Nəsrullah gizli yerdə dəfn olunub .....                        Ukraynada Rusiyanın unikal dronu vuruldu .....                        Hacıqabulda bir ailənin 3 üzvü yaralandı .....                        Netanyahudan Makrona: "Ayıb olsun!" .....                        XİN bəyanat yaydı .....                        Cəbrayılda ildə 24 milyon yumurta istehsal ediləcək .....                        İsrail Hizbullahın mövqelərini bombaladı .....                        Rəsmi Bakı: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları manipulyasiyadır .....                        Ermənistan öz Konstitusiyasında ərazi iddiaları məsələsini həll etməlidir .....                       
13-06-2024, 12:12
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sabah 35 dərəcə isti olacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 50-55 %, gündüz 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 13-18° isti, gündüz 18-23° isti olacaq.
13-06-2024, 00:29
İrəvandakı toqquşmada 98 nəfər yaralandı - 17-si polisdir


İrəvandakı toqquşmada 98 nəfər yaralandı - 17-si polisdir

Ermənistan parlamentinin binası qarşısında baş verən etirazlarda 98 nəfər xəsarət alıb.
Bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, xəsarət alanların 17-si polis əməkdaşıdır.
13-06-2024, 00:21
Qarabağ Universitetinin yataqxanasında mindən çox tələbə yerləşdiriləcək


Qarabağ Universitetinin yataqxanasında mindən çox tələbə yerləşdiriləcək

Xankəndidə yerləşən Qarabağ Universiteti tələbələrini qarşılamağa hazırlaşır.
Artıq universitetin yataqxanasında son tamamlanma işləri aparılır.
Universitetin dekanı Elmar Mustafayev deyir ki, yataqxanaya sentyabr ayında mindən çox tələbə yerləşdiriləcək.
Qarabağ Universitetində daimi əsaslarla işləyən müəllimlər, o cümlədən digər əməkdaşlar da tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzil tipli yataqxanalarla təmin olunacaqlar.
Universitetin dekanı bildirir ki, universitetdə işləmək istəyən müəllimlərin sayı heç də az deyil. Artıq Azərbaycan dili, tarix, riyaziyyat, data analitikası, iqtisadiyyat, təhsil, fizika, hüquqşünaslıq, psixologiya və sosiologiya istiqamətləri üzrə müəllim vakansiyası elanı da verilib.
Qeyd edək ki, Qarabağ Universitetində 6 fakültə, 25 ixtisas üzrə tədris aparılacaq. İlkin mərhələdə 1500 tələbənin qəbulu nəzərdə tutulur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
12-06-2024, 22:54
Qəza nəticəsində işıqfor yararsız hala düşdü


Qəza nəticəsində işıqfor yararsız hala düşdü

Səbail rayonu, Bülbül prospekti ilə Zərifə Əliyeva küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə NİİM-dən məlumat verilib.
Məlumata görə, qəza nəticəsində yolayrıcında olan 1 ədəd işıqfor yararsız vəziyyətə düşüb.
12-06-2024, 22:26
Budapeşt və NATO arasında razılıq


Budapeşt və NATO arasında razılıq

“Rusiya-Ukrayna müharibəsindəki mövqeyimiz aydındır. Biz uşaq deyilik. Bu, əlbəttə ki, mürəkkəb siyasi məsələdir”.
Bu sözləri Macarıstanın Baş naziri Viktor Orban iyunun 12-də NATO-nun Baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransı zamanı deyib. O, Rusiya ilə mövcud münaqişədə iştirak etməməklə bağlı Macarıstanla Şimali Atlantika Alyansı arasında razılığın əldə olunduğunu bildirib:
“Bu elə bir vəziyyətdir ki, buna uyğun cavab tapmaq çətindir. Bu gün bizə zəmanət verilir ki, Macarıstan hərbi personalı Ukraynanın Rusiya ilə müharibəsi kontekstində hər hansı əməliyyatda iştirak etməməlidir, Macarıstanın maliyyə fondları bu münaqişədə işə salınmamalıdır. Bu müzakirə olduqca mürəkkəb, lakin konstruktiv idi və bunun üçün Baş katibə təşəkkürümü bildirirəm”, - deyə Orban vurğulayıb.
Yens Stoltenberq öz növbəsində bildirib ki, müharibənin ilk günlərindən Macarıstan minlərlə ukraynalı qaçqına sığınacaq verib və yaralı hərbçilərin reabilitasiyasına kömək edib. Onun sözlərinə görə, Macarıstanın bu səyləri birgə təhlükəsizliyə töhfə verir.
NATO-nun Baş katibi ümidvar olduğunu bildirib ki, alyansın 9-11 iyul tarixlərində Vaşinqtonda keçiriləcək sammitində müttəfiqlər təhlükəsizlik, təlim və Ukraynaya yardım məsələlərində aparıcı rol oynamağa razı olacaqlar:
“Ümid edirəm ki, NATO üzvləri Ukraynaya hərbi yardım göstərmək üçün uzunmüddətli maliyyə planı barədə razılığa gələ biləcəklər. Baş nazir Viktor Orban açıq şəkildə bildirib ki, Macarıstan NATO-nun bu səylərində iştirak etməyəcək və mən bu mövqeyi qəbul edirəm. Şadam ki, Baş nazir Orbanla Macarıstanın NATO-ya Ukrayna ilə bağlı yardımda iştirak etməmək barədə razılığa gəlmişik”, - Y.Stoltenberq qeyd edib.
O, Macarıstanın bu fəaliyyətdə iştirak etməyəcəyini və dəstək üçün heç bir maliyyə vəsaitindən istifadə olunmayacağını bildirib:
“Eyni zamanda, Baş nazir məni əmin etdi ki, Macarıstan bu səyləri dayandırmayacaq və digər müttəfiqlərə mane olmayacaq. Baş nazir V.Orban Macarıstanın bundan sonra da NATO-nun öhdəliklərinə sadiq qalacağını vurğulayıb”, - deyə Şimali Atlantika Alyansının rəhbəri əlavə edib.
12-06-2024, 21:31
Azərbaycanlı aktyor vəfat etdi


Azərbaycanlı aktyor vəfat etdi

Lənkəran Dövlət Dram Teatrının aktyoru Əlibala Əsgərov 69 yaşında dünyasını dəyişib.
Bu barədə Azərbaycan Teatr Xadimləri İttifaqından bildirilib.
Aktyor Əlibala Əfsər oğlu Əsgərov 1955-ci ildə Sumqayıtda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsil alıb. 1975-ci ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında işləyib. Bununla yanaşı o, “Durnalar qayıdanda” filmində Sovet zabiti, “Qəzan mübarək Paşam” filmində general Əliağa Şıxlinski obrazlarını yaradıb.
12-06-2024, 20:27
COP29 üçün Azərbaycana dəstək verəcəyik


COP29 üçün Azərbaycana dəstək verəcəyik

Biz COP29-un uğurla baş tutması üçün Azərbaycana dəstək verəcəyik.
Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Kral III Çarlzın doğum gününə həsr olunmuş tədbirdə deyib.
Diplomat bildirib ki, Azərbaycan təmiz enerji istehsalı üçün resurslara malikdir:
“BP Cəbrayılda bərpa olunan enerji ilə bağlı layihələr həyata keçirərək strateji əməkdaşlığı gücləndirir”.
12-06-2024, 19:13
Türkiyənin 5 vilayətində meşə yanğını


Türkiyənin 5 vilayətində meşə yanğını

Türkiyənin Çanaqqala, İstanbul, Muğla, Sinop və İzmir vilayətlərində yerləşən meşəlik ərazilərdə yanğın baş verib.
İstanbul və İzmirdə yanğın nəzarət altına alınıb. Hazırda Çanaqqala, Sinop və Muğlada alovlara qarşı havadan və qurudan müdaxilə davam edir.
Çanaqqala valisi İlhami Aktaş yanğınla bağlı verdiyi açıqlamada bölgədə güclü küləyin əsdiyini, hazırda 8 təyyarə və 4 helikopterlə yanğınsöndürmə işlərinin davam etdiyini deyib.
Valilik meşəlik ərazilərə yaxın bölgələrdə yaşayanlara ehtiyatlı olmaları ilə bağlı xəbərdarlıq edib.
Digər vilayətlərdə də alovların söndürülməsi istiqamətində işlər davam edir.
İzmirdə baş verən yanğında şübhəli bilinən bir nəfər saxlanılıb.
12-06-2024, 18:59
Fidan Lavrov və Putinlə Qafqazı müzakirə edib


Fidan Lavrov və Putinlə Qafqazı müzakirə edib

Türkiyə xarici işlər naziri Hakan Fidan Moskvada Rusiya Prezidenti Vladimir Putin, həmkarı Sergey Lavrov və digər rəsmilərlə görüşlər zamanı Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Bu barədə mətbuat konfransı zamanı onun özü məlumat verib.
O qeyd edib ki, Türkiyə və Rusiya bir çox məsələlərdə, xüsusən Rusiya-Ukrayna müharibəsi, Suriya və Fələstindəki vəziyyətlə bağlı sıx təmaslar aparır.
12-06-2024, 18:40
Ermənistan KTMT-dən çıxır? - XİN Paşinyanın sözlərinə düzəliş etdi


Ermənistan KTMT-dən çıxır? - XİN Paşinyanın sözlərinə düzəliş etdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Baş nazir Nikol Paşinyanın ölkəsinin KTMT-ni tərk edəcəyinə dair açıqlamasına düzəliş edib.
Bu barədə erməni mətbuatı məlumat yayıb.
O bildirib ki, Nikol Paşinyan Ermənistanın təşkilatı tərk edəcəyini deməyib.
"Baş nazir Nikol Paşinyan ölkəmizin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxacağını yox, istədiyimiz vaxt bununla bağlı qərar verə biləcəyimizi deyib.
Kimsə Nikol Paşinyanın məhz bu kontekstdə çıxış etdiyini düşünürsə, yanılır. Bunu çox rahatlıqla isbatlamaq mümkündür. Baş nazir sadəcə onu deyib ki, ölkəmiz təşkilatın üzvlüyündən çıxmalı olsa, bir daha geri qayıtmayacaq", - nazir qeyd edib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!