Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
8-12-2023, 12:54
Deputatlara yeni qadağa


Deputatlara yeni qadağa

Milli Məclisin deputatları, hüquq mühafizə orqanlarından xaric edilmiş, məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular arbitr ola bilməyəcək.
Bu, bu gün Milli Məclisdə müzakirəyə çıxarılan “Arbitraj haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, daxili arbitraj icraatına münasibətdə arbitrə dair tələblər müəyyənləşir.
İşin nəticəsində maraqlı olmayan, tərəflərdən asılı olmayan və arbitr funksiyasını yerinə yetirmək üçün razılıq verən, 25 yaşı tamam olmuş, ali təhsilli və ixtisası üzrə azı 3 il iş stajına malik olan fiziki şəxslər arbitr ola bilərlər.
Mübahisəni təkbaşına həll edən arbitr yuxarıda qeyd edilən tələblərlə yanaşı, ali hüquq təhsilinə malik olmalıdır. Mübahisənin kollegial qaydada həll edilməsi halında tərəflər arasında digər razılıq olmadıqda, arbitraj məhkəməsi tərkibinin sədri ali hüquq təhsilli olmalıdır.
Arbitraj sazişi və ya daimi arbitraj təşkilatının qaydaları ilə arbitr üçün əlavə tələblər müəyyən edilə bilər.
Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, dövlət qulluqçuları, hərbi qulluqçular, bələdiyyə üzvləri və qulluqçular, publik hüquqi şəxslərin işçiləri, Azərbaycan Respublikasının hakimləri, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, vəzifəsinin icrası ilə bağlı əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə son 3 il (arbitraj icraatının başlandığı tarixədək) ərzində xidməti uyğunsuzluğa və ya məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış hərbi qulluqçular, hüquq mühafizə orqanlarından xaric edilmiş, eləcə də intizam tənbehi qaydasında hakimlik səlahiyyətlərinə, dövlət qulluğuna (o cümlədən dövlət qulluğunun xüsusi növünə), dövlət qulluğu olmayan digər dövlət orqanlarında əmək münasibətlərinə, vəkillik və notariat fəaliyyətinə xitam verilmiş, habelə Mediasiya Şurası üzvlüyündən çıxarılmış şəxslər arbitr ola bilməzlər.
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
8-12-2023, 12:37
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-14° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.
8-12-2023, 12:31
NATO Ermənistan və Azərbaycan arasındakı birgə açıqlamanı alqışlayır


NATO Ermənistan və Azərbaycan arasındakı birgə açıqlamanı alqışlayır

NATO Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını qətiyyətlə dəstəkləyir.
Bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Xavier Kolomina "X" hesabında yazıb.
“Mən saxlanılanların qarşılıqlı azadlığa buraxılması, digər etimad tədbirlərinin görülməsi və çoxdan gözlənilən sülh sazişinin əldə edilməsinə dair aydın öhdəliyi elan edən Ermənistan və Azərbaycan arasındakı birgə açıqlamanı alqışlayıram. NATO bu səyləri və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını qətiyyətlə dəstəkləyir”, - Kolomina qeyd edib.
7-12-2023, 23:03
Azərbaycan və Ermənistanın cəsarətli addımını alqışlayırıq


Azərbaycan və Ermənistanın cəsarətli addımını alqışlayırıq

Azərbaycan və Ermənistan tərəfindən atılan bu cəsarətli addımı alqışlayırıq.
Bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman "X" hesabında yazıb.
"Azərbaycan və Ermənistan tərəfindən atılan ədalətli və davamlı sülh yolunda mühüm inam yaradan bu cəsarətli addımı alqışlayırıq. Almaniya və Avropa İttifaqı bu prosesi dəstəkləyib və bunu davam etdirməyə hazırdır", - o bildirib.
7-12-2023, 22:57
İsrail nazirinin oğlu Qəzzada öldürüldü


İsrail nazirinin oğlu Qəzzada öldürüldü

İsrail Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi və hazırkı hərbi kabinetin naziri Qadi Ayzenkotun oğlu Qəzza zolağında həlak olub.
25 yaşlı baş çavuş Qal Aizenkot Qəzza zolağının şimalında gedən döyüşdə öldürülüb.
Baş nazir Binyamin Netanyahu Qadi Ayzenkota başsağlığı verib.
O, Qal Ayzenkotu cəsur döyüşçü və əsl qəhrəman adlandırıb.
7-12-2023, 22:06
Mirzoyan azərbaycanlı həmkarıyla görüşməyə hazır olduğunu bildirdi


Mirzoyan azərbaycanlı həmkarıyla görüşməyə hazır olduğunu bildirdi

Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Ararat Mirzoyan ABŞ Dövlət katibi Antoni Blinkenin dəvəti ilə Vaşinqtonda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüş keçirməyə hazır olduğunu bildirib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ararat Mirzoyan bununla bağlı razılığını ABŞ Dövlət Departamentinin Qafqaz üzrə müşaviri Lui Bono ilə görüşündə ifadə edib.
"Tərəflər regional təhlükəsizlik və sabitliklə bağlı məsələlərə toxunublar. Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesində son hadisələrə və sülh müqaviləsi layihəsinə tərəflərin yanaşmaları müzakirə edilib. Ermənistan tərəfi Vaşinqtonda Azərbaycanın xarici işlər naziri ilə görüşün keçirilməsinə dair ABŞ-ın təklifinə müsbət cavab verib”, - deyə məlumatda qeyd olunur.
7-12-2023, 21:56
Paşinyan əldə edilən razılaşmayla bağlı paylaşım etdi


Paşinyan əldə edilən razılaşmayla bağlı paylaşım etdi

Ermənistan Baş naziri Nikol Paşinyan Bakı və İrəvan arasında əldə edilən razılaşma ilə əlaqədar paylaşım edib.
O, özünün "X" hesabında birgə açıqlamanı paylaşıb.
Paşinyan bildirib ki, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir.
"Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir", - paylaşımda deyilir.
7-12-2023, 21:25
Rəşad Nəbiyev İraq rəsmisiylə bu məsələni müzakirə etdi


Rəşad Nəbiyev İraq rəsmisiylə bu məsələni müzakirə etdi

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İraqın Baş nazirinin müavini, neft naziri Hayan Əbdül-Qani ilə SOCAR-la əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
Bu barədə nazir sosial şəbəkədə yazıb.
“İraqa səfər zamanı Baş nazirin müavini, neft naziri Hayan Əbdül-Qani ilə görüşdük. SOCAR-la əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıldı”, – o qeyd edib.
7-12-2023, 21:23
Hərbiçimizin anası: “İnamımız boşa çıxmadı”


Hərbiçimizin anası: “İnamımız boşa çıxmadı”

Ermənistanda əsir saxlanılan Hüseyn Axundov və Aqşin Bəbirov azadlığa buraxılır.
Sevinc təəssüratlarını bölüşən əsgər Aqşin Bəbirovun anası Dürdanə Bəbirova Prezidentə minnətdar olduğunu bildirib.
"Bu müddət ərzində jurnalistlər bizimlə maraqlandılar, hər birinizə təşəkkür edirəm. Ölü canımıza həyat verdiniz. Cənab Prezidentə xüsusilə minnətdaram. Biz ona inanırdıq. Dövlətimizə inanırdıq. İnamımız boşa çıxmadı", - o deyib.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülmüşdü.
Aqşin Bəbirov və Hüseyn Axundov "Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunurlar, onlar həbs edilib. Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə ömürlük həbs cəzası verilmişdi.
Bu gün isə Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub. Azərbaycan erməniəsilli 32 şəxsi, Ermənistan isə 2 Azərbaycan hərbçisini azad edəcək.
7-12-2023, 21:17
Hüseynin anası: “İlham Əliyevə ömrümün sonuna qədər minnətdaram


Hüseynin anası: “İlham Əliyevə ömrümün sonuna qədər minnətdaram

"Cənab Prezident İlham Əliyevə ömrümün sonuna qədər minnətdaram".
Bu sözləri açıqlamasında erməni əsirliyindən xilas edilən Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun anası Şəhla Axundova deyib.
O, övladının erməni əsarətindən azad olunmasına görə Prezidentə minnətdarlığını bildirib.
"Həmişə deyirdim ki, mənim Prezidentim mənim uşağımı əsirlikdə qoymayacaq. Hətta dünən oğlum Ermənistan tərəfindən ömürlük həbs ediləndə belə dedim ki, Cənab Prezident Hüseynimi orda qoymayacaq. Çox sağ olsun ki, balamızı bizə bağışladı. Bu barədə bizə heç bir xəbər verilməmişdi. Qəfil xəbər oldu. İlk xəbəri qızım verdi mənə".
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülmüşdü.
Aqşin Bəbirov və Hüseyn Axundov "Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunurlar, onlar həbs edilib. Aqşin Bəbirova 11,5 il, Hüseyn Axundova isə ömürlük həbs cəzası verilmişdi.
Bu gün isə Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub. Azərbaycan erməniəsilli 32 şəxsi, Ermənistan isə 2 Azərbaycan hərbçisini azad edəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!