Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
5-02-2024, 20:27
Xocalıda azı 3813 nəfər qətlə yetirilib

Yanlış faktlara düzəliş.


Xocalıda azı 3813 nəfər qətlə yetirilib.

Onlardan 613 nəfəri cəsədləri əlimizə gələn, ictimaiyyətə məlum olanlardır, qalanları barədə erməni mənbələrində məlumat verilir. 2000-ci ildə nəşr olunmuş “Xaç naminə” kitabında Daud Xeyriyan yazırdı:
“Bu şaxtalı qış səhərində Daşbulaq yaxınlığında bir kilometrlik bataqlıqdan keçmək üçün insan meyitlərindən körpü salmalı olduq. Mən meyitlərin üstü ilə getmək istəmirdim. Mayor Ohanyan işarə elədi ki, qorxmaq lazım deyil, müharibənin öz qanunları var. Mən ayağımı qan içində olan 9-11 yaşlarında qız uşağının sinəsinə basıb irəlilədim. Çəkmələrim, şalvarım tam qana batmışdı. Bu qaydada 1200 meyitin üzərindən keçib getdim.
…Martın 2-də “Qaplan qrupu” (bu qrup meyitlərin yandırılması ilə məşğul idi) 2000-ə yaxın iyrənc monqol (Xocalı türklərini nəzərdə tutur) meyitini topladı və onları ayrı-ayrı topalarla Xocalının təxminən bir kilometrliyində yandırdı.”
Yuxarıda qeyd olunanlardan da görünür ki, yer üzündən silinmiş bir şəhərin, rayonun qırılmış əhalisinin sayı qəsdən az göstərilib. O zaman, yəni işğala qədər Xocalı rayonunda 2944 ailə, 10.302 nəfər Azərbaycan Türkü yaşayıb. İndi deyə bilən varmı 10.302 əhali hardadır?! Düşmənin dezinformasiya təxribatı burda da işləyib.
P.S. 1992-ci ilin aprelində Xocalı İcra Hakimiyyətinin başçısı Elman Məmmədovdan müsahibə alırdım. Dedi: ”Öldürülənlərin, yaralananların, itkin düşənlərin, girovluqdan qutara bilənlərin sayı dəqiqləşdirilir. 5 min nəfərədək salamat qutaranımız var”.
Belə anladım ki, Xocalı soyqırımından 40 gün keçməsinə baxmayaraq 5 min 302 nəfərdən xəbər-ətər yoxdur…

Şəhidlərimizə sayğılarla: Tamxil ZİYƏDDİNOĞLU
“Bütöv Azərbaycan” qəzetinin baş redaktoru,
“Hərbi Jurnalistlər Birliyi”nin sədri.

5-02-2024, 20:15
Tanınmış bəstəkarın səhhəti qəfildən pisləşdi


Tanınmış bəstəkarın səhhəti qəfildən pisləşdi

Tanınmış bəstəkar Cavanşir Quliyev xəstəxanaya yerləşdirilib.
Bu barədə rejissor Ramiz Mirzəyev məlumat verib.
Onun sözlərinə görə, Türkiyədə səfərdə olan C.Quliyevin səhhəti qəfildən pisləşib.
5-02-2024, 20:09
Gürcüstanda yeni hökumətə etimad göstərilməsi prosedurlarına başlanılıb


Gürcüstanda yeni hökumətə etimad göstərilməsi prosedurlarına başlanılıb

Gürcüstan parlamentində yeni hökumətə etimad göstərilməsi prosedurlarına başlanılıb.
Parlamentin dörd komitəsinin birgə iclasında səhiyyə, daxili işlər, təhsil və elm nazirlərinin vəzifələrini icra edən namizədlər dinlənilib. Onlar öz sahələrində həyata keçirilən islahatlar, hazırlanan proqram layihələri barədə çıxış ediblər.
Müzakirələr zamanı müxalifətdən olan bir sıra deputatların qıcıq yaradan sualları etirazlara səbəb olub. Bəzi müxalifət deputatları zaldan çıxarılıb.
Qeyd edək ki, yeni hökumət üzvləri və hökumətin dörd illik fəaliyyət planı parlamentin komitələrində, fraksiya və siyasi qruplarında müzakirə edildikdən sonra plenar sessiyaya çıxarılacaq. Hakim “Gürcü Arzusu” partiyasının Baş nazir postuna namizədi İrakli Kobaxidze hökumətin proqramını cümə axşamı günü deputatlara təqdim edəcək və daha sonra etimad səsverməsi keçiriləcək.
5-02-2024, 20:00
Azərbaycan XİN-dən Türkiyəyə başsağlığı


Azərbaycan XİN-dən Türkiyəyə başsağlığı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyədəki zəlzələnin birinci ildönümü ilə bağlı başsağlığı verib.
Bu barədə XİN-in "X" səhifəsində paylaşım edilib.
"Qardaş Türkiyədə böyük insan tələfatı və dağıntılara səbəb olan zəlzələnin birinci ildönümündə faciə qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. "Bir millət, iki dövlət" kəlamı ilə bağlı olduğumuz Türkiyənin həm sevinc, həm də kədərində daim yanındayıq", - paylaşımda bildirilir.
5-02-2024, 19:33
İsveçin NATO-ya qəbuluyla bağlı müzakirə baş tutmadı


İsveçin NATO-ya qəbuluyla bağlı müzakirə baş tutmadı

Macarıstan parlamentinin növbədənkənar iclasında İsveçin NATO-ya qəbul olunması ilə bağlı sazişin ratifikasiyası üzrə səsvermə baş tutmayıb.
Parlamentin vitse-spikeri Şandor Lejakın məlumatına görə iclasda yetərsay olmayıb.
Parlament mandatlarının əksəriyyətinə sahib olan hakim partiyanın “Macarıstan Vətəndaş Birliyi” fraksiyası yalnız müxalifət partiyalarının nümayəndələrinin toplaşdığı iclasda iştirakdan imtina edib. İclasa 199 deputatdan yalnız 51-nin gəldiyi bildirilir.
“Macarıstan Vətəndaş Birliyi” fraksiyasının lideri Mate Koçiş əvvəlcədən bildirmişdi ki, hakim partiyadan olan deputatlar iclasda iştirak etməyəcək. Onların fikrincə, İsveçin NATO-ya müraciətinin ratifikasiyası parlamentin növbəti sessiyasının əvvəlində baş tuta bilər, lakin bunun üçün iki Baş nazir Budapeştdə görüşməlidir. Əgər isveçlilərin alyansa qoşulması vacibdirsə, o zaman “Türkiyəyə getdikləri kimi” Budapeştə də gələcəklər.
Yanvarın 23-də Macarıstanın Baş naziri Viktor Orban isveçli həmkarı Ulf Kristersonu krallığın NATO-ya daxil olması ilə bağlı danışıqlara dəvət etmişdi. O, əvvəlcə razılaşsa da, sonradan fikrini dəyişərək Budapeştə Macarıstan parlamenti sazişi ratifikasiya etdikdən sonra səfər edəcəyini bildirmişdi. Fevralın 1-də iki ölkənin liderləri Brüsseldə Avropa İttifaqının sammitində görüşüblər.
Xatırladaq ki, Macarıstandan başqa bütün alyans ölkələri İsveçin NATO üzlüyünə qəbul olunmasına razılıq verib.
5-02-2024, 19:16
“Yeni Bakı” yaşayış kompleksində yanğın: 92 yaşlı kişi yanaraq kül oldu


“Yeni Bakı” yaşayış kompleksində yanğın: 92 yaşlı kişi yanaraq kül oldu

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni Bakı” yaşayış kompleksində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının yeddimərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 45 kvadratmetr olan iki otaqlı mənzildə baş verdiyi müəyyən olunub.
Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğın genişlənərək mənzilin digər hissələrinə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində mənzilin bir otağının yanar konstruksiyaları 20 kvadratmetr sahədə yanıb. Hadisə zamanı tüstüdən boğulmuş 1932-ci il təvəllüdlü Ə.Mehdiyevin meyiti aşkar olunub.
Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
5-02-2024, 19:10
Xaçaturyan Macarıstana səfər etdi


Xaçaturyan Macarıstana səfər etdi

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Macarıstana səfər edib.
Bu barədə Ermənistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
O, səfər zamanı Macarıstan Prezidenti Katalin Novak, digər hökumət rəsmiləri və yerli erməni icması ilə görüşəcək.
5-02-2024, 19:04
İrandakı səfirliyimizə hücum etmiş şəxs barəsində edam hökmü oxundu


İrandakı səfirliyimizə hücum etmiş şəxs barəsində edam hökmü oxundu

Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxs barəsində edam hökmü çıxarılıb.
Bu barədə İran Ədliyyə Nazirliyi məlumat yayıb.
Yanvarın 27-də Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Məhkəmə iclası təqsirləndirilən şəxs və onun vəkillərinin iştirakı ilə keçirilib.
Məhkəmə iclasında Azərbaycan Respublikası səfirliyinin bir sıra məsul şəxsləri də iştirak edib.
Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.
Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib.
Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.
Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb.
Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub. Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb.
5-02-2024, 18:43
Tovuzda azyaşlı qızılcadan öldü


Tovuzda azyaşlı qızılcadan öldü

Tovuzda azyaşlı xəstəxanada ölüb.
Bu barədə APA məlumat yayıb.
Rayonun Qədirli kənd sakini, 2014-cü il təvəllüdlü Y.İ. fevralın 4-də Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Azyaşlı bu gün 16 radələrində xəstəxanada dünyasını dəyişib. Onun qızılcadan öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
5-02-2024, 18:04
Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçilər missiyası Bakıdadır


Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçilər missiyası Bakıdadır

Azərbaycanda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərini izləmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçilər missiyası Bakıya gəlib.
Müşahidəçilər missiyasına ŞƏT-in Baş katibi Çjan Min başçılıq edir.
Qeyd edək ki, ŞƏT-ə dəvət Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!