Əlli bir ildən sonra çöysüyən həsrət .....                        Naxçıvanın 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib .....                        AZAL təyyarəsinin "qara qutu"ları bu ölkəyə göndərilir - RƏSMİ .....                        Suriyada seçkilər nə vaxt keçiriləcək? .....                        “Rusiya ilə bağlı bu nüans çox vacibdir” - Fərid Şahbazlı .....                        "Mançester Siti"nin növbəti qələbəsi .....                        Əfqanıstan da Azərbaycana başsağlığı verdi .....                        Suriyadakı səfirliyimiz yenidən fəaliyyətə başlayır .....                        Təyyarə qəzasında həlak olan sərnişin Şəmkirdə dəfn edildi .....                       
12-04-2024, 20:18
Ermənistan ordusunun 4 hərbçisi öldü


Ermənistan ordusunun 4 hərbçisi öldü

Ermənistanda hərbçilərin düşdüyü qəzada yaralananların sayı açıqlanıb.
Xəstəxanadan bildirilib ki, hadisə nəticəsində 20 nəfər yaralı var.
Qeyd edək ki, avtomobil qəzasında 4 nəfər dünyasını dəyişib.
12-04-2024, 19:50
Elçin Əmirbəyov Sloveniya rəsmiləri ilə COP29-dan danışdı


Elçin Əmirbəyov Sloveniya rəsmiləri ilə COP29-dan danışdı

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Sloveniyaya işgüzar səfəri baş tutub.
Səfər çərçivəsində Sloveniya Respublikasının prezidentinin beynəlxalq münasibətlər üzrə müşaviri Zlatko Şabiç, Sloveniya Respublikasının Baş nazirinin Ofisində Beynəlxalq məsələlər üzrə dövlət katibi Voyko Volk, Milli Assambleyanın vitse-prezidenti Daniyel Krivets, Xarici və Avropa İşləri üzrə Nazirliyində siyasi məsələlər üzrə Baş direktor Mateya Norçiç Stamtsar ilə görüşlər keçirilib.
Görüşlər zamanı qarşı tərəf fevralın 7-də Azərbaycan Respublikasında keçirilmiş seçkilərdə qələbə münasibətilə Prezident İlham Əliyevə bir daha təbriklərini çatdırıb.
Keçirilmiş görüşlər zamanı Azərbaycan və Sloveniya arasında mövcud ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub. 2026-cı ildə ölkələrimiz arasında diplomatik əlaqələrin otuz illik yubileyinin qeyd olunacağına toxunularaq, iki ölkə arasında iqtisadi, enerji sahələri daxil olmaqla bir sıra potensial sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinin, siyasi dialoqun gücləndirilməsinin, qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətinə toxunulub. Bu xüsusda, cari ilin mart ayında Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak məqsədilə Sloveniyanın ətraf mühit, iqlim və energetika nazirinin ölkəmizə səfəri məmnunluqla xatırlanıb.
Mövcud əməkdaşlığın parlament ölçüsünə toxunularaq, hər iki parlamentdə mövcud dostluq qrupları arasında təmasların fəallaşdırılmasının və qarşılıqlı səfərlərin həyata keçirilməsinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə verəcəyi qeyd olunub. Eyni zamanda çoxtərəfli beynəlxalq parlament platformaları çərçivəsində qarşılıqlı dəstəyin nümayiş olunmasının əhəmiyyətinə toxunulub.
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi və səlahiyyətlərinin icrasına başlaması münasibətilə Sloveniya tərəfinə təbriklər çatdırılaraq, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.
Görüşlər əsnasında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), ölkəmiz ilə Avropa İttifaqı arasında əlaqələr, regional və beynəlxalq gündəlikdə duran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Sloveniya tərəfi COP29-a ev sahibliyi etməsi münasibətilə Azərbaycan tərəfinə təbriklərini çatdıraraq, hazırda dünyada müşahidə edilən dəyişikliklər səbəbindən iqlim üzrə konfransın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb və Azərbaycan tərəfi ilə COP29-a hazırlıq istiqamətində sıx əməkdaşlıq etməyə hazır olduqlarını bildirib. Səfər çərçivəsində sözügedən tədbir ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən Sloveniya Respublikasını Prezidentinə ünvanlanmış dəvət məktubu qarşı tərəfə çatdırılıb.
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Sloveniya tərəfini Azərbaycanla Ermənistan arasında normallaşma və sülh prosesi üzrə aparılan danışıqların inkişafı və mövcud vəziyyət, sülh prosesinin irəlilədilməsi istiqamətində ölkəmizin səyləri barədə ətraflı məlumatlandırıb. Regionda davamlı sülhün və sabitliyin bərqərar olunması üçün tarixi imkanın yarandığı qeyd olunaraq, Ermənistanın sülh prosesinə ciddi yanaşdığını sübut etmək üçün ziddiyyətli bəyanatlar və təxribatçı addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməli olduğu vurğulanıb. Eyni zamanda Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, bölgədə militarizmin təşviqi, 5 aprel 2024-cü il tarixli üçtərəfli Brüssel görüşü, Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi regionda ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına səbəb ola biləcək xarici təxribatçı, qeyri-şəffaf, qeyri-inklüziv təşəbbüslər və addımların qəbuledilməzliyi vurğulanıb və regionda davamlı sülhün nail olunmasına heç bir töhfə vermədiyi bildirilib.
Keçirilmiş görüşlər əsnasında həmçinin xalqlarımız arasında xüsusi bir bağ rolu oynayan və dostluq rəmzi olan Mehdi Hüseynzadənin “Mixaylo” irsinə toxunulub, qəhrəmanın xatirəsinə göstərilən böyük hörmətə, doğma və xoş münasibətə, habelə illik əsasda təşkil olunan tədbirlərdə dövlət səviyyəsində nümayiş olunan ehtirama görə Sloveniya tərəfinə dərin təşəkkür ifadə olunub.
Səfər çərçivəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi E.Əmirbəyov Sloveniya televiziya məkanınn aparıcı kanalı olan RTVSLO-da (TV Slovenija 1) yayımlan “Dnevik” xəbər verilişinə, eyni zamanda Sloveniya media bazarının ən nüfuzlu şirkətlərindən biri olna “Delo” nəşrinə müsahibə verib.
12-04-2024, 19:16
Ağdamda minaya düşən şəxsin vəziyyəti ağırdır


Ağdamda minaya düşən şəxsin vəziyyəti ağırdır

İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan Bağırov Mirfəttah Bağır oğlunun vəziyyəti ağırdır.
Bu barədə Bərdə rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov bildirib.
"Xəstə daxil olarkən diaqnozu sol pəncənin, sol baldırın aşağı üçdə biri də daxil olmaqla, pəncəsinin travmatik amputasiyası, sol baldırın arxa sahəsinin genişsahəli qəlpə yaralanması, travmatik şok ağır dərəcəli diaqnozu ilə daxil olub. Bununla yanaşı, o, şəkərli diabet xəstəsidir", - V.Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda lazımi tibbi müdaxilələr icra olunur və xəstədə cərrahi əməliyyat planlaşdırılır.
12-04-2024, 18:56
Erməni silahlı qüvvələri Daşkəsəni atəşə tutdu


Erməni silahlı qüvvələri Daşkəsəni atəşə tutdu

Aprelin 12-i saat 16:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
12-04-2024, 18:27
Paytaxtda zavod ərazisində yanğın baş verib - FHN cəlb olunub


Paytaxtda zavod ərazisində yanğın baş verib - FHN cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül yaşayış massivində yerləşən hal-hazırda fəaliyyət göstərməyən zavod ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində zavodun ərazisində 50 m² sahədə müxtəlif tərkibli tullantılar yanıb.
Ərazidəki tikililər, habelə 4 ədəd qaz balonu yanğından mühafizə olunub.
12-04-2024, 18:00
Ərdoğan fələstinli həmkarıyla telefon danışığı apardı


Ərdoğan fələstinli həmkarıyla telefon danışığı apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fələstinli həmkarı Mahmud Abbasla telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Ərdoğan telefon danışığı zamanı BMT Təhlükəsizlik Şurasının qərarı da daxil olmaqla, atəşkəs üçün bütün vasitələri səfərbər etməli olduqlarını bildirib.
“Biz İsrailə qarşı möhkəm və birlik içində mübarizə aparmalıyıq”, - o deyib.
12-04-2024, 17:38
Moldova Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxır


Moldova Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxır

Moldova parlamenti ölkənin Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədə iştirakının dayandırılması haqqında qanunu qəbul edib.
Görüş Moldova Parlamentinin yutub kanalında yayımlanıb.
Qərar 53 lehinə, 1 əleyhinə səslə qəbul edilib. 30 deputat səsvermədə iştirak etməyib.
Qanun təsdiq üçün Moldova prezidenti Maya Sanduya təqdim olunacaq. Müqavilədə iştirakın dayandırılması barədə qərar müqavilənin iştirakçısı olan ölkələr tərəfindən bildiriş alındıqdan 150 gün sonra qüvvəyə minəcək.
12-04-2024, 17:09
“Formula 1” üzrə Azərbaycan Qran-Prisinin vaxtı açıqlandı


“Formula 1” üzrə Azərbaycan Qran-Prisinin vaxtı açıqlandı

“Formula 1” üzrə 2025-ci il dünya çempionatının təqvimi açıqlanıb.
Gələn il Bakının ev sahibliyi edəcəyi yarışın da vaxtı dəqiqləşib.
Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də baş tutacaq.
Mövsümə martın 14-16-da keçiriləcək Avstraliya Qran-Prisi ilə start veriləcək. 2025-ci il dünya çempionatının son yarışı isə dekabrın 5-7-də Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində gerçəkləşəcək.
Qeyd edək ki, bu il Azərbaycan Qran-Prisi sentyabrın 13-15-də olacaq.
12-04-2024, 16:36
Azərbaycan və Tacikistanın XİN Başçıları görüşdü


Azərbaycan və Tacikistanın XİN Başçıları görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfəri çərçivəsində Tacikistan xarici işlər naziri Sirojiddin Muhriddin ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat paylaşılıb.
Qeyd edək ki, Ceyhun Bayramov aprelin 11-də Belarusa işgüzar səfər edib. Azərbaycan XİN başçısı bu gün MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.
12-04-2024, 16:12
Ceyhun Bayramov MDB sammitində COP29-dan danışdı


Ceyhun Bayramov MDB sammitində COP29-dan danışdı

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfəri çərçivəsində MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.
Çıxış zamanı konstruktiv fikir mübadiləsi və qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlərin müzakirəsi platforması kimi MDB-nin rolu və əhəmiyyəti vurğulanıb.
MDB üzv dövlətləri ilə iqtisadiyyat, investisiyalar, ticarət, nəqliyyat və kommunikasiya istiqamətləri üzrə həyata keçirilən fəal əməkdaşlıqdan bəhs olunub.
Bu xüsusda, 2023-cü ildə Azərbaycan ilə MDB üzv dövlətləri arasında ticarətdəki müsbət dinamikanın ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndiyinin göstəricisi olduğu diqqətə çatdırılıb.
Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə MDB üzv dövlətləri ilə beynəlxalq bazarlar arasında tranzit-nəqliyyat-logistika sahəsində etibarlı tərəfdaş rolunu oynadığı bildirilib. Bu imkanların daha da təkmilləşdirilməsi məqsədilə ölkəmiz tərəfindən dəmir yollarının modernizasiyası, Ələt beynəlxalq dəniz ticarət limanının potensialının genişləndirilməsi, Ələt azad iqtisadi zonasının inkişafı istiqamətində aparılan aktiv fəaliyyətlərdən bəhs olunub.
MDB üzv dövlətləri arasında qarşılıqlı inam və anlaşmanın, mehriban qonşuluq əlaqələrinin gücləndirilməsində humanitar sahə üzrə əməkdaşlıq və mübadilələrin rolunun danılmaz olduğu qeyd edilib.
MDB-nin təhsil, elm, mədəniyyət, səhiyyə, turizm, idman və gənclər sahələri üzrə həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlıq üçün uğurlu format olduğu diqqətə çatdırılıb.
Azərbaycanın ikinci böyük şəhəri Gəncənin 2025-ci ildə MDB Oyunlarına ev sahibliyi edəcəyi xatırlanıb və bu məqsədlə ölkəmizdə aparılan aktiv hazırlıq işlərindən danışılıb. Eyni zamanda, 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı statusu hüququ əldə edilməsi məqsədilə Azərbaycanın Laçın şəhərinin namizədliyinin irəli sürüldüyü qeyd edilib.
2025-ci ildə İkinci Dünya müharibəsi zamanı faşizm üzərində qələbənin 80-ci ildönümü ilə əlaqədar qəbul edilmiş müvafiq tədbirlər planının Azərbaycan tərəfindən dəstəkləndiyi bildirilib, ölkəmizin sözügedən qələbənin qazanılmasına verdiyi önəmli töhfədən danışılıb.
Cari ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində ölkəmizdə aparılan hazırlıq işlərindən bəhs olunub. COP29-un Azərbaycanda təşkilinin həmçinin MDB çərçivəsində yaşıl enerjiyə keçid məqsədli səylərin gücləndirilməsinə və bu sahədə əməkdaşlığın inkişafına təkan verəcəyinə dair əminlik ifadə olunub.
Bir daha MDB-nin üzv dövlətlər arasında əməkdaşlıq mexanizmi kimi rolu qeyd edilib və iclasın işinin məhsuldar olacağına ümidvarlıq ifadə olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!