Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
5-12-2023, 20:14
Neftçalada ölən məktəbliylə bağlı yeni təfərrüatlar məlum oldu


Neftçalada ölən məktəbliylə bağlı yeni təfərrüatlar məlum oldu

Neftçala rayonunda vəfat edən məktəbli ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Neftçala Rayon Mərkəzi Xəstəxanasının direktoru Elman Quliyev bildirib ki, Aşağı Surra kəndində yaşayan Əliyeva Samirə Elxan qızından əvvəl həmin ailədə olan digər uşaq Samir Əliyevin qızılcaya yoluxması ilə bağlı kənddə yerləşən tibb məntəqəsinə müraciət olunub.
“Dərhal həkimlər tərəfindən ailədə olan hər üç uşaq -2010-cu il təvəllüdlü Samir Əliyev, 2013-ci il təvəllüdlü Samirə Əliyeva, 2016-cı il təvəllüdlü Kərim Əliyev yoxlanılaraq müayinə olunub. Qızılcaya yoluxan Samir Əliyevin noyabrın 27-də növbəti müayinə zamanı sağaldığı və digər uşaqlarda hər hansısa qızılca əlamətinin olmadığı müəyyən edilib. Noyabrın 30-da isə Samirə Əliyevanın qızılcaya yoluxması göstəriciləri ilə bağlı tibb məntəqəsinə yenidən müraciət olunub. Həkimlər müayinə zamanı onda 37,2-37,5 dərəcə hərarət və yüngül səpkilərin olduğunu aşkarlayıblar və mütəmadi olaraq Samirə Əliyeva və digər uşaqlar həkimlərin nəzarətində saxlanılıb. Ötən gün həkimlər növbəti dəfə həmin ailədə uşaqları müayinə edən zaman hansısa təhlükəli hal müşahidə etməyiblər. Bu gün səhər saatlarında isə Samirə Əliyevanın səhhəti anidən ağırlaşdığı üçün ailəsi tərəfindən uşaq Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda vəfat edib”, - deyə xəstəxananın direktoru qeyd edib.
5-12-2023, 19:57
“Nidanın gücü, gücün nidası!”- Müsabiqə

“Uşaqların Gələcəyi Naminə” təşkilatı, Azərbaycan Ordusunun Zəfərinə həsr edilmiş “Nidanın gücü, gücün nidası!” adlı yazı müsabiqəsini davam etdirir.

Bu barədə təşkilatın sədri Könül Quliyeva bildirib. Sədr qeyd edib ki, müsabiqə V-IX sinif şagirdləri arasında keçiriləcək. Yazılar 05 dekabr 2023-cü il tarixdən 15 dekabr 2023-cü il, saat 18:00-dək təqdim olunmalıdır.
Şagirdlər müsabiqəyə təqdim olunan yazıları şəxsiyyət vəsiqələrinin surətləri ilə birlikdə [email protected] elektron ünvanına göndərməlidir. Yazının həcmi azı 1 səhifə, yaxud səhifə yarım olmalıdır. Yazı kompüterdə yığılmalı, Times New Roman şifrələri ilə 14 ölçüdə təqdim edilməlidir.  Müsabiqənin  yekunlarına əsasən I, II, III yerlər üçün pul mükafatı və digər həvəsləndirici mukafatlar nəzərdə tutulur. Qaliblərin yazıları gələcəkdə kitab şəkilində dərc edilməsi nəzərdə tutulmuşdur.
Müsabiqəyə təqdim edilən yazıları 5 nəfərdən ibarət ekspert komissiyası qiymətləndirəcək. Onu da qeyd edək ki, yazılar ekspertlərə imzasız təqdim ediləcəkdir.
Hər hansı bir sual yaranarsa   (050) 322-38-69 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
5-12-2023, 19:51
Azərbaycanın Ukraynaya yardım göstərməsi ilə bağlı yayılan xəbər yalandır


Azərbaycanın Ukraynaya yardım göstərməsi ilə bağlı yayılan xəbər yalandır

Azərbaycanın Ukraynaya hərbi təyinatlı yardım göstərməsi ilə bağlı tirajlanan xəbər tamamilə yalandır.
Bu barədə Medianın İnkişafı Agentliyinin açıqlamasında deyilir.
“Belə ki, Azərbaycan top mərmisi istehsal etmir və bu iddia sadəcə cəfəngiyyatdır. Azərbaycan humanizm prinsiplərini əsas götürərək Ukraynaya yalnız humanitar dəstək göstərir. Ukrayna bayrağı ilə jurnalist olduğu deyilən şəxsin çəkildiyi şəkilin Azərbaycanla heç bir əlaqəsi yoxdur.
Medianın İnkişafı Agentliyi olaraq yerli və xarici sosial media istifadəçilərini bu kimi cəfəng xəbərlərə ehtiyat və həssaslıqla yanaşmağa çağırırıq”, - açıqlamada deyilir.
5-12-2023, 19:43
Avropa İttifaqı rəsmisinin reallığı təhrif edən fikirləri qəbuledilməzdir


Avropa İttifaqı rəsmisinin reallığı təhrif edən fikirləri qəbuledilməzdir

"Avropa İttifaqı rəsmisinin növbəti dəfə yanlış və reallığın ciddi şəkildə təhrif olunduğu fikirləri qəbuledilməzdir".
Bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Jozep Borel tərəfindən səslənmiş fikirlər ilə bağlı yerli mətbuatın sualına cavabında deyib.
"Aİ Komissiyasının vitse-prezidenti Jozep Borelin Azərbaycana qarşı əsas təhdid mənbəyi olan və antiterror tədbirlərini şərtləndirən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğu məsələsinə laqeyd yanaşması ölkəmizə qarşı açıq qərəzin nümunəsidir.
Uzun müddət təmsil etdiyi ölkənin separatçılığın qurbanı olduğunu diqqətə alaraq, Jozep Borelin separatçı meylləri dəstəkləyən bu kimi bəyanatları təəccüb doğurur.
Beynəlxalq təşkilatların qiymətləndirmələrinin əksinə, bölgədən Ermənistana və digər ölkələrə miqrasiya etmiş erməni sakinlərin güclə qovulduğunun iddia olunması və onların sayının qəsdən şişirdilməsi yanlış olmaqla yanaşı, təhlükəli tendensiyadan xəbər verir. Bu, həmçinin Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində öz evlərindən didərgin düşmüş və haqqları müdafiə olunmamış yüzminlərlə azərbaycanlının hüquqlarına hörmətsizlikdir.
Aİ tərəfinə məlumdur ki, bu ərazidən gedən ermənilərin 15 000 nəfəri Ermənistan ordusunun heyəti idi. Bununla yanaşı, Ermənistan tərəfi ərazidən getmiş ermənilərin sayının 100 min nəfər qeyd edildiyi halda, Jozep Borelin 150 min nəfərdən bəhs etməsi ciddi anlaşılmazlıq yaradır.
Jozep Borelin bu kimi yanlış bəyanatları eyni zamanda, Aİ-nin vasitəçilik səylərinə və Aİ Şurasının Prezidenti Şarl Mişelin bu istiqamətdə missiyasına xələl gətirir.
Aİ nümayəndəsinə, həmçinin xatırlatmaq istərdik ki, məhz Azərbaycan və dinc sakinlərimizə qarşı Ermənistan tərəfindən güc tətbiq olunması bölgədə münaqişənin 30 il davam etməsinin səbəbi olub. Məhz Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri nəticəsində özünümüdafiə hüququndan istidafə edərək legitim tədbirlər görüb və hərbi-siyasi yolla münaqişəni həll edib.
Bir daha, Aİ nümayəndəsini bu kimi təhrikçi və təxribatçı bəyanatlara son qoymağa çağırırıq", - o bildirib.
5-12-2023, 19:24
Azərbaycan və İran XİN Başçıları Moskvada görüşdü


Azərbaycan və İran XİN Başçıları Moskvada görüşdü

Moskvada Xəzəryanı ölkələrin baş diplomatlarının iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan arasında ikitərəfli görüş başlayıb.
Görüşdə nazirlər ikitərəfli əməkdaşlığın inkişafı, eləcə də aktual regional məsələləri müzakirə edəcəklər.
5-12-2023, 18:55
Türkiyə daha 68 nəfəri Qəzza zolağından təxliyə etdi


Türkiyə daha 68 nəfəri Qəzza zolağından təxliyə etdi

Türkiyə tərəfi daha 68 nəfəri Qəzza zolağından təxliyə edib.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Türkiyə vətəndaşları və onların ailə üzvlərindən ibarət 68 nəfərlik qrup Qəzzadan Misirə təxliyə olunub. Həmin şəxslərin bu gün Qahirə-İstanbul reysi ilə Türkiyəyə gətirilməsi planlaşdırılır.
Türklərin Qəzzadan təxliyəsi davam edir.
5-12-2023, 18:28
Qaribaşvili ABŞ rəsmisiylə birgə əməkdaşlığı müzakirə etdi


Qaribaşvili ABŞ rəsmisiylə birgə əməkdaşlığı müzakirə etdi

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ABŞ Dövlət katibinin köməkçisinin müavini Coş Huk (Josh Huck) ilə görüşüb.
Bu barədə Gürcüstan Hökumət administrasiyasından məlumat verilib.
Bildirilib ki, görüşdə Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlığın gündəliyi nəzərdən keçirilib, müxtəlif sahələrdə mövcud əməkdaşlığın gücləndirilməsi və dərinləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib.
Müzakirə olunan məsələlər arasında regional təhlükəsizlik məsələləri də yer alıb. Baş nazir qlobal çağırışlar qarşısında münaqişələrin sülh yolu ilə həllinin və səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə Gürcüstanın işğal olunmuş ərazilərində təhlükəsizlik və humanitar vəziyyət də müzakirə olunub. İrakli Qaribaşvili ölkəsinin suverenliyi, ərazi bütövlüyü və Avropaya inteqrasiya yolunda ABŞ-ın açıq dəstəyinə görə təşəkkürünü bildirib.
5-12-2023, 17:57
Ermənistanın mina təhdidinə son qoyulmalıdır - XİN


Ermənistanın mina təhdidinə son qoyulmalıdır - XİN

Ermənistanın Azərbaycana qarşı mina təhdidinə son qoyulmalıdır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb.
"Bu gün Ağdam rayonunda minanın partlaması nəticəsində minaların zərərsizləşdirilməsi üzrə azərbaycanlı mütəxəssis xəsarət alıb. 2020-ci il müharibəsi başa çatdığı gündən bəri mina qurbanlarının sayı 338 nəfərə çatıb", - qeyd edilib.
5-12-2023, 17:43
İsmayıllıda ağacları qanunsuz kəsən şəxslər müəyyənləşdi


İsmayıllıda ağacları qanunsuz kəsən şəxslər müəyyənləşdi

İsmayıllıda meşə fonduna daxil olan ərazidə ağacları qanunsuz kəsən şəxslər müəyyən olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, İsmayıllı rayonunun Zərnava kəndində meşə fonduna daxil olan ərazidə 20-yə yaxın vələs və fıstıq ağaclarının qanunsuz kəsilməsi ilə bağlı polisə məlumat daxil olub.
Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində həmin ağacları kəsən 3 nəfər rayon sakini müəyyən olunub.
Hazırda faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.
5-12-2023, 17:33
Neftçalada məktəbli qızılcadan öldü


Neftçalada məktəbli qızılcadan öldü

Neftçala rayonunun Aşağı Surra kəndində 10 yaşlı məktəbli qızılcadan ölüb.
Kənd sakini - 2013-cü il təvəllüdlü Əliyeva Samirə Elxan qızı xəstəxanaya çatdırılsa da, həkiməqədər ölüm halı qeydə alınıb.
Yaxınlarının bildirdiyinə o, bir həftə əvvəl qızılcaya yoluxub. Ailəsi onu ev şəraitində müalicə etməyə çalışıb. Lakin getdikcə vəziyyəti daha da ağırlaşıb. S.Əliyeva xəstəxanaya aparılan zaman yolda vəfat edib.
Onun qardaşı da bir müddət əvvəl qızılcaya yoluxub və sağalıb.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!