Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
18-01-2024, 00:33
Sumqayıtda hadisə yerinə yaxın ərazilərin qaz təchizatı dayandırıldı


Sumqayıtda hadisə yerinə yaxın ərazilərin qaz təchizatı dayandırıldı

Sumqayıtda təhlükəsizlik tədbirləri çərçivəsində hadisə yerinə yaxın ərazilərin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.
Bu barədə "Azəriqaz" İB-nin sözçüsü Eldəniz Vəliyev bildirib.
"Qeyd edim ki, yataqxana tipli bu bina qazlaşmayıb. Hadisənin baş vermə səbəbini hüquq-mühafizə orqanlarının istintaqından sonra bilinəcək", - sözçü qeyd edib.
Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binası yanır. Əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən isə bildirilib ki, qurumun nümayəndələri hadisə yerindədir.
18-01-2024, 00:21
Kollecin yataqxanasında güclü yanğın baş verdi


Kollecin yataqxanasında güclü yanğın baş verdi

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb.
FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib.
17-01-2024, 23:10
Zelenski Çinin Baş naziriylə görüşü rədd etdi


Zelenski Çinin Baş naziriylə görüşü rədd etdi

Ukrayna prezidenti Volodimir Zelenski ilə Çinin baş naziri Li Qianq arasında İsveçrədə görüş baş tutmayıb.
Bu barədə "Politco" qəzeti yazıb.
Bildirilir ki, Çin Ukraynanın görüş tələbini rədd edib. Məlumata görə, Çin rəhbərliyi Rusiyanın tələbi ilə Ukrayna nümayəndələri ilə hər hansı görüşdən imtina edib. Ukrayna rəsmisi isə bildirib ki, Kiyev Çin nümayəndəsi ilə görüş tələb etməyib.
26 aprel 2023-cü ildə Çin lideri Si Cinpin Zelenski ilə telefonla danışıb. Tərəflər xüsusilə Ukrayna ərazisində hərbi əməliyyatların sülh yolu ilə həlli yollarını müzakirə ediblər. May ayında Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui iki günlük səfər üçün Kiyevə gəlib. Ukrayna Çinin təqdim etdiyi münaqişənin həlli planını tənqid edib.
Zelenski Li Qianqla görüşmək fikrində olmadığını, çünki bunun onun səviyyəsinə uyğun olmadığını bildirib.O, qeyd edib ki, Çin lideri ilə görüşməkdən şad olardı.
“Bildiyim qədər, Si Cinpin qərarlar verir, Ukraynada isə mən qərar verirəm. Mənim heç bir dialoqa ehtiyacım yoxdur, bu qərarları qəbul edən liderlərin mühüm qərarlarına ehtiyacım var”, - deyə Zelenski bildirib.
17-01-2024, 22:38
Çin növbəti yük gəmisini orbitə göndərdi


Çin növbəti yük
gəmisini orbitə göndərdi


Çin özünün “Tienqon” (Tiangong) kosmik stansiyası üçün növbəti yük gəmisi olan “Tiencou-7”ni (Tianzhou-7) orbitə göndərib.
Kosmik gəmini orbitə “Böyük yürüş-7Y8” raketdaşıyıcısı aparıb. Raketin buraxılışı Haynan adasındakı Vençan kosmodromundan yerli vaxtla yanvarın 17-də saat 22:27-də baş tutub. Yük gəmisi stansiyadakı astronavtlar üçün həyati əhəmiyyətli yükləri, habelə stansiyada quraşdırma işləri üçün lazım olan avadanlığı orbitə aparıb. Buraxılışdan təxminən 10 dəqiqə sonra gəmi daşıyıcı raketdən ayrılıb və təyin olunan orbitə daxil olub. Növbəti mərhələdə gəmi kosmik stansiya ilə birləşəcək.
Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiya idarəetmə mərkəzi və heyətin yaşayış yerini əhatə edən əsas modul və iki laboratoriya modulundan ibarətdir. Əsas modul 2021-ci ilin aprelində, laboratoriya modulları isə 2022-ci ilin aprelində və oktyabrında kosmosa çıxarılaraq quraşdırılıb. Ümumi çəkisi 70 ton təşkil edən stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərir. Kosmik stansiyanın 15 ildən çox istifadə olunması nəzərdə tutulub. Çin Kosmik Texnologiyalar Akademiyasının tədqiqatçısı Can Çiao Bakıda keçirilmiş 74-cü Beynəlxalq Astronavtika Konqresində çıxışı zamanı ölkəsinin kosmik stansiyasının 2 dəfə böyüdüləcəyini bildirmişdi. Belə ki, qarşıdakı illərdə kosmik stansiyanın modullarının sayının 3-dən 6-ya çatdırılaraq, onun texniki imkanlarının çoxaldılması planlaşdırılıb. Stansiyanın böyüdülməsinə böyük antena və teleskop, 3D printer, robotlar, müşahidə, aşkarlama və xəbərdarlıq cihazları da daxildir. Genişlənmədən sonra stansiyanın çəkisi 180 tona çatacaq ki, bu da 2030-cu ildən sonra istismardan çıxarılması nəzərdə tutulan Beynəlxalq Kosmik Stansiyanın çəkisinin təxminən 40 faizinə bərabər olacaq.
Hazırda stansiyada 3 astronavt fəaliyyət göstərir. “Şencou-17” kosmik missiyası ötən il oktyabrın 26-da başlayıb və təxminən 6 ay davam edəcək.
17-01-2024, 21:59
Türkiyənin ilk astronavtının uçuşu təxirə salındı


Türkiyənin ilk astronavtının uçuşu təxirə salındı

Türkiyənin ilk astronavtı Alper Gezeravcının kosmosa uçuşu təxirə salınıb.
Bu barədə TRT kanalı məlumat yayıb.
Gezeravcının da üzvü olduğu kosmik missiya sabah buraxılacaq.
Qeyd edək ki, heyəti daşıyacaq raketin Bakı vaxtı ilə 18 yanvarda 02:11-də kosmosa buraxılması planlaşdırılırdı.
17-01-2024, 20:56
DİN əməkdaşları hərəkətə keçdi: Məsul şəxslər cəzalandırıldı


DİN əməkdaşları hərəkətə keçdi: Məsul şəxslər cəzalandırıldı

Ekoloji qaydaların pozulması hallarının qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən birgə tədbirlər görülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilmiş tədbirlər nəticəsində Qax rayonunun İbaxlı, Zaqatalanın Makov kəndi ərazisində yerləşən sexlərdə mənbəyi məlum olmayan müxtəlif cinsli ağac gövdələrinin qanunsuz emal olunması aşkar edilib. Hər iki faktla bağlı ərazi polis orqanlarında araşdırma aparılır.
Həmçinin Balakən və Zaqatala şəhərlərində keçirilən tədbirlər zamanı avtoyuma məntəqələrində çirkab sularının su və çay hövzələrinə axıdılması faktları aşkarlanıb. Aşkar edilmiş faktlarla bağlı iki fiziki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə) maddəsi ilə protokol tərtib edilib.
Sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən birgə tədbirlər nəticəsində isə Zaqatala rayonunun Göyəm kəndi ərazisində məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi müəyyən olunduğundan həmin kəndin bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
17-01-2024, 20:44
SEPAH zabiti İran-Pakistan sərhədi yaxınlığında öldürüldü


SEPAH zabiti İran-Pakistan sərhədi yaxınlığında öldürüldü

İran İslam İnqilabi Keşikçikəri Korpusunun (SEPAH) zabiti İran-Pakistan sərhədi yaxınlığında öldürülüb.
Bu barədə "Tasnim" məlumat yayıb.
SEPAH-ın Səravan korpusunun hərbçisi, polkovnik Hüseynəli Cavidanfər silahlı şəxslər tərəfindən Xaş-Zahidan yolunda güllələnib.
Hadisənin detalları araşdırılır.
17-01-2024, 19:31
Məzahir Pənahov MDB rəsmisiylə görüşdü


Məzahir Pənahov MDB rəsmisiylə görüşdü

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibinin birinci müavini Leonid Anfimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
MSK sədri Məzahir Pənahov qonaqları salamlayaraq, görüşdən məmnunluğunu ifadə edib. Seçkilərdə aşkarlığın və şəffaflığın təmin olunmasında müşahidəçilik institutunun mühüm rol oynadığını vurğulayan sədr, rəhbərlik etdiyi ali seçki qurumunun beynəlxalq təşkilatlarla əməkdaşlığa daim xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb. O, beynəlxalq müşahidəçilərin Azərbaycanda keçirilən seçkilərə böyük maraq göstərməsini yüksək qiymətləndirib.
Səmimi qəbula görə minnətdarlığını bildirən MDB Baş katibinin birinci müavini Leonid Anfimov Prezident seçkiləri ilə əlaqədar həyata keçirilmiş layihələr və görülmüş işlər barədə məlumat verilməsini xahiş edib.
Sədr M.Pənahov qarşıdan gələn seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində atılmış addımlar və reallaşdırılmış genişmiqyaslı layihələrdən danışıb, onları maraqlandıran sualları cavablandırıb.
Görüş çərçivəsində, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və fikir mübadiləsi aparılıb.
17-01-2024, 19:17
Bakıda 14 yaşlı qız zorakılığa məruz qaldı


Bakıda 14 yaşlı qız zorakılığa məruz qaldı

Bakıda qız xalasının əri və ögey atası tərəfindən zorakılığa məruz qalıb.
Bu barədə “Xəzər” TV-də yayımlanan “Təsir Dairəsi” verilişə müraciət edən 14 yaşlı qız proqramın aparıcısı Lalə Azərtaşa danışıb.
Yeniyetmə ögey atası və xalasının ərinin ona qarşı uyğunsuz hərəkətlər etdiyini bildirib. Qız evdən qaçaraq verilişə gəlib.
Qızın anası isə efirə gələrək övladının yalan danışdığını, doğmalarının onu əzizləmək, oxşamaq niyyətində olduğunu bildirib.
Efirə gələn ögey ata da aparıcıya qızın yalan danışdığını söyləyib: “Mən onu qucaqlayıb saçını sığallamışam”.
Bakıda qızın ögəy atası və xalasının əri tərəfindən zorakılığa məruz qalması ilə bağlı açıqlama verilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, 14 yaşlı qızın təhlükəsizliyi tam təmin olunub və müvafiq sığınacağa yerləşdirilib.
“Polis orqanında təhqiqat araşdırması aparılır. Tərəfimizdən zəruri tədbirlər görülür", - o qeyd edib.
17-01-2024, 19:06
İran və Pakistanın XİN Başçıları telefon danışığı apardı


İran və Pakistanın XİN Başçıları telefon danışığı apardımə

İran və Pakistan xarici işlər nazirləri arasında telefon danışığı baş tutub.
Məlumatı İran tərəfi yayıb.
İran XİN başçısı Hüseyn Əmir Abdullahian bildirib ki, Ceyş əl-Ədl kimi tanınan hərəkat iki ölkənin ümumi təhlükəsizliyinə qarşı fəaliyyət göstərən terror qruplaşmasıdır:
"İran silahlı qüvvələrinin dünənki antiterror əməliyyatı bu İran terror qruplaşmasına qarşı olub və bu əməliyyatda heç bir Pakistan vətəndaşı hücuma məruz qalmayıb”.
Pakistanın xarici işlər naziri isə qeyd edib ki, İranın təhlükəsizliyi həm də Pakistanın təhlükəsizliyidir və nə vaxt Pakistanda İrana qarşı təhlükə yaranarsa, Pakistan hökuməti ona qarşı hərəkətə keçib.
Nazir vurğulayıb ki, İslamabad Pakistandakı terror qruplaşmalarına qarşı mübarizənin Pakistan qüvvələri tərəfindən aparılacağını gözləyir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!