Zelenski kameralar önündə üzr istəməlidir - Vaşinqtondan tələb .....                        Ermənistan vururdu, elə təqdim edirdi, guya biz vururuq .....                        Şəhidin ata-anası dəm qazından öldü .....                        Avropanın təhlükəsizliyi Türkiyəsiz mümkün deyil .....                        Azərbaycanın BMT qurumları ilə yeni əməkdaşlıq modeli açıqlandı .....                        Bu oğlan sülh istəmir - Tramp Zelenskiyə söz atdı .....                        Gürcüstan MDB sazişindən çıxdı .....                        İlham Əliyevə məktub yazmaq istəyirdim, Paşinyan qoymadı - Arayik .....                        Arayik məhkəmədə etiraf etdi: "Təəssüf edirəm.." .....                       
7-02-2024, 12:37
Media nümayəndələrindən şikayət daxil olmayıb - Mətbuat Şurası


Media nümayəndələrindən şikayət daxil olmayıb - Mətbuat Şurası

Saat 12:00-dək səsvermə prosesini işıqlandıran media vasitələrinin təmsilçilərindən Mətbuat Şurasının (MŞ) telefon nömrələrinə hər hansı zəng daxil olmayıb.
Bu barədə Şura məlumat yayıb.
Bildirilib ki, Mətbuat Şurasının “qaynar xətt” rejimində fəaliyyət göstərən (012) 441 35 96 şəhər, (050) 242 09 91 və (055) 789 85 03 mobil nömrələri saat 08:00-dan başlayaraq jurnalistlərin ixtiyarındadır.
Qeyd edək ki, “qaynar xətt” rejimində fəaliyyət göstərən telefon nömrələrinə daxil olan müraciətlərin araşdırılması üçün Mətbuat Şurası Mərkəzi Seçki Komissiyası və digər əlaqədar qurumlarla daimi əlaqədə olacaq və peşə vəzifəsini yerinə yetirən jurnalistlərin tam sərbəst şəkildə fəaliyyət göstərmələri üçün bütün tədbirlər görüləcək.
Mətbuat Şurasının İdarə Heyətinin jurnalist və müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvləri də paytaxt və bölgələrdəki seçki məntəqələrində jurnalistlərə prosesi işıqlandırmaları üçün yaradılmış şəraiti müşahidə ediblər. MŞ sədri Rəşad Məcid və Şuranın İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin 5, 6, 7, 9, 10 və 32 saylı məntəqələrində, MŞ İdarə Heyətinin üzvlərindən Əflatun Amaşov 21 saylı Nəsimi Birinci Seçki Dairəsinin 17 saylı seçki məntəqəsində, Rauf Arifoğlu 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin 10 saylı məntəqəsində, Umud Rəhimoğlu 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 və 107 saylı məntəqələrində, Ceyhun Musaoğlu həmin seçki dairəsinin 105 saylı məntəqəsində, Müşfiq Ələsgərli 7 saylı Səbail Seçki Dairəsinin 23 saylı məntəqəsində, Azər Həsrət 18 saylı Nərimanov-Nizami-Binəqədi Seçki Dairəsinin 29 saylı seçki məntəqəsində, Aqil Ələsgər 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 37 saylı məntəqəsində, Hacıbəy Heydərli 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 16 saylı məntəqəsində, Şuranın Nəzarət-Təftiş Komissiyasının sədri Rey Kərimoğlu 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 və 107 saylı məntəqələrində olublar. Onlar jurnalistlərin sərbəst şəkildə peşə fəaliyyətlərini yerinə yetirdiyini qeydə alıb, heç bir problem aşkarlamayıblar.
Mətbuat Şurası gün ərzində “qaynar xətt”in fəaliyyəti və Şuranın İdarə Heyətinin üzvlərinin müşahidələri ilə bağlı əlavə məlumat verəcək.
7-02-2024, 12:26
Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə ağır itki üz verdi


Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə ağır itki üz verdi

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Əli Nağıyevə ağır itki üz verib.
Generallar Əli və Vəli Nağıyevlərin anası Nazlı Nağıyeva vəfat edib.
Mərhum bu gün Novxanıda torpağa tapşırılacaq.
Allah rəhmət eləsin!
7-02-2024, 12:06
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 50-60% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.
7-02-2024, 11:40
Kəlbəcər rayonunda 31 ildən sonra prezident seçkiləri keçirilir


Kəlbəcər rayonunda 31 ildən sonra prezident seçkiləri keçirilir

İşğaldan azad olunan Kəlbəcər rayonunda 31 ildən sonra prezident seçkiləri keçirilir.
Rayonda 123 saylı Kəlbəcər seçki dairəsinin iki məntəqəsi yaradılıb.
Kəlbəcər şəhərində fəaliyyət göstərən Bakı Abadlıq şirkətinin inzibati binasında yerləşən 63 saylı məntəqədə 603, Kəlbəcər Su-Kanal İdarəsinin inzibati binasında yaradılan 64 saylı məntəqədə isə 875 seçici qeydiyyatdadır.
Kəlbəcər rayonunda ümumilikdə 1 478 seçici qeydiyyata salınıb. Seçkilərin gedişini 28 yerli müşahidəçi izləyir.



7-02-2024, 10:36
Azərbaycanda səsvermə başladı

Azərbaycanda səsvermə başladı

Azərbaycanda növbədənkənar prezident seçkilərində səsvermə başlayıb.
Butov.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkiləri açıq elan edib. Seçiciləri aktiv olmağa çağıraraq qeyd edib ki, bu gün axşam saat 19-dək hər kəs gəlib öz səsvermə hüququndan istifadə edə bilər:
1000 məntəqədə veb-kameralar quraşdırılıb. Bu, seçkilərin daha mötəbər keçirilməsinə təsir edəcək. Eyni zamanda beynəlxalq və yerli müşahidəçilər seçkiləri izləyəcək”.
Xatırladaq ki, prezident seçkilərində 7 namizəd mübarizə aparır.
Səsvermə 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsində keçirilir. Bu məntəqələrdən 6319-u daimi, 218-i isə Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək və sanator-müalicə müəssisələrində, Xəzər dənizində və dünya sularında Azərbaycanın Bayrağı altında üzən gəmilərdə yaradılmış məntəqələrdir. Ümumilikdə 6 milyon 524 min 203 seçki bülleteni çap edilib.
Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar MSK-nın rəsmi internet səhifələrinə (www.msk.gov.az; www.cec.gov.az; www.infocenter.gov.az) qoşulub. Bu kameralar vasitəsilə seçki məntəqələrində səsvermənin gedişini əvvəldən axıradək Mərkəzi Seçki Komissiyasının internet saytlarında izləmək mümkündür.
Hazırda Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 6 milyon 478 min 623 nəfərdir. Seçki prosesini 790 beynəlxalq müşahidəçi izləyir. Onlar 72 beynəlxalq təşkilatı və 89 ölkəni təmsil edirlər. Yerli müşahidəçilərin ümumi sayı isə 89 min 366-dır.
Seçkiləri 109 beynəlxalq media qurumunun 216 təmsilçisi işıqlandırır.
“Bütöv Azərbaycan” qəzetinin xüsusi müxbiri Abşeron 3-cü seçki daiəsinin Mehdiabad qəsəbəsindəki seçki məntəqələrinə baş çəkib. Seçici fəallığının müşahidə olunduğu 8 caylı məntəqdən fotoları təqdim edirik: Daha geniş fotoreportajı qəzetimizin növbəti sayında təqdim edəcəyik.

7-02-2024, 10:06
Prezident və ailə üzvləri Xankəndidə səs verdilər - ViDEO


Prezident və ailə üzvləri Xankəndidə səs verdilər -VİDEO

Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs veriblər.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

7-02-2024, 09:07
Şuşada seçicilərin ruh yüksəkliyi və fəallığı müşahidə olunur


Şuşada seçicilərin ruh yüksəkliyi və fəallığı müşahidə olunur

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin Şuşa şəhərində yaradılmış 105 saylı seçki məntəqəsində seçicilərin ruh yüksəkliyi və fəallığı ilə başlayıb.
Saat 7:50-də seçki məntəqəsi müşahidəçilərin iştirakı ilə açılıb və seçki qutuları kilidlənib, 8:00-da səsvermənin başlanması elan edilib.
Səhər saatlarından məntəqəyə üz tutan seçicilər konstitusion hüquqlarından istifadə edir, öz namizədlərinə səs verirlər. Seçki məntəqəsində ilk səs verənlərdən biri Ceyhunə Səfərəliyeva təəssüratlarını AZƏRTAC-la bölüşüb: “Çox sevinirəm. Doğma Qarabağımızda 30 ildən sonra ilk dəfə səsvermə keçirilir. Özümü xoşbəxt hesab edirəm ki, bu gün Şuşa şəhərində səs vermək mənə də nəsib oldu. Məntəqəyə hamıdan əvvəl gələrək, ilk səsi mən verdim. Bu, həyatımda ən unudulmaz gün olacaq. Fəxr edirəm ki, azərbaycanlıyam. Qarabağ Azərbaycandır!”.
Məntəqə seçki komissiyasının sədri Səbinə Gözəlova bildirib ki, məntəqə üzrə 1222 seçici qeydə alınıb.
Qeyd edək ki, budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir.
Ölkə üzrə səsvermə hüququ olan 6 milyon 478 min 623 seçici qeydə alınıb. Seçicilər 6537 məntəqədə səs verəcəklər. İşğaldan azad edilmiş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir. Həmçinin 37 ölkədə 23 minə yaxın seçici 49 məntəqədə səs verə biləcək.
Seçkiləri izləmək üçün 90 mindən artıq müşahidəçi qeydə alınıb. Bunun 790 nəfəri beynəlxalq müşahidəçidir. Müşahidəçilərin 50 mindən çoxu isə 19 siyasi partiyanın nümayəndəsidir. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən 83 qeyri-hökumət təşkilatı da müşahidələr aparır. Həmçinin seçkiləri 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi izləyir.
7-02-2024, 08:21
Xankəndidə prezident seçkiləri üzrə səsvermə başladı


Xankəndidə prezident seçkiləri üzrə səsvermə başladı

Ölkəmizin hər yerində olduğu kimi, Xankəndi şəhərində də növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsverməyə start verilib. Müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, Xankəndidə seçkilər keçirilir.
122 saylı Xankəndi seçki dairəsinin 14 saylı məntəqəsi şəhərin mərkəzi inzibati binasında yerləşir. Saat 7:50-də seçki məntəqəsi müşahidəçilərin iştirakı ilə açılıb və seçki qutuları kilidlənib, 8:00-da səsvermənin başlanması elan edilib.
Qeyd edək ki, budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir.
Ölkə üzrə səsvermə hüququ olan 6 milyon 478 min 623 secici qeydə alınıb. Seçicilər 6537 məntəqədə səs verəcəklər. İşğaldan azad edilmiş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir. Həmçinin 37 ölkədə 23 minə yaxın seçici 49 məntəqədə səs verə biləcək.
Seçkiləri izləmək üçün 90 mindən artıq müşahidəçi qeydə alınıb. Bunun 790 nəfəri beynəlxalq müşahidəçidir. Müşahidəçilərin 50 mindən çoxu isə 19 siyasi partiyanın nümayəndəsidir. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən 83 qeyri-hökumət təşkilatı da müşahidələr aparır. Həmçinin seçkiləri 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi izləyir.
7-02-2024, 08:17
MSK sədri: “Prosesləri canlı izləmək üçün heç bir maneə yoxdur”


MSK sədri: “Prosesləri canlı izləmək üçün heç bir maneə yoxdur”

“Bu gün istərdik ki, işğaldan azad edilmiş ərazilərdə seçki prosesini ATƏT nümayəndələri izləsin”.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
O qeyd edib ki, ATƏT-in nümayəndələri artıq bir neçə dəfə azad edilən ərazilərdə olublar:
"Amma biz arzu edərdik ki, məhz bu gün beynəlxalq təşkilatların nümayədələri bu ərazilərdə keçirilən seçkilərdə iştirak etsinlər. Digərə tərəfdən prosesləri canlı izləmək üçün heç bir maneə yoxdur. Hər kəsin əvvəldən axıra qədər bütün prosesləri MSK-nın rəsmi saytından izləmək imkanı var”.
7-02-2024, 08:04
Azərbaycanda növbdəənkənar prezident seçkilərində səsvermə başladı


Azərbaycanda növbdəənkənar prezident seçkilərində səsvermə başladı

Azərbaycanda növbədənkənar prezident seçkilərində səsvermə başlayıb.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkiləri açıq elan edib.
O, seçiciləri aktiv olmağa çağırıb.
Sədr qeyd edib ki, bu gün axşam saat 7-dək hər kəs gəlib öz səsvermə hüququndan istifadə edə bilər:
"Dəqiq məlumatlar ictimaiyyətə açıqlanacaq.
Bildirim ki, 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Bu, seçkilərin daha mötəbər keçirilməsinə təsir edəcək. Eyni zamanda seçkiləri beynəlxalq və yerli müşahidəçilər seçkiləri izləyəcək”.
Qeyd edək ki, prezident seçkilərində 7 namizəd mübarizə aparır.
Səsvermə 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsində keçirilir. Bu məntəqələrdən 6319-u daimi, 218-i isə Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək və sanator-müalicə müəssisələrində, Xəzər dənizində və dünya sularında Azərbaycanın Bayrağı altında üzən gəmilərdə yaradılmış məntəqələrdir.
Ümumilikdə 6 milyon 524 min 203 seçki bülleteni çap edilib.
Dairə seçki komissiyalarının hamısı kompüterləşdirilib və digər lazımi avadanlıqla təmin olunub. Səsvermə günü Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin informasiya zalından seçkilərin gedişinə dair operativ məlumatlar yayımlanacaq.
Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar MSK-nın rəsmi internet səhifələrinə (www.msk.gov.az; www.cec.gov.az; www.infocenter.gov.az) qoşulub. Bu kameralar vasitəsilə seçki məntəqələrində səsvermənin gedişini (səsvermə kabinəsində bülletenlərin doldurulması prosesi istisna olmaqla) əvvəldən axıradək Mərkəzi Seçki Komissiyasının internet saytlarında izləmək mümkündür. Veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı mətbuatda dərc olunub və MSK-nın internet səhifələrində yerləşdirilib.
Hazırda Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 6 milyon 478 min 623 nəfərdir.
Seçki prosesini 790 beynəlxalq müşahidəçi izləyir. Onlar 72 beynəlxalq təşkilatı və 89 ölkəni təmsil edirlər. Yerli müşahidəçilərin ümumi sayı isə 89 min 366-dır.
Seçkiləri 109 beynəlxalq media qurumunun 216 təmsilçisi işıqlandırır.
Səsvermə saat 19:00-da başa çatacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!