Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
5-12-2023, 13:20
Ceyhun Bayramov rusiyalı həmkarıyla danışıqlar apardı


Ceyhun Bayramov rusiyalı həmkarıyla danışıqlar apardı

Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən ikitərəfli görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması məsələlərini və "Xəzər beşliyi” çərçivəsində əməkdaşlığı müzakirə edib.
Bu barədə Rusiya XİN-in məlumatında deyilir.
“Regional məsələlərin müzakirəsi kontekstində 2020-2022-ci illər üçün ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusu əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylərin artırılması zərurəti təsdiqlənib”, - deyə məlumatda bildirilir.
Rusiya XİN-in məlumatına görə, nazirlər həmçinin “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin müddəalarının icrasını müzakirə ediblər.
“İkitərəfli münasibətlərin aktual məsələlərinə toxunulub... Tərəflər qarşılıqlı maraq doğuran bir sıra digər beynəlxalq və regional məsələlər, o cümlədən “Xəzər beşliyi” çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar”, - Rusiya XİN-dən bildiriblər.
5-12-2023, 13:01
Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalandı


Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalandı

Prezident İlham Əliyev Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamla qırx bir kilometr uzunluğu olan Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 6,0 (altı) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
5-12-2023, 12:55
Ağdamda ANAMA əməkdaşı minaya düşdü


Ağdamda ANAMA əməkdaşı minaya düşdü

İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı
kəndi ərazisində dekabrın 5-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Bu barədə agentlikdən bildirilib.
Məlumata görə, xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Onun sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib.
Vəziyyəti qənaətbəxşdir.
5-12-2023, 12:22
Sabahın havası


Sabahın havası

Dekabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacaq.
4-12-2023, 22:37
Ukraynaya "Martlet" raketləri verildi


Ukraynaya "Martlet" raketləri verildi

Böyük Britaniya Ukraynaya pilotsuz təyyarələri məhv etmək üçün istifadə edilən çoxməqsədli "Martlet" raketləri təhvil verib.
Bu barədə "The Times" qəzeti yazıb.
Britaniya hakimiyyəti rəsmi olaraq bu raketlərin tədarükünü elan etməsə də, onların Ukraynada istifadəsi haqqında xəbərlər yayılıb. Sentyabrda Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps bildirmişdi ki, London önümüzdəki aylarda Ukraynaya hava hücumundan müdafiə, uzaqmənzilli raketlər və Ukrayna ordusunun təlimi daxil olmaqla mühüm sahələrdə yardım göstərəcək.
Lazerlə idarə olunan "Martlet" raketləri Fransanın "Thales" müdafiə sənayesi qrupu tərəfindən Belfastdakı obyektdə istehsal olunur. "Martlet"in uzunluğu 1,3 m, kalibri 76 mm, çəkisi 13 kq-dır. Raket döyüş başlığının kütləsi 3 kq, uçuş məsafəsi 8 km-dir.
4-12-2023, 21:55
“Qarabağ” rəqibi “Qəbələ”ni məğlub etdi


“Qarabağ” rəqibi “Qəbələ”ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura yekun vurulub.
Son oyun günündə bir qarşılaşma baş tutub. “Qarabağ” Tofiq Bəhramov adına Respublika Stadionunda “Qəbələ”ni qəbul edib. Görüş Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin heyətində qolları 7-ci dəqiqədə Hamidu Keyta, 65-ci dəqiqədə Nəriman Axundzadə və 90+2-ci dəqiqədə Olavio Juninyo vurublar.
Bu nəticədən sonra xallarını 32-yə çatdıran "Qarabağ" liderliyini möhkəmlədib. 11 xalı olan “Qəbələ” isə 9-cu pillədə qalıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Araz-Naxçıvan” “Səbail”lə 1:1, “Turan Tovuz” “Sumqayıt”la 2:2 hesablı heç-heçə edib, “Sabah” “Kəpəz”ə 2:0, “Neftçi” isə “Zirə”yə 1:0 hesabı ilə qalib gəlib.
4-12-2023, 21:34
Rusiya və Türkiyənin energetika sahəsində əlaqələri strateji xarakter daşıyır


Rusiya və Türkiyənin energetika sahəsində əlaqələri strateji xarakter daşıyır

Rusiya-Türkiyə münasibətləri müxtəlif sahələrdə çoxillik səmərəli qarşılıqlı fəaliyyət təcrübəsinə əsaslanır.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin xarici ölkə səfirlərinin etimadnaməsini qəbul edərkən söyləyib. O vurğulayıb ki, hər iki ölkə mehriban qonşuluq şəraitində tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək niyyətindədir.
“İkitərəfli münasibətlərin bütün əsas məsələləri Prezident Ərdoğanla mütəmadi ünsiyyətimizin gündəliyindədir. Xüsusi qeyd edim ki, Rusiya və Türkiyənin energetika sahəsində əlaqələri əsl strateji xarakter daşıyır”, - deyə V.Putin bildirib. O xatırladıb ki, “Rosatom” Türkiyədə ilk “Akkuyu” atom elektrik stansiyasının inşasını davam etdirir, “Mavi axın” və “Türk axını” boru kəmərlərinin istismarı çərçivəsində qaz nəqli sahəsində də sıx əməkdaşlıq əlaqələri qurulub, Türkiyə ərazisində qazpaylayıcı qovşağın yaradılması istiqamətində işlər davam etdirilir.
V.Putin Pakistan ilə münasibətlərin dostluq xarakteri daşıdığını qeyd edib. O, qarşılıqlı ticarət, energetika və kənd təsərrüfatı sahələrində əlaqələrin inkişaf etdiyini vurğulayıb.
Böyük Britaniya ilə münasibətlərdən danışan Rusiya Prezidenti xatırladıb ki, bu günlərdə üç müttəfiq dövlətin rəhbərlərinin iştirakı ilə tarixi Tehran konfransının 80 illiyi qeyd olunub. Bu konfrans müasir beynəlxalq münasibətlərin əsasını qoyub. V.Putin vurğulayıb ki, müharibədən sonrakı illərdən başlayaraq bu yaxınlara kimi Rusiya və Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi qarşılılıqlı fəaliyyəti qoruyub saxlaya bilirdi. “Londonla münasibətlərimizin indiki vəziyyəti hamıya məlumdur və ümid edirik ki, vəziyyət ölkələrimizin və xalqlarımızın mənafeyi naminə yaxşılığa doğru dəyişəcək”, - deyə V.Putin bildirib.
Qeyd edək ki, Vladimir Putin dekabrın 4-də 21 ölkənin Rusiyaya yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib.
4-12-2023, 21:15
Ərdoğan Qətərdə səfərdədir


Ərdoğan Qətərdə səfərdədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərdə səfərdədir.
O, Qətər əmiri Şeyx Təmim bin Həməd əl Sani ilə görüşüb.
Ərdoğanın səfəri çərçivəsində Türkiyə ilə Qətər arasında Ali Strateji Komitənin Doqquzuncu Toplantısı baş tutub.
4-12-2023, 20:43
Erməni hərbiçinin ölümüylə bağlı açıqlamaya XİN-dən reaksiya


Erməni hərbiçinin ölümüylə bağlı açıqlamaya XİN-dən reaksiya

Ermənistan Xarici İşlər Nazirliyinin guya Azərbaycan tərəfinin açdığı atəş nəticəsində erməni hərbçisinin həlak olması ilə bağlı iddianın əks olunduğu 4 dekabr 2023-cü il tarixli açıqlamasını qətiyyətlə rədd edirik".
Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin 4 dekabr 2023-cü il tarixli açıqlamasına dair şərhində yer alıb.
"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi qeyd edilən dezinformasiya xarakterli, iftira dolu iddianı təkzib edib və Ermənistan tərəfinin yaydığı məlumatın həqiqətə uyğun olmadığını bəyan edib.
Ermənistan tərəfinin bu yalan açıqlaması silahlı qüvvələrində baş verən özbaşınalığı və hərc-mərcliyi ört-basdır etmək niyyəti daşıyır. Sülh sazişi üzrə təklifləri 70 gündən artıq müddətdə yubadan Ermənistan tərəfi indi də bu cür pozucu açıqlamaları ilə normallaşma prosesinin perspektivlərinə xələl gətirir.
Ermənistan tərəfi bu kimi açıqlamalar ilə həmçinin sərhəd bölgələrində süni gərginlik yaratmaq və üçüncü dövlətlərin diqqətini cəlb etmək məqsədi güdür.
Azərbaycan öz tərəfindən postmünaqişə mərhələsində sülh və quruculuq səylərini davam etdirəcək və bu prosesə qarşı yönələn hər hansı addımların qarşısını qətiyyətlə alacaqdır", - XİN-dən bildirilir.
4-12-2023, 20:32
SOCAR Dubayda vacib saziş imzaladı


SOCAR Dubayda vacib saziş imzaladı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında Strateji Əməkdaşlığa dair Saziş imzalanıb.
Saziş Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP-28) çərçivəsində imzalanıb.
Saziş SOCAR ilə ADNOC şirkətləri arasında ətraf mühitin mühafizəsi sahəsində birgə fəaliyyətin daha da genişləndirilməsini, “mavi hidrogen”, geotermal və karbon idarə edilməsi üzrə əməkdaşlıq məsələlərini nəzərdə tutur.
Qeyd edək ki, bu ilin avqust ayında ADNOC şirkəti "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının əldə edilməsi ilə bağlı SOCAR və Fransanın “TotalEnergies” şirkəti ilə Saziş imzalayıb.
COP-28 çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf bir sıra xarici şirkət rəhbərləri ilə görüşlər keçirib.
SOCAR həmçinin “Sirius” beynəlxalq holdinqi ilə də Strateji Əməkdaşlığa dair Saziş imzalayıb.
Səfər çərçivəsindən R. Nəcəfin “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl Rəmahi ilə görüşü olub. Görüşdə birgə həyata keçirilən layihələrin Azərbaycanda istixana qazı emissiyalarının azaldılmasına, bərpa olunan enerji mənbələrinin inkişafına əhəmiyyətli töhfə verəcəyi qeyd edilib, həmçinin əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə olunub.
“Ernst & Young” şirkətinin qlobal sədr müavini xanım Amy M. Brachio ilə görüşdə bərpaolunan enerji, rəqəmsallaşma, könüllü karbon bazarları sahələrində potensial əməkdaşlıq imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!