Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                        Ağdamda maşın sərxoş piyadanı vurub öldürdü .....                        XİN Başçısı Belqradda Heydər Əliyevin abidəsini ziyarət etdi .....                        Bakıda uçqun oldu: Ölən var .....                        Bakıda vəzifəli şəxsin hamamda meyiti tapıldı .....                        Bakı metrosunun yeni sədri işə başladı .....                        Haluk Levent xəstəxanaya yerləşdirildi .....                       
3-01-2024, 20:26
Azərbaycan XİN İrana başsağlığı verdi


Azərbaycan XİN İrana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib.
Bu barədə nazirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"İranın Kirman əyalətində törədilən terror aktı nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq. Azərbaycan terrorizmdən çox əziyyət çəkən ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir", - Xarici İşlər Nazirliyinin paylaşımında bildirilir.
Qeyd edək ki, partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə, yaralıların sayı 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib.
3-01-2024, 20:15
Fransadakı soydaşlarımız Natəvanın abidəsinə görə ayağa qalxdı


Fransadakı soydaşlarımız Natəvanın abidəsinə görə ayağa qalxdı

Fransanın Evian-le Bən şəhər meriyasının “Azərbaycan bağı” adı ilə bağlı şəhərdəki bütün lövhələrin yığışdırılmasına dair qərarı bu ölkədə yaşayan Azərbaycan icmasını hiddətləndirib.
Fransa Azərbaycanlılarının Koordinasiya Şurası adından Fransa Xarici İşlər Nazirliyinə, Fransa parlamentinə, Evian-le Bən şəhər meriyasına ünvanlanan bəyanatda bu yolverilməz hadisə Azərbaycanın İsmayıllı şəhəri ilə Fransanın Evian-le Bən şəhəri arasında 2015-ci ildə imzalanmış qarşılıqlı dostluq və əməkdaşlıq xartiyasının kobudcasına pozulması kimi qiymətləndirilib.
Diqqətə çatdırılıb ki, məhz həmin xartiyaya əsasən, 2017-ci ildə bu şəhərdə “Azərbaycan bağı” açılıb və parkda dünya qadınlarının azadlıq rəmzi olan görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsi ucaldılıb.
Azərbaycanla Ermənistanın artıq sülh müqaviləsinin imzalanması üzrə danışıqlar mərhələsində olduğunu, İsmayıllı şəhərinin heç vaxt iki ölkə arasında mübahisə obyekti olmadığını xatırladan Koordinasiya Şurası qeyd edib ki, meriyanın qərarı Ümumi İcma Məcəlləsinin L. 1115-1 maddəsinə ziddir.
3-01-2024, 19:08
İranda milli matəm elan olundu


İranda milli matəm elan olundu

İranda milli matəm elan edilib.
Bu barədə "Irna" agentliyi məlumat yayıb.
Bildirilib ki, sabah ölkə üzrə milli matəm olacaq.
Qeyd edək ki, İranın Kirman şəhərində SEPAH-ın Qüds qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığın yaxınlığında iki partlayış baş verib, hadisə nəticəsində ölənlərin sayı 103-ə çatıb.
Yerli fövqəladə hallar xidməti 188 nəfərin yaralandığını bildirib. Onlardan bir çoxunun vəziyyəti ağırdır.
3-01-2024, 18:44
İranda törədilən partlayışda 4 polis həlak olub - Araşdırma davam edir


İranda törədilən partlayışda 4 polis həlak olub - Araşdırma davam edir

İranın cənub-şərqində yerləşən Kirman vilayətində törədilən partlayış ilə bağlı araşdırma aparılır.
Bu barədə İranın daxili işlər naziri Əhməd Vəhidi məlumat verib.
O qeyd edib ki, faktlar təsdiqlənən kimi insanlara məlumat veriləcək. "Şayiələrə fikir verməməlidirlər”, - nazir deyib.
Nazirin sözlərinə görə, ilk partlayış saat 15:00-da, ikinci partlayış isə insanlar köməyə toplaşanda baş verib. İkinci partlayışda isə ölənlərin və yaralananların sayı daha çox olub.
"Fars" agentliyi bəyan edib ki, terror hadisəsi zamanı dörd polis ölüb.
Qeyd edək ki, Kirman şəhərində SEPAH-ın Qüds qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığın yaxınlığında baş verən partlayışlar nəticəsində ölənlərin sayı 103-ə çatıb.
3-01-2024, 18:30
İrandakı partlayışda ölənlərin sayı 103-ə çatdı


İrandakı partlayışda ölənlərin sayı 103-ə çatdı

İranın Kirman şəhərində SEPAH-ın Qüds qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığın yaxınlığında baş verən partlayışlar nəticəsində ölənlərin sayı 103-ə çatıb.
Bu barədə "Irna" agentliyi məlumat yayıb.
Yerli mətbuat yazır ki, partlayışlar nəticəsində İran Qızıl Aypara Cəmiyyətinin 3 əməkdaşı həlak olub. Kirman fövqəladə hallar xidməti 188 nəfərin yaralandığını bildirib. Onlardan bir çoxunun vəziyyəti ağırdır.
İran mətbuatı hadisənin terror aktı olduğunu iddia edir. "Tasnim" mənbələrə istinadən yazıb ki, qəbiristanlığın girişinin yaxınlığında uzaqdan partladıla bilən bomba olan iki paket olub. "Irna"nın məlumatına görə, birinci partlayış Süleymaninin məzarının 700 metrliyində, ikinci partlayış isə ziyarətgahın bir kilometrliyində, nəzarət-buraxılış məntəqəsi yaxınlığında eşidilib.
Hücumlara görə hələ ki, heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.
Kirman Qızıl Aypara Cəmiyyətinin rəhbəri Reza Fallah dövlət televiziyasına açıqlamasında bildirib ki, təhlükəsizlik tədbirlərinə baxmayaraq, dəhşətli səs eşidilib.
"Biz hələ də araşdırma aparırıq. Biz hazırda ərazidə olan yaralıları təxliyə edirik. İzdiham böyükdür və iş olduqca çətindir, ora gedən bütün yollar bağlanıb", - Fallah deyib.
Qeyd edək ki, Qasım Süleymani 2020-ci ilin yanvarın 3-də Bağdad hava limanı yaxınlığında ABŞ Hərbi Hava Qüvvələrinin raket hücumu nəticəsində ölüb. Süleymani İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) daxil olan Qüds Qüvvələrinin komandiri idi. Bu qüvvələr İran üçün kəşfiyyat və xarici xüsusi əməliyyatlara cavabdehdir.
7 yanvar 2020-ci ildə Qasım Süleymaninin dəfn mərasimi zamanı milyonlarla insan küçələrə çıxıb və izdiham nəticəsində 50-dən çox insan ölüb.
3-01-2024, 17:20
Fransada 1,5 minə yaxın insan işıqsız qalıb


Fransada 1,5 minə yaxın insan işıqsız qalıb

Fransanın Pa-de-Kale departamentində 1,5 minə yaxın insan işıqsız qalıb.
Bu barədə departamentin prefekturası məlumat yayıb.
Elektrik enerjisinin kəsilməsinə səbəb daşqınlardır.
Bununla yanaşı, bir sıra kommunalarda 2,1 min insan sudan istifadədə məhdudiyyətlərlə üzləşib.
3-01-2024, 16:58
Kirmandakı partlayışda ölənlərin sayı 53-ə yüksəldi


Kirmandakı partlayışda ölənlərin sayı 53-ə yüksəldi

Kirmanda baş verən partlayışda ölənlərin sayı 53 nəfərə çatıb, 71 nəfər yaralanıb.
Bunu ölkənin fövqəladə hallar departamentinin rəhbəri bildirib.
Onun sözlərinə görə, hadisədə yaralanan şəxlər təcili tibbi yardım mərkəzlərinə çatdırılıb.
Qeyd edək ki, İranın Kerman vilayətinin valiliyi baş verən partlayışları terror aktı kimi qiymətləndirib.
3-01-2024, 15:46
Küləkli hava şəraiti bu vaxta qədər davam edəcək


Küləkli hava şəraiti bu vaxta qədər davam edəcək

Saat 15:00-a olan məlumata əsasən, hazırda ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20 m/s, Şamaxı, Qobustan, Naftalan Altıağacda isə 18 m/s çatır. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,6 metrdir.
"Hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14 dərəcəyədək, Naxçıvan Muxtar Respublikasında 6, Aran rayonlarında 13 dərəcəyədək, dağlıq rayonlarda isə 9 dərəcə isti qeydə alınıb".
O bildirib ki, ölkə ərazisində müşahidə olunan şimal qərb küləyi yanvarın 4-ü gecə saatlarında tədricən zəifləyəcək: "Yanvarın 4-ü gündüz və 5-də Bakıda və Abşeron yarımadasında arabir güclənən cənub qərb küləyi əsəcək".
3-01-2024, 14:31
Gənc futbolçu oyun zamanı öldü


Gənc futbolçu oyun zamanı öldü

Portuqaliyanın Maritimo və Anqola gənclər komandasının sabiq futbolçusu 20 yaşlı Pedro Banqa yoldaşlıq görüşü zamanı dünyasını dəyişib.
Ggənc futbolçu oyun zamanı bir anda yerə yıxılıb, onu dərhal xəstəxanaya aparıblar. Lakin həkimlər onu xilas edə bilməyiblər.
Qeyd edək ki, Banqa Anqola milli komandası üçün Afrika Kubokunda və 2019-cu ildə U17 Dünya Çempionatında iştirak etmişdi.
3-01-2024, 14:25
“Böyük Qayıdış”ın tam həyata keçirilməsinə maneə olan amillər açıqlandı


“Böyük Qayıdış”ın tam həyata keçirilməsinə maneə olan amillər açıqlandı

Azərbaycanın Qarabağ regionunda Ermənistanın işğalı illərində yerləşdirilən mina və törədilən dağıntılar keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramının tam şəkildə həyata keçirilməsinə maneə yaradır.
Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniyanın ERR yayım şirkətinə müsahibəsində deyib.
Onun sözlərinə görə, sözügedən dövlət proqramının icrasına başlamazdan əvvəl Qarabağdan qovulmuş sakinlər arasında sorğu keçirilib və respondentlərin 85 faizdən çoxu geri qayıtmaq arzusunda olduğunu bildirib: “Qarabağ iqtisadi regionundan olan 750 mindən çox məcburi köçkün rəsmi olaraq yaşayış yerlərini müvəqqəti tərk etmiş insanlar adlanır. İndi söhbət onların Qarabağdakı daimi yaşayış yerlərinə qayıtmasını təmin etməkdən gedir. “Böyük Qayıdış” dövlət proqramının icrasına başlamazdan əvvəl bu insanlar arasında sorğular aparılıb və sorğuda iştirak edənlərin 85 faizdən çoxu geri qayıtmaq istədiklərini bildiriblər. Geri qayıtmaq arzusunu təkcə oradakı həyatlarını, oradan necə qovulduğunu xatırlayanlar deyil, həm də gənc nəsil, yəni o zaman etnik təmizləməyə məruz qalanların övladları, nəvələri də ifadə edib”.
E.Əmirbəyov vurğulayıb ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında üçtərəfli saziş imzalanandan bəri geri qayıdan keçmiş məcburi köçkünlərin sayı 5 min nəfər təşkil edib, 2026-cı ilin sonuna isə bu rəqəmin 140 min nəfərə çatdırılması planlaşdırılır: “Təxminən 10 min kvadratkilometr ərazi həm piyada, həm də tank əleyhinə minalarla çirkləndirilib, üstəlik partlamamış mərmilər də nəzərə alınmalıdır. Aydındır ki, insanları ora köçürməzdən əvvəl bu ərazi minalardan təmizlənməli idi. Sonra əsas infrastruktur yaradılmalı idi - evlər, xəstəxanalar, məktəblər və s. Ona görə də infrastruktur artıq yaradıldığı üçün məcburi köçkünlərin öz evlərinə qayıtma sürəti, əlbəttə ki, artacaq - 2026-cı ilin sonuna isə bu rəqəmin 140 min nəfərə çatdırılması planlaşdırılır".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!