Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
1-02-2024, 20:40
Rusiya Ermənistanın əsas tərəfdaşı ola bilməz - Paşinyan


Rusiya Ermənistanın əsas tərəfdaşı ola bilməz - Paşinyan

Rusiya müdafiə və hərbi-texniki sahədə Ermənistanın əsas tərəfdaşı ola bilməz.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Radioya müsahibəsində bildirib.
O, bunun obyektiv və subyektiv səbəblərinin olduğunu deyib.
"Biz başa düşməliyik ki, biz həqiqətən kiminlə hərbi-texniki və müdafiə əlaqələri saxlaya bilərik. Əvvəllər bu problem sadə idi, çünki belə bir sual yox idi və konsepsiya yaratmaqda heç bir çətinlik yox idi", - Paşinyan qeyd edib.
1-02-2024, 20:03
Müstəqillik Bəyannaməsi Azərbaycanla sülhə maneə olur - Paşinyan


Müstəqillik Bəyannaməsi Azərbaycanla sülhə maneə olur - Paşinyan

Ermənistanın Müstəqillik Bəyannaməsi Azərbaycanla sülhə maneə olur.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan İctimai radioya müsahibəsində deyib.
“Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın və Ermənistanın birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq”, - deyə o bildirib.
Paşinyan yeni konstitusiya üçün referendumun keçirilməsini də şərh edib:
"İndi çox danışılır ki, hakimiyyət konstitusiyaya dəyişiklik edir, hakimiyyət filan edəcək. Hökumət bununla bağlı heç nə edə bilməz. Hökumət yeni jonstitusiyanı qəbul edə bilməz, hökumət onu xalqa təklif edə bilər, xalqla danışa bilər, izahatını verə bilər və bu qərarı ancaq xalq verə bilər".
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl bəyan edib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi yalnız Ermənistan Konstitusiyasına dəyişikliklər edildikdən sonra imzalana bilər.
Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsində qondarma “miatsum” ideyası ilə Azərbaycana, “Qərbi Ermənistan” iddiası ilə isə Türkiyəyə qarşı iddia irəli sürülüb.
Ölkə Konstitusiyasında yer alan bu iddialar götürülmədiyi təqdirdə Azərbaycanla sülh sazişinin imzalanması mümkün deyil, hətta Paşinyan hakimiyyəti sülhə imza atsa belə, hakimiyyət dəyişikliyi baş verərsə, yeni iqtidar Konstitusiyaya əsasən ərazi iddialarını davam etdirəcək. Bu baxımdan, təkcə sülh sazişinin imzalanması ilə iş bitmir, Ermənistanın ərazi iddiaları hüquqi sənədlərdən də təmizləməlidir. Artıq rəsmi Bakı bunu tələb kimi irəli sürüb.
Ermənistanda yeni Konstitusiyaya dair müzakirələrin başlanması isə İrəvanın Bakının tələbini nəzərə aldığını göstərir.
1-02-2024, 19:53
ATƏT PA-nın 80-dən çox müşahidəçisi seçkilər üçün ölkəmizə gələcək


ATƏT PA-nın 80-dən çox müşahidəçisi seçkilər üçün ölkəmizə gələcək

ATƏT-in Parlament Assambleyasından (PA) olan 80-dən çox müşahidəçi fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri üçün ölkəmizə gələcək.
Bu barədə ATƏT PA-dan məlumat verilib.
Qeyd olunub ki, bu, ATƏT PA-nın 1995-ci ildən bu yana Azərbaycanda onuncu seçki müşahidəsi olacaq.
ATƏT PA-nın müşahidəçi nümayəndə heyətinin rəhbəri ATƏT PA-nın vitse-prezidenti Daniela De Ridder (Almaniya), ATƏT-in qısamüddətli müşahidə missiyasının xüsusi əlaqələndiricisi və rəhbəri isə İqtisadiyyat və Ətraf Mühit Komitəsinin sədr müavini Artur Gerasimov (Ukrayna) olacaq.
“Biz prezident seçkilərinin demokratik prinsiplərə nə dərəcədə uyğun olduğunu, azad səsvermə prosedurlarının, ədalətli atmosferin, medianın əlçatanlığının və nəticələrin dəqiq işıqlandırılmasının təmin olunmaslna nəzarət üçün ATƏT DTİHB missiyası ilə sıx əməkdaşlıq edirik”, - D.De Ridder bildirib.
1-02-2024, 18:42
42 milyon dollarlıq kredit sazişi imzalandı


42 milyon dollarlıq kredit sazişi imzalandı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında kredit sazişi imzalanıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Sənədin icrası regional kommunikasiyaların və ticarət əlaqələrinin gücləndirilməsinə, tranzit yüklərinin daşınmasının artırılmasına və marşrut istiqamətlərini şaxələndirməklə rəqabətqabiliyyətliliyin yüksəlməsinə töhfələr verəcək”, - nazir qeyd edib.
EBRD-dən verilən məlumata görə, ASCO-ya 42 milyon ABŞ dolları (38,71 milyon avro) məbləğində kredit ayrılıb. Layihənin ümumi dəyəri 60 milyon ABŞ dolları təşkil edir.
Bildirilir ki, EBRD bu vəsaitin ayrılması ilə Asiya və Avropa arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsinə töhfə verir.
"ASCO ayrılan krediti beynəlxalq sularda quru yüklərin daşınması və ticarət donanmasının fəaliyyətini genişləndirmək üçün iki ədəd “Handysize” tipli quru yük gəmisinin alışına sərf edəcək. Məqsəd regional dəniz əlaqələrinin və ticarətinin gücləndirilməsinə dəstək verməkdir. Yeni gəmilər Mərkəzi Asiya və Cənubi Qafqazı qlobal bazarlarla birləşdirən genişləndirilmiş Orta Dəhliz boyunca Azərbaycanın həlledici halqa kimi ölkə mövqeyini möhkəmləndirməyə dəstək olacaq", - məlumatda deyilir.
EBRD, həmçinin gəmiçilik sektorunda dekarbonizasiya problemlərini daha yaxşı həll etmək və ASCO-nun dayanıqlılıqla əlaqəli ilk maliyyələşmə alətlərinə yol açmaq üçün şirkətin iqlim yönümlü korporativ idarəçiliyini və iqlimlə əlaqəli açıqlama siyasətlərini təkmilləşdirməkdə ona dəstək verəcək.
Bank hesab edir ki, ASCO regionun ən böyük gəmiçilik şirkətlərindən biri olaraq bu mühüm ticarət marşrutu boyunca dəniz əlaqələrinin gücləndirilməsində mühüm rol oynayır.
Qeyd edək ki, EBRD Qafqaz və Mərkəzi Asiyada mühüm institusional investordur. Bank Azərbaycanda ölkə iqtisadiyyatının şaxələndirilməsini dəstəkləmək üçün 189 layihəyə 3,6 milyard avrodan çox sərmayə yatırıb.
1-02-2024, 17:56
Gənclər və idman naziri əmri ilə prorektor təyin olundu


Gənclər və idman naziri əmri ilə prorektor təyin olundu

Gənclər və idman naziri Fərid Qayıbovun müvafiq əmri ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru vəzifəsinə yeni təyinat olub.
Akademiyadan verilən məlumata görə, rektor Fuad Hacıyev prorektor vəzifəsinə təyin olunan Ülkər Babayevanı kollektivə təqdim edib.
Ülkər Babayeva bundan əvvəl Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində baş məsləhətçi, Azərbaycan Respublikası Mərkəzi Bankının İqtisadi Maarifləndirmə Xidmətinin rəhbəri və Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini vəzifələrində çalışıb.
Ülkər Babayeva Azərbaycan Dillər Universitetində ingilis dili üzrə bakalavr, ingilis dili və ədəbiyyatı üzrə isə magistr dərəcəsinə yiyələnib.
2001-2003-cü illər ərzində ABŞ-ın Minnesota Dövlət Universitetində Beynəlxalq əlaqələr ixtisası üzrə təhsil alıb.
ABŞ-ın Cons Hopkins Universitetində doktorantura təhsilini davam edərək Təhsil üzrə Doktor (EdD) elmi dərəcəsi alıb.
Ülkər Babayeva bundan əvvəl Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində baş məsləhətçi, Azərbaycan Respublikası Mərkəzi Bankının İqtisadi Maarifləndirmə Xidmətinin rəhbəri və Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini vəzifələrində çalışıb.
Qeyd edək ki, ASAPES-in Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə bundan əvvəlki prorektoru Təhminə Tağı-Zadə AMADA-nın icraçı direktoru təyin edilib.
1-02-2024, 17:28
Agentlik Putinin Türkiyəyə səfərindən yazdı


Agentlik Putinin Türkiyəyə səfərindən yazdı

Rusiya prezidenti Vladimir Putin böyük ehtimalla fevralın 12-də Türkiyəyə səfər edəcək. Həmin səfər zamanı prezidentlər Putin-Ərdoğan danışıqları da baş tutacaq.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Qeyd edilib ki, bu, Putinin 2020-ci ildən sonra NATO üzvü olan ölkəyə ilk səfəri olacaq.
Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Putinin martda Rusiyada keçiriləcək prezident seçkilərindən əvvəl Türkiyəyə səfər edəcəyini açıqlamışdı.
1-02-2024, 17:09
Heç vaxt şübhə etməmişəm ki, Qarabağ Azərbaycandır - Çex spiker


Heç vaxt şübhə etməmişəm ki, Qarabağ Azərbaycandır - Çex spiker

Mən heç vaxt şübhə etməmişəm ki, Qarabağ Azərbaycandır. Heç vaxt!
Bunu Bakıda səfərdə olan Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova jurnalistlərə açıqlamasında deyib.
O, fikirlərinin yanlış anlaşıldığını vurğulayıb. Adamova qeyd edib ki, o, heç vaxt Qarabağın Azərbaycana məxsus olduğunu inkar etməyib.
"Vacib olan gələcəyə baxmaqdır, bu, həmişə vacibdir. Hesab edirəm ki, indi regionda bütün ölkələr arasında münasibətlərin inkişaf etdiyi bir dövrdür və bu, hamımızın üçün vacibdir”, - spiker bildirib.
Adamova qeyd edib ki, Azərbaycanın və Ermənistanın suverenliyi Çex Respublikasının marağındadır: “Sülhün mövcud olduğu Cənubi Qafqaz çiçəklənəcək və əminəm ki, bu hər kəs üçün önəmlidir”.
1-02-2024, 16:52
Tam arxayınam ki, səsvermə şəffaf keçiriləcək -MSK sədri


Tam arxayınam ki, səsvermə şəffaf keçiriləcək -MSK sədri

Dünən veb-kameraları izləyəndə fərqi özüm müşahidə etdim. Əsas məsələ odur ki, səsvermə günü heç bir xoşagəlməz hal baş verməsin. Tam arxayınam ki, səsvermə şəffaf keçiriləcək.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, səsvermə kabinasının içini çəkmək üçün ən az 10 kamera lazımdır:
"Guya iddia edirlər ki, insanları güdmək üçün məntəqəyə kamera quraşdırılır. Bu iradlar absurddur, bəhanədir. Veb-kamera qoymaq insanları güdmək deyil".
1-02-2024, 16:32
MSK veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısınu dərc edildi


MSK veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısını dərc etdi

Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında növbədənkənar prezident seçkilərində seçki məntəqələrində veb-kameraların quraşdırılması məsələsi müzakirəyə çıxarılıb.
Məsələ barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat verib.
Rövzət Qasımov deyib ki, 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameralar vasitəsilə seçki məntəqəsi açıldıqdan sonra səsvermə prosesini istənilən şəxs izləyə biləcək.
MSK veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısını dərc edilməsi barədə qərar verib. Həmin seçki-məntəqələrinin siyahısı MSK-nın saytında yerləşdiriləcək.
1-02-2024, 16:16
Paşinyan: “Dövlət xalqına çevriləcəyimiz məqam Konstitusiya referendumudur


Paşinyan: “Dövlət xalqına çevriləcəyimiz məqam Konstitusiya referendumudur

Konstitusiya referendumu bizi qeyri-dövlət adamlarından dövlət adamına çevirəcək.
Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Radionun "Təhlükəsiz mühit" proqramına müsahibəsində Konstitusiya ilə bağlı referenduma gediləcəyinin anonsunu verib.
Paşinyan hesab edir ki, Müstəqillik Bəyannaməsi ilə münasibətlər tənzimlənməlidir.
“Bu gün biz həqiqətən də Müstəqillik Bəyannaməsi ilə münasibətimizi nizamlamalıyıq. Bizim qeyri-dövlət xalqından dövlət xalqına çevriləcəyimiz məqam nədir, o məqam Konstitusiya referendumudur”, - Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, hökumətin yeganə vasitəsi xalqla danışmaqdır.
Müsahibə tam olaraq bu gün saat 19:00-da yayımlanacaq.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bir müddət əvvəl bəyan edib ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi yalnız Ermənistan Konstitusiyasına dəyişikliklər edildikdən sonra imzalana bilər.
Yanvarın 19-da Nikol Paşinyan isə bildirmişdi ki, Ermənistana yeni Konstitusiya lazımdır.
“Bizim Ermənistan Respublikasını yeni geosiyasi və regional şəraitdə daha rəqabətqabiliyyətli və həyat qabiliyyətli edən Konstitusiyamız olmalıdır”, - Paşinyan bildirib.
Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsində qondarma “miatsum” ideyası ilə Azərbaycana, “Qərbi Ermənistan” iddiası ilə isə Türkiyəyə qarşı iddia irəli sürülüb.
Ölkə Konstitusiyasında yer alan bu iddialar götürülmədiyi təqdirdə Azərbaycanla sülh sazişinin imzalanması mümkün deyil, hətta Paşinyan hakimiyyəti sülhə imza atsa belə, hakimiyyət dəyişikliyi baş verərsə, yeni iqtidar Konstitusiyaya əsasən ərazi iddialarını davam etdirəcək. Bu baxımdan, təkcə sülh sazişinin imzalanması ilə iş bitmir, Ermənistanın ərazi iddiaları hüquqi sənədlərdən də təmizləməlidir. Artıq rəsmi Bakı bunu tələb kimi irəli sürüb.
Ermənistanda yeni Konstitusiyaya dair müzakirələrin başlanması isə İrəvanın Bakının tələbini nəzərə aldığını göstərir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!