Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
27-08-2024, 17:38
“Komandam oyuna pis hazırlaşmayıb" - Qurban Qurbanov


“Komandam oyuna pis hazırlaşmayıb" - Qurban Qurbanov

“Komandam oyuna pis hazırlaşmayıb. Demək olar ki, hər şey qaydasındadır”.
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda Xorvatiyanın “Dinamo” (Zaqreb) klubuna qarşı keçiriləcək cavab oyunundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.
52 yaşlı mütəxəssis ilk matçdakı məğlubiyyətə baxmayaraq, mərhələni keçəcəklərinə inamın böyük olduğunu bildirib: “Sabah meydanda əlimizdən gələni etməyə çalışacağıq. İstərdik ki, azarkeşlərimiz oyundan razı qalsınlar”.
Qeyd edək ki, avqustun 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo” görüşü saat 20:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 0:3 hesabı ilə uduzub.
27-08-2024, 17:30
Rəşad Nəbiyev özünə yeni müşavir təyin etdi


Rəşad Nəbiyev özünə yeni müşavir təyin etdi[/size]

Fərid Osmanov rəqəmsal inkişaf və nəqliyyat nazirinə müşavir təyin edilib.
Bu məlumatı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən təsdiq ediblər.
F. Osmanov bu təyinata qədər 2020-ci ildən Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru vəzifəsində çalışıb.
O, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsində bakalavr və magistratura səviyyələrini fərqlənmə diplomu ilə bitirib.
F. Osmanov həm də Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsini dünya iqtisadiyyatında informasiya texnologiyaları ixtisası üzrə bitirib, daha sonra Böyük Britaniyanın Mançester Universitetində magistr dərəcəsi alıb.
O, 2005-ci ildən AMB-nin İnformasiya texnologiyaları departamentində müxtəlif vəzifələrdə çalışıb, 2013-cü ildə həmin departamentin direktoru vəzifəsinə təyin edilib.
2019-cu ilidə Azərbaycanda mərkəzi bankçılığın yaranmasının 100 illiyi münasibətilə və bank işinin inkişaf etdirilməsindəki xidmətinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

27-08-2024, 17:18
Bu avtobus marşrutunun hərəkət istiqaməti dəyişdi


Bu avtobus marşrutunun hərəkət istiqaməti dəyişdi

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar avqustun 28-dən Həsən bəy Zərdabi küçəsində (Əsəd Əhmədov küçəsindən “Qələbə dairəsi”nədək) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, məhdudiyyətlə əlaqədar 29 nömrəli müntəzəm avtobus marşrutunun hərəkəti alternativ olaraq Əsəd Əhmədov, Abbas Mirzə Şərifzadə və Akim Abbasov küçələri ilə təşkil ediləcək.
27-08-2024, 16:51
MİQ-in II turuna kimlər buraxılacaq? - İnsan Resursları Mərkəzi açıqladı


MİQ-in II turuna kimlər buraxılacaq? - İnsan Resursları Mərkəzi açıqladı

Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzi dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələrini açıqlayıb.
Bildirlib ki, 14-22 avqust tarixlərində təşkil olunan müsahibələrdə 4658 nəfər uğur qazanıb.
Müsahibələrdə uğur qazanan namizədlər 2 sentyabr saat 18:00-dək zəruri sənədləri aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.
Qeyd edilib ki, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq.
Bəs müsahibə mərhələsinə buraxılmayan imtahan iştirakçıları üçün müddətli müqavilə ilə vakansiya seçimi (II tur) nə vaxt aparılacaq?
İnsan Resursları Mərkəzinun bu suala cavabı belə olub:
“Yaxın günlərdə müddətli müqavilə ilə vakansiya seçimi barədə əlavə məlumat veriləcək”.
Mərkəzdən o da bildirilib ki, test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər müddətli müqavilə ilə vakant yerlərin seçiminə buraxılacaqlar.
27-08-2024, 16:43
Putin Mehriban Əliyevanı təbrik etdi


Putin Mehriban Əliyevanı təbrik etdi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu gəlib. Məktubda deyilir:

"Hörmətli Mehriban Arif qızı.
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm.
Siz haqlı olaraq həmvətənləriniz arasında və xaricdə yüksək nüfuza maliksiniz.
Rusiyada Sizin ölkələrimiz arasında müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsinə, müxtəlif sahələrdə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığa şəxsi töhfənizi yüksək qiymətləndirirlər.
Bu yaxınlarda Bakıda keçirdiyimiz görüşü məmnunluqla xatırlayıram. Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, rifah və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram. İlham Heydər oğluna və bütün ailə üzvlərinizə səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm".
27-08-2024, 16:32
"Onlardan başqa müraciət edən hər kəsin namizədliyi qeydə alınıb"


"Onlardan başqa müraciət edən hər kəsin namizədliyi qeydə alınıb"

Proses dövründə sənədləri yerində olmayan iddiaçılardan başqa müraciət edən hər kəsin namizədliyi qeydə alınıb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurum sədri Məzahir Pənahov deyib.
"Təşviqat mərhələsində çox geniş imkanlar yaradıldı, harada seçicilərlə görüş imkanı var idisə, orada da yer ayrıldı. Ona görə təşviqatla əlaqədar heç bir müraciət daxil olmayıb”.
27-08-2024, 16:29
Cavad Zərif vitse-prezident vəzifəsinə qayıtdı


Cavad Zərif vitse-prezident vəzifəsinə qayıtdı

İki həftə əvvəl İran prezidentinin strateji məsələlər üzrə müavini (vitse-prezident-red.) postundan istefa vermiş Məhəmməd Cavad Zərif yenidən həmin vəzifəyə qayıtdığını bildirib. Məhəmməd Cavad Zərif X sosial media hesabındakı paylaşımında vəzifəsinə qayıtdığını açıqlayıb.
Zərifin paylaşdığı mesaj belədir:
“Bu gün möhtərəm prezidentimizin cəsarətini və sədaqətini nümayiş etdirən, qadın və etnik qrupların yer aldığı Nazirlər Kabinetinin üzvləri İnqilab rəhbəri ilə görüşə getdilər. Ümid edirəm ki, bunun nəticəsi xalq üçün qurulmuş milli birlik olacaq.
Ümid edirəm ki, çatışmazlıqlar da aradan qaldırılacaq.
Mən və həmkarlarım fəxr edirik ki, Nazirlər Kabinetinin demək olar ki, 70 faizi İcraiyyə Şuradakı bir çox ekspertlərin tövsiyəsi ilə seçilib.
Möhtərəm Prezidentimizin diqqətlə izlənməsi və göstərişləri ilə bundan sonra da Allaha təvəkkül edərək, xalqın dəstəyi ilə strateji məsələlər üzrə müavin kimi vəzifə borcumu yerinə yetirəcəyəm.
“İnqilab rəhbərinin Nazirlər Kabineti üzvləri ilə görüşünə gecikdiyimə görə də üzr istəyirəm”.
Xatırladaq ki, Məsud Pezeşkian prezident seçildikdən az sonra eks-xarici işlər naziri Məhəmməd Cavad Zərifi İranın strateji məsələlər üzrə vitse-prezidenti təyin etmişdi. Lakin təyinatdan 10 gün sonra Məhəmməd Cavad Zərif prezidentin nazir seçimlərindən narazılıq edərək istefa vermişdi.
27-08-2024, 16:23
MİQ-in nəticələri açıqlandı


MİQ-in nəticələri açıqlandı

Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.
Bu barədə Təhsil İnstitundan məlumat verilib.
Bildirilib ki, 14-22 avqust tarixlərində təşkil olunan müsahibələrdə 4658 nəfər uğur qazanıb.
Müsahibələrdə uğur qazanan namizədlər 2 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3x4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.
Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.
Çıxarışını təsdiq etməyən, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq.
Müsahibə mərhələsində uğur qazanmayan namizədlər 27 avqust saat 18:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq apellyasiyaya müraciət edə bilərlər. Apellyasiya müraciətlərinin qəbulu 28 avqust saat 18:00-da başa çatacaq.
Qeyd edək ki, müsahibələrin onlayn formatda təşkili nəzərdə tutulub. Bunun üçün namizədlər şəxsi səhifələrinə daxil olaraq müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Qeydiyyat zamanı elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin olunmayacaq.
Nəzərinizə çatdırırıq ki, yaxın günlərdə onlayn apellyasiya müsahibələrinin keçiriləcəyi tarix və müddətli müqavilə ilə vakansiya seçimi barədə əlavə məlumat veriləcək.
27-08-2024, 16:01
Bakıda qurumuş ağac problemi - Vətəndaşlar nə etməlidir?


Bakıda qurumuş ağac problemi - Vətəndaşlar nə etməlidir?

Qarşıdan payız fəsli gəlir və ölkəmizdə küləkli hava şəraiti daha da güclənəcək. Bu cür küləkli havada qurumuş və çox böyük ağaclar aşaraq insanlara və onların mülklərinə ziyan vurma riskləri yaradır.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məsələ ilə bağlı bildirilib, qurum tərəfindən mütəmadi olaraq şəhərdə yol kənarlarında və digər ərazilərdə ağacların vəziyyətinin araşdırılması ilə bağlı monitorinqlər aparılır:
“Yerlərdən daxil olan müraciətlər bu zaman əsas götürülür. Birliyin və ETSN mütəxəssislərinin birgə iştirakı ilə reydlər keçirilir, nazirliyin müvafiq qurumunun verdiyi rəyə əsasən sınmış, qurumuş ağaclar götürülür, budaqları budanır. Götürülən ağacların yerinə payız mövsümündə yeni ağacların əkilməsi nəzərdə tutulub. Həmçinin hazırda mərkəzi rayonlarda (Yasamal, Səbail, Nəsimi, Nərimanov və s.) hər iki qurumun nümayəndələri və DYP-nin əməkdaşları yol kənarlarında işıqfor, yol nişanlarının üzərini örtərək onu görünməz edən ağacların budanmasını həyata keçirirlər”.
Qurumdan onu da bildiriblər ki, hər hansı ərazidə qəzalı və ya qurumuş ağacın götürülməsi və ya budanması üçün vətəndaşlar həmin ərazi üzrə yerli bələdiyyə və ya ərazi nümayəndəliyinə müracət etməlidir:
“Həmin qurumlar ETSN-nə bununla bağlı məktub göndərir. Nazirliyin müvafiq qurumu əraziyə baxış keçirir və mövcud ağacla bağlı müvafiq rəy verirlər. Rəy alındıqdan sonra Yaşıllaşdırma təsərrüfatı Birliyi tərəfindən rəydə qeyd edilənlər icra edilir (ya ağac kəsilir, ya da budanır)”.
27-08-2024, 15:37
Putin Xəzərin dayazlaşmasının qarşısını almaq üçün tapşırıqlar verdi


Putin Xəzərin dayazlaşmasının qarşısını almaq üçün tapşırıqlar verdi

Rusiya Prezidenti Vladimir Putin Xəzərin dayazlaşmasının qarşısını almaq üçün elmi təhlil aparmağı tapşırıb.
O, Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşdə bu mövzuya toxunub.
Eyni zamanda, dövlət başçısı bildirib ki, bu mövzunu Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirə edib: “Bu yaxınlarda Azərbaycanda idim. Azərbaycan Prezidenti, Xəzərin dayazlaşmasına diqqət çəkdi. İlham Əliyev Həştərxan vilayəti ilə qarşılıqlı təsir haqqında çox səmimi danışdı”.
V.Putin Xəzər dənizinə kömək üçün yaxın gələcəkdə görülməsi zəruri olan məsələlərə toxunub, Volqa və Xəzər dənizi regionunda baş verən hadisələrin elmi təhlillərin aparılması barədə göstərişlər verib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!