Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
18-01-2024, 17:17
AKP böyük şəhərlərdə namizədliyi irəli sürüləcək şəxsləri açıqlayıb


AKP böyük şəhərlərdə namizədliyi irəli sürüləcək şəxsləri açıqlayıb

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) bələdiyyə seçkilərində böyük şəhərlərdə namizədliyi irəli sürüləcək şəxsləri açıqlayıb.
Sözügedən siyahını partiyanın sədri, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.
Mərasimdə 17 böyük şəhər və 31 vilayətin bələdiyyə sədrliyinə namizədlər təqdim olunub. Böyük şəhərlərdə AKP-nin namizədləri aşağıdakı şəxslər olacaq:
Adana Böyükşəhər bələdiyyə sədrliyinə namizəd Fatih Mehmet Kocaispir
Ankara Böyükşəhər bələdiyyə sədrliyinə namizəd Turqut Altınok
Antalya Böyükşəhər bələdiyyə sədrliyinə namizəd Hakan Tütüncü
Diyarbakır Böyükşəhər bələdiyyə sədrliyinə namizəd Mehmet Halis Bilden
Gaziantep Böyükşəhər bələdiyyə sədrliyinə namizəd Fatma Şahin
Hatay Böyükşəhər bələdiyyə sədrliyinə namizəd Mehmet Öntürk
İzmir Böyükşəhər bələdiyyə sədrliyinə namizəd Hamzadağ
Kahramanmaraş Böyükşəhər bələdiyyə sədrliyinə namizəd Fırat Görgel
Kayseri Böyükşəhər bələdiyyə sədrliyinə namizəd Memduh Büyükkılıç
Konya Böyükşəhər bələdiyyə sədrliyinə namizəd Uğur İbrahim Altay
Malatya Böyükşəhər bələdiyyə sədrliyinə namizəd Sami Er
Mardin Böyükşəhər bələdiyyə sədrliyinə namizəd Abdullah Erin
Sakarya Böyükşəhər bələdiyyə sədrliyinə namizəd Yusuf Alemdar
Şanlıurfa Böyükşəhər bələdiyyə sədrliyinə namizəd Zeynel Abidin Beyazgül
Tekirdağ Böyükşəhər bələdiyyə sədrliyinə namizəd Cüneyt Yüksel
Trabzon Böyükşəhər bələdiyyə sədrliyinə namizəd Əhməd Metin Genç
Van Böyükşəhər bələdiyyə sədrliyinə namizəd Abdulahət Arvas
18-01-2024, 16:45
Azərbaycan və Ermənistan dost və qardaş ölkələrdir - Qaribaşvili


Azərbaycan və Ermənistan dost və qardaş ölkələrdir - Qaribaşvili

Gürcüstanın qonşu Azərbaycan və Ermənistanla yaxın münasibətləri və tərəfdaşlığı var, onlar dost və qardaş ölkələrdir.
Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Davos İqtisadi Forumunda çıxışı zamanı deyib.
O, Ermənistan və Azərbaycan liderinin ikitərəfli müstəvidə əlaqə yaratmaqda maraqlı olduğunu və bunu düzgün yol hesab etdiyini vurğulayıb.
“İki il əvvəl mənim vasitəçilik cəhdim oldu. Bizim ilk vasitəçiliyimiz uğurlu oldu, Azərbaycan saxlanılmış 15 ermənini azad etdi və Ermənistan Azərbaycana minalanmış ərazilərin xəritəsini verdi. Bu uğurlu cəhd idi. Lakin bu çox mürəkkəb bir vəziyyətdir. Biz regionda bir çox oyunçuların olduğunu başa düşürük. Əlavə etmək istərdim ki, bilirəm ki, Azərbaycan və Ermənistanın liderlərinin mövqeyi bundan ibarətdir ki, onlar bir-biriləri ilə ikitərəfli səviyyədə əlaqə yaratmaq istəyirlər", - baş nazir vurğulayıb.
O, bunun düzgün yol olduğunu vurğulayıb:
"Çünki bu qədər çox vasitəçi ilə, bu qədər çox maraqlı tərəflə proses bəzən daha mürəkkəb və qeyri-məhsuldar ola bilər. Ona görə də mən onlara uğurlar arzu edirəm. Mən həqiqətən də ümid edirəm ki, onlar həll tapa biləcəklər və tezliklə sülh müqaviləsini imzalayacaqlar”, - deyə Qaribaşvili bildirib.
18-01-2024, 16:31
Sahibə Qafarova Qazaxıstanın ölkəmizdəki səfiriylə bir sıra məsələləri müzakirə etdi - FOTO


Sahibə Qafarova Qazaxıstanın ölkəmizdəki səfiriylə bir sıra məsələləri müzakirə etdi - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın ölkəmizdəki səfiri ilə Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi, Xəzər dənizinin dibi ilə fiberoptik rabitə xəttinin çəkilməsi, Qazaxıstandan neftin Azərbaycan ərazisindən nəql olunması məsələlərini müzakirə edib.
Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayellə görüşən spiker xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin böyük tarixə malik olduğunu, əlaqələrimizin ümumi dəyərlərin, ortaq tarix, din, dil əsasında uğurla inkişaf etdiyini diqqətə çatdırıb.
Sahibə Qafarova deyib ki, həm Azərbaycan, həm də Qazaxıstan müstəqil ölkə kimi zəngin dövlətçilik ənənələri üzərində qurulub və bu gün həmin ənənələrə əsaslanaraq, öz inkişaflarını davam etdirirlər.
Milli Məclisin sədri qeyd edib ki, ölkə başçılarımız arasında əlaqələr münasibətlərimizin inkişafında böyük rol oynayır. Görüşdə qarşılıqlı səfərlərin, keçirilən görüşlərin və tərəflər arasında imzalanan sənədlərin əməkdaşlığın daha da genişlənməsinə töhfələri vurğulanıb. Söhbət zamanı Azərbaycanla Qazaxıstanın beynəlxalq təşkilatlarda, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq etdiyi vurğulanıb.
Sahibə Qafarova Qazaxıstana rəsmi səfərini xatırladaraq, səfər çərçivəsində keçirilən görüşlərdən, parlamentlərimiz arasında əlaqələrin inkişaf səviyyəsindən məmnunluğunu bildirib. Spiker, həmçinin Qazaxıstan Parlament Məclisinin sədri Yerlan Koşanovun ötən il Azərbaycan Respublikası Milli Məclisinin Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş növbədənkənar iclasında iştirak etmək üçün Azərbaycana səfərini məmnunluqla xatırlayıb. Sahibə Qafarova Azərbaycan dövlətinin qurucusu və memarı, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin və onun ölməz ideyalarının bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, Azərbaycanın bu siyasi kursa uyğun olaraq uğurla inkişaf etdiyini diqqətə çatdırıb.
Milli Məclisin sədri parlamentarilərin öz xalqlarını təmsil etdiklərini, bu baxımdan qanunverici orqanlar arasında əlaqələrin daha da dərinləşməsinin ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da genişlənməsinə töhfə verdiyini qeyd edib. Bildirilib ki, Azərbaycan Milli Məclisinin Qazaxıstan Respublikasının Parlament Məclisi və Senatı ilə yüksək səviyyəli münasibətləri var. Tərəflər həm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər. Bu mənada, dostluq qruplarının uğurlu fəaliyyəti də qeyd edilib.
S.Qafarova görüşdə Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi, suverenliyimizin bərpası məsələlərindən danışıb. O, təəssüflə dünyada ikili standartların mövcud olduğunu bildirərək, qeyd edib ki, bu gün Azərbaycanın qazandığı nailiyyətləri həzm edə bilməyən bəzi dövlətlər ölkəmizə qarşı qərəzli, ədalətsiz mövqedən çıxış edirlər. Biz Fransanın son dövrlərdə Azərbaycana qarşı mütəmadi hal alan davranışlarında bunu aydın şəkildə görürük. Spiker Fransa Senatının bir neçə gün öncə qəbul etdiyi sonuncu qətnaməsini ikiüzlülüyün bariz nümunəsi adlandıraraq, deyib ki, Fransa bu cür addımları ilə beynəlxalq hüququn normalarına və prinsiplərinə də açıq hörmətsizlik nümayiş etdirir.
Qazaxıstan Respublikasının ölkəmizdəki səfiri Alim Bayel də ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluğunu bildirərək, dövlət başçılarımızın uğurlu fəaliyyətinin və qarşılıqlı səfərlərinin bu əlaqələrə töhfə verdiyini deyib. O, səfir kimi fəaliyyətində ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
Görüşdə ölkələrimizin birgə icra etdiyi layihələrdən də danışılaraq, Transxəzər beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi, Xəzər dənizinin dibi ilə fiberoptik rabitə xəttinin çəkilməsi, Qazaxıstandan neftin Azərbaycan ərazisindən nəql olunması qeyd edilib.
Söhbətdə Azərbaycan və Qazaxıstan arasında humanitar sahədə də əməkdaşlığın inkişaf etdiyi bildirilərək, vurğulanıb ki, bu istiqamətdə keçirilən tədbirlər xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verir. Qeyd olunub ki, ötən il Azərbaycanda Qazaxıstan Mədəniyyət Günləri keçirilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.



18-01-2024, 16:17
Təbrik edirik!


Təbrik edirik!


Qərbi Azərbaycanın sayılıb-seçilən ziyalılarından olan Eldar Qarayevin doğum günüdür. Onu bu münasibətlə ürəkdən təbrik edir və oxucularımızla tanış etmək istəyirik:
Eldar Səməd oğlu Qarayev 1956-cı ilin yanvarında Zəngəzur mahalının Qafan bölgəsində, füsunkar gözəlliyilə insanları heyran edən Gərd kəndində dünyaya gəlib. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsinə qəbul olub. 1978-ci ildə universiteti bitirərək təyinatla AMEA-nın Fizika İnstitutuna göndərilib. Bir müddət Biomərkəzdə işləyib. 1979-1981-ci illərdə Sovet Ordusu sıralarında, zabit kimi, həqiqi hərbi xidmət keçib. 1982-cı ilin əvvəlindən doğma universitetə qayıdaraq Fizika fakültəsində-Ümumi fizika kafedrasında çalışıb, elmi dərəcə qazanıb. Az qalıb 20 il ola ki, fizika fakültəsində dekan müavini işləyir, dosentdir.
Eldar müəllim əlliyə yaxın məqalə və tezisin, bir neçə dərs vəsaitinin müəllifidir. Ən əsası gözəl ailə başçısıdır, 3 övladı və sevimli tələbələri var.
Eldar müəllim, sizi bir daha doğum günü münasibətilə təbrik edir, möhkəm cansağlığı, ailə xoşbəxtliyi və işlərinizdə uğurlar arzulayırıq!
Dərin ehtiramla:
“Bütöv Azərbaycan” qəzetinin kollektivi və
“Zəngəzur” Cəmiyyətləri Birliyi İdarə Heyəti adından
Tamxil Ziyəddinoğlu
18-01-2024, 15:56
Ödənişli yolda sürət həddi müəyyənləşdi


Ödənişli yolda sürət həddi müəyyənləşdi

Ənənəvi yola alternativ olaraq yaradılmış ödənişli avtomobil yolunda yeni yol nişanı qoyulub.
Bakı-Quba-Rusiya Federasiyası sərhədi yolunda maksimal sürət həddi 110 km/saat nişanı quraşdırılıb.
Bundan öncə həm qovşaqlara dönən, həm də giriş-çıxış hissələrində 90 km/saat və 70 km/saat nişanı olsa da, artıq 110 km/saat nişanı da qoyulub. Baxmayaraq ki, magistral yollarda maksimal sürrət həddinin 110 km/saat olduğunu hamı bilir. Amma nişan olmadığı üçün sürücülər bundan sui-istifadə edirdilər.
Qeyd edək ki, sürücülərin sürət rejiminə əməl etməsinə nəzarət olunması məqsədilə yaxın zamanda yolda xüsusi texniki vasitələrin quraşdırılması nəzərdə tutulur. Onu da bildirək ki, artıq ödənişli yolda ölüm və ağır xəsarətlə nəticələnən bir neçə yol qəzası baş verib.
18-01-2024, 15:23
“Qəbələ” - “Qarabağ” oyunu təxirə salındı


“Qəbələ” - “Qarabağ” oyunu təxirə salındı

Azərbaycan Premyer Liqasının XXIII turunun “Qəbələ” – “Qarabağ” oyunu təxirə salınıb.
Bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Bildirilib ki, “Qarabağ”ın rəsmi müraciəti və “Qəbələ”nin razılıq məktubunu nəzərə alan PFL Əsasnamənin 6-cı maddəsinin 2-ci bəndinə əsasən, ağdamlıların Azərbaycanı UEFA Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə qarşılaşmanı təxirə salıb.
Görüşün hansı tarixdə baş tutacağı ilə bağlı hələ ki, qərar verilməyib. Ancaq klubların əvəzedici heyətləri arasındakı matç təqvimə uyğun şəkildə reallaşacaq.
Qeyd edək ki, XXIII turun digər görüşləri fevralın 17-18-də keçiriləcək.
18-01-2024, 15:14
İstanbulda bina çökdü


İstanbulda bina çökdü

Türkiyənin İstanbul şəhərində bina çöküb.
Hadisə Ümraniye rayonunda baş verib.
Belə ki, metro inşaatı zamanı əvvəlcədən boşaldılan yaşayış binası dağılıb.
Daha sonra boşaldılan başqa bir bina və yol çöküb.
18-01-2024, 15:00
Ermənistan və Fransa prezidentləri görüşdülər


Ermənistan və Fransa prezidentləri görüşdülər

Ermənistan və Fransa prezidentləri Vahaqn Xaçaturyan və Emmanuel Makron görüşüblər.
Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Bu, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində baş tutub. Onlar Cənubi Qafqaz ətrafında fikir mübadiləsi aparıblar.
Detallar açıqlanmayıb.
18-01-2024, 14:49
Naxçıvana yeni yol çəkilir - Rəsmi AÇIQLAMA - VİDEO


Naxçıvana yeni yol çəkilir - Rəsmi AÇIQLAMA - VİDEO

Azərbaycan Respublikasının əsas hissəsini
Naxçıvan Muxtar Respublikası ilə birləşdirən avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısı və Araz çayı üzərində körpünün tikintisi işləri icra olunur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA)verilən məlumat görə, Azərbaycan Respublikası Prezidentinin Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısının və Araz çayı üzərində körpünün tikintisi işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ərazidə tikinti işləri davam etdirilir.
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantı yolu və Araz çayı üzərində körpü layihəsi Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd avtomobil yolunun 111.8 km-dən ayrılır.
Qeyd olunan layihə üzrə inşa edilən 7.2 kilometrlik 1 dərəcəli bağlantı avtomobil yolunda süni qurğuların (istinad divarları, müxtəlif diametrli borular, düzbucaqlı borular, keçidlər və beton küvetlər) və torpaq yatağının tikintisi davam etdirilir. Görülmüş işlərin fiziki tərəqqisi 80% təşkil edir.
Layihə çərçivəsində Araz çayı üzərində uzunluğu 374 və eni isə 27.6 metr təşkil edəcək avtomobil körpüsünün inşasına da start verilib. 4 hərəkət, 2 təhlükəsizlik və ayrıcı zolaqlardan ibarət olmaqla hər bir istiqamətdə üzrə körpü üzərində 2.8 metr enində piyada səkilərinin inşası da nəzərdə tutulub.
Hazırda ərazidə körpünün dayaq svaylarının vurulması və svay başlıqlarının qurulması işləri davam etdirilir. Bu işlər üzrə tərəqqi 10% təşkil edir.
“İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” çərçivəsində inşa edilən avtomobil körpüsü iki ölkə ərazisindən keçən tranzit yükdaşımalarının artımına və Naxçıvan Muxtar Respublikasına gediş-gəlişin asanlaşdırılmasına xidmət göstərəcək. Tikiləcək, avtomobil körpüsünün gündəlik buraxılış qabiliyyəti 1100 ədəd yük-nəqliyyat vasitələrinin təşkil edəcəkdir.

[media=https://youtu.be/b9ycdYreNPo]
18-01-2024, 14:42
Prezident ABŞ-nin yeni təyin olunmuş səfiriylə fikir mübadiləsi apardı


Prezident ABŞ-nin yeni təyin olunmuş səfiriylə fikir mübadiləsi apardı

Prezident İlham Əliyev yanvarın 18-də ABŞ-nin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Mark Libbinin etimadnaməsini qəbul edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi barədə fikir mübadiləsi aparılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!