“Biz Rusiyaya silah verməmişik” - Pezeşkian .....                        Bölgədə beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb .....                        Sus kəndində 32 ildən sonra ilk zəng .....                        ABŞ sülh üçün səylərini əsirgəməyəcək .....                        Seçkilərin nəticələri Konstitusiya Məhkəməsinə təqdim edildi .....                        Blinken İlham Əliyevə zəng etdi .....                        Fransa komissarı istefa verdi .....                        Yeni tədris ilində 1.6 milyon şagird .....                        Sərhəddə atışma - Erməni hərbçilər bir-birini güllələdi .....                       
4-12-2023, 17:01
Ermənistanda sərbəst şəkildə silah gəzdirmək hüququ veriləcək


Ermənistanda sərbəst şəkildə silah gəzdirmək hüququ veriləcək

Ermənistanda silahdan istifadə etməklə vətəndaşların özünümüdafiə hüququ məsələsini qanunvericilik səviyyəsində tənzimləmək lazımdır.
Bu barədə Ermənistan parlamentində müzakirə olunub.
Müdafiə və Təhlükəsizlik məsələləri daimi komissiyasının iclasında “Silah dövriyyəsinin tənzimlənməsi haqqında” qanuna dəyişiklik və əlavələr edilməsinə dair qanun layihələri paketinin müzakirəsi zamanı hakim “Mülki razılaşma” fraksiyasının deputatı Vilen Qabrielyan deyib ki, təqdim olunan paket bu sahədə mümkün korrupsiya təzahürlərinin aradan qaldırılması, qanunsuz silahların sayının azaldılması və tədricən qeyri-qanuni dövriyyədən çıxarılması məqsədi daşıyır.
"Ölkə vətəndaşları bir sıra tələblərə, o cümlədən psixi sabitliyə, müvafiq lisenziyanın olması və s.-yə əməl etdikdə odlu silah gəzdirmək hüququ əldə edəcəklər", - deyə deputat izah edib.
Müzakirə nəticəsində qanunvericilik paketinə müsbət rəy verilib.
4-12-2023, 16:44
Zakir Həsənov Misirdə səfərdədir


Zakir Həsənov Misirdə səfərdədir

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Misir Ərəb Respublikasının müdafiə nazirinin dəvəti ilə "EDEX 2023" sərgisində iştirak etmək üçün bu ölkədə səfərdədir.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, general-polkovnik Z.Həsənov dekabrın 4-də "EDEX 2023" beynəlxalq müdafiə sərgisinin təntənəli açılış mərasimində iştirak edib.
Mərasimdə çıxış edən Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi qonaqları salamladıqdan sonra sərgini açıq elan edib.
Müdafiə naziri "EDEX 2023" beynəlxalq müdafiə sərgisində nümayiş etdirilən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinə, eləcə də Türkiyə Respublikasının "TUSAŞ", "ROKETSAN", "ASELSAN", "SARSILMAZ", "CANİK", "BAYKAR" şirkətlərinə məxsus silah, texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənov şirkət rəhbərləri ilə görüşüb.
Görüşlərdə hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı müzakirələr aparılıb.




4-12-2023, 16:00
Ulu Öndərin 100 illik yubileyi ilə bağlı Şəmkirdə tədbir keçirildi


Ulu Öndərin 100 illik yubileyi ilə bağlı Şəmkirdə tədbir keçirildi

Hərbi Prokurorluq Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Şəmkirdə tədbir keçirib.
Hərbi Prokurorluqdan verilən məlumata görə, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin, rayon rəhbərliyinin və ictimaiyyətinin, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının iştirakı ilə keçirilən tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzülərək nəhəng tarixi şəxsiyyətin ruhuna ehtiram ifadə olunub.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərin əziz və unudulmaz xatirələri bir dəqiqəlik sükutla anılıb, Allahdan onlara rəhmət, qazilərə şəfa arzulanıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bundan sonra Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin salamları şəxsi heyətə çatdırılıb. Hərbi prokurorun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev, Hərbi Prokurorluğun Kadrlar şöbəsinin rəisi, ədliyyə polkovniki Elmir Süleymanlı, Şəmkir hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı İlham Babayev, polkovnik Zaur Qasımov, Yeni Azərbaycan Partiyasının Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev və digər çıxışçılar müstəqillik yolumuzu və firavan istiqbalımızı nurlandıran, xalqını zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan nəhəng tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli və mənalı ömründən, çoxşaxəli və zəngin fəaliyyətindən, dövlətimizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.
Çıxışçılar, eyni zamanda, xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində ölkəmizdə görülmüş misilsiz işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş müstəsna uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların qazanılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyindən və xalqın müdrikliyindən danışıblar.
Tədbirdə, həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Qələbə və uğurlu antiterror tədbirləri xüsusi vurğulanmaqla, Vətən müharibəsindən, o dövrlərdə prokurorluğun, həmçinin Hərbi Prokurorluğun Silahlı Qüvvələr, o cümlədən Dövlət Sərhəd Xidməti, eləcə də aidiyyəti rayonların rəhbərlikləri ilə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, iftixar dolu günlərin unudulmaz təəssüratları xatırlanıb.
Sonra hərbi qulluqçuların qayğı və problemləri ilə maraqlanılıb, onlarla hüquqi maarifləndirici mövzularda söhbətlər aparılıb. Ulu Öndər Heydər Əliyevin yüz illik yubileyi münasibətilə Hərbi Prokurorluq tərəfindən keçirilən silsilə tədbirlər davam etdirilir.
4-12-2023, 15:52
İraq Prezidenti Məhəmməd Baqeri ilə görüşdü


İraq Prezidenti Məhəmməd Baqeri ilə görüşdü

İraq Prezidenti Abdul Lətif Rəşid İran Silahlı Qüvvələr Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri ilə Bağdadda görüşüb.
Məlumatı “Mehr” agentliyi yayıb.
Bildirilib ki, M.Baqeri iki gündür İraqdadır. İnformasiyaya əsasən, dekabrın 4-də o, İraqın İranyönümlü “Həşd-Şabbi” silahlı qüvvələrinin başçısı Faleh əl-Fayazla görüşüb.
Məlumata görə, Məhəmməd Baqeri dekabrın 4-də İraqın Baş naziri Məhəmməd Şiya əl-Sudani ilə görüşüb ikitərəfli müdafiə və təhlükəsizlik məsələlərinin müzakirə edəcək.
4-12-2023, 15:40
Mina partlayışında əlil olanların şəhidlərlə sosial ödənişlərində fərq olmayacaq


Mina partlayışında əlil olanların şəhidlərlə sosial ödənişlərində fərq olmayacaq

Şəhidlərimizlə mina partlayışı nəticəsində əlil olan şəxslərin sosial ödənişlərində fərq olmayacaq.
Bunu Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi Peşələr Festivalının final mərhələsində Əmək və Əhalinin Sosial Müdafiə naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib.
“Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olanlar, şəhidlərimiz və mina partlayışı nəticəsində yaralanaraq öz əzalarını itirənlərin, yəni əlillik qazanan şəxslərin statusunda hər hansı bir fərq yoxdur. Onlara sosial ödənişlər bərabər şəkildə şamil olunur” - deyə, nazir bildirib.
Qeyd edək ki, 2020-ci ilin noyabrından bu günədək ümumilikdə 197 mina hadisəsi baş verib. Bu partlayışlar nəticəsində mina qurbanlarının sayı 337-yə çatıb. Bu faciə Ermənistanın yaratdığı mina təhlükəsinin dəhşətlərini bir daha sübut edir.
4-12-2023, 15:35
Qarabağ Universitetinin fəaliyyət göstərəcəyi bina məlum oldu


Qarabağ Universitetinin fəaliyyət göstərəcəyi bina məlum oldu

Qarabağ Universitetinin fəaliyyət göstərəcəyi inzibati bina məlum olub.
Bu barədə AzTV-də yayımlanan “HƏFTƏ” ictimai-siyasi proqramında bildirilib.
Proqramda qeyd edilib ki, daşnak yuvasına çevrilən Xankəndi Pedaqoji İnstitutunun ləğvi ediləcəyi və onun istiqamətini dəyişəcək Qarabağ Universitetinin fəaliyyət göstərməsi planlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 28-də imzaladığı Sərəncama əsasən, Xankəndidə Qarabağ Universiteti yaradılacaq.

4-12-2023, 15:22
Borel İranın XİN Başçısıyla telefon danışığı apardı


Borel İranın XİN Başçısıyla telefon danışığı apardı

Avropa İttifaqının (Aİ) baş diplomatı Cozep Borel və İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.
Bu barədə Borel özünün "X" hesabında məlumat yayıb.
Telefon danışığı zamanı Qəzzadakı və İordan çayının qərb sahilindəki vəziyyət müzakirə olunub.
"Həll yolu yalnız iki dövlətə əsaslanan siyasi həll ola bilər. Biz münaqişənin regiona yayılmasının qarşısını almalıyıq. İranı öz təsirindən istifadə etməyə və regionda gərginliyin qarşısını almaq üçün fəal işləməyə çağırdım", - Aİ rəsmisi qeyd edib.
4-12-2023, 15:16
Bu nazirliyin Aparat rəhbəri vəzifəsindən azad edildi


Bu nazirliyin Aparat rəhbəri vəzifəsindən azad edildi

Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri vəzifəsindən azad edilib.
Bununla bağlı müdafiə sənayesi naziri Vüqar Mustafayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Zaur Əliyev nazirliyin Aparat rəhbəri vəzifəsindən azad olunub.
Həmin vəzifəyə hələlik təyinat olmayıb.
Məlumatı Müdafiə Sənayesi Nazirliyindən təsdiqləyiblər.
Qeyd edək ki, Z.Əliyev sabiq nazir Mədət Quliyevin 2019-cu ildə imzaladığı əmrlə nazirliyin Aparat rəhbəri vəzifəsinə təyin olunmuşdu.
Xatırladaq ki, Prezident İlham Əliyevin bu il noyabrın 18-də imzaladığı Sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub.
4-12-2023, 15:07
“Prezident Heydər Əliyev” tankeri təmir olundu


“Prezident Heydər Əliyev” tankeri təmir olundu

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Prezident Heydər Əliyev” tankeri təmir olunub.
ASCO-dan verilən məlumata görə, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir zamanı tankerin baş və köməkçi mühərrikləri, avar valı sazlanıb, bəzi elektrik avadanlıqları yeniləri ilə əvəzlənib, köhnələri təmir olunub. Eyni zamanda, göyərtədə və maşın şöbəsində boruquraşdırma işləri yerinə yetirilib.
Gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir, yeni tip 1 ədəd “İnmarsat-C Sailor 6110 SSAS/LRİT” peyk rabitə terminalı,1 ədəd sürət ölçən LAQ quraşdırılıb, komanda-yayım qurğusu əsaslı təmir olunub.
Bununla yanaşı, gəminin heyətinə məxsus yaşayış otaqları da yenilənib.
Təmirçilər gəminin sualtı və suüstü hissəsinin, baş göyərtə və üst qurumun, lövbər zəncirlərinin obraziv qumla təmizlənərək üç qat rənglənməsini də həyata keçiriblər.
Təmirdən sonra tanker yenidən istismara qaytarılıb.
4-12-2023, 14:29
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında dekabrın 5-i səhərdən 6-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir.
Bu abrədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Qeyd olunub ki, dekabrın 6-sı axşamdan 7-si axşamadək arabir yağış yağacağı, 7-də yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında dekabrın 5-i axşamdan 6-sı gündüzədək əsasən şərq rayonlarında, 6-sı axşamdan 7-si axşamadək isə əksər rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.
Dekabrın 5-dən 6-sı səhərədək qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!