"Paris-2024": İlham Zəkiyev bürünc medal qazandı .....                        "Ukraynadakı münaqişənin həlli üçün ilk addım sülh planı deyil" .....                        DİM sabah 9-cu və 11-cilər üçün buraxılış imtahanı keçirəcək .....                        Ukrayna ilə Rusiya Azərbaycandan vasitəçilik xahiş etsə... - Eks-nazirin şərhi .....                        Hərbçilərə güzəştli ipoteka kreditlərinin verilməsi qaydası təsdiqləndi .....                        Şuşaya qayıdan daha 27 ailəyə mənzillərin açarı verildi .....                        Xəyalların gerçəkləşdiyi məkan: Qarabağ və Şərqi Zəngəzur .....                        Mehriban Əliyeva Paralimpiya çempionunu təbrik etdi .....                        Ermənistan geri çəkildi - İrəvan Putinin “həbsi”nə imza atmadı .....                       
23-07-2024, 22:09
"Qarabağ"dan möhtəşəm qələbə


"Qarabağ"dan möhtəşəm qələbə

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində üz-üzə gələn "Linkoln" (Cəbəllütariq) və "Qarabağ" komandaları arasında oyun başa çatıb.
Görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qarabağ"ın qollarını 45+2-ci dəqiqədə Olavio Juninyo və 75-ci dəqiqədə Toral Bayramov vurublar.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Bakıda olacaq. Bu cütün qalibi III təsnifat mərhələsində “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) duelinin güclüsü ilə qarşılaşacaq.
23-07-2024, 21:51
Qardaşını öldürüb intihar etdi


Qardaşını öldürüb intihar etdi

İyulun 23-də saat 19 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Abşeron rayon prokurorluğundan məlumat verilib.
Araşdırma zamanı 1965-ci il təvəllüdlü Mərdan Bağırovun birgə yaşadıqları mənzildə qardaşı 1962-ci il təvəllüdlü Sərxan Bağırova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsi, daha sonra isə özünü binadan ataraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
23-07-2024, 19:56
Arvadını binadan atıb yerdə təpikləyirmiş - VİDEO


Arvadını binadan atıb yerdə təpikləyirmiş - VİDEO

İyulun 23-ü saat 07 radələrində 2002-ci təvəllüdlü Hüseyn Kazımov aralarında yaranmış mübahisə zamanı 2002-ci il təvəllüdlü arvadı Ayşən Kazımovanı yaşadıqları mənzilin pəncərəsindən yerə atıb. Ayşən Kazımova xəstəxanada dünyasını dəyişib.
"Baku TV" hadisə ilə bağlı süjet hazırlayıb.
Hadisənin şahidləri bildirib ki, A. Kazımova yıxılanda əlləri bağlı halda olub.
Sonra H.Kazımov aşağı düşüb can verən həyat yoldaşını təpikləyərək “Sən hələ ölməmisən?” deyib.
Məlumata görə, onlar arasında mübahisə qızıl üstündə düşüb.

23-07-2024, 19:18
Ağadadaş Ağayev cinayət məsuliyyətinə cəlb olundu


Ağadadaş Ağayev cinayət məsuliyyətinə cəlb olundu

Paytaxtın Binəqədi rayonunda baş verən insidentlə əlaqədar araşdırma aparılır.
Bu barədə sorğuya cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, fakta görə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.
Münaqişə tərəfləri N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
23-07-2024, 19:10
Başını tutsun baltanın altına ki, xalq artistinə toxunmaq olmaz?


Başını tutsun baltanın altına ki, xalq artistinə toxunmaq olmaz?

VI çağırış Milli Məclisin deputatı Fazil Mustafa Xalq artisti Ağadadaş Ağayevin mühafizəçi ilə yaşadığı insidentə münasibət bildirib.
Deputat bu barədə öz “Facebook” səhifəsində paylaşım edib.
O, Ağadadaş Ağayevin hücum etməsini kəskin tənqid atəşinə tutub:
“Mühafizəçinin atası-anası yoxdur? O Azərbaycan vətəndaşı deyil? Kim kimdən narazıdırsa balta tullamalıdır? Bu nə cür tərəfli yanaşma? Mühafizəçi yanlış hərəkət edibsə, hər halda xalq artistinin müraciətinə hüquq-mühafizə orqanları qətiyyən laqeyd yanaşmaz, məsələni ciddi araşdırardılar. Mühafizəçinin heç xəstəxanaya aidiyyəti olmur, müqavilə bağlayırlar, gəlib rəsmi qaydada obyekti qoruyur. Üstəlik baltanı birbaşa canlı insana tullayır, nə etsin bəs, zərərsizləşdirməsin? O mühafizəçi sizin övladınız, qardaşınız, qohumunuz, qonşunuzdur. Tövsiyyəniz nədir, başını tutsun baltanın altına ki, xalq artistinə toxunmaq olmaz? Bu cür videoların yayılmasının mən də əleyhinəyəm. İnsanın xəstəliyinin şiddətini, təsirini də anlayıram. Mühafizəçinin ekstremal şəraitdə əsəblərini cilovlaya bilməməsini də qınayıram. Ancaq suçu öz vəzifə borcunu ləyaqətlə yerinə yetirmiş və böyük bir faciənin qarşısını almış mühafizəçi işləyən tanımadığım yoxsul bir Azərbaycan övladının üzərinə yönəltmək nə dərəcədə ədalətli davranışdır?", - deyə Fazil Mustafa qeyd edib.
23-07-2024, 18:51
Şəhid anası məzun oldu - FOTO


Şəhid anası məzun oldu - FOTO

2-ci Qarabağ müharibəsi şəhidi Nurağa Tağıyevin anası Yeganə Tağıyeva eksternat qaydada imtahan verərək Xaçmaz şəhər 4 nömrəli tam orta məktəbdən tam orta təhsil haqqında attestat alaraq məzun olub.
Bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib.
Məlumata görə, attestat şəhid anasına Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Qələmşah Dostuyev tərəfindən evində təqdim olunub.
Yeganə Tağıyeva şəhid analarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, elm və təhsil naziri Emin Əmrullayevə və nazirliyin yerli bölmələrinin əməkdaşlarına minnətdarlığını bildirib.
Yeganə Tağıyeva qəbul imtahanlarına hazırlaşaraq orta ixtisas təhsili almaq fikrində olduğunu bildirib.

23-07-2024, 18:11
Mühafizəçiyə balta atan Ağadadaş Ağayev danışdı


Mühafizəçiyə balta atan Ağadadaş Ağayev danışdı

Xalq artisti Ağadadaş Ağayev törətdiyi insidentdən danışıb.
APA TV-yə açıqlama verən A.Ağayev bildirib ki, bu, böyüdüləcək bir hadisə deyil.
"Hər şey yolundadır, bəlkə axşam canlı yayım açdım. Orada açıqlama verəcəyəm", - deyə Xalq artisti bildirib.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, iyulun 22-də Bakı şəhər sakini olan N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrindən birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə onu hədələdiyini bildirib.
N.Cəlilov daha sonra izahatında A.Ağayevin baltanı ona tərəf atan zaman orada çalışan N.Paşayevanın ayaq nahiyəsinə dəydiyini və xəsarət yetirdiyini də qeyd edib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin araşdırmalara başlanılıb.
23-07-2024, 17:45
Professoru evində qətlə yetirdilər - Meyiti eyvanda tapıldı


Professoru evində qətlə yetirdilər - Meyiti eyvanda tapıldı

Özbəkistanın paytaxtı Daşkəndin Almazar rayonunda yaşayan 73 yaşlı sosioloq, professor Əbdüləxət Kaxhorov evində qətlə yetirilib.
Hadisənin təfərrüatları barədə "Kun.uz"a ölkənin Baş Prokurorluğunun mətbuat katibi Xaet Şamsutdinov məlumat verib.
Onun sözlərinə görə, iyulun 18-də saat 22:00 radələrində professorun qonşuları polisə zəng edərək Abdulaxət Kaxhorovun evində səs-küy eşidildiyini bildiriblər. Bununla əlaqədar olaraq hadisə yerinə əməliyyat-istintaq qrupu gəlib.
Əməkdaşlar mənzilə daxil olan zaman balkonda professor Kaxhorovun meyitini aşkar ediblər. O, aldığı çoxsaylı bıçaq xəsarətləri nəticəsində qan itkisindən dünyasını dəyişib.
İyulun 19-da Almazar rayon prokurorluğu cinayət işi açıb. Şübhəli şəxs prosessual qaydada saxlanılıb. Cinayətin səbəbləri müəyyənləşdirilir.
23-07-2024, 17:31
Vahid kart: Tələbələr bu imtiyazlardan istifadə edə biləcək


Vahid kart: Tələbələr bu imtiyazlardan istifadə edə biləcək

Azərbaycanda vahid tələbə kartının istifadəyə verilməsi planlaşdırılır. Kartların gələn tədris ilindən istifadəsi nəzərdə tutulub. Rəsmi açıqlamada deyilir ki, sözügedən kart sayəsində tələbələr müəyyən endirimlərdən yararlana biləcəklər.
“Yeni tədris ilində biz ali təhsil müəssisələri ilə danışıb razılığa gəlmişik. Vahid tələbə kartı ilə bağlı həm ödəmə sistemi, həm giriş kartı, həm nəqliyyat, kəşbək sistemi və s. kimi müxtəlif endirimlər tətbiq ediləcək”, – deyə Elm və Təhsil Nazirliyinin nümayəndəsi Elnur Nəsibov bildirib.
Təhsil üzrə ekspert Elnur Aydın Modern.az-a açıqlamasında bildirib ki, vahid tələbə kartı nəqliyyatda, müəyyən iaşə obyektlərində güzəştli imtiyazlar verən kart sistemidir: "Həmçinin, alış-veriş zamanı karta keşbeklər gələcək. Bu dünya praktikasında da çox yayılmış sistemdir. Kart sistemi mərhələli şəkildə olacaq və bütün bakalavr tələbələrinə aid edilməsi nəzərdə tutulub. Tələbərin nəqliyyat xərclərində vahid kart sistemində güzəştlər nəzərdə tutulub".
Qeyd edək ki, bir çox ölkələrdə istifadə edilən tələbə kartlarının aşağıdakı üstünlükləri var:


- İctimai nəqliyyatda (metro, avtobus, dəmiryolu, gəmi və sair) endirim təmin edir.

- İdman mərkəzləri, kinoteatrlar, teatrlar və əyləncə mərkəzlərində tələbələrə endirim təklif edilir.

- Muzey və mədəni tədbirlərdə endirimli və ya pulsuz giriş hüququ verir.

- Bəzi restoranlar və marketlərdə tələbələrə endirim təklif edir.

- Tələbə kartı ilə kitabxanalarda kitablar ala bilər, bəzi elektron resurslara (məsələn elektron kitabxanalar) daxil olaraq endirimlə və ya pulsuz istifadə etmə imkanı əldə edə bilərlər.

- Bəzi şirkətlər və müəssisələr tələbə kartı daşıyanlara təcrübə müddətində imtiyazlar təklif edə bilər.

Bu üstünlüklər ölkə və təhsil müəssisələrinin siyasətinə və tərəfdaşlıq proqramlarına bağlı olaraq dəyişə bilər. Tələbələr üçün vahid tələbə kartlarının əsas məqsədi təhsil və tədqiqat prosesini dəstəkləməkdir.
Nazirliyin rəsmi nümayəndəsi Elnur Nəsibov bildirib ki, vahid tələbə kartının yaradılması ilə bağlı hazırlıqlar davam edir:
“Kartın yaradılması barədə qərar qəbul olunmuşdu. Vahid kart vasitəsi ilə ödənişləri həyata keçirtmək, universitetə girişi təmin etmək, müxtəlif kampaniya və güzəştlərin həyata keçirilməsi mümkün olacaq. 1000-ə yaxın şirkətlərin siyahısı var, onlar tələbərin sosial vəziyyətini nəzərə alaraq endirimlər etməyə hazır olduqlarını bildiriblər. Bu barədə tədris ilinin əvvəllərində məlumat verəcəyik. Digər sahələrdə də dövlət tərəfindən müəyyən olmuş tariflər üçün razılaşma tələbi irəli sürülüb. Bu ilki addımın daha da inkişafı üçün Təhsilin İnkişaf Fondu universitetlərlə və özəl sektorlarun tərəfdaşları ilə birgə işləyirik. Təhsilin pilləsindən asılı olmayaraq tələbə adını daşıyan bütün şəxslərə aid olacaqdır", - o qeyd edib.
Təhsilin İnkişafı Fondunun İctimaiyyətlə əlaqələr üzrə aparıcı mütəxəssisi Nərgiz Qədirova isə deyir ki, kart ölkə üzrə bütün universitetlərin tələbələri üçün nəzərdə tutulub: "Buraya əyani, qiyabi, ödənişli və ödənişsiz əsaslarla təhsil alan tələbələr daxildir. Layihənin ilkin mərhələdə Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində tətbiq olunması nəzərdə tutulur. Daha sonra isə digər dövlət və özəl universitetlər könüllü şəkildə layihəyə qoşula bilərlər".
Onun sözlərinə görə, kart eyni anda bir neçə funksiyanı yerinə yetirəcək. "Həm universitetə giriş-çıxışı təmin edəcək, həm debet bank kartı kimi fəaliyyət göstərəcək, həm də tələbələrin təqaüd kartı olacaq. Tələbələr bütün bank əməliyyatlarını bu kart vasitəsilə rahat şəkildə yerinə yetirə biləcəklər”, - o, "Kaspi" qəzetinə açıqlamasında bildirib.
N.Qədirova ictimai nəqliyyatda tətbiq olunacaq güzəştlərlə bağlı suala cavab olaraq bildirib ki, bu barədə də işlər həyata keçirilir: “Hazırda nəqliyyatla bağlı konkret təklif və ya addım yoxdur. Amma biz artıq işlərə başlamışıq, müəyyən qurumlarla görüşlər keçirmişik. Bu istiqamətdə endirimlərin, güzəştlərin əldə olunmasına cəhd edirik. Tələbələrin əsas problemlərindən biri ictimai nəqliyyat olduğu üçün bu istiqamətdə də fond olaraq çalışırıq”.
23-07-2024, 13:05
Fikrət Məmmədovun qızı YAP-ın namizədlər siyahısında - FOTO


Fikrət Məmmədovun qızı YAP-ın namizədlər siyahısında - FOTO

1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədləri siyahısında keçmiş deputat və məmur övladlarının da adı yer alıb.
YAP-ın 48 saylı Abşeron birinci Seçki Dairəsindən namizədliyini irəli sürdüyü Nigar Məmmədova sabiq ədliyyə naziri Fikrət Məmmədovun qızıdır.
YAP tərəfindən namizədliyi irəli sürülmüş Nigar Məmmədova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədridir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!