Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
8-04-2024, 12:14
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Aprelin 9-da Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir duman, çiskin olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.
7-04-2024, 19:25
Çox sevimli Çingiz müəllim!


Çox sevimli Çingiz müəllim!
Və ya dünyamızın ən çox oxunan və sevilən dedektiv yazarı
Çingiz Abdullayev!

Müqəddəs 7 rəqəmli bir bahar günündə dünyaya gəlişinizi təbrik edirəm. Bu gün 65 yaşınızla vidalaşırsınız. Yəni, qocalığın canavlığıyla. Adətən 50 yaşa cavanlığın qocalığı deyirlər. 65-ə isə qocalığın cavanlığı. Sonra müdriklik dövrü başlayır. Mənə elə gəlir ki, siz elə anadangəlmə müdriksiniz. Sadə, səmimi xarakteriniz, uğurlu yaradıcılığınız və xeyirxah əməllərinizlə. Yaradıcılığınızdan söz açmıram. Çünki qüdrətim çatmaz. Həm də yaradıcılığınız göz qabağındadır. Dünyaca sevilir, məhəbbətlə oxunursunuz. Qələm adamı üçün bundan artıq nə lazım?! Dünyanın müxtəlif ölkələrində oxucularla görüşlərdə bir azərbaycanlı olaraq olaraq intellekt səviyyəniz, geniş dünyagörüşünüz, zahiri görkəminizlə xalqımız haqqında fikir formalaşdırırsınız. Sadə, səmimi, təvazökar xarakteriniz sizi hamıya yaxınlaşdırır və sevdirir. Bu barədə ən dəyərli sözü akademik, millək vəkili Rafael Hüseynov 60 illiyinizdə “Söz” jurnalında dərc olunan essesində deyib: “Öz əsərləri və qəhrəmanları kimi Çingiz Abdullayev elə məhşurlaşıb, elə əfsanələşib ki, tutalım, çox sevildiyi Rusiyada küçədən keçəsi olsa və heyran oxucularına nişan versən ki, o kitabları yazan Çingiz bax budur, az adam inanar.”

Çingiz müəllim!
Uzun illər Azərbaycan Yazıçılar Birliyinin katibi, I katibi olaraq sizdən hər zaman diqqət görmüşəm. 2013-cü ildə Natəvan klubunda “Söz” jurnalının 20 illiyini keçirəcəkdik. Sədrimiz Anar müəllim də, I katib Fikrət Qoca da həmin gün Bakıda olmayacaqdılar. Onların məsləhətilə tədbiri AYB-nin katibi, indi haqq dünyasında olan Arif Əmrahoğlu aparacaqdı. Tədbirin vaxtı çatır, Arif müəllim gəlib çıxmırdı. Telefon zənglərinə “tıxacdayam” cavabını verirdi. İştirakçıların narahatlığı hiss olunurdu. Sizin yanınıza gəldim. Qapını bağlayıb kabinetdən çıxırdınız. Fikrimi təlaşla bildirdim. Başqa tədbirə gedəcəyinizi söylədiniz. Amma bizim tədbirə də etiraz etmədiniz. “Söz”ə gözəl təqdimat verərək ətraflı giriş sözü söylədiniz. “Söz”ün sizə də diqqət göstərməsini dəyərləndirdiniz. Hətta şair-publisist Qardaşxan Əzizxanlının “Vətəni, ananı, bir də əqidəni dəyişmək olmaz”, “Mənim əllərim fəhlə əlləridir” başlıqlı müsahibələrindən də məhəbbətlə söz açdınız. Həmin gün əlinizdə “Söz”ün üz qabığında sevimli Xalq yazıçısı Anarın 75 illiyilə əlaqədar şəkli dərc olunmuş sayı fotolentin yaddaşına yazıldı. O fotodan tez-tez istifadə edirəm.

Bir qədər sonra üzrxahlıq edib, öz tədbirinizə getdiniz. Amma bizim tədbirdə 20-25 dəqiqə iştirakınız hamımızda xoş əhval-ruhiyyə yaratdı.
Ümumiyyətlə, incə yumorunuz və şux zarafatlarınızla iştirak etdiyiniz hər yerdə xoş aura yaratmaq gücünə maliksiniz. Bir neçə ay öncə “Söz”ün 30 illiyini qeyd elədik. Amma 20 illiyindəkindən fərqli olaraq tədbirimizə qatılmağınızı qabaqcadan xahiş etmişdim. “Başqa daha vacib iş çıxmasa, mütləq sizinləyəm” söylədiniz. Vaxt yetişəndə gülərüz və xoşxasiyyət köməkçi qızlarınızın―Qazilə və Aynur xanımların yanına getdim. Qızlar sizin işə gəlmədiyinizi və BDU-da görüşdə olacağınızı söylədilər. Çox pərt oldum. Bunu görən qızlar “Çingiz müəllim zəng vurmuşdu, hansı tədbirləsə əlaqədar bura gəlib, sonra öz tədbirinə gedəcəyini deyib” söylədilər. Ürəyim yerinə gəldi. Düz vaxtında gəlib, tədbirimizə qatıldınız. Bizi xeyli tərifləyib, təbrik etdiniz. Yenə səmimi xarakterinizlə elə xoş aura yaratdınız, heç kəs sizin getməyinizi istəmirdi. Sizsə yenə 20-25 dəqiqəlik iştirakınızdan sonra öz tədbirinizə getdiniz. Arzuladınız ki, “Söz”ün 40, 50 illiklərini də birgə qeyd edək. Amin!!!

Çingiz müəllim!
Son otuz neçə ildə ilk dəfədir, yubiley yaşınızı Qarabağlı Azərbaycanda qeyd edirsiniz. Bunu o qədər arzulamışdıq ki... “Gün o gün olsun...” Şükür ki, o arzumuz çin oldu. Bu hər bir azərbaycanlının arzusu idi. Bir qarabağlı olaraq sizinçün nə demək olduğu mənə bəlli. “Şuşa, sən azadsan!” Fateh Prezidentimiz İlham Əliyev cənablarının sevinc həyəcanıyla söylədiyi bu sözlərdən sonra duyğularımı ilk olaraq sizinlə bölüşdüm. “Çingiz müəllim, mən Şuşadayam, siz hardasınız?” mesajıma siz də yumorlu bir cavab yazdınız: “Yoldayam, çatıram, lap az qalıb.”
Ömrüm boyu həsrətində olduğum Şuşaya ötən yay qovuşdum. Şuşada Vaqif Poeziya günləri iştirakçılarının siyahısına adımı siz saldırmışdınız.
Toy-büsatlı, çal-çağırlı Şuşada hər zaman bayram ovqatı yaşayaq. Amin!
Sizə isə sağlam canla uzun uzun ömür, bugünkü enerjinizlə yaradıcılıq uğurları arzulayıram. Hər zaman dünyamızın sevilən Çingizi olasınız.


Sevda Əlibəyli,
“Söz” jurnalının baş redaktoru

7-04-2024, 19:07
Gənc rəssamın “Zəfər yolu”


Gənc rəssamın “Zəfər yolu”


İncəsənət zaman-zaman insanların daxili aləmini, onların bədii zövqünü ortaya qoyan və hər zaman unikallığını qoruyub saxlamış vasitə olmuşdur. Bu sənət yolunda adlarını tarixə qızıl hərflərlə yazdırmış şəxlər-sənətkarlar yaşayıb -yaratmışdır. Dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycanda da yaradıcı şəxslər daim olub, hal hazırda da mövcuddur. Elə bu məqamda sizə gənc heykəltəraş Cavidan Rəhmətovdan danışmaq istərdim. Onun yaradıcılıq yoluna birgə nəzər salaq.
Müsahibimə ünvanladığım ilk sual nə qədər şablon xarakterli olsa da, gənc sənətkarın həyatı bizə bir o qədər maraqlı idi. Çünki yer üzündə olan hər bir insanın özünəməxsus həyatı, dəsti xətti var. Bu şəxslərdən biri də elə Cavidan bəydir. Cavidan Rəhmətov da istedadlı, gənc heykəltəraşımız olaraq istər Qarabağ müharibəsində istərsə də yaratdığı sənət nümünələrində vətənə olan sevgisini laiqincə tərənnüm etdirmişdi.
Cavidan Rəhmətov 16.12.1999 cı ildə Xaçmaz rayonunda doğulmuşdur. Orta təhsilini Xaçmaz rayonunda bitirmişdir. Xaçmaz rayonunda Uşaq İncəsənət məktəbini bitirdikdən sonra, vətənə borcunu ödəmək üçün hərbi xidmətə yollanmışdır. Daha sonra Cavidan müharibənin başlanması ilə əlaqədar könüllü surətdə II Qarabağ müharibəsinə qatılaraq Cəbrayıl, Füzuli, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak etmiş, medallarla təltif olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra isə Xaçmazda öz rəssamlıq kursunu açaraq 1il 3 ay müddətində fəalliyyət göstərmişdir. Ancaq getdikcə içindəki sənətə aid bu həvəs və istedad onu bu yolu davam etdirməyə sövq etmiş, nəticə olaraq Cavidan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsilini davam etdirməyə qərar vermişdir. O, sənət ocağının heykəltəraşlıq fakültəsinə qəbul olub.
Gördüyümüz kimi Cavidan bəyin həyatı sadəcə var olmaqdan ibarət olmamışdır. Çətin və şərəfli bir həyat sürən Cavidan bəyə növbəti sualım onun incəsənət sahəsinə, eləcə də heykəltəraşlığa həvəsinin haradan başlaması ilə bağlı oldu. “Bu sahəyə həvəsim əlimə qələm tutduğum gündən, uşaqlıqdan başlayıb və bir ömür mənimlə olacaq, sönməyəcək. Belə deyim mən özümü bu sahədə tapmışam, incəsənətdə tapmışam və inkşaft etdirmişəm. “İkinci sualım isə onun hansı düşüncə və emosiyada olduğu haqda idi.
Hər bir şəxsin özünəməxsus düşüncə tərzi, təfəkkür səviyyəsi var. Lakin incəsənət adamlarının öz dünyaları, öz aləmləri olduğu hər kəsə məlumdur. Elə gənc heykəltəraş Cavidan da bu şəxslərdəndir. Baxaq görək o işlərinə hansı düşüncə və emosiyalarla başlayır? “İşini sevən bir insan üçün əslində bunların heç bir mənası yoxdu əsas işə başlamaq lazımdı. Qaldı ki emosiyaya məncə mən işimi daha yaxşı alınmağı üçün ya çox sevincli, xoş bir hadisələr baş verdiyində, yadakı çox kədərli əsəbi olduğum halda alındıra bilərəm. Düşüncələr bir işə başlamamışdan əvvəl də olur bitənə qədər də.“
Onun cavabı məndə belə bir fikir formalaşdırdı - deməli yaradıcı şəxslərin ruh halı onlar üçün əsərlərinin yaradılma mənbəyinə çevrilir.
Həm mənim üçün həmdə müsahibim üçün maraqlı olan suallardan birinə gənc heykəltəraşa ünvanladım. "Cavidan bəy bəs sizə ilham verən, motivasiya qaynağı olan nədir və ya kimdir?

O özünəməxsus şəkildə sualımı cavablandırdı: “Motivasiya ,ilham üçün öz işini sevməlisən zatən bu olduqda motivasiyada olur ilham da”
Rəssamları rənglərsiz kətansız təsəvvür etmək mümkünsüzdür. Eynilə səmanı buludlarsız, ağacı yarpaqsız təsəvvür etmədiyimiz kimi. Vurğuladığım kimi Cavidan heykəltəraş olmamışdan öncə rəssamlıqla da məşğul olub, kurs açaraq fəaliyyət göstərib. Gəlin baxaq rəssamın sevimli rəngi hansı imiş və hər zaman bu rəngi istər geyimində, istərsədə gündəlik həyatında da görməyi çox sevir. “Ən çox sevdiyim tonlar xakidi. Ama divar rəsimlərində ənçox isti tonlara üstünlük verirəm. Rəsmlərə görə dəyişir.”
Söhbətdə irəlilədikcə gənc heykəltəraşın yeni yeni xüsusiyyətləri, məşğuliyyəti ortaya çıxır. Sən demə Cavidan bəy divar rəssamlığında da özünü sınayıb. Və deyərdim ki həqiqətən də çox uğurlu alınıb.
Bunlardan əlavə Cavidan bəyin də sevdiyi janr və incəsənət növləri əlbəttəki mövcuddur. Ən çox portret , mənzərə, müharibə janrına üstünlük verirəm.“
Məncə bir rəssama ünvanlanacaq ən gözəl və özəl suallardan biri də hər kəsə maraqlı olduğu mənə də maraqlı olan bir mövzu ətrafında oldu. Cavidan bəy əsərlərini hədiyyə edirmi? Yoxsa sadəcə satış məqsədilə əsərlər yaradır?
“Ən çox satış məqsədi ilə işlər görürəm. Divar rəsimlərini sifariş əsasında çəkirəm. Amma tabloları elə olurki hədiyyə edirəm.” Və belə görürük ki, gənc rəssamın və heykəltəraşın əsərləri kimi özü də bir o qədər səmimi və gözəldir.
Keçək növbəti suala. Hazırladığınız rəsmlər sizdə hansı hissləri doğurur?. Çünki çox zaman rəssamlara ilham verən elə məhz onların zaman zaman hansısa bir hadisədə və ya vəziyyətdə hiss etdikləri və bu hisslərlə əsərlərini yaratmaları olur. Baxaq görək Cavidan bəy daha çox hansı hisslərlə əsərləri yaratmağa meyillidir ? “Hazırladığım , çəkdiyim divar rəsmləri əgər onları özüm seçib çəksəm o rəsmdən maksimum zövq alıram .
Amma müştəri tərəfdən seçilmiş rəsim işlədikdə tamda çox zövq ala bilmirəm . Hisslər qarışır.”
Onun cavabı mənim üçün həqiqətən gözəl bir cavab idi. Bu cavabdan belə qənaətə gəldim ki , deməli sənətdən zövq almaq üçün əsəri hansı formada çəkəcəyini onun elə bilavasitə özünə buraxmaq lazımdır. Beləliklə həm əsər daha gözoxşayan olacaq həm də rəssam özünü daha yaxşı ifadə edə biləcək .
Ətrafımızda demək olar ki rəssamlıqla və ya digər sənət növləri ilə sadəcə hobbi olaraq məşğul olan insanlar əlbətki vardır. Bəs Cavidan bəy necə rəssamlığı sadəcə hobbi olaraq gördüyü zamanlar olub ? Və ya sadəcə hobbi kimi qalmasını istəyib ? “Əslində divar rəsmləri ilə heykəltəraşlıqdan öncə məşğul olmuşam və çox uğur qazanmışam . İrəliləməkdədə davam edirəm. Öz üzərimdə daha çox çalışıram.
Cavidan bəyin sənət yoluna səyahət etmək bilirəm ki ürəyinizcədir. Məncə elə bu sual da onun da ürəyincə olacaq. Cavidan bəyin gələcək haqqında planları nələrdir? -“Gələcək haqda bir çox planlarım var. Sənətimin hər tərəfli inkşaf etdirmək əsas. Ondan sonra planlarımı həyata keçirmək . (Demək düşmür)”

Elə biz də bir gənc olaraq və gələcəkdə gənc rəssam və heykəltəraşımızı yüksəklərdə görmək arzusundayıq.
Elə bu məqamda bir sual daha ortaya çıxır. Əgər gələcəkdə , bu günün özündə və ya keçmiş günlərdə yenə də incəsənət adamı olmaq seçimini Cavidan bəy seçərdi mi? Maraqlı suala maraqlı cavab da gecikmədi. “Ümumiyyətlə mən başqa sahədə çalışmaq haqda düşünməmişəm . Həmşə bu sahəni seçərdim. Çünki özümü burda tapmışam. Sevgi ilə görə biləcək başqa sahə görmürəm özümdə”
Söhbətimizin sonuna yaxınlaşırıq desəm yeridir məncə. Lakin bir rəssam-heykəltəraşa " sevdiyi əsəri" barədə sual verməmək qəbahət olardı. Hal-hazırda Akademiyanın 2-ci kurs tələbəsi olan Cavidan elə 1 ci kursda oxuyarkən “Zəfər yolu”əsərini ərsəyə gətirir. Bu əsər az sonra sosial şəbəkələrlə yanaşı, bir sıra televiziya programlarında tamaşaçıların nəzərinə çatdırılır və məşhurlaşır. Bununla bağlı olaraq o “Kətan ,Vətən“filmində iştirak etmişdir .Əsərə gəldikdə isə burada biz Cavidanın həm vətən, həm incəsənətə olan sevgisinin sintezinin necə gözəl və peşəkar şəkildə təcəssüm etdiyini görə bilərik. Hər bir vətənini sevən azərbaycanlı bu əsərdə tariximizin əzəldən bəri keşməkeşli yollardan keçərək nəhayət 2.Qarabağ müharibəsində şanlı ordumuzun haqlı zəfərinin bir parçasını ifadəli şəkildə görə bilər. Əsər 2 hissədən ibarət kompozisiyadadır. 1.hissədə 1992 ci ildə soydaşlarımızın başına gətirilən ağrılı acılı tarixin təsviri yer alır.Əsərin bu hissəsində aşağıda daş-kəsək,ayaqyalın insan,məftil izləri qeyd olunmuş , 1992 ci il yazısıda içəridə həkk olunaraq verilmişdir. 2.hissədə isə artıq rəşadətli ordumuzun, onun əsgərlərinin artıq qisas alaraq, qələbə çaldığını əsgər çəkməsinin simvolik təsviri ilə sanki onu geyinən igid və qəhrəman Azərbaycan əsgərinin qisas alaraq məftil izlərini “xaribülbülə”əvəz edərək qələbənin bizə qovuşduğunu əks etdirmişdir. Artıq burda “2020” yazısı daha qabarıq şəkildə əsərdə göstərilmiş , əsgərlərimizin ruhuna dərin ehtiramı izləyicilərə ötürməyi bacarmışdır.“Son olaraq gəlirik maraqlı bir söhbətin sonuna. Düzdür hər gözəl nağılın bir sonu vardır deyiblər. Sonlar yeni başlanğıcdır. Elə bu sonda bizim üçün yeni yeni başlanğıcların təməli olacaqdır, əminəm.

Gəlin sözlərimizə elə bu sualla davam edək . Cavidan bəyin həmkarlarına gələcəkdəki həmkar dostlarımıza , biz tələbələrə verəcəyi məsləhətlər nələrdən ibarətdir ? “Həmkarlara demək istədiyim nə ola bilər. Əgər bu sahədə özlərini tapıblarsa nə xoş olara. Məncə insan öz sevdiyi işlə məşğul olursa hörmətlə yanaşırsa və gördüyü işi pul xatirinə görmürsə mütləqki uğur gəlib onu tapacaq.
İş görərkən yalnız işini gözəl keyfiyyətli görməyi fikirləşmək lazımdı .qazancı 1% düşünə bilərsən. Bütün beyninin gücünü işini görməyə verməlisən. Bütün sevgini işinə qoymalısan. Mən bu yerəcən öz gücümlə gəlmişəm. İşimə sevgi ilə yanaşmışam. Buna görədə uğurlar qazanmışam dəfələrlə çəkilişlərə dəvət almışam və s. Məqsədsiz iş görmək mənasızdı. Pillə pillə qalxmağı üstün tutmuşam.
Hamıya öz sevdiyi işlə məşğul olmağı arzulayıram...”Son olaraq deyərdim ki, müsahibim və mənim üçün də xeyli maarifləndirici, unudulmaz söhbətimizin sonluğunu qoymaq məni təəssüfləndirir. İncə ruhlu sənət adamları ilə sağollaşmaq ən az elə bu qədər çətindir.
Son olaraq demək istərdimki, Cavidan bəy kimi gənclərimiz həqiqətən də ölkəmizin ilk öncə fəxri daha sonra gələcəyidir. Gələcəyimiz əmin əllərdədir. Gələcəyimiz parlaq , gələcəyimiz əbədidir.

Ayla Ələkbərli
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbəsi
7-04-2024, 17:08
Bu gündən imtahan cavab vərəqələrinin emalına başlanılır


Bu gündən imtahan cavab vərəqələrinin emalına başlanılır

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
Mərkəzdən verilən məlumata görə, bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.
7-04-2024, 16:44
HƏMAS girovları azad etməsə Qəzzada atəşkəs olmayacaq - Netanyahu


HƏMAS girovları azad etməsə Qəzzada atəşkəs olmayacaq - Netanyahu

İsrailin Baş naziri Benyamin Netanyahu radikal HƏMAS hərəkatının saxladığı girovlar azad edilmədən Qəzza zolağında atəşkəsin əldə edilməyəcəyi barədə xəbərdarlıq edib.
Netanyahu bu barədə yəhudi dövlətinin həftəlik hökumət iclasında deyib.
"Mən beynəlxalq ictimaiyyətə açıq şəkildə bildirdim ki, oğurlananlar geri qaytarılmadan atəşkəs olmayacaq. Bu, İsrail hökumətinin siyasətidir”, - Netanyahu bildirib.
O, onu da qeyd edib ki, İsrail razılaşmanı əngəlləyən tərəf deyil.
7-04-2024, 16:32
Telefon və “ağıllı” saatla gələnlər imtahandan xaric edildi


Telefon və “ağıllı” saatla gələnlər imtahandan xaric edildi

Xəbər verildiyi kimi, Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
DİM-dən verilən məlumata görə, 3 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric edilib və araşdırma aparılır.
Bundan əlavə, bir nəfərdə yoluxucu xəstəlik – suçiçəyi müşahidə olunduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə əsasən imtahana buraxılmayıb.
7-04-2024, 15:01
Bugün 55 mindən çox şagird burazılış imtahanında iştirak edib


Bugün 55 mindən çox şagird burazılış imtahanında iştirak edib

DİM aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə - 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, Qəbələ, Oğuz, Lənkəran – 2, Cəlilabad – 1, Masallı – 1, Yardımlı, Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 №-li məktəb), Laçın (şəhər 2 №-li və Zabux kənd tam orta məktəbləri), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Ucar, İsmayıllı, Şamaxı, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz – 1 və Quba - 1 rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 233 imtahan binası, 4158 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 674 imtahan rəhbəri və ümumi rəhbər, 5193 nəzarətçi, 757 buraxılış rejimi əməkdaşı (mühafizə), 233 bina nümayəndəsi ayrılıb.
Bu gün işğaldan azad olunmuş Laçın, Füzuli və Zəngilan rayonlarında da buraxılış imtahanı keçirilib. Dövlət İmtahan Mərkəzi ilk dəfə yeni istifadəyə verilmiş Laçın şəhər 2№-li tam orta məktəb, Zabux kənd tam orta məktəbi və Füzulidə M.Uluqbəy adına 1№-li məktəbdə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahan keçirib.
İmtahanda 55 887 şagirdin iştirakı gözlənilirdi.
İmtahanda 25 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagirdlər də iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
İlkin məlumatlara əsasən, 3 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılır. Bundan əlavə, 1 nəfərdə yoluxucu xəstəlik – suçiçəyi müşahidə olunduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.
İmtahanda iştirak etmək üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, şəxsiyyəti təsdiq edən sənədin surəti ilə imtahana gələn və ya vəsiqəsində şəkli olmadığı üçün məktəbdən verilən şəkilli arayışı özü ilə gətirməyən şagirdlər də olub.
Növbəti imtahanlarda iştirak edəcək şagirdlərə bir daha xatırladırıq ki, sənədləri ilə diqqətli olsunlar. İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)) gətirməyi unutmasınlar.
Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.
İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.
Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.
7-04-2024, 14:53
Ağdamda ekskavator minaya düşdü


Ağdamda ekskavator minaya düşdü

Ağdam rayonunun Novruzlu kənd ərazisində mina hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti birgə məlumat yayıb.
Minalardan təmizlənməmiş ərazidə ekskavator piyada əleyhinə minaya düşüb. Ekskavator zədələnib, xəsarət yoxdur.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!
7-04-2024, 13:59
Ərdoğan Azərbaycan, Gürcüstan və Türkiyə Sazişini təsdiqlədi


Ərdoğan Azərbaycan, Gürcüstan və Türkiyə Sazişini təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması məqsədilə ilkin məlumat mübadiləsini nəzərdə tutan Sazişi təsdiqləyib.
Bu barədə yeni qanunvericilik və digər rəsmi elanları dərc edən Türkiyə Respublikasının Rəsmi Qəzetində diqqətə çatdırılıb.
“18 avqust 2022-ci il tarixində Bakı imzalanmış əlavəli “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş”in təsdiqlənməsinə 244 saylı Qanunun 5-ci maddəsi ilə 9 saylı Prezident Sərəncamının 2-ci və 3-cü maddələrinə əsasən qərar verilmişdir”, – sənəddə qeyd olunub.
Xatırladaq ki, Sazişi Azərbaycan hökuməti adından Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədrin vəzifələrini müvəqqəti icra edən Şahin Bağırov, Türkiyə hjökuməti adından bu ölkənin ticarət nazirinin müavini, Gömrük İdarəsinin rəhbəri Rıza Tuna Turagay və Gürcüstan hökuməti adından bu ölkənin Gəlirlər Xidmətinin Baş direktoru Levan Kakava imzalayıb.
Sənədin məqsədi hər üç dövlətin ərazisindən keçməklə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit qaydada daşınan yüklərə dair gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumatların elektron mübadiləsinin həyata keçirilməsidir.
7-04-2024, 13:03
FHN Şəmkirdə baş verən yanğınla bağlı məlumat yaydı


FHN Şəmkirdə baş verən yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Şəmkir rayonunun Çaparlı kəndi ərazisində mənzildə baş verən partlayışla bağlı məlumat yayıb.
Məlumatda deyilir ki, hər mərtəbəsi 120kv.m olmaqla ümumi sahəsi 240kv.m olan ikimərtəbəli fərdi yaşayış evində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla nəticələnməyən partlayış baş verib.
Hadisə nəticəsində partlayış dalğasının təsirindən ev ciddi ziyan dəyib və 3 nəfər xəsarət alıb.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!