Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
27-08-2024, 14:14
Xamenei yeni nazirlərə tapşırıq verdi: bu sahəni təcili inkişaf etdirin!


Xamenei yeni nazirlərə tapşırıq verdi: Bu sahəni təcili inkişaf etdirin!

İran İslam Respublikasının ali rəhbəri Ayətullah Seyid Əli Xamenei bu gün prezident Məsud Pezeşkian və 14-cü hökumət üzvləri ilə görüşüb.
Xameneinin sözlərinə görə, president hökumət üzvlərini seçərkən ona gənc, imanlı, inqilabçı, məsuliyyətli və motivasiyalı insanlardan daha çox istifadəni tövsiyə edib.
"Məsələn, hökumət 100 imanlı, motivasiyalı, inqilabçı və məsuliyyətli gənc yetişdirə bilsə, hesab edirəm ki, çox böyük işlər görmüş olar”, - o deyib.
Hökumətin prezidentin səyləri və parlamentin töhfəsi ilə formalaşdığını bildirən Xamenei deyib:
"Bu, böyük uğurdur. Keçmiş dönəmlərdə bəzən hökumət təxminən bir aya və ya daha çox müddətə qurula bilmirdi. Amma bu dəfə bütün nazirlər parlamentdən etimad səsi ala bildi”.
“Cənab prezident nazirləri seçmək üçün mənimlə məsləhətləşdi. Bəzilərini təsdiqlədim, bəzilərini vurğuladım. Çoxunu heç tanımırdım və onlar barədə fikrim belə yox idi.
Allaha şükürlər olsun ki, prezident öz seçimini edə bildi”, - deyə ali rəhbər əlavə edib.
O bildirib ki, parlamenti inandırmaq, böyük işdir.
Xameneinin sözlərinə görə, ən təcili prioritetlərdən biri inflyasiya və yüksək qiymət probleminin həllidir.
"Hörmətli nazirlər, prezidentin və parlamentin etimadını qazanmış əziz qardaşlarım, siz hamınız bu ölkənin yüksək rütbəli məmurlarısınız. Sizə dəstək olmaq bizim borcumuzdur. Ümid edirəm ki, işinizdə uğur qazanacaqsınız”.
Xamaneinin sözlərinə görə, İranın təbii resurslar baxımından böyük potensialı var.
“Bir vaxtlar İranı xalçalarına, neftinə görə tanıyırdılar. Bu gün İranı elmi, hərbi nailiyyətləri, regional gücü və strateji dərinliyi ilə tanıyırlar. Bu, əlimizdə olan bir fürsətdir. Bizim dünya ölkələrinə və regiona təsir imkanlarımız kiçik bir şey deyil, çox vacib məsələdir. Bu bizim imkanlarımızdan biridir".
İslam İnqilabının rəhbəri deyib ki, hazırda süni intellekt o qədər sürətlə inkişaf edir ki, bu texnologiyanın dünyada qazandığı sürət insanı heyrətə gətirir.
“Hazırda hərbi və mülki qurumlarımız süni intellektdən istifadə edir və ondan bəhrələnir, lakin bu bizi aldatmamalıdır, süni intellektə gəlincə, sadəcə istifadəçi olmaq üstünlük deyil, bu texnologiyanın dərin təbəqələri var və bu təbəqələrə hakim olmaq lazımdır. O təbəqələr başqalarının əlindədir”.
Xamenei hökumət üzvlərinə bildirib ki, əgər İran süni intellektin dərin və müxtəlif təbəqələrini inkişaf etdirə bilməsə, geri qalacaq:
“Bu sahəni keçməyə icazə verməyəcəksiniz, bu mövzunun dərin və əhatəli texnologiyalarına və infrastruktur qatlarına çatmalısınız. Siz ölkədə süni intellektin infrastruktur təbəqələrini inkişaf etdirməlisiniz".
27-08-2024, 13:05
Ən çox hansı universitetlərdə boş yer qalıb?


Ən çox hansı universitetlərdə boş yer qalıb?

Sabahdan ali təhsil müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi başlayır. Proses sentyabrın 2-dək internet üzərindən aparılır.
Məlumata görə, I ixtisas qrupu üzrə 1304, II ixtisas qrupu üzrə 246, III ixtisas qrupu üzrə 400, IV ixtisas qrupu üzrə 463, V ixtisas qrupu üzrə isə 348 plan yeri boş qalıb.
Məlumata görə, 8 ali təhsil müəssisəsində plan yerləri 100 % dolub. Bunlar Azərbaycan Tibb Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Azərbaycan Dövlət Dəniz Akademiyası, Bakı Ali Neft Məktəbi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasıdır.
Digər universitetlər boş qalan yerlərin sayı aşağıdakı kimidir:

Bakı Dövlət Universiteti – 105 yer

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - 89

Azərbaycan Texniki Universiteti – 210

Azərbaycan Memarlıq və İnşaat Universiteti - 115

Azərbaycan Dövlət Pedaqoji Universiteti - 127

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) - 7

Azərbaycan Dillər Universiteti – 9

Bakı Slavyan Universiteti – 49

Bakı Mühəndislik Universiteti – 157

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti – 86

Azərbaycan Turizm və Menecment Universiteti – 4

Azərbaycan İdman Akademiyası – 100

İtaliya-Azərbaycan Universiteti - 3

Milli Aviasiya Akademiyası – 56

Naxçıvan Dövlət Universiteti – 112

Naxçıvan Müəllimlər İnstitutu - 46

Azərbaycan Dövlət Aqrar Universiteti – 37

Gəncə Dövlət Universiteti – 143

Azərbaycan Texnologiya Universiteti – 79

Sumqayıt Dövlət Universiteti – 191

Mingəçevir Dövlət Universiteti – 149

Lənkəran Dövlət Universiteti – 170

Azərbaycan Kooperasiya Universiteti – 48

“Azərbaycan” Universiteti - 16

Qərbi Kaspi Universiteti – 116

Qarabağ Universiteti - 16

Xəzər Universiteti – 20

Bakı Avrasiya Universiteti – 82

Odlar Yurdu Universiteti – 35

Bakı Qızlar Universiteti – 85

Bakı Biznes Universiteti - 16

Bakı Musiqi Akademiyası – 20

Azərbayan Milli Konservatoriyası – 11

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası – 23

Bakı Xoreoqrafiya Akademiyası – 70
27-08-2024, 13:01
Pavel Durov daha 48 saat həbsdə qalacaq


Pavel Durov daha 48 saat həbsdə qalacaq

Fransada saxlanılan "Telegram"ın yaradıcısı Pavel Durovun saxlanma müddəti uzadılıb.
O, kibercinayətlə bağlı istintaq çərçivəsində daha 48 saata qədər polis nəzarətində qalacaq.
Qeyd edək ki, Durov şənbə günü həbs edilib və ittihamlara terrorçuluq, narkotik alveri, dələduzluq, pedofiliya məzmununu yaymaq daxildir.
27-08-2024, 12:49
Seçki məntəqələrindəki veb-kameralara baxış keçirilib


Seçki məntəqələrindəki veb-kameralara baxış keçirilib

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib.
Mərkəzi Seçki Komissiyasının (MSK) inzibati binasında yerləşən veb-kameralara texniki nəzarət mərkəzinə baxış prosesində MSK sədri Məzahir Pənahov, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev iştirak ediblər.
Onlar proseslərin gedişi ilə yaxından tanış olub, seçkilərin şəffaflığının təmin edilməsində mühüm əhəmiyyət kəsb edən veb-kameraların quraşdırılmasında seçki qanunvericiliyinin tələblərinə dəqiqliklə riayət olunmasının önəmi vurğulanıb və zəruri tövsiyələr mütəxəssislərin diqqətinə çatdırılıb.
Milli Məclisə seçkilərdə veb-kameraların tətbiqi layihəsini sıx əməkdaşlıq şəraitində birgə reallaşdıran qurumların rəhbərlərinə veb-kameraların quraşdırılması, tənzimlənməsi və seçki gününə tam hazır vəziyyətə gətirilməsi istiqamətində intensiv şəkildə aparılan son hazırlıq işləri barədə məlumat verilib.
Bildirilib ki, Azərbaycanda keçirilən seçkilər daim fərqli aşkarlıq institutlarının, çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin, media nümayəndələrinin sərbəst iştirakı ilə xarakterizə olunub. İnformasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin uğurla tətbiqi nəticəsində şəffaflığın miqyası daha da genişlənib, bütün seçki günü proseslərini hər hansı bir maneə ilə rastlaşmadan, əvvəldən axıradək fasiləsiz müşahidə aparmaq imkanı yaranıb.
Qeyd olunub ki, ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçirilməklə əlamətdar ictimai-siyasi hadisəyə çevrilən Milli Məclisə seçkilərdə də müxtəlif metod və vasitələrdən istifadə edilməklə şəffaflığın yüksək səviyyədə təminatına xüsusi diqqət yetirilib. Belə ki, 16 ildir müvəffəqiyyətlə reallaşdırılan və səmərəliliyi ilə öz təsdiqini tapmış veb-kamera layihəsi qarşıdan gələn seçkilərdə də davam etdirilir.
Seçki günü - sentyabrın 1-də səsvermə məntəqələrində proseslərin tamamilə müşahidə edilməsi məqsədilə 1000 seçki məntəqəsində texniki parametrləri daha da gücləndirilərək təkmilləşdirilmiş və yüksək görüntü effektinə malik veb-kamera quraşdırılıb.
İnternet istifadəçiləri seçki günü istər ölkə daxilindən, istərsə də ölkə hüdudlarından kənarda Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə daxil olmaqla, heç bir qeydiyyat tələb edilmədən bütün prosesləri - səsvermə, səslərin sayılması və nəticələrin müəyyənləşdirilməsini arasıkəsilmədən birbaşa müşahidə etmək imkanına malik olacaqlar.
27-08-2024, 12:39
Ukrayna Rusiyadakı hədəflərini ABŞ-a təqdim edəcək


Ukrayna Rusiyadakı hədəflərini ABŞ-a təqdim edəcək

"Ukrayna icazə verildiyi təqdirdə Rusiyada vura biləcəyi hədəfləri Bayden administrasiyasına təqdim edəcək". Bu barədə "Politico" yazıb.
Nəşr yazır ki, Ukrayna hakimiyyəti ABŞ-ın yüksək rütbəli milli təhlükəsizlik rəsmilərinə Vaşinqtonun Amerika silahlarının tədarükünə qoyulan məhdudiyyətləri aradan qaldıracağı təqdirdə Ukrayna Silahlı Qüvvələrinin vura biləcəyi Rusiya Federasiyasındakı uzaqmənzilli hədəflərin siyahısını təqdim etməyə hazırlaşır.
“Kiyev bu siyahıdan Vaşinqtonu Rusiyada Amerika silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa inandırmaq üçün son cəhd kimi istifadə edir”, - materialda deyilir.
Qeyd olunub ki, Ukrayna daha əvvəl ABŞ-a Rusiyadakı bəzi potensial hədəflərini təqdim etsə də, bu siyahı artıq daha konkret olmalıdır. Nəşrin 3 anonim mənbəsi bildirib ki, Umerov və Yermak bu həftə Vaşinqtona gələcək və orada müzakirə zamanı Bayden administrasiyasına hədəflərin siyahısını təqdim edəcəklər.
27-08-2024, 12:20
Sabahın havası - 39 dərəcə isti


Sabahın havası - 39 dərəcə isti

Avqustun 28-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində, 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.
27-08-2024, 01:10
Qarabağ müharibəsi veteranlarının sayı artıb - RƏSMİ


Qarabağ müharibəsi veteranlarının sayı artıb - RƏSMİ

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və rəsmi olaraq “Müharibə veteranı” statusu almış şəxslərlə bağlı ən son statistika məlum olub.
Dövlət Statistika Komitəsindən məlumata görə, Qarabağ müharibəsi veteranlarının sayı artıb.
Belə ki, 2024-cü il iyul ayının 1-i vəziyyətinə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş 184.094 nəfər rəsmi olaraq “Müharibə veteranı” statusu daşıyır.
Bura həm Birinci, həm də İkinci Qarabağ müharibəsinin iştirakçıları daxildir.
Müharibə veteranlarına ayda 80 manat təqaüd verilir.
Xatırladaq ki, bu ilin əvvəlində Qarabağ müharibəsi veteranlarının sayı 180.476 nəfər idi.
Veteranların sayının artımı İkinci Qarabağ müharibəsinin iştirakçıları ilə bağlı aparılan araşdırma nəticəsində 4 minədək şəxsə rəsmi status verilməsi ilə bağlıdır.
27-08-2024, 00:27
“Qarabağ”ın oyununa 25 minə yaxın bilet satılıb


“Qarabağ”ın oyununa 25 minə yaxın bilet satılıb

Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Dinamo” (Zaqreb) cavab oyununa bilet satışı davam edir.
Matça 24700 bilet satılıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.
Azarkeşlər qarşılaşma üçün biletləri iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, avqustun 28-i keçiriləcək “Qarabağ” – “Dinamo” görüşü saat 20:45-də başlayacaq. Xatırladaq ki, ilk oyun Xorvatiya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
27-08-2024, 00:07
Mehriban Əliyeva Bibiheybəti ziyarət edib - FOTO


Mehriban Əliyeva Bibiheybəti ziyarət edib - FOTO

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva avqustun 26-da Bibiheybət ziyarətgah kompleksini ziyarət ediblər.
VII əsrin yadigarı olan Bibiheybətdə Peyğəmbər nəslinin dörd nümayəndəsi uyuyur.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri 2008-ci ildə Bibiheybət ziyarətgah kompleksinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak ediblər.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!