Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
29-02-2024, 17:30
ABŞ-da davam edən meşə yanğını qonşu ştata keçdi


ABŞ-da davam edən meşə yanğını qonşu ştata keçdi

ABŞ-ın Texasda ştatında bölgənin tarixində ikinci ən böyük meşə yanğını qonşu Oklahoma ştatına da keçib.
Bu barədə ABŞ Meşə Xidməti məlumat yayıb.
Məlumata görə, yanğın sahəsi Texasda 343 min hektar, Oklahomada isə 12 min hektar olub. CNN xəbər verir ki, meşə yanğınlarının vurduğu zərərin qiymətləndirilməsi davam edir. Telekanalın məlumatına görə, yanğın nəticəsində Texas və Oklahoma ştatlarının ən azı iki şəhərində yaşayış binalarına ziyan dəyib.
Bir gün əvvəl Texas hakimiyyəti ştatın 60 regionunda fövqəladə vəziyyət elan edib, bəzilərində isə yerli sakinləri təxliyə etməyə başlayıblar. Ən azı 2 min insan elektrik enerjisiz qalıb.
Meşə yanğını fevralın 26-da başlayıb. Meşə xidməti yanğının sürətlə yayılmasını sürəti 65-80 km/saat olan güclü küləklə izah edib.
29-02-2024, 17:25
Fransa terrorun əsas dəstəkçisidir - Ərdoğan


Fransa terrorun əsas dəstəkçisidir - Ərdoğan

Fransa terrorun əsas dəstəkçisidir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aydın vilayətində xalqa müraciəti zamanı deyib.
Ərdoğan Fransanın “Lafarge” sement brendinin Suriyanın şimalında terrorçular üçün sığınacaqlar inşa etdiyini diqqətə çatdırıb.
Türkiyə Prezidenti Fransanın terrorun əsas dəstəkçisi olduğunu təəssüflə ifadə edib: "Fransa bacarmadı. Amma biz nə etdik? Biz Suriyanın şimalında "Lafarge"nin bütün sığınacaqlarını məhv etdik və dayanmacağıq, vəssalam!"
29-02-2024, 17:03
Məktəblərdə imtahan sayı azaldıla bilər - Emin Əmrullayev


Məktəblərdə imtahan sayı azaldıla bilər - Emin Əmrullayev

Hesab edirəm ki, ümumi təhsil müəssisələrində imtahanların sayı çoxdur.
Bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, hazırda imtahanların sayının azaldılması müzakirə mərhələsindədir.
"Mən bunu təhsil eksperti olaraq deyirəm. Orta məktəblərdə olan imtahan sayını bir dəfə azaltmışıq, növbəti azaldılma da müzakirə olunur"- deyə o bildirib.
29-02-2024, 16:52
Azərbaycan və Ermənistan XİN Başçılarının görüşü başa çatdı


Azərbaycan və Ermənistan XİN Başçılarının görüşü başa çatdı

28-29 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında Almaniyanın paytaxtı Berlin şəhərində Villa Borsig-də danışıqlar aparılıb.
XİN-dən verilən xəbərə görə, nazirlər və onların heyətləri arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib.
Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib.
Səfər çərçivəsində, nazirlər Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşüblər.
Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Almaniya tərəfinə minnətdarlıq ifadə edib.
29-02-2024, 16:40
Metroda gediş haqqı artırılır? - Rəsmi


Metroda gediş haqqı artırılır? - Rəsmi

Bakı metrosunda gediş haqlarının artırılması barədə müzakirələr aparılmır.
Bunu jurnalistlərin sualına cavab olaraq "Bakı Metropoliteni" QSC-nin rəis müavini Hidayət Məmmədov deyib.
O, həmçinin bu il Bakıya 65 ədəd yeni vaqonların gətiriləcəyini deyib.
"Yeni vaqonların alınması üçün müqavilələr imzalanıb. Onların gətirilməsi üçün işlər görülür. Hədəfimiz 65 yeni vaqonun Bakıya gətirilməsidir. Qatarlar əsasən Rusiyadan sifariş edilir. Ona görə də sanksiyalar səbəbindən vaqonların hədəf sayda çatdırılmasında gecikmələr ola bilər", - Hidayət Məmmədov əlavə edib.
29-02-2024, 16:33
Azərbaycanda bu universitet fəaliyyətini dayandırır


Azərbaycanda bu universitet fəaliyyətini dayandırır

Naxçıvan Universitetinin bağlanması ilə bağlı nazirliyə müraciət olunub.
Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir vurğulayıb ki, universitetin bağlanması təsisçinin qərarıdır.
Universitetdə təhsil alan 4-cü kurs tələbələri bu il məzun olacaqlar. Aşağı kurslarda təhsil alan tələbələr isə başqa universitetlərə köçürüləcək.
"Yəni tələbənin balı yüksəkdirsə, digər ali təhsil müəssisələri onun qəbul olduğu ildəki qəbul balına görə transfer edə bilər. Aşağı nəticəli tələbələr isə yaşayış yerinə yaxın universitetlərə köçürüləcək", - o qeyd edib.
Qeyd edək ki, Naxçıvan Universiteti 1994-cü ildən 1999-cu ilə kimi Naxçıvan bazası kimi fəaliyyət göstərib. Ədliyyə Nazirliyi 05 iyul 1999-cu il tarixli 33 saylı şəhadətnamə ilə müəssisəni Naxçıvan Özəl Universiteti adı ilə dövlət qeydiyyatına alıb. Universitet Azərbaycanın paytaxtı Bakı şəhərindən kənarda yerləşən yeganə özəl ali təhsil ocağıdır.
29-02-2024, 16:25
Müəllim dərsdən sonra şagirdlə məşğul ola bilər - Nazir


Müəllim dərsdən sonra şagirdlə məşğul ola bilər - Nazir

Müəllim dərsdən sonra şagirdlə məşğul ola bilər, dərs keçə bilər.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.
“Bu, qeyri-qanuni bir hal deyil. Uzun müddət məktəb müəllimlərinin əməkhaqqı normal olmayıb. Bu səbəbdən repetitorluq fəaliyyəti başlayıb. Bunun qarşısını almaq üçün islahat bir gündə olmur. Müəllimlərin əməkhaqlarını sertifikatlaşdırma ilə artıraraq, müəllimlərin məktəblərdə dərsdən sonra ödənişli yollarla dərs keçməsinin qarşısını ala bilərik. Mənim fikrimcə, müəllimin öz sinifindən olan şagirdə repetitorluq xidməti göstərməsi mənəvi cəhətdən düzgün deyil”,- deyə nazir bildirib.
29-02-2024, 16:04
Azərbaycan XİN Avroparlamentin qətnaməsini rədd etdi


Azərbaycan XİN Avroparlamentin qətnaməsini rədd etdi

Ölkəmizə qarşı müddəaların əks olunduğu "Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabat"ı qətiyyətlə pisləyir və rədd edirik.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi tərəfindən hazırlanmış "Ümumi xarici və təhlükəsizlik siyasətinin həyata keçirilməsi haqqında illik hesabat" üzrə qəbul edilmiş qətnaməyə münasibət bildirərkən deyib.
"Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olan, bütün faktların təhrif olunduğu, böhtan xarakterli və tamamilə əsassız müddəalar Avropa İttifaqının ümumi xarici və təhlükəsizlik siyasətinin gələcəyinə dair ciddi suallar yaradır.
Təəssüf ki, xarici və təhlükəsizlik siyasətinə dair dayaz yanaşmanın əksi olan bu hesabat, həm də Avropa Parlamentinin üzvlərinin populist siyasətin əsiri olduqlarını, həmçinin regionumuzla bağlı düzgün strateji yanaşma inkişaf etdirməkdən nə qədər uzaq olduqlarını göstərir.
Bəyanatlarında ərazi bütövlüyü və suverenliyə hörməti aşılayan Avropa İttifaqının bir qurumu olan Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı nümayiş etdirdiyi bu hörmətsizlik, ölkəmizin öz suveren ərazilərində heç bir mülki əhalinin hədəf alınmadığı antiterror tədbirlərini pisləməsi və ərazilərimizdə separatçılığın və Ermənistanın keçmiş işğalçılıq siyasətinin təşviq olunması bir daha göstərir ki, Avropa Parlamenti üçün beynəlxalq hüquq və Avropa İttifaqının maraqları yox, parlament üzvlərinin şəxsi maraqları üstünlük təşkil edir.
Nə qədər ki, Avropa İttifaqı öz qurumlarında baş verən bu özbaşınalığa son qoymayacaq, qurumun xarici və təhlükəsizlik siyasəti beynəlxalq münasibətlər sistemində öz utopik yanaşmalarının əsiri olmaqda davam edəcəkdir".
29-02-2024, 15:58
Smartfonlardan istifadənin qadağan olunduğu məktəblərin sayı artırıla bilər


Smartfonlardan istifadənin qadağan olunduğu məktəblərin sayı artırıla bilər

Smartfonlardan istifadənin qadağan olunduğu məktəblərin sayı artırıla bilər.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, hazırda şagird davranışı qaydalarının pilot şəklində tətbiq edildiyi məktəblərdə smartfonlardan istifadə qadağandır: "Bu cür məktəblərin sayı 300-dən çoxdur. Belə məktəblərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, bəzi hadisələr məhz məktəbdənkənar baş verir və cibində mobil telefon olan şəxslər də bunu çəkir, qarşısını ala bilmərik".
"Məktəb psixoloqu təhsil üzrə şagirdə nəsə təsir edə bilər, yəni o, klinik psixoloq deyil. Kimisə günahlandırmaqdansa, hadisənin qarşısını almaq üçün birlikdə nə edə biləcəyimiz barədə düşünmək lazımdır. Ancaq təəssüflər olsun ki, hadisələrə emosional yanaşırıq və əsas məsələdən uzaqlaşmış oluruq", - deyə nazir bildirib.
29-02-2024, 15:47
Qarabağ Universitetində ilk ildə 1000 tələbə olacaq


Qarabağ Universitetində ilk ildə 1000 tələbə olacaq

2024-2025-ci tədris ilində Qarabağ Universitetində ilk ildə 1000 tələbə olacaq.
Bunu elm və təhsil naziri Emin Əmrullayev mediaya açıqlamasında bildirib.
O qeyd edib ki, univeritetdə 70 nəfər professor-müəllim heyəti olacaq.
"Yaxın 5 ildə tələbələrin sayını 5 minə çatdırmağı planlaşdırırıq. Pedoqoji, mühəndislik, iqtisadiyyat, incəsənət, humanitar və sosial, turizm fakulətələri olacaq. İlk illərdə təhsil tamamilə ödənişsiz olacaq", - nazir deyib.
Emin Əmrullayev vurğulayıb ki, universitetdə çalışacaq müəllim heyətinin əməkhaqları nisbətən yüksək olacaq: “Yaxın ərazidə yaşayan müəllim heyətinin cəlb olunması nəzərdə tutulur. Xankəndi, Şuşa, Ağdamdan olan alimlərimizlə görüş baş tutacaq. İşçi heyəti Xankəndidə mənzillə təmin olunacaq”.
Xatırladaq ki, ötən il Prezidentin İlham Əliyev “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama görə, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!