Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
30-04-2024, 17:47
Erməni prezident sərhədlərin delimitasiyasından danışdı: “Vaxt yetişib”


Erməni prezident sərhədlərin delimitasiyasından danışdı: “Vaxt yetişib”

Ermənistan prezidenti Vaaqn Xaçaturyan bildirib ki, Ermənistanla Azərbaycan arasında Tavuş vilayətində həyata keçirilən sərhəd delimitasiyası rəsmi İərvanın regionda davamlı sülh istəyinə yönəlib.
Vaaqn Xaçaturyan “Armenpress” və “Şant” telekanalı ilə söhbətində bu mövzuya toxunub.
“Voskepar, Bağanis, Kirants və Berkaber kəndlərinin yaxınlığında baş verən proseslər ilk növbədə Ermənistanla Azərbaycan arasında sərhədlərin dəqiqləşdirilməsinə yönəlib. Nəhayət, dərk etməliyik ki, əgər dövlət varsa, onun sərhədləri olmalıdır və bu dövlətin gələcəyi onun qonşuları ilə sərhədlərinin nə dərəcədə dəqiqləşdirilməsindən asılı olacaq. Əks halda, təhlükə həmişə var və bu təhlükə zərərsizləşdirilməlidir”, - deyə prezident bildirib.
Xaçaturyan qeyd edib ki, bir çox hallarda hakimiyyət delimitasiya zonasında yerləşən kəndlərin sakinlərinə danışıqlar prosesinin təfərrüatlarını təqdim edə bilmir, çünki bu, yekun qərara mane ola bilər.
“Amma mən əmin edirəm və inanıram ki, biz baş verən hadisələrə daha çox maraqlı və məsuliyyətliyik. Bizim üçün ən vacibi isə bu kəndlərdə yaşayan insanların təhlükəsizliyini təmin etməkdir”, - prezident vurğulayıb.
O əlavə edib ki, Ermənistan Respublikasının vətəndaşı kimi hökumətin hərəkətlərini cəsarətli hesab edir.
“Təəssüflər olsun ki, biz problemi gələcəyə buraxırdıq və hətta bunu bir neçə dəfə açıq şəkildə bəyan etmişik. Qarabağ probleminə gəlincə, məlum tezis var idi: daha 100 il belə yaşaya bilərik. Gördük ki, 100 il belə yaşamaq qeyri-mümkündür, çünki zaman və situasiya dəyişir, bu gün nə etmək olarsa, sabah onu edə bilmərik. Təhdidləri vaxtında aradan qaldırmağı bacarmaq lazımdır. İndi vaxt yetişib və biz bu istiqamətdə gedəcəyik”, - deyən prezident hökumətin fəaliyyətini alqışlayıb.
Vaaqn Xaçaturyan Ermənistan vətəndaşlarını hakimiyyətin hərəkətlərinə etibar etməyə və bir çox hallarda onların hissləri ilə oynamaq məqsədi daşıyan, bir damla həqiqəti özündə əks etdirməyən təxribatlara uymamağa çağırıb.
30-04-2024, 17:44
Ermənistan hələ də KTMT-nin üzvüdür - Mirzoyan


Ermənistan hələ də KTMT-nin üzvüdür - Mirzoyan

"Ermənistan hələ də KTMT-nin üzvüdür, lakin təşkilatın mexanizmlərinin işləməsi lazımdır".
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Əl-Cəzirə telekanalına müsahibəsində bildirib.
"KTMT üzv dövlətlərin sərhədlərini qorumaq üçün yaradılmış hərbi-siyasi birlikdir. Düzgün cavabın olmaması Ermənistan cəmiyyətində suallar yaradıb və biz pozulmuş mexanizmin bir hissəsi olmaq istəmirik", - nazir söyləyib.
30-04-2024, 17:18
Prezident “Tələbə-məzun” portalı ilə bağlı fərman imzaladı


Prezident “Tələbə-məzun” portalı ilə bağlı fərman imzaladı

“Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların sayı artırılıb.
Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.
Fərmanla Prezidentin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə qoşulan qurumların siyahısına əlavə olunub.
30-04-2024, 17:11
Müəllimlərin vakansiya seçimi başa çatdı


Müəllimlərin vakansiya seçimi başa çatdı

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsi yekunlaşıb.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, vakansiya seçimi üçün elektron sistem 23-29 aprel tarixlərində aktiv olub.
Vakansiya seçiminə müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş müəllimlər buraxılıblar.
Hər bir müəllimə 4 vakant yer seçməyə icazə verilib. Nəticələrin yaxın günlərdə açıqlanacağı gözlənilir.
Xatırladaq ki, 17–19 aprel tarixlərində keçirilmiş vakansiya seçimi mərhələsində 14 nəfər şəhid ailəsinin üzvü olan müəllim iş yerini dəyişdirmək imkanı qazanıb.
30-04-2024, 17:03
Abituriyentlər üçün son 1 həftə! - Ən çox qeydiyyat I qrupdadır


Abituriyentlər üçün son 1 həftə! - Ən çox qeydiyyat I qrupdadır

I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyatın bitməsinə 1 həftədən az vaxt qalıb.
İndiyədək 68 mindən çox abituriyent qeydiyyatdan keçib.
Məlumata görə, ən çox qeydiyyat I ixtisas qrupundadır. 23564 nəfər bu qrup üzrə müraciət edib.
II ixtisas qrupu üzrə 19494 nəfər, III qrup üzrə 20282 nəfər, IV qrup üzrə isə 5083 nəfər qeydiyyatdan keçib.
Qeydiyyatdan keçənlərin böyük hissəsini - 61587 nəfəri Azərbaycan bölməsi, 6836 nəfərini isə rus bölməsi üzrə müraciət edənlər təşkil edir.
Qeyd edək ki, qeydiyyat 6 may saat 23:59-da başa çatacaq.
30-04-2024, 16:54
Onlar imtahanda maksimum bal topladı


Onlar imtahanda maksimum bal topladı

Xəbər verdiyimiz kimi, bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il aprelin 7-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 4 nəfər maksimal olan 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.
4 şagirddən ikisinin adı açıqlanıb.
Belə ki, onlardan biri 270 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Alıyev Nəsib Şamil oğludur.
Digəri, Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin 9-cu sinif şagirdi Xəlilli Aylin Elşən qızıdır.
30-04-2024, 16:50
Spiker Çin Xalq Assosiasiyasının sədri ilə görüşüb


Spiker Çin Xalq Assosiasiyasının sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Görüşdə qeyd olunub ki, Azərbaycan ilə Çin Xalq Respublikası arasında münasibətlər yüksək inkişaf dinamikası ilə səciyyələnir və çox yüksək səviyyədədir. Xüsusilə son zamanlarda münasibətlərimizin inkişafında böyük intensivlik müşahidə olunur.
Milli Məclisin sədri deyib ki, Azərbaycan ilə Çin arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edirlər. Azərbaycan hər zaman birmənalı olaraq “vahid Çin” siyasətini, onun ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Spiker Sahibə Qafarova Çinin ölkəmizin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyi yüksək qiymətləndirib. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəklədiyi diqqətə çatdırılıb. Prezident İlham Əliyevin Çinə səfərləri, Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşləri münasibətlərimizin inkişafına böyük stimul verib.
Söhbət zamanı, iki ölkə arasında münasibətlərin dərinləşməsində parlamentlərin də vacib rolu qeyd edilib.
Yan Vanmin də öz növbəsində qeyd edib ki, ölkələrimiz arasında əlaqələr dövlət başçılarımızın rəhbərliyi altında sağlam, sabit inkişaf yolu keçib. Onun sözlərinə görə, prezidentlərimiz arasında mövcud olan şəxsi dostluq əlaqələri münasibətlərimizə təkan verir. Hazırda ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu söyləyən Yan Vanmin vurğulayıb ki, onun ölkəsi Azərbaycanla əlaqələrə böyük dəyər verir və Azərbaycanın inkişaf yoluna böyük hörmət göstərir. Vurğulanıb ki, Çin ölkəmizin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir, o cümlədən, Azərbaycanın da "vahid Çin" siyasətini dəstəkləməsini yüksək qiymətləndirir.
Parlamentlərarası əlaqələrin əhəmiyyətini qeyd edən qonaq məlumat verib ki, Çin Xalq Assosiasiyası xarici ölkə parlamentləri ilə əlaqələrin inkişafına töhfə verir. Assosiasiya bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirir. Parlamentin üzvü kimi dostluq qruplarında təmsil olunduğunu deyən Yan Vanmin bu sahədə işə böyük əhəmiyyət verdiyini, Azərbaycan parlamenti ilə daha sıx əməkdaşlıq əlaqələri qurmaq niyyətində olduğunu qeyd edib. O, qeyd edib ki, parlamentlər arasında əməkdaşlığın daha da genişləndirilməsi ölkə başçılarının əsasını qoyduğu strateji tərəfdaşlıq xarakterli əlaqələrin inkişafına daha çox töhfə verir.
Diqqətə çatdırılıb ki, mədəni və humanitar mübadilənin əsas hərəkətverici qüvvəsi Heydər Əliyev Fondu və Çin Xalq Assosiasiyası arasında münasibətlərdir. Onların birgə həyata keçirdiyini layihələr xalqlarımızın yaxınlaşmasına, əlaqələrin güclənməsinə töhfə verir.
Yan Vanmin rəhbərlik etdiyi Assosiasiyanın 150 ölkədən 500-dən çox qurumla əməkdaşlıq etdiyini bildirərək, vurğulayıb ki, Heydər Əliyev Fondu bu regionda Assosiasiyanın ən yaxın tərəfdaşıdır.
Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, Heydər Əliyev Fondu Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanın Əliyevanın rəhbərliyi ilə nəinki ölkəmizdə çox mühüm əhəmiyyət kəsb edən layihələr həyata keçirir, eyni zamanda, dünyanın bir çox ölkələrində vacib işlərə imza atır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
30-04-2024, 16:44
Mərkəzi Seçki Komissiyasına yeni sədr seçildi


Mərkəzi Seçki Komissiyasına yeni sədr seçildi

Gürcüstan parlamenti Giorgi Kalandarişvilini Mərkəzi Seçki Komissiyasının rəhbəri vəzifəsinə təsdiqləyib.
Onun lehinə 85 deputat, əleyhinə 16 deputat səs verib.
“Gürcü arzusu”ndan olan deputatlardan bəziləri və müxalifətin bir hissəsi onun əleyhinə səs verməyi seçiblər.
Giorgi Kalandarişvili 5 il bu vəzifəni icra edəcək. Parlament həmçinin Maya Zaridze, Gia Tsatsaşvili və Giorgi Şarabidzeni Mərkəzi Seçki Komissiyasına üzv seçib.
30-04-2024, 16:37
Daha bir sərhəd kəndində minatəmizləmə işləri başa çatdı


Daha bir sərhəd kəndində minatəmizləmə işləri başa çatdı

Ermənistanın Tavuş vilayətinin Berkaber kəndi ərazisində minatəmizləmə işləri başa çatıb, lakin delimitasiya və demarkasiya işləri hələ tamamlanmayıb.
Bu barədə Ermənistanın KİV-nə Tavuş vilayətinin Berkaber icmasının rəhbəri Tiqran Arutyunyan bildirib.
O qeyd edib ki, bu gün heç bir iş görülmür.
Xatırladaq ki, Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu 2024-cü il aprelin 29-dək yerinə yetirilib, 35 sərhəd dirəyi quraşdırılıb.
Bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb.
30-04-2024, 16:25
Ceyhun Bayramov Əlcəzairdən olan həmkarı ilə görüşdü


Ceyhun Bayramov Əlcəzairdən olan həmkarı ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfəri çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf ilə görüşüb.
XİN-dən verilən xəbərə görə, görüşdə nazir Ceyhun Bayramov bu il Azərbaycan ilə Əlcəzair arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbriklərini çatdırıb.
Görüşdə tərəflər beynəlxalq təşkilatlar, xüsusilə BMT, Qoşulmama Hərəkatı və İƏT çərçivəsində qarşılıqlı fəaliyyətin hazırkı səviyyəsindən məmnunluq ifadə edərək, beynəlxalq təşkilatlar çərçivəsində namizədliklərə və təşəbbüslərə qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Tərəflər həmçinin enerji və digər sahələrdə əlaqələrin inkişafının vacibliyini vurğulayaraq, bu xüsusda yüksək səviyyəli səfərlərin və siyasi məsləhətləşmələrin əhəmiyyətini qeyd ediblər.
Nazir həmçinin parlamentlərarası əlaqələrin inkişafının əhəmiyyətini qeyd edərək, Əlcəzair-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu üzvlərinin cari ilin 22-25 aprel tarixlərində Azərbaycana səfərini yüksək qiymətləndirib.
Tərəflər enerji sektorunda ikitərəfli əlaqələrin əhəmiyyətini qeyd edərək, bu istiqamətdə əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Bu il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni əməkdaşlıq sahələri üçün əlverişli imkan yaratdığı vurğulanıb.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!