Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
24-01-2024, 17:44
Qazaxıstan Azərbaycana göndərəcəyi müşahidəçilərin siyahısını təsdiqlədi


Qazaxıstan Azərbaycana göndərəcəyi müşahidəçilərin siyahısını təsdiqlədi

Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə göndərilən müşahidəçilərin siyahısını təsdiqləyib.
Bu barədə Qazaxıstan MSK-nın mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, siyahıya 19 nəfər daxildir.
Bildirilib ki, onların arasında Qazaxıstan MSK-nın sədri Nurlan Abdirov da var.
Xatırladaq ki, Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.
24-01-2024, 16:52
İYİ Partiyası Ankara üzrə namizədini açıqladı


İYİ Partiyası Ankara üzrə namizədini açıqladı

İYİ Partiya bələdiyyə seçkilərində Ankara üzrə namizədini açıqlayıb.
Bu, Cengiz Topel Yıldırımdır.
Yıldırım əvvəllər CHP-nin sabiq sədri Kemal Kılıçdaroğlunun müşaviri olub.
Qeyd edək ki, ötən seçkilərdə İYİ Partiya Millət İttifaqı çərçivəsində CHP-nin namizədi Mansur Yavaşı dəstəkləmişdi.
24-01-2024, 16:40
Sahibə Qafarova Özbəkistan parlamenti sədrinin müaviniylə görüşdü


Sahibə Qafarova Özbəkistan parlamenti sədrinin müaviniylə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Özbəkistan Ali Məclisinin Qanunverici Palatası sədrinin birinci müavini Akmal Saidovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Özbəkistan nümayəndə heyətini səmimiyyətlə salamlayan Milli Məclisin sədri, xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin yüksək səviyyəsindən məmnunluğunu bildirib və qeyd edib ki, xalqlarımız dil, din, tarix, mənəvi cəhətdən oxşardırlar. Spiker, Özbəkistan nümayəndə heyətinin belə böyük və nüfuzlu tərkibdə ölkəmizə səfərinin də əlaqələrimizin yüksək səviyyəsinin daha bir göstəricisi olduğunu söyləyib.
Görüşdə qeyd olunub ki, Özbəkistanla Azərbaycan arasında siyasi, iqtisadi, mədəni-humanitar sahələrdə əməkdaşlıq dinamik inkişaf edir. Vurğulanıb ki, Azərbaycan və Özbəkistan müstəqil, inkişaf edən və özünü təmin edən ölkələrdir. Ölkə başçılarımız arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Milli Məclisin sədri deyib ki, onlar eyni baxışlara malik böyük dövlət xadimləridir. Onlar öz xalqlarının daha da inkişafına, tərəqqisinə xidmət edirlər. Spiker hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin xüsusi əhəmiyyətini qeyd edib.
Söhbət zamanı Milli Məclisin sədri parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsi istiqamətində görülən işlərdən söhbət açaraq, qanunverici orqanlar arasında münasibətlərin də yüksək səviyyədə olmasını, hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsini təqdir edib.
O, özünün Özbəkistana səfərlərini və Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva və Ali Məclisin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovla görüşlərini məmnunluqla xatırlayaraq bildirib ki, bu cür qarşılıqlı səfərlər və müsbət dialoq münasibətlərimizin daha da genişlənməsinə töhfələr verir. Sahibə Qafarova parlamentarilərimizin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, Parlamentlərarası İttifaq, İslam Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası, TürkPA, MDB Parlamentlərarası Assambleya və digər beynəlxalq təşkilatlarda əməkdaşlıq etdiyini bildirib.
Sahibə Qafarova Ermənistanın 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlamasından, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsindən və ölkəmizin öz suverenliyini tam bərpa etməsindən danışıb. Milli Məclisin sədri qeyd edib ki, Özbəkistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Qələbədən sonra özbək ictimaiyyətinin də böyük sevincinin şahidi olduq. O, işğaldan azad olunmuş Füzuli rayonunda Özbəkistanın tikdiyi məktəbin xalqlarımız və dövlətlərimiz arasındakı doğmalığın bir nümunəsi olduğunu qeyd edib.
Milli Məclisin sədri təəssüf hissi ilə bildirib ki, hazırda dünyada mövcud olan ikili standartlar bir sıra ölkələrə qarşı ədalətsiz mövqeyin sərgilənməsinə gətirib çıxarıb. O, Azərbaycanın öz torpaqlarını 30 illik işğaldan azad etdikdən sonra bəzi Avropa ölkələrinin və beynəlxalq təşkilatlarının Azərbaycana qarşı qərəzli münasibətinin təəssüf doğurduğunu nəzərə çatdıraraq, dost və qardaş xalqlar olaraq bu kimi hallara, ikili standartlara qarşı birgə mübarizə aparmağın vacibliyini qeyd edib.
Görüşdə, həmçinin fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri deyib ki, bu seçkilər Azərbaycanın dövlətçilik tarixində çox mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə görə, Azərbaycanın müasir dövlətçilik tarixində ilk dəfədir ki, seçkilər Azərbaycan ərazilərinin hər yerində, o cümlədən işğaldan azad olunmuş bütün şəhər və kəndlərimizdə keçiriləcək. Ona görə də, növbədənkənar prezident seçkiləri Azərbaycan tarixinə həm də Zəfər seçkiləri kimi yazılacaq və Azərbaycan xalqının, Azərbaycan seçicisinin iradəsi bu seçkilərin nəticəsində öz əksini tapacaq.
Özbəkistan Ali Məclisinin Qanunverici Palatası sədrinin birinci müavini Akmal Saidov göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, dost ölkələrimiz arasında münasibətlərin daim inkişaf etdiyini söyləyib. O, dövlətlərimizin və xalqlarımızın oxşar tarixə malik olduğunu diqqətə çatdıraraq, Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında və inkişafında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətlərini qeyd edib. Akmal Saidov deyib ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub saxlamışdısa, Prezident İlham Əliyev Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü bərpa etdi. Bu isə həm də o deməkdir ki, Heydər Əliyev tərəfindən başladılan işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
O, dövlət başçılarımızın müəyyən etdiyi xəttə uyğun olaraq, parlamentlərimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.
Akmal Saidov Özbəkistanda ötən il keçirilmiş konstitusiya islahatları zamanı Azərbaycanın 2018-ci ildə bu sahədəki təcrübəsindən istifadə olunduğu barədə fikirlərini bölüşüb, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.
Akmal Saidov Milli Məclisin sədrinə Özbəkistan və Azərbaycan alimlərinin birgə əməyinin bəhrəsi olan tarix və mədəniyyət sahələrinə dair kitablar təqdim edib.
Görüşdə Milli Məclisin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, Parlament Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.


24-01-2024, 16:36
“Sehrli xalat” filminin baş rol ifaçısı vəfat etdi


“Sehrli xalat” filminin baş rol ifaçısı vəfat etdi

“Sehrli xalat” filmində baş rolun – Rəşid obrazının ifaçısı Azər Qurbanov vəfat edib.
Bu barədə Mədəniyyət Nazirliyinin keçmiş işçisi, Əməkdar incəsənət xadimi Yusif Şeyxov bildirib.
Onun sözlərinə görə, ömrünün son 30 ilini ABŞ-da yaşayan Azər Qurbanov bir müddət əvvəl ağır xəstəlikdən nəticəsində dünyasını dəyişib.
Azər Qurbanov 1955-ci ildə Balakəndə anadan olub. Orta təhsilini Bakıdakı 225 saylı orta məktəbdə rus dilində alıb.
Sovet dövrü uşaqlarının pərəstiş etdiyi aktyor Azər Qurbanov 1992-ci ildən ABŞ-ın Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayırdı.
Aktyor hələ 1957-ci ildə, 7 yaşında ikən "Bir məhəllədən iki nəfər" filmində debüt etmişdi. Sonra "Əcnəbi qız" (1965), "Bizim oynadığımız dənizdə" (1967), ilk sovet-yuqoslav birgə filmi olan "Mavi quş, yolun açıq olsun" (1967) filmlərində rol alıb. Lakin ən yaddaqalan rolu "Sehrli xalat" (1964) filmindəki pioner Rəşid obrazı olub.
A.Qurbanov ABŞ-da həyat yoldaşı və oğlu Maratla birgə yaşayırdı. O, Şort-Hills şəhərində kiçik bizneslə məşğul olur, əlillərin daşınması, həkimlərə çatdırılması üzrə firmasını da idarə edirdi.
Qeyd edək ki, Azər Qurbanovun anası Xurşud Qurbanova uzun illər Azərbaycan Opera və Balet teatrının solisti olub. O da oğlu ilə birgə ABŞ-a köşmüşdü.
Allah rəhmət eləsin.
24-01-2024, 16:05
Füzuliyə növbəti köç karvanı - Ailələrə mənzillərinin açarları təqdim olundu


Füzuliyə növbəti köç
karvanı - Ailələrə mənzillərinin açarları təqdim olundu


Bu gün növbəti köç karvanı ilə Füzuliyə çatan ailələrə mənzillərinin açarları təqdim olunub.
Füzuliyə qayıdan keçmiş məcburi köçkünlər respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Ailələr qarşılandıqdan sonra onlara mənzillərinin açarları təqdim olunub.
Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və digər şəxslər iştirak ediblər.
Ailələr sevinc hissi ilə mənzilllərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar.
Bununla da Füzuli şəhərində 470 ailə olmaqla, 1750 nəfərin daimi məskunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.

24-01-2024, 15:39
İYİ Partiya İstanbul üzrə namizədini elan etdi


İYİ Partiya İstanbul üzrə namizədini elan etdi

Türkiyədə 31 martda keçiriləcək bələdiyyə seçkiləri yaxınlaşdıqca böyük şəhərlər uğrunda mübarizə kəskinləşir.
Daha bir siyasi qüvvə - İYİ Partiya İstanbul üzrə namizədini elan edib.
Partiyanın İstanbul təşkilatında vəzifələr tutmuş Buğra Kavuncu bu şəhərdən namizəd göstərilib.
Bu vaxta qədər ana müxalifət olan Cümhuriyyət Xalq Partiyası (CHP) hazırkı bələdiyyə sədri Ekrem İmamoğlunu, hakim Ədalət və İnkişaf Partiyası (AKP) sabiq ətraf mühit və şəhərsalma naziri, indiki deputat Murat Kurumu, ultra-sağçı Zəfər Partiyası isə Azmi Karamahmutoğlunu İstanbuldan namizəd edib.
Kürdyönümlü DEM Partiyanın (keçmiş HDP) isə həbsdə olan siyasətçi Selahattin Demirtaşın həyat yoldaşı Başak Demirtaşı namizəd göstərəcəyi ilə bağlı məlumatlar yayılsa da, hələlik rəsmi qərar yoxdur.
Qeyd edək ki, İYİ Partiya ötən seçkilərdə Millət İttifaqı çərçivəsində CHP-nin namizədi Ekrem İmamoğlunu dəstəkləmişdi.
24-01-2024, 15:32
Bakıda CANSO-nun himayəsi altında qurum rəhbərlərinin sammiti keçirilir


Bakıda CANSO-nun himayəsi altında qurum rəhbərlərinin sammiti keçirilir

23-25 yanvar tarixlərində Bakıda CANSO-nun himayəsi altında Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrinin (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan) aeronaviqasiya qurumlarının rəhbərlərinin ilk sammiti keçirilir.
Tədbir Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Azərbaycan Hava Yolları” QSC-nin birgə təşkilatçılığı ilə baş tutur.
CANSO aeronaviqasiya xidməti təminatçılarını birləşdirən beynəlxalq təşkilatdır. Azərbaycan 2005-ci ildən bu təşkilatın üzvüdür.
Yanvarın 24-də keçirilən görüşdə CANSO-nun baş direktoru Saymon Hokard, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Enver İskurt, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti vəzifəsini icra edən Samir Rzayev, həmçinin aviasiya qurumları və aeronaviqasiya xidmətlərinin rəhbərləri çıxış ediblər.
Sammitdə regionda hava hərəkətinin inkişafı və idarə olunması məsələləri müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq uçuşların təhlükəsizliyinə və birgə fəaliyyətin səmərəliliyinin artırılmasına yönəlmiş müvafiq qərarlar qəbul edilib.
Aeronaviqasiya xidməti təminatçıları aviasiya sənayesinin əsas iştirakçılarıdır. Onlar uçuşların təhlükəsizliyinin təmin edilməsinə, regionda hava nəqliyyatı dəhlizlərinin inkişafına və ölkələrin hava məkanı vasitəsilə tranzit axınının təşkilinə görə cavabdehdir. Həmçinin provayderlər qlobal aviadaşımalar zəncirinin təmin edilməsi, uçuşların səmərəliliyinin artırılması, davamlı inkişaf konsepsiyasının dəstəklənməsi və ətraf mühitə təsirin azaldılmasına şərait yaradır.
Sammit proqramı çərçivəsində iştirakçıların “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) fəaliyyəti, o cümlədən yeni texnologiyalar və regionda aviadaşımaların təhlükəsizliyinin təmin edilməsi tədbirləri ilə tanışlığı nəzərdə tutulub.
Qeyd edək ki, digər ölkələrin aviaşirkətləri yüksək keyfiyyətli xidmət və Avropa ilə Asiya arasında mühüm hava marşrutlarının kəsişməsi səbəbindən Azərbaycanın hava məkanına böyük maraq göstərir. Belə ki, ölkə ərazisi üzərindən tranzit uçuşların sayı orta hesabla ayda 15 min təşkil edərək sürətlə artmağa davam edir.
24-01-2024, 14:28
Azərbaycanda buğdanın qiyməti 20 faiz ucuzlaşıb


Azərbaycanda buğdanın qiyməti 20 faiz ucuzlaşıb

Azərbaycanın xaricdən aldığı buğdanın qiyməti 20 faiz ucuzlaşıb. Belə ki, 1 ton buğdanın qiyməti 338 dollardan 259 dollara düşüb.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ildə ölkəyə 1 milyon 95 min tona yaxın buğda idxal edilib.
Ekspertlər hesab edir ki, bu idxal miqdarında ciddi azalma deməkdir.
İqtisadçı ekspert Eldəniz Əmirov ərzaq təhlükəsizliyinə milli təhlükəsizlik səviyyəsində yanaşıldığını bildirib:
“Belə ki, həcmlə ifadə etsək, təxminən 9,1 faiz az buğda idxal olunub. Ton ifadəsində isə 30 faiz azalma olub. Bu da biləvasitə Azərbaycanın ərzaq təhlükəsizliyinə milli təhlükəsizlik səviyyəsində yanaşmasının nəticəsidir. 2022-ci ildə daha çox buğda idxal edərək qarşıdakı prespektivlərdə bir növ müəyyən problemlər yaşanarsa, onu sığortalamağa yönəlik addımlar idi”.
Ekspertlər bildirirlər ki, dünyada əkin sahələri artılır. Buna görə də, yaxın günlərdə buğdanın qiymətində artım olacağı gözlənilmir.
24-01-2024, 13:51
Rusiyada prezident seçkiləri üzrə səsvermə bülleteninin forması təsdiqləndi


Rusiyada prezident seçkiləri üzrə səsvermə bülleteninin forması təsdiqləndi

Rusiya Mərkəzi Seçki Komissiyası prezident seçkiləri üzrə səsvermə bülleteninin formasını təsdiq edib.
Namizədlərin adları əlifba sırası ilə göstərilib.
Kağız ağ rəngdədir, ön tərəfdə yaşıl boya ilə fonda qoruyucu tor var.
Qeyd edək ki, seçkilər 17 martda baş tutacaq.
24-01-2024, 13:27
Belqorodda 65 ukraynalı əsir olan rus təyyarəsi qəzaya uğradı


Belqorodda 65 ukraynalı əsir olan rus təyyarəsi qəzaya uğradı

Rusiya Müdafiə Nazirliyi hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması barədə məlumat yayıb.
Nazirlik təyyarənin Belqorod vilayətində qəzaya uğradığını bildirib.
Məlumata görə, təyyarənin göyərtəsinə dəyişdirilmək üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbi qulluqçusu, təyyarənin 6 ekipaj üzvü və onları müşayiət edən 3 şəxs olub.
Əraziyə hərbi-kosmik xidmətin komissiyası cəlb olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!