Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
21-02-2024, 15:21
Türkiyə akademik dəstək verəcək, Azərbaycan isə.. - RƏSMİ AÇIQLAMA


Türkiyə akademik dəstək verəcək, Azərbaycan isə.. - RƏSMİ AÇIQLAMA

Türkiyə-Azərbaycan Universitetinə yeni tədris ilindən tələbə qəbulu planlaşdırılır.
Bu barədə elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli məlumat verib.
Nazirin müşaviri hər iki tərəfin müxtəlif universitetlərinin birgə təhsil proqramlarının tədrisi olacaq. İlkin mərhələdə texnoloji ixtisaslar üzrə qəbul planlaşdırılır.
O qeyd edib ki, ixtisas sayı gələcək üçün artırılacaq.
"Tədris binasının Bakıda yerləşməsi nəzərdə tutulub. Yaxın gələcəkdə iki ölkə arasında müqavilələr imzalandıqca daha detallı məlumat vermək mümkün olacaq. Türkiyə tərəfi akademik dəstək verəcək. İnzibati məsələlər isə Azərbaycan tərəfindən həll ediləcək", - Nicat Məmmədli deyib.
21-02-2024, 15:17
Kamil Zeynallə sərbəst buraxıldı - Bugün Bakıya qayıdacaq


Kamil Zeynallə sərbəst buraxıldı - Bugün Bakıya qayıdacaq

Moskvada saxlanılan azərbaycanlı idmançı Kamil Zeynallı sərbəst buraxılıb.
Bu barədə onun vəkili Ələkbər Qarayev bildirib.
İdmançının bu gün Bakıya geri qayıdacağı qeyd olunur.
Vəkil onun Azərbaycan dövlətinin təkidi ilə azadlığa buraxıldığını deyib.
Qeyd edək ki, Kamil Zeynallı Ermənistanın tələbi ilə Moskvada saxlanıldığını bildirib.
Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirmişdi ki, məsələ Rusiyadakı səfirliyimizin nəzarəti altındadır.
Sosial şəbəkələrdə onun saxlanılması ilə bağlı protokol paylaşılıb. Protokola görə, ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 135.1 .1 (insanlıq əleyhinə cinayətlər, qətl), 135.1.6 (işgəncə), 135.1.11 (insan sağlamlığına ciddi ziyan vuran və ya ağır iztirablara səbəb olan digər qeyri-insani əməllər), 140.2.2 (Beynəlxalq silahlı münaqişə və ya beynəlxalq olmayan silahlı münaqişə zamanı heç kəsi sağ qoymamaq barədə əmr vermək və ya belə bir əmrlə hədələmək), 147.1 (muzdlu cəlb etmək) və 149.1 (təcavüzün planlaşdırılması, hazırlanması, təşəbbüsü və ya həyata keçirilməsi) maddələri ilə ittiham irəli sürülüb.
20-02-2024, 23:50
Üç qızıl medal qazanan idmançımız açıqlama verdi


Üç qızıl medal qazanan idmançımız açıqlama verdi

“Yarışdan əvvəl olan hazırlıq çətin keçdi, çünki dizimdə zədə var idi".
Bu sözləri Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında üç qızıl medal qazanan Dadaş Dadaşbəyli jurnalistlərə açıqlamasında deyib.
O, Avropa çempionatında qazandığı üç qızıl medala görə xoşbəxt olduğunu bildirib: "Əvvəlcədən bu yarışda nəticə qazanmağı qarşıma hədəf qoymuşdum. Azərbaycan himnini səsləndirdiyimə görə çox xoşbəxtəm".
D.Dadaşbəyli gələcək yarışlarda daha ağır çəkidə mübarizə aparacağını söyləyib: "Bir çox lisenziyalı yarışlarda iştirak etmişəm. Ay yarım sonra Dünya Kuboku olacaq. Artıq bu yarışda 109 kiloqramdan artıq çəkidə mübarizə aparacağam. Burada da uğurlu nəticə qazanmaq istəyirik. Əminəm ki, son lisenziya turniri də bizim üçün uğurlu olacaq".
Qeyd edək ki, 109 kiloqram çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırma hərəkətində 176 kiloqramın öhdəsindən gəlib və bu hərəkətdə Avropa çempionu olub. Atlet təkanla qaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. O, 212 kiloqramı başı üzərinə qaldıraraq bu hərəkətdə də qızıl medal qazanıb. O, toplam 388 kiloqram (176+212) nəticə ilə yekun sıralamada da Avropada hər kəsi qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Kişilər arasında bu uğura sonuncu dəfə 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilmiş Avropa çempionatında Əfqan Bayramov imza atmışdı.
20-02-2024, 23:20
Qeyri-etik davranışları ilə gündəmə gələn məktəbli: “Nəsə də olsa, vecimə deyil”


Qeyri-etik davranışları ilə gündəmə gələn məktəbli: “Nəsə də olsa, vecimə deyil”

Yeniyetmə qıza qeyri-etik davranışları ilə gündəmə gələn məktəbli qız bu dəfə sosial şəbəkədə etdiyi paylaşımla diqqət çəkib.
İctimaiyyət həmin məktəblinin əməlindən peşman olub üzr istəyəcəyini gözlədiyi halda, o paylaşımında “vecimə də deyil” yazıb.
"Elədiyim şeyi bilirəm... Nəsə də olsa, vecimə də deyil", - paylaşımda deyilir.
Qeyd edək ki, görüntülərdə yeniyetmə qız digərinin alnına ədəbsiz sözlər yazır, onun başında yumurta qırır və saçlarını qayçı ilə kəsir. hadisə ilə əlaqədar cinayət işi açılıb.
Bundan əvvəl şagirdin təhsil aldığı 156 saylı mətkəbin direktoru Gülər İsmayılova onun əməlindən peşman olduğunu bildirmişdi.

20-02-2024, 22:37
Anasına daşla xəsarət yetirən yeniyetməylə bağlı açıqlama


Anasına daşla xəsarət yetirən yeniyetməylə bağlı açıqlama

Fevralın 20-də 14:20 radələrində Ağstafa rayonu, Heydər Əliyev prospekti, Səməd Vurğun parkına 2014-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) ilə bağlı çağırış daxil olub.
Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, azyaşlı saat 14:40 radələrində başın təpə nahiyəsinin çapılmış yaraları diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili yardım şöbəsinə ambulansla gətirilib.
"Ona zəruri tibbi xidmətlər göstərilib, tetanus əleyhinə zərdab vurulub. Hazırda Ağstafa RMX-nın Təcili yardım şöbəsində həkim nəzarətindədir", - deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, sosial şəbəkə platformalarında azyaşlı oğlan uşağına anası tərəfindən daşla xəsarət yetirilməsinə dair məlumat yayılıb.
DİN-Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, sözügedən məsələ Ağstafa rayonunda qeydə alınıb:
"Azyaşlı xəstəxanaya yerləşdirilib, Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır. İlkin məlumata görə uşağa anası tərəfindən daşla baş nahiyəsindən xəsarət yetirilib. Faktla bağlı müvafiq ekspertiza təyin olunub ekspertiza rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.
20-02-2024, 22:22
Həbsdə olan seperatçıların istintaqına bir çox dövlət qurumları cəlb edilib


Həbsdə olan seperatçıların istintaqına bir çox dövlət qurumları cəlb edilib

“Azərbaycanda həbsdə olan erməni separatçılarının işinin istintaqına bir çox dövlət qurumları cəlb edilib”.
Bunu Baş prokuror Kamran Əliyev REAL TV-yə müsahibəsində deyib.
O qeyd edib ki, mütəşəkkil dəstə ilə bağlı istintaq qrupuna bir çox dövlət qurumları daxil edilib.
"Çünki onlar çoxsaylı cinayətlər törətmişlər. Hazırda prokurorluqda son ittihamlar üzərində işləyirik. Onların hər birinin törətdiyi əməl dəqiqləşdirilir. Çünki biz 1987-ci ildən törədilən bütün cinayətləri təhlil edirik, öyrənirik. Onlar hamısı bizdə sənədləşdirilib", - Baş prokuror bildirib.
Kamran Əliyev bildirib ki, hazırda onlara veriləcək son ittihamlar üzərində işlənilir:
“Onların bütün cinayətləri tədqiq edilir. Kifayət qədər faktlar üzə çıxır. Yaxın vaxtlarda onlara son ittihamlar elan ediləcək, cinayət işləri məhkəməyə göndəriləcək. Onlar konkret əməllərə görə məsuliyyətə cəlb edilib, konkret əməllərə görə ittihamlar verilib. Bunu bütün Azərbaycan xalqı, beynəlxalq təşkilatlar, qərb və digər ölkələr məhkəmə baxışı zamanı görəcəklər”.
Qeyd edək ki, istintaqı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub. Həmin şəxslər barəsində müxtəlif illərdə Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və beynəlxalq axtarış verilib. Ötən ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağdakı qondarma rejimin başçıları Arkadi Qukasyan, Bako Saakyan, Arayik Harutyunyan, "sabiq xarici işlər naziri" David Babayan, “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və "keçmiş dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.
Separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və s. cinayət əməllərində təqsirləndirilirlər.
20-02-2024, 21:48
Mərakeşdə Xocalı soyqırınına həsr olunmuş tədbir keçirildi


Mərakeşdə Xocalı soyqırınına həsr olunmuş tədbir keçirildi

Azərbaycanın Mərakeşdəki səfirliyində Xocalı soyqırımının 32-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbir səfirlik və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə reallaşıb.
Mərakeş dövlət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, “Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti”nin üzvləri, media, qeyri-hökumət təşkilatları nümayəndələri, eləcə də diaspor təmsilçilərimizin də qatıldığı tədbirdə Azərbaycanın tanınmış rəssamı Nazim Məmmədovun Xocalı faciəsinə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgisi nümayiş olunub və onun “Xocalı harayı” adlı kitabının təqdimatı təşkil edilib.
Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov tarixə 20-ci əsrin ən böyük faciələrindən biri kimi damğasını vuran Xocalı soyqırımının erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən biri olduğunu diqqətə çatdırıb. Xocalıda dinc əhalinin qəsdən qətlə yetirilməsinin təcrid olunmuş akt deyil, Ermənistanın əraziləri ilhaq etmək istəyinə, irqi və dini dözümsüzlüyün iyrənc ideyalarına əsaslanan sistemli və genişmiqyaslı siyasətinin və zorakılıq təcrübəsinin bir hissəsi olduğu vurğulanıb. Səfir, həmçinin artıq 19 ölkənin Xocalı soyqırımını müxtəlif səviyyələrdə tanıdığını bildirib, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı tərəfindən məsələ ilə bağlı çoxsaylı qətnamə və bəyannamənin qəbul edildiyinə diqqət çəkib.
“Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti”nin sədri Mohamed Fakiri Xocalı faciəsi ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun əhəmiyyətli rolundan danışıb, “Xocalıya ədalət” kampaniyasına dair məlumat verib. 2008-ci ildən etibarən cəmiyyətin təşkil etdiyi sərgilər, seminarlar, konfranslar və dəyirmi masalar vasitəsilə Xocalı faciəsinin anıldığını vurğulayıb.
“Arts Council Azerbaijan” QHT-nin rəhbəri Dadaş Məmmədov “Xocalı harayı” adlı sərgi və eyniadlı kitab haqqında tədbir iştirakçılarına məlumat verib. O, sərgi və kitabın müəllifi olan tanınmış rəssam Nazim Məmmədovun həyatının 10 ilini Xocalı faciəsinə həsr olunmuş bu əsərlərin yaradılmasına həsr etdiyini bildirib və boyalar vasitəsilə müəllifin bu faciənin ağrısını çatdırmağa çalışdığını qeyd edib. o, 2002-ci ildə Xocalı faciəsinin 10-cu ildönümü münasibətilə bu əsərlərdən ibarət sərginin Milli İncəsənət Muzeyində nümayiş etdirildiyini xatırladıb. Həmçinin cari ildə rəssamın 90 illik yubileyinin ölkədə qeyd ediləcəyi də vurğulayıb.
20-02-2024, 20:39
Paşinyan Fransaya səfər edəcək


Paşinyan Fransaya səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya səfər edəcək.
Bu barədə Fransa mətbuatı yazıb.
Sabah baş tutacaq səfər zamanı Paşinyanın Fransa Müqavimət hərəkatının erməni əsilli döyüşçüsü Misak Manuşyan və arvadı Melinin təkrar dəfn mərasimində iştirak edəcəyi gözlənilir.
Səfərlə bağlı hələlik rəsmi açıqlama verilməyib.
20-02-2024, 20:17
Prezident seçkilərindən sonra komissiyaların 84 üzvü yorğunluqdan öldü


Prezident seçkilərindən sonra komissiyaların 84 üzvü yorğunluqdan öldü

Fevralın 14-də İndoneziyada keçirilən prezident seçkilərindən sonra seçki komissiyalarının 84 üzvü yorğunluqdan ölüb.
Bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilir ki, 4567-dən çox komissiya üzvü tibbi yardıma müraciət edib.
İndoneziya mərkəzi seçki komitəsi üzvləri üçün yaş məhdudiyyəti qoymasına və onların tibbi müayinədən keçməsini tələb etməsinə baxmayaraq, proses onlarla insanın həyatına son qoyub. İşçilərin ölümünə səbəb həddindən artıq yorğunluğun nəticələri olub.
Ümumilikdə 5 milyona yaxın könüllü səsvermə üçün məntəqələrin işini təmin edib və səslərin hesablanmasında iştirak edib.
2019-cu il seçkiləri 500-dən çox işçinin ölümü ilə nəticələnib.
İndoneziyada 204 milyondan çox insan səsvermə hüququna malikdir. Ölkə üzrə 820 mindən çox seçki məntəqəsi yaradılıb.
Yeni seçilmiş prezident Prabovo Subianto oktyabrda vəzifəsinin icrasına başlayacaq.
20-02-2024, 19:38
Azərbaycan və Ermənistan XİN başçılarının görüş tarixiylə bağlı açıqlama verildi


Azərbaycan və Ermənistan XİN başçılarının görüş tarixiylə bağlı açıqlama verildi

Ermənistan və Azərbaycan XİN başçılarının görüşünün yeri və tarixi barədə müzakirələr aparılır.
Bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib
“Tərəflər razılığa gəlir, yekun razılıq əldə olunarsa, əlavə məlumat verəcəyik”, - XİN-in sözçüsü “Azatutyun”a deyib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan liderlərinin Münhendə keçirilmiş ikitərəfli görüşündə hər iki ölkənin xarici işlər nazirlərinə tapşırılıb ki, onlar yenidən yaxın zamanda görüşsünlər, sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirsinlər.
Eyni zamanda, xarici işlər nazirlərinə sərhədlərin delimitasiyasına dair danışıqların davam etdirilməsi ilə bağlı tapşırıq verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!