu gün başqa cür etmək mümkün deyil. Beləliklə, mən Rusiya prezidenti postuna namizədliyimi irəli sürəcəyəm", - Rusiya lideri qeyd edib.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri gələn ilin mart ayının 17-də keçiriləcək. Putin bu gün namizəd olacağını açıqlayıb.
8-12-2023, 17:11
Kamran Əliyev Şuşaya prokuror təyin etdi


Kamran Əliyev Şuşaya prokuror təyin etdi

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Nəriman Əsədov Şuşa rayon prokuroru vəzifəsinə təyin edilib.
Bu barədə Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Bu təyinata qədər Nəriman Əsədov Azərbaycan Respublikasının Baş рrоkurоru yanında Korrupsiyaya qаrşı Mübarizə Ваş idаrəsinin Preventiv tədbirlər və təhqiqat idаrəsinin рrоkuroru vəzifəsində çalışıb.
8-12-2023, 16:52
Medvedevdən Putinə dəstək: “Namizədliyini irəli sürmək qərarı məntiqlidir..”


Medvedevdən Putinə dəstək: “Namizədliyini irəli sürmək qərarı məntiqlidir..”

"Putinin yeni müddətə namizədliyini irəli sürmək qərarı tamamilə məntiqlidir və düzgündür, onun prezident kimi fəaliyyəti davam etdirilməlidir".
Bunu Rusiyanın sabiq prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, Putinin bu gün üçün başqa ictimai tədbirləri nəzərdə tutulmayıb.
Qeyd edək ki, dünən Rusiyada 17 mart 2024-cü il tarixinə Prezident seçkiləri təyin olunub. Hazırkı prezident Vladimir Putin bu gün namizəd olduğunu açıqlayıb.
8-12-2023, 16:38
Mirzoyanın Brüsselə səfəri təsdiqləndi


Mirzoyanın Brüsselə səfəri təsdiqləndi

Ermənistan Xarici İşlər Nazirliyi nazir Ararat Mirzoyanın dekabrın 11-də Brüsselə səfəri ilə bağlı məlumatı təsdiqləyib.
Nazirliyin mətbuat katibi Ani Badalyan "Sputnik Armenia"ya bu barədə məlumat verib.
O bildirib ki, XİN rəhbəri Şərq Tərəfdaşlığı ölkələrinin nazirlərinin görüşündə iştirak edəcək.
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da görüşə qatılacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!