Qanunsuz ağac kəsmə: 3 milyon ziyan dəyib .....                        Səsyazısı yayılan direktor ləğv olunmuş universitetin məzunudur .....                        Ana azyaşlı qızını döyüb küçəyə atdı: araşdırma başladı .....                        Tramp "KQB"nin agenti olub? - Keçmiş rəisdən ŞOK İDDİA .....                        Ermənistan-Azərbaycan danışıqlarında niyə fasilə yaranıb? .....                        Oljas Bektenov Zəfər parkında .....                        İlham Əliyev nazir müavininə yüksək vəzifə verdi .....                        QHT yeni layihəyə start verir .....                        “Blue Ghost” kosmik aparatı aya endi .....                       
25-08-2024, 13:21
İsraildə həyacan təbili - 240 bomba sığınacağı açıldı


İsraildə həyacan təbili - 240 bomba sığınacağı açıldı

Təl-Əvivdə İsrailin Arxa Cəbhə İdarəsinin göstərişi ilə ictimai tədbirlər ləğv edilib və çimərliklər bağlanıb.
Bu barədə şəhər merinin müşaviri İlana Mixaeli bildirib.
“Şəhərdə 240 bomba sığınacağı açılıb, çimərliklər və mədəniyyət müəssisələri bağlanıb, ictimai tədbirlər ləğv edilib. Lazım gəlsə, yeraltı dayanacaqlardan bomba sığınacağı kimi istifadə etmək proqramı var”, - o deyib.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, 200-dən çox mülki insanı girov götürməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib. Radikallar bu hücumu İsrail hakimiyyətinin Qüdsdəki məscidə qarşı hərəkətlərinə cavab adlandırıblar. İsrail Qəzzanı tam blokadaya aldığını elan edərək, onu və Livan və Suriyanın müəyyən bölgələrini vurmağa başlayıb, bundan sonra Fələstin anklavında quru əməliyyatına başlayıb.
25-08-2024, 12:49
Sabahın havası


Sabahın havası

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.
Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 27-31° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-37° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.
25-08-2024, 12:03
İşğaldan azad olunan bölgələrdə sanitariya tədbirləri


İşğaldan azad olunan bölgələrdə sanitariya tədbirləri

Polis işğaldan azad olunan bölgələrdə sanitariya-gigeyina qaydaları ilə bağlı tədbirlər keçirir.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, həmin ərazilərdə yaşayan, işləyən və səfər edən şəxslərə təhlükəsizlik qaydaları ilə yanaşı, sanitariya-gigiyena tələbləri izah edilir, məlumatlar verilir. Qaydalara əməl etməyən şəxslərlə bağlı inzibati tənbeh tədbirləri görülür.
“Bir daha vətəndaşlarımızdan xahiş edirik, ərazilərin təmizlik, sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Zibili, tullantıları urnalardan kənara atmaq antisosial, xoşagəlməz əməldir, qanunla qadağandır, inzibati məsuliyyət yaradır”, - nazirlikdən bildirilib.




25-08-2024, 11:49
Siyəzəndə əməliyyat - Çətənə kolları aşkarlandı


Siyəzəndə əməliyyat - Çətənə kolları aşkarlandı

Siyəzəndə əməliyyat yolu ilə çətənə kolları aşkarlanıb.
Bu barədə DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.
Məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini S.Mayılovdan kultivasiya yolu ilə yetişdirdiyi çəkisi 4 kiloqram olan çətənə kolları aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
25-08-2024, 11:06
Pavel Durovu azadlığa buraxın - İlon Maskdan çağırış


Pavel Durovu azadlığa buraxın - İlon Maskdan çağırış

Amerikalı iş adamı, "X" sosial şəbəkəsinin sahibi İlon Mask “FreePavel” həştəqi ilə bir gün əvvəl Fransada saxlanılan "Telegram" messencerinin təsisçisi Pavel Durovun azadlığa buraxılmasına çağıran sosial şəbəkə istifadəçilərini dəstəkləyib.
Bu barədə Mask "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Xatırladaq ki, daha əvvəl "Telegram" sosial şəbəkəsinin təsisçisi Pavel Durov Le-Burje hava limanında (Fransa) saxlanılmışdı. Yerli mətbuatın yazdığına görə, Fransa vətəndaşlığı olan Durovun adı ölkədə axtarışa verilənlər siyahısında olub. Məlumata görə, Fransa hüquq-mühafizə orqanları Durovu bir sıra səbəblərə görə, o cümlədən teleqramın ölkə hakimiyyəti ilə əməkdaşlıqdan imtinasına görə cinayətlərdə iştirak etdiyini hesab edir.
25-08-2024, 10:22
İsrailin 11 hərbi bazası hədəf alındı


İsrailin 11 hərbi bazası hədəf alındı

Hizbullah bəyan edib ki, əməliyyatımızın 1-ci mərhələsi uğurla başa çatıb.
Bu barədə Livan Hizbullah Əməliyyatı tərəfindən bəyanat yayılıb.
Livan tərəfi bildirib ki, Hizbullah Əməliyyatı Fuad Şükürün öldürülməsinə cavab olaraq bu səhər İsrailə hücum edib.
Hizbullah əməliyyatı ilə bağlı yayılan məlumata görə, cavab əməliyyatının birinci mərhələsi uğurla başa çatıb.
Açıqlamada, "İşğal olunmuş ərazilərə 320 raket atılıb və 11 hərbi baza hədəfə alınıb".
25-08-2024, 00:57
"Teleqram"ın sahibi saxlanılıb


"Teleqram"ın sahibi saxlanılıb

"Teleqram"ın sahibi Pavel Durov saxlanılıb.
Bu barədə Fransanın TF1 kanalı məlumat yayıb.
Onun Paris hava limanında tutulduğu qeyd olunur.
Durov Fransa polisi tərəfindən saxlanılıb.
25-08-2024, 00:46
Qarabağ Universitetinin tələbələrinə müraciət


Qarabağ Universitetinin tələbələrinə müraciət

Bu gün ölkəmizin qarşısında duran ən vacib məsələlərdən biri Qarabağın bərpası və gələcək inkişafıdır.
Bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbazadə deyib.
"Bunun üçün Azərbaycana ağıllı və təhsilli mütəxəssislər lazımdır. Sizlərin arasından Qarabağ Universitetinim tələbəsi adını qazanmış gəncləri görmək qürurvericidir.
İnanmaq istəyirik ki, universitetin hər bir məzunu tək Qarabağımızın deyil, bütöv Azərbaycanımızın inkişafı və çiçəklənməsinə öz töhfəsini verəcək", - o qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!