TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
5-04-2024, 18:18
Ermənilər Tovuz və Gədəbəy rayonları istiqamətində təxribat törətdi


Ermənilər Tovuz və Gədəbəy rayonları istiqamətində təxribat törətdi

Aprelin 5-i saat 15:10-dan 17:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti təxribatlarına zəmin yaratmaq məqsədilə Azərbaycan Ordusunun Tovuz rayonunun Hacalı, Ağbulaq, Ağdam, Qaralar, Köhnə Qışlaq və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətlərindəki mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən təkmilləşdirilməsi işlərini görməyə cəhd göstəriblər.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Bundan başqa saat 17:25 radələrində Berd rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərdən Ordumuzun Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.
5-04-2024, 18:13
Konqo Prezidentinin Azırbaycana səfəri başa çatdı


Konqo Prezidentinin Azırbaycana səfəri başa çatdı

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycan Respublikasına rəsmi səfəri aprelin 5-də başa çatıb.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Konqo Respublikasının Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər yola salıblar.
5-04-2024, 17:43
13 Avropa ölkəsindən Gürcüstana çağırış: Putin qanununu ləğv edin!


13 Avropa ölkəsindən Gürcüstana çağırış: Putin qanununu ləğv edin!

Avropanın 13 ölkəsinin parlamenti Gürcüstan hakimiyyətini xarici agentlər haqqında qanunu ləğv etməyə çağırıb.
Bir sıra Avropa ölkələrinin parlamentlərinin xarici əlaqələr komitələrinin rəhbərləri birgə bəyanatla çıxış ediblər.
Çexiya, Danimarka, Estoniya, Fransa, Almaniya, İrlandiya, İtaliya, Litva, Latviya, Norveç və Polşa sözügedən bəyanata qoşulan dövlətlərdir:
“Gürcüstanın Avropayönlü vətəndaş cəmiyyətini və qeyri-hökumət sektorunu ləkələmək və zəiflətmək üçün nəzərdə tutulmuş bu Rusiya tipli Putin qanununun məzmunundan dərin narahatlığımızı bildiririk”.
5-04-2024, 17:27
Azərbaycanda bu sahə üzrə radio fəaliyyətə başlayır


Azərbaycanda bu sahə üzrə radio fəaliyyətə başlayır

Azərbaycanda tibb sahəsi üzrə ixtisaslaşmış yeni radio fəaliyyətə başlayır.
Bu barədə Audiovizual Şurası məlumat yayıb.
Bildirilib ki, Şuranın iclasında ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan olunmuş müsabiqənin qalibi elan olunub. Müsabiqəyə sənədlərini təqdim etmiş ümumən 2 iddiaçı arasında daha üstün texniki, kadr və iqtisadi potensiala malik olan iddiaçı - "Sağlam Media" MMC (radio redaksiyanın adı "Sağlam Radio") qalib elan olunmuş və müsabiqə üzrə yekun qərar verilib.
5-04-2024, 17:18
Paşinyan Brüssel görüşündən yazdı


Paşinyan Brüssel görüşündən yazdı

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Komissiyasının sədri Ursula fon der Leyen, ABŞ dövlət katibi Antoni Blinken və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelllə yaxşı məsləhətləşmələr apardığını bildirib.
Paşinyan bu barədə özünün “X” mikrobloqunda yazıb.
“Biz Ermənistanın iqtisadi, humanitar və demokratik çevikliyini gücləndirmək üçün əməkdaşlığı genişləndirmək məqsədilə ABŞ və Aİ tərəfdaşları ilə əla məsləhətləşmələr apardıq”
5-04-2024, 17:10
Türkiyə “Avropada adi silahlı qüvvələr haqqında” Müqaviləsindən çıxır


Türkiyə “Avropada adi silahlı qüvvələr haqqında” Müqaviləsindən çıxır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin aprelin 8-dən “Avropada adi silahlı qüvvələr haqqında” Müqavilədən çıxması barədə fərman imzalayıb.
Fərman hökumətin “Rəsmi qəzet”ində dərc olunub.
Sənədin mətnində bildirilir ki, prezidentin fərmanına əsasən, Türkiyə Respublikası ilə “Avropada adi silahlı qüvvələr haqqında” Müqavilə iştirakçısı olan digər dövlətlər arasında sazişinn icrasının 2024-cü il aprelin 8-dən dayandırılması qərara alınıb.
“Avropada adi silahlı qüvvələr haqqında” Müqavilə 1990-cı il noyabrın 19-da Parisdə imzalanmış və Türkiyə hökuməti tərəfindən 1992-ci il iyulun 1-də ratifikasiya edilmişdi. Müqavilə 30 dövlətin silahlı qüvvələrinin adi silah və texnikasının beş əsas kateqoriyasının (döyüş tankları, zirehli döyüş maşınları, 100 mm çaplı artilleriya sistemləri, döyüş təyyarələri və hücum helikopterləri) sayını məhdudlaşdırır.
Sənəd məlumat mübadiləsini və yoxlamaları nəzərdə tutur.
Rusiya 2023-cü ilin noyabrında bu Müqavilədən çıxıb. Bundan sonra ABŞ və NATO müqavilə üzrə öhdəliklərini dayandırdıqlarını elan etmişdilər. Daha sonra Ankara NATO tərəfdaşlarının bu qərarından təəssüfləndiyini bildirmiş və onları Müqaviləyə qayıtmağa çağırmışdı. Türkiyənin hazırkı qərarı beynəlxalq gərginliyin artması səbəbindən verdiyi qeyd edilir.
Türkiyə mətbuatı diplomatik mənbələrə istinadən xəbər verir ki, Ankaranın fikrincə, saziş hazırkı şəraitdə öz mənasını itirib və ondan irəli gələn öhdəliklər əslində yerinə yetirilmir. Eyni zamanda qeyd edilir ki, müqavilə üzrə öhdəliklərin icrasının dayandırılması barədə qərar geri qaytarıla bilər.
5-04-2024, 16:58
Brüssel görüşünün nəticəsi açıqlandı


Brüssel görüşünün nəticəsi açıqlandı

Brüsseldə Ermənistana maliyyə və informasiya dəstəyinin veriləcəyi açıqlandı. ABŞ dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrell mətbuat qarşısında çıxışlarında Ermənistana təhlükəsizlik təminatı və ya hərbi yardım veriləcəyi barədə heç nə demədilər.
Siyasi ekspert Elxan Şahinoğlu Bressel görüşünün gedişindən yayılan rəsmi məlumatı şərh edib.
“Ermənistana təhlükəsizlik təminatı və ya hərbi yardım veriləcəyi barədə açıqlama olmadı. Mümkündür ki, bu mövzu qapalı dairədə müzakirə olunub, hərbi yardımın indiki mərhələdə açıqlanması lazım bilinməyib. ABŞ və Avropa İttifaqı rəsmiləri Brüsseldə Qarabağ ermənilərinə maliyyə ayıracaqlarını bildirdilər. Bu maliyyənin Qarabağ ermənilərinin Ermənistan cəmiyyətinə inteqrasiya və yerləşməsi üçün ayrılacağı vurğulandı. Elə bizə də o lazımdır ki, Qarabağ erməniləri Ermənistanda qalıb yaşasınlar, çünki onlar geri dönüb Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlər. Vaşinqton və Brüssel ermənilərin Qarabağa qayıtmayacağı reallığını qəbul edib”.
E.Şahinoğlu bildirib ki, ABŞ və Avropa İttifaqı Brüssel görüşü vasitəsilə Ermənistanı himayəsi altına aldığını elan etdi.
“Brüssel görüşünün əsas nəticəsi budur. Vaşinqton və Brüssel faktiki bəyan etdilər ki, Nikol Paşinyanın hakimiyyətini Rusiyanın təzyiqlərindən qorumağa hazırdılar. Ancaq Vaşinqtonun və Brüsselin Ermənistana ayırmağa planlaşdırdıqları maliyyə böyük deyil. Bu, Ermənistanı Rusiyanın iqtisadi təzyiqlərindən qorumaq üçün kifayət etməyəcək. Rusiya Ermənistana satdığı qazın qiymətini artırarsa və ya ümumiyyətlə kəsərsə İrəvanın bu vəziyyətdən neçə çıxacağı bəlli deyil".
Ekspert təəssüflə qeyd edib ki, Entoni Blinken və digərləri Brüsseldəki ortaq açıqlamalarında Ermənistanın Azərbaycanla sülh sazişi imzalaması vacibliyi barədə heç nə demədilər.
"Onlar Paşinyanın “sülh kəsişməsi” ideyasına dəstək verdiklərini söylədikləri halda Azərbaycan Prezidenti İlham Əliyevin daha geniş “Qafqaz evi” ideyasına münasibət bildirmədilər. Ursula fon der Leyen onu da söylədi ki, Ermənistanın Qara dəniz sualtı kabel vasitəsilə Avropaya təmiz enerji nəqlində maraqlıdırlar. “Biz Ermənistanın “yaşıl enerji” istehsalına və Gürcüstanla daha yaxşı əlaqələnməsinə dəstək verəcəyik” – deyən Avropa İttifaqı rəsmisi bu mövzuda danışarkən layihənin əsas iştirakçısının Azərbaycan olduğunu söyləmədi. Halbuki, Avropaya yaşıl enerjinin nəqli ideyası Azərbaycana məxsusdur və Qara dənizin dibi ilə sualtı kabel çəkiləcək. Ermənistanın bu layihəyə qoşulması üçün mütləq şəkildə Azərbaycanla sülh sazişi imzalaması lazımdır, əks halda Qara dənizin dibi ilə ikinci sualtı kəmər çəkiləcək”.
5-04-2024, 16:41
Xəstəlik vərəqələri elektron qaydada tərtib olunacaq


Xəstəlik vərəqələri elektron qaydada tərtib olunacaq

Nazirlər Kabineti “Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” qərarənda dəyişiklik edib.
Qərarın adı dəyişib, “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimat” olub.
Xəstəlik vərəqələrinin elektron sənəd formasında “Vahid Səhiyyə İnformasiya Sistemi” vasitəsilə Elektron Hökumət İnformasiya Sisteminə ötürülməsi üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə zəruri tədbirlər görməlidir.
“Sığortaolunanlar üçün xəstəlik vərəqələri, onları tərtib etmək hüququna malik olan tibb müəssisələrinin həkimləri ( tibb müəssisələrinin həkimləri) tərəfindən elektron sənəd formasında tərtib ediləcək. “Xəstəlik vərəqələri sığortaolunanlar və sığortaedənlər tərəfindən Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi” (VSİS) vasitəsilə elektron sənəd formasında, o cümlədən sığortaolunan tərəfindən tibb müəssisəsinə müraciət edildikdə VSİS-dən kağız daşıyıcıda çap olunmuş formada əldə ediləcək.
Bu Qərar 2024-cü il mayın 1-dən qüvvəyə minir.
5-04-2024, 16:36
Konqo Prezidenti Qaradağ Günəş Elektrik Stansiyasında oldu


Konqo Prezidenti Qaradağ Günəş Elektrik Stansiyasında oldu

Aprelin 5-də Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasında olub.
Energetika naziri Pərviz Şahbazov Prezident Deni Sassu-Nqesso Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanda yaşıl enerjiyə keçidlə bağlı mühüm işlər görülür.
Daha sonra qonaqlar stansiyanın idarəetmə mərkəzinin iş prosesi ilə tanış olublar.
Ali qonağın diqqətinə çatdırılıb ki, 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələr imzalanıb. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilib.
Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon dollar dəyərində xarici sərmayə hesabına tikilib. Bu stansiya ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.
Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət olunacaq. Eyni zamanda, atmosferə atılan karbon emissiyası 200 min ton azaldılacaq. 550 hektar ərazini əhatə edən elektrik stansiyada 570 min ədəd günəş paneli quraşdırılıb. Bu stansiyanın şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilib.
Sonda Konqo Prezidenti stansiya ərazisində ağac əkib.
5-04-2024, 15:22
Azərbaycan-Türkiyə birliyini pozmaq istəyənlərin arzuları puç olacaq


Azərbaycan-Türkiyə birliyini pozmaq istəyənlərin arzuları puç olacaq

“Geosiyasi vəziyyət dəyişib”.
Bunu Prezident İlham Əliyev aprelin 5-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib.
Prezident İlham Əliyev belə bir şəraitdə Azərbaycan-Türkiyə birliyinin hər zaman olduğu kimi, bu gün də güclü olmasının vacibliyini qeyd edib və bu birliyi pozmaq istəyənlərin arzularının puç olacağına əminliyini bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!