İlham Əliyev Monteneqronun Prezidentinə başsağlığı verdi .....                        "Real" "Arsenal"ın müdafiəçisi üçün 100 milyon avro təklif etdi .....                        Çox yatmaq təhlükəlidir .....                        Bəzi plastik cərrahların sənədləri saxtadır - Nazirlikdən xəbərdarlıq .....                        Aktyor Azər Baxşəliyev vəfat etdi .....                        Rusiya miqrantları deportasiya etməyə başlayır .....                        Dünyanın ən yaşlı olimpiya çempionu vəfat etdi .....                        İranda toyda rəqs edən 60 nəfərə cinayət işi açıldı .....                        Vüqar Qurbanov yaralıların son durumunu AÇIQLADI .....                       
30-01-2024, 17:55
Putinin əmlakı və gəlirləri haqqında məlumat dərc edildi


Putinin əmlakı və gəlirləri haqqında məlumat dərc edildi

Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası (MSK) prezident vəzifəsinə namizəd, hazırkı dövlət başçısı Vladimir Putinin əmlakı və gəlirləri haqqında məlumat dərc edib.
MSK-nın məlumatın görə, Putinin 6 il ərzində ümumi gəliri 67 milyon 591 min 875 rubl təşkil edib.
Məlumatda həmçinin Putinə məxsus Sankt-Peterburqda mənzil (77 kvadratmetr) və qaraj (18 kvadratmetr), həmçinin üç avtomobil - 1960-cı ildə istehsal olunmuş QAZ M21, 1965-ci ildə istehsal olunmuş QAZ M21, 2009-cu ildə istehsal olunmuş “Niva”, habelə 1987-ci ildə istehsal edilmiş avtomobil qoşqusu "Skif"in adı qeyd edilib.
Putinin həmçinin 54 416 604,52 rubl dəyərində 10 bank hesabı və "PJSC Bank Sankt-Peterburq"da 230 səhmi var (bir səhmin nominal dəyəri 11,81 rubl).
Putini Moskvada mənzilə (153,7 kvadratmetr) və Sankt-Peterburqda müddətsiz istifadə üçün maşın dayanacağına (18 kvadratmetr) da sahibdir.
30-01-2024, 17:21
Marutyan siyasi səhnədə aktivləşməyə qərar verdi


Marutyan siyasi səhnədə aktivləşməyə qərar verdi

İrəvan şəhərinin keçmiş meri Hayk Marutyan siyasi səhnədə aktivləşməyə qərar verib.
H.Marutyan jurnalistlərə açıqlamasında tərəfdarları ilə birgə yeni partiya yaradacaqları barədə məlumatı təsdiqləyib.
“Bizim tərəfdarlardan ibarət böyük bir komandamız var, çoxdan partiyamızı yaratmağımıza tələb var idi”.
Marutyan 2018-ci ildən 2021-ci ilə qədər İrəvanın meri vəzifəsində çalışıb.
2018-ci il “Məxməri inqilab” zamanı etirazların aparıcı fiqurlarından olmuş Hayk Marutyan 2020-ci ildə hakim komandanı tərk edib.
30-01-2024, 17:14
Bakı Ağır Cinayətlər Məhkəməsinə də iki yeni hakim təyin edildi


Bakı Ağır Cinayətlər Məhkəməsinə də iki yeni hakim təyin edildi

Prezident İlham Əliyev birinci instansiya məhkəmələrinə hakimlər təyin edilməsi barədə Sərəncam imzalayıb.
Sərəncamla Bakı Ağır Cinayətlər Məhkəməsinə də iki yeni hakim təyin edilib.
Bunlar-Kərimova Mahirə Nəzər qızı və Məmmədov Fəxri Afiq oğludur.
Mahirə Kərimova Binəqədi, Fəxri Məmmədov isə Qazax Rayon Məhkəməsinin hakimi olub. Hər iki hakim Bakı Ağır Cinayətlər Məhkəməsinə ötən ilin yayında ezam edilmişdilər.
30-01-2024, 17:07
AŞPA Azərbaycanın daxili işlərinə qarışmamalıdır - Rusiya


AŞPA Azərbaycanın daxili işlərinə qarışmamalıdır - Rusiya

24 yanvar 2024-cü il tarixində Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin qurumun 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edib.
Qətnamənin müzakirəsi zamanı 76 deputat Azərbaycanın əleyhinə, 10 deputat lehinə səs verib, 4 deputat bitərəf qalıb. 16 deputat isə səsvermədə iştirak etməyib. Yalnız Ukrayna və Türkiyənin nümayəndələri qətnaməyə qarşı çıxış ediblər. Səsvermə zamanı isə Türkiyə (9 deputat) və Albaniya (1 deputat) nümayəndələri sənədin əleyninə səs veriblər.
Bu ədalətsiz qərara cavab olaraq Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı qeyri-müəyyən müddətə dayandıraraq iclas zalını tərk edib.
Məsələ ilə bağlı danışan Rusiyanın Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyində analitik layihələrin direktoru Mixail Neyzmakov bildirib ki, son zamanlar bəzi avropalı oyunçuların Bakıya daha aktiv təzyiqlərini müşahidə edilir.
"Buna səbəb isə Azərbaycanla Rusiya arasında əməkdaşlıq ola bilər. Digər başqa səbəb bir neçə amilin üst-üstə düşməsidir. Bunlardan biri Azərbaycanda prezident seçkilərinin yaxınlaşmasıdır. Bir qayda olaraq, avropalı siyasətçilər milli seçki kampaniyalarının keçirildiyi dövlətləri təzyiqlərə daha həssas kimi qəbul edirlər”.
O qeyd edib ki, bəzi Avropa ölkələri dövlətlərin daxili məsələlərinə qarışırlar:
“Məsələn, Avropa Şurası Parlament Assambleyasında Bakını tənqid edən iştirakçılar daha çox Azərbaycanın daxili siyasi durumuna diqqət yetiriblər. Bundan əlavə, 2024-cü ildə Avropa Parlamentinə, eləcə də bəzi Avropa dövlətlərinin parlamentlərinə seçkilər keçiriləcək. Bu, həm də Avropa siyasətçilərini xarici siyasət gündəliyi ilə işləyərkən daha sərt mövzular seçməyə sövq edəcək. Üstəlik, bu siyasətçilərin bəziləri Azərbaycanı tənqid etməklə bərabər, Türkiyəni əsas tərəfdaşı kimi incitməyə çalışırlar.
Eyni zamanda, ifrat sağçı Avropa qüvvələri Aİ-yə miqrasiya axınlarının “donoru” və digər ölkələrdən Avropa Birliyinə daxil olmaq istəyən miqrantlar üçün tranzit nöqtəsi kimi Türkiyənin əleyhinədir. Ona görə də deyə bilərik ki, Avropa ölkələrindən Azərbaycana qarşı təzyiqlər bir neçə səbəblərə əsaslanır”.
30-01-2024, 16:42
Sabiq ABŞ prezidentinin Nobel Mükafatına namizədliyi irəli sürüldü


Sabiq ABŞ prezidentinin Nobel Mükafatına namizədliyi irəli sürüldü

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Klaudiya Tenni keçmiş prezident Donald Trampı nüfuzlu Nobel Sülh Mükafatına namizəd göstərib. Tramp prezidentliyi dövründə işlənib hazırlanmış sülh müqavilələrinə görə nüfuzlu mükafata layiqdir. Onlar İsraillə Yaxın Şərq dövlətləri arasında münasibətlərin normallaşmasına və regionda ümumi gərginliyin azaldılmasına istinad edirlər.
Tenniyə görə, müqavilələr tarixi əhəmiyyət kəsb edir.
30-01-2024, 16:33
Çinə təyin olunmuş səfirimizin etimadnaməsi qəbul olundu


Çinə təyin olunmuş səfirimizin etimadnaməsi qəbul olundu

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycanın Çinə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.
Bu barədə “Xinhua“ məlumat yayıb.
Si Cinpin bu gün bir neçə ölkənin səfirinin, o cümlədən Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfiri Bünyad Hüseynovun etimadnaməsini qəbul edib.
30-01-2024, 16:33
Çinə təyin olunmuş səfirimizin etimadnaməsi qəbul olundu


Çinə təyin olunmuş səfirimizin etimadnaməsi qəbul olundu

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycanın Çinə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.
Bu barədə “Xinhua“ məlumat yayıb.
Si Cinpin bu gün bir neçə ölkənin səfirinin, o cümlədən Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfiri Bünyad Hüseynovun etimadnaməsini qəbul edib.
30-01-2024, 16:33
Çinə təyin olunmuş səfirimizin etimadnaməsi qəbul olundu


Çinə təyin olunmuş səfirimizin etimadnaməsi qəbul olundu

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycanın Çinə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.
Bu barədə “Xinhua“ məlumat yayıb.
Si Cinpin bu gün bir neçə ölkənin səfirinin, o cümlədən Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfiri Bünyad Hüseynovun etimadnaməsini qəbul edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!