Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                       
24-08-2024, 17:45
Ukraynanın Kurska girməkdə məqsədi - Zelenski AÇIQLADI


Ukraynanın Kurska girməkdə məqsədi - Zelenski AÇIQLADI

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının Kursk vilayətində keçirilən əməliyyatın məqsədini açıqlayıb.
Tapşırıqlardan biri Ukrayna bölmələrinin mühasirəyə alınmasının və Sumı şəhərinin işğalının qarşısını alan profilaktika keçirmək olub.
Bundan əlavə, Zelenskinin sözlərinə görə, əməliyyat nəinki valyuta fondunun artırılmasına kömək edib, həm də Rusiya cəmiyyətinə "Putin üçün nəyin daha vacib olduğunu - Ukrayna ərazilərinin işğalını və ya öz əhalisinin müdafiəsini" - göstərib.
Zelenski Kursk vilayətinə hücumun məqsədinin Rusiya danışıqlarda mövqeləri gücləndirmək olduğu barədə təklifləri də rədd edib.
24-08-2024, 16:59
Mirzoyan qazax həmkarı ilə müzakirə apardı


Mirzoyan qazax həmkarı ilə müzakirə apardı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Qazaxıstanın baş nazirinin müavini və xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı olub.
Bu barədə "Armenpress" məlumat yayıb.
"Ermənistan və Qazaxıstan arasında ikitərəfli əməkdaşlığın gündəliyi, o cümlədən tərəfdaşlığın genişləndirilməsinə yönəlmiş cari işlər müzakirə olunub, nazirlər regional sabitlik və təhlükəsizlik məsələləri, eləcə də regional logistika əlaqələrinin inkişafı perspektivləri ətrafında fikir mübadiləsi aparıblar, beynəlxalq gündəmə də toxunulub", - məlumatda deyilir.
24-08-2024, 16:44
Paşinyana alma atan 71 yaşlı erməni saxlanıldı


Paşinyana alma atan 71 yaşlı erməni saxlanıldı

Yaşayış binasının eyvanından Ermənistan baş naziri Nikol Paşinyana alma atılıb.
Bunu edən 71 yaşlı sakin tapılaraq saxlanılıb.
Hadisə ilə bağlı İstintaq Komitəsi tərəfindən Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi (“Xuliqanlıq”) ilə cinayət işi açılıb.
Mətbuat Paşinyanın velosipedlə gedərkən baş naziri görən yaxınlıqdakı evlərin sakinlərindən biri 9-cu mərtəbənin eyvanından ona alma atıb. Paşinyanın və ya onun kortejindən kiminsə zədə alması barədə məlumat verilmir.
24-08-2024, 16:07
ATƏT müşahidəçiləri Baş Prokurorluqda


ATƏT müşahidəçiləri Baş Prokurorluqda

Baş prokurorun birinci müavini Elçin Məmmədov ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşatinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, cari ilin sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkilərində qanunvericiliyin pozulması ilə bağlı müxtəlif mənbələrdən Baş Prokurorluğa daxil olan, habelə internet məkanı və media resurslarında aparılmış monitorinqlər nəticəsində əldə olunmuş məlumatların qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada araşdırılması, operativliyin təmin edilməsi və aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyətin təşkili məqsədilə Azərbaycan Respublikasının Baş prokurorunun sərəncamı əsasında İşçi qrupun yaradılması barədə qonaqlara məlumat verən Elçin Məmmədov İşçi qrupun səmərəli fəaliyyəti və prokurorluq orqanlarının qarşısında duran vəzifələrdən bəhs edib.
Ditmir Buşati ölkəmizdə olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən söz açaraq azad seçki mühitinin və seçki ilə əlaqədar şikayətlərə vaxtında hüquqi qiymət verilməsinin önəmini vurğulayıb. Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
24-08-2024, 15:48
Rusiyanın istənilən nöqtəsinə hücum edə biləcəyik - Zelenski


Rusiyanın istənilən nöqtəsinə hücum edə biləcəyik - Zelenski

"Ukrayna tezliklə Rusiyanın istənilən hissəsinə hücum edə biləcək".
Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.
Ukraynanın Müstəqillik Günü üçün Kiyevin Rusiyaya qəfil işğalına başladığı sərhəd zonasında qeydə alındığı bildirilən 13 dəqiqəlik videomüraciətdə Zelenski Rusiyanın Ukraynanı “məhv etmək” istədiyini, lakin müharibənin “evinə qayıtdığını” söyləyib:
“Düşmənimiz Ukraynanın cavab üsulunun nə olduğunu biləcək... O biləcək ki, gec-tez Ukraynanın cavabı Rusiya Federasiyasında dövlətimizin və ya xalqımızın həyatı üçün təhlükə mənbəyi olan istənilən nöqtəyə çatacaq”.
“Və kim bizim torpağımızı bufer zonaya çevirmək istəyirsə, öz ölkələrinin bufer federasiyaya çevrilməsinin qarşısını almağı düşünməlidir”, - deyə Zelenski əlavə edib.
"Solğun gözləri bütün dünyanı boz zona kimi qəbul edir, lakin biz mavi-sarı bayrağın haqlı olaraq boz zonaya çevrilməsinə icazə verməyəcəyik, hər kəsi daim təhdid edən xəstə baba qırmızı düymə ilə bizə necə yaşayacağımızı, hansı yolla getməli olduğumuzu və hansı seçimləri edəcəyimizi diktə etməyəcək”, - deyə prezident yekunlaşdırıb.
24-08-2024, 15:37
Ukrayna ilk dəfə yerli raket-dronundan istifadə edib


Ukrayna ilk dəfə yerli raket-dronundan istifadə edib

Bu gün Ukrayna ilk dəfə olaraq yeni yerli “Palyanitsya” raket-dronundan istifadə edib.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski açıqlayıb.
Prezident bu silahın Rusiya hərbçilərini vurduğunu deyib, lakin dəqiq harada vurulduğunu açıqlamayıb:
“Məhz bu gün bizim yeni silahımızdan ilk və uğurlu döyüşdə istifadə edildi - bu, bizim düşmənə qarşı yeni cavab üsulumuzdur".
24-08-2024, 14:14
Məktəbli formaları ucuzlaşdı


Məktəbli formaları ucuzlaşdı

Azərbaycanda yeni tədris ili üçün nəzərdə tutulan məktəbli formaları ucuzlaşacaq.
Bu barədə "Operativ Media"ya açıqlamasında Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov məlumat verib.
O bildirib ki, hazırda BTE yeni tədris ilinə tam hazırdır:
"Bu il 25 manata satılan şalvar və ətəklər 20 manat salınıb. Sabahdan (bu gündən) isə məktəblilərin polo köynəklərinin qiyməti 15 manatdan - 12 manata endiriləcək. Bu formalara BTE tərəfindən 1 il zəmanət verilir”, - deyə BTE şöbə müdiri qeyd edib.
24-08-2024, 13:37
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Avqustun 25-də Bakıda və Abşeron yarımadasında külək əsəcək, bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu temperaturu gecə 22-27° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 20-25° isti olacaq.
24-08-2024, 13:33
600-dən çox bal toplayan 101 abituriyent Qarabağ Universitetini seçib


600-dən çox bal toplayan 101 abituriyent Qarabağ Universitetini seçib

101 abituriyent Qarabağ Universitetinə 600 baldan yüksək nəticə göstərməklə qəbul olub.
Bu barədə Qarabağ Universitetindən məlumat verilib.
Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə qəbul olan 980 tələbənin orta qəbul balı 467,6 təşkil edib.
2024 – 2025-ci tədris ili üzrə Universitetin bakalavriat səviyyəsinə tələbə qəbulu planı, demək olar ki, tam dolub.
I ixtisas qrupunda 6 ixtisas (Riyaziyyat müəllimliyi, Elektrik və elektronika mühəndisliyi, İnşaat mühəndisliyi, Kompüter mühəndisliyi, Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, Mexatronika və robototexnika mühəndisliyi) üzrə Qarabağ Universitetinə ümumilikdə 290 nəfər tələbə qəbul olub. Bu qrupda orta qəbul balı 475,5 təşkil edib. Sözügedən qrup üzrə Universitetdə ən yüksək nəticə 659,9 balla Riyaziyyat müəllimliyi ixtisasında qeydə alınıb.
Olimpiada qalibi olan 1 abituriyent isə Universitetin Elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib.
II ixtisas qrupunda Universitetə 7 ixtisas (Beynəlxalq ticarət və logistika, Dövlət və bələdiyyə idarəetməsi, İqtisadiyyat, Maliyyə, Menecment, Mühasibat, Turizm işinin təşkili) üzrə ümumilikdə 330 nəfər tələbə qəbul olub. Bu qrupda orta qəbul balı 396,7 təşkil edib. Sözügedən qrup üzrə Universitetdə ən yüksək nəticə 641,7 balla Maliyyə ixtisasında qeydə alınıb.
Onu da qeyd edək ki, Universitetdə Maliyyə ixtisası üzrə keçid balı 500,5 olub.
III ixtisas qrupunda 6 ixtisas (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, İbtidai sinif müəllimliyi, Xarici dil müəllimliyi (ingilis dili), Beynəlxalq münasibətlər, Hüquqşünaslıq, Tarix) üzrə Qarabağ Universitetinə ümumilikdə 330 nəfər tələbə qəbul olub. Bu qrupda orta qəbul balı 531,3 təşkil edib. Sözügedən qrup üzrə Universitetdə ən yüksək nəticə 683,8 balla Hüquqşünaslıq ixtisasında qeydə alınıb.
Universitetdə Hüquqşünaslıq ixtisası üzrə keçid balı 609,4, Xarici dil müəllimliyi (ingilis dili) ixtisası üzrə isə 538,7 olub.
IV ixtisas qrupunda 1 ixtisas (Psixologiya) üzrə Qarabağ Universitetinə 30 tələbə qəbul olub. Bu ixtisas üzrə isə tələbələrin orta qəbul balı 470,0 təşkil edib. Ən yüksək nəticə 570,6 bal olub.
Xüsusi qabiliyyət imtahanları tələb edən V ixtisas qrupunda 7 ixtisas (Musiqi müəllimliyi (fortepiano, violin, klarnet, tar, kamança, saz, nağara, qarmon), Dekorativ tətbiqi sənət (bədii toxuculuq, keramika), Dizayn (interyer dizaynı, qrafik dizayn, geyim dizaynı), İnstrumental ifaçılıq (fortepiano, violin, klarnet), İnstrumental ifaçılıq (tar, kamança, saz, nağara, qarmon), Vokal sənəti (xanəndəlik), Vokal sənəti (milli vokal)) üzrə Qarabağ Universitetinə ümumilikdə 124 tələbə qəbul olub.
Ümumilikdə, ilk tədris ilində Universitetinin bakalavriat səviyyəsində 27 ixtisas üzrə kadr hazırlığı həyata keçiriləcək.
24-08-2024, 13:21
COP29 zamanı 60 sənəd qəbul ediləcək


COP29 zamanı 60 sənəd qəbul ediləcək

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində 60 sənədin qəbul olunması nəzərdə tutulur.
Bu barədə COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev “29 İqlim Söhbəti: COP29-a gedən yol”: “COP29 üçün effektiv kommunikasiya strategiyaları” media seminarında jurnalistlərə açıqlamasında deyib.
COP29-un böyükmiqyaslı qlobal proses olduğunu diqqətə çatdıran Yalçın Rəfiyev BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının proqramını açıqlayıb:
“Noyabrın 11-də Bakıda COP29-un açılış mərasimi baş tutacaq. Noyabrın 12-13-də hökumət rəsmilərinin sammiti keçiriləcək. Noyabrın 14-dən 22-dək artıq tematik günlər olacaq. Bu günlərdə mövzular kənd təsərrüfatı, ərzaq və digər sahələrlə bağlı olacaq. Bununla yanaşı, rəsmi və qeyri-rəsmi platformalar yaradılacaq. Dövlətlərin bu məsələdə konstruktiv yanaşması bizi sevindirir. Bu yaxınlarda COP29-un gündəliyində dayanan əsas məsələlərin müzakirəsi məqsədilə Şamaxıda nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində qeyri-formal məsləhətləşmələr keçirildi. Belə tədbirlər COP29-dək davamlı olaraq təşkil olunacaq. Ümumiyyətlə, noyabrın 11-dən 22-dək keçiriləcək COP29 çərçivəsində 20-dən çox rəsmi nümayəndə ilə enerji məsələləri, kənd təsərrüfatı, texnologiya və digər mövzularda 60-dan çox sənədin qəbul olunması gözlənilir. Bu, baş tutmuş son 5 Tərəflər Konfransı arasında ən çox sənədin qəbul olunacağı COP olacaq”, - deyə Y.Rəfiyev vurğulayıb.
COP29 çərçivəsində maliyyələşmə mövzusunda bir sənədin (Yeni Kollektiv Cəmiyyət Hədəfi) qəbul olunacağını qeyd edən Yalçın Rəfiyev bildirib ki, bu sənəd əksər dövlətlər üçün bir növ Paris Sazişinin əhəmiyyətinin qalıb-qalmaması üçün bir sınaqdır: “Əgər bu sənəd qəbul olunsa, bütün inkişaf etməkdə olan ölkələr zəruri maliyyə ilə təmin olunacaqlar ki, öz iqlim fəaliyyətlərini maliyyələşdirsinlər. Hazırda ambisiyalar böyükdür. Bütün dövlətlər hesab edir ki, 1,5°C hədəfinə nail olmaq üçün ambisiyalı hədəflər seçmək lazımdır, misal üçün emissiyaları azaltmaq və s. Lakin bütün bu ambisiyalı fəaliyyəti reallaşdırmaq üçün maliyyə lazımdır. Buna görə də üç icra forması mövcuddur - maliyyə, texnologiyalar, qabiliyyət quruculuğu”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!