"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
31-08-2024, 11:51
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında sentyabrın 1-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 33-38° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 21-26° isti olacaq.
31-08-2024, 10:53
Cüdoçumuz dünya çempionu oldu


Cüdoçumuz dünya çempionu oldu

Azərbaycan cüdoçusu Cəsur İbadlı Perunun paytaxtı Limada yeniyetmələr arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb.
73 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda Timur Davidovla (AİN) qarşılaşıb.
Rəqibinə qalib gələn C.İbadlı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
81 kiloqram çəkidə mübarizə aparan Mehdi Abbasov isə üçüncü yer uğrunda görüşdə Kenzo Kremersi (Belçika) məğlub edərək mundialın bürünc mükafatına sahib çıxıb.
Qeyd edək ki, dünya çempionatına bu gün yekun vurulacaq. Azərbaycanın 7 cüdoçu ilə təmsil olunduğu yarışda daha əvvəl Nihad Məmişov (55 kiloqram) qızıl, Məhəmmədəli Hüsiyev (50 kiloqram) isə bürünc medala yiyələnib.
31-08-2024, 00:03
Azər Allahverənovun Nardaran qəsəbəsinin seçiciləri ilə növbəti görüşü keçirilib


Azər Allahverənovun Nardaran qəsəbəsinin seçiciləri ilə növbəti görüşü keçirilib

2024-cü il sentyabrın 1-də keçiriləcək VII Çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin təbliğat-təşviqat kampaniyası çərçivəsində 29 saylı Sabunçu dördüncü seçki dairəsindən deputatlığa namizədliyi sürülmüş Azər Allahverənovun Nardaran qəsəbəsində yaşayan seçicilərlə üçüncü görüşü keçirilib.Tədbir ilk əvvəl Nardaran qəsəbəsində yerləşən 1941-1945 abidəsinə ziyarətdən başlayıb. Böyük Vətən Müharibəsində həlak olan nardaranlıların əziz xatirəsi bir daha yad edilib, onların ruhlarına dualar oxunub.
Görüşü giriş sözü ilə açan qəsəbə ağsaqqalı Hacıağa Nuri deputatlığa namizədin bu günədək təbliğat-təşviqat kampaniyası çərçivəsində Nardaranda keçirdiyi görüşlərə nəzər salıb və qəsəbədə yaşayan seçicilərin qarşıdan gələn parlament seçkilərində iştirak edəcək şəxslərin əksəriyyətinin məhz Azər Allahverənovun namizədliyini dəstəkləyəcəklərinə inandığını bildirib.
Gələcək planlar barədə danışan Azər Allahverənov Nardaran sakinləri tərəfindən qaldırılan məsələlərin həlli perspektivlərinə toxunub və bütün qəsəbə seçicilərinin 1 sentyabr növbədənkənar parlament seçkilərində fəal olmağa çağırıb.
Çıxış edən tədbir iştirakçıları deputatlığa namizəd Azər Allahverənovla bağlı təəssüratlarını bölüşüb, seçkilərdə səslərini onun xeyrinə verəcəklərini bildiriblər.




30-08-2024, 20:52
Azərbaycan Ordusu Türkiyə modelinə uyğunlaşdırılır - Zakir Həsənov


Azərbaycan Ordusu Türkiyə modelinə uyğunlaşdırılır - Zakir Həsənov

Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılır.
Bunu Azərbaycanın Müdafiə Naziri Zakir Həsənov Bakıda Türkiyənin Zəfər bayramı münasibətilə keçirilən tədbirdə deyib.
O, bayram münasibətilə Prezident İlham Əliyevin təbriklərini çatdırıb.
Nazir qeyd edib ki, ordu quruculuğu sahəsində bu gün ardıcıl birgə tədbirlər keçirilir:
"Bu tədbirlər davam edəcək. Birgə fəaliyyətimiz bölgədə sülh və sabitliyin qorunmasına xidmət edir. 44 günlük müharibə dövründə Azərbaycan xalqı Türkiyənin dəstəyini tam hiss edib".
Nazir vurğulayıb ki, Azərbaycan ilə Türkiyə arasında münasibətlər ən yüksək səviyyədədir. O xatırladıb ki, Vətən müharibəsi başlayan ilk gündən Azərbaycan xalqı Türkiyənin haqq işimizə dəstəyini hiss etdi:
“Həmin dövrdə Türkiyənin siyasi və mənəvi dəstəyi iki ölkə arasında birliyin nümunəsidir. Hazırda Azərbaycan Türkiyə əlaqələri Şuşa Bəyannaməsinə əsasən, müttəfiqlik münasibətlərinə söykənir. İki ölkə orduları arasında qarşılıqlı etibar birliyimizi möhkəmləndirir. Bölgədə sülh və sabitliyin qorunmasına, xalqlarımızın rifahının yüksəldilməsinə xidmət edir. Tətbiq olunan yeni texnologiyalar ordumuzun əməliyyat imkanlarını artırıb".
30-08-2024, 19:50
"Memar Əcəmi" yaxınlığında sakinləri narahat edən hallar aradan qaldırıldı


"Memar Əcəmi" yaxınlığında sakinləri narahat edən hallar aradan qaldırıldı

Paytaxtın Nəsimi rayonunda Memar Əcəmi metrostansiyasının yaxınlığında ictimai iaşə obyektlərində sakinləri narahat edən hallarla bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülüb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin media və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Qafarov bildirib.
O qeyd edib ki, həmin ərazidə mövcud olan sanitar-epidiemoloji vəziyyət, ictimai iaşə obyektlərinin yol verdiyi məişət səs-küyü və digər neqativ hallarla bağlı təkcə son 1 ay ərzində 9 müxtəlif məzmunda profilaktik tədbir keçirilib.
"Buna baxmayaraq hələ də bəzi obyektlərdə sakinləri narahat edən halların qarşının alınması məqsədi ilə vətəndaşların müraciətləri dərhal nəzarətə götürülüb", - deyə məlumatda qeyd edilib.
30-08-2024, 19:28
Ukraynaya ayrılan hərbi yardımın məbləği açıqlandı


Ukraynaya ayrılan hərbi yardımın məbləği açıqlandı

Avropa İttifaqı ölkələri artıq Ukraynaya 43,5 milyard avro dəyərində hərbi yardım edib.
Aİ diplomatiyasının rəhbəri Cozep Borrel bunu ittifaq ölkələrinin müdafiə nazirlikləri rəhbərlərinin Brüsseldə keçirilən qeyri-rəsmi görüşündən sonra deyib.
“Ukraynaya yalnız hərbi yardımımız 43,5 milyard avro təşkil edir”, - deyə o bildirib.
Borrel bir daha qeyd edib ki, Brüssel artıq Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri Kiyevə hərbi yardımı maliyyələşdirmək üçün istifadə etməyə başlayıb. Onun sözlərinə görə, indiyədək 1,4 milyard avro gəlir köçürülüb.
Ukraynada müharibə başlayandan sonra Aİ və G7 ölkələri Rusiyanın təxminən 300 milyard avro dəyərində valyuta ehtiyatlarının təxminən yarısını dondurub. Bu vəsaitin 200 milyard avrodan çoxu Aİ ölkələrindədir.
30-08-2024, 17:56
SOCAR-ın müəssisəsindəki yanğın söndürüldü - VİDEO


SOCAR-ın müəssisəsindəki yanğın söndürüldü - VİDEO

Bakıda SOCAR-ın müəssisəsindəki yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

30-08-2024, 17:49
Müdafiəmizi məhdudlaşdırmağa rasional səbəb yoxdur - Zelenski


Müdafiəmizi məhdudlaşdırmağa rasional səbəb yoxdur - Zelenski

"Rusiyanın Xarkova zərbəsi sadəcə insanlara, adi evlərədir".
Bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
"Müdafiə qüvvələrimiz yerləşdikləri yerdə Rusiya hərbi təyyarələrini məhv etmək imkanına malik olsaydı, bu, baş verməyəcək bir zərbə olardı. Bu terroru dayandırmaq üçün tərəfdaşların güclü qərarlarına ehtiyacımız var", - o deyib.
"Bu, tamamilə ədalətli bir ehtiyacdır və Ukraynanın müdafiəsini məhdudlaşdırmaq üçün heç bir rasional səbəb yoxdur", - deyə Zelenski əlavə edib.
30-08-2024, 17:20
Putin Monqolustandan təminat alıb - Həbs olunmayacaq


Putin Monqolustandan təminat alıb - Həbs olunmayacaq

Monqolustan hakimiyyəti Kremlə Rusiya prezidenti Vladimir Putinin səfəri zamanı həbs olunmayacağı təminatını verib.
Bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Kremlin hazırlıqları ilə tanış olan iki mənbənin bildirdiyinə görə, Rusiya prezidenti Monqolustana planlaşdırılan səfərdən əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında hərbi cinayətlərə görə həbs olunmayacağına dair zəmanət alıb.
Sentyabrın 3-də baş tutacaq səfər Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların oğurlanması ilə bağlı ötən ilin martında BCM tərəfindən order verildikdən sonra Putinin Roma Statutunu ratifikasiya etmiş dövlətə ilk səfəri olacaq.
Sənədə əsasən, Monqolustan öz ərazisində orderi icra etməli və Putini həbs etməyə borcludur.
Putin monqolustanlı həmkarının dəvəti ilə SSRİ və Monqolustanın Yaponiya qoşunları üzərində birgə qələbəsinin 85-ci ildönümünün qeyd edilməsində iştirak etmək üçün Monqolustana gedir.
30-08-2024, 15:50
Suraxanıda obyekt yanır - Dövlət qurumları hadisə yerində


Suraxanıda obyekt yanır - Dövlət qurumları hadisə yerində

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yanğın baş vermiş ərazidə monitorinq aparır.
Bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov deyib.
O bildirib ki, mütəxəssislər atmosferə yayılan qara tüstü axını ilə əlaqədar havanın çirklənmə səviyyəsini müəyyən etmək üçün sanitar mühafizə zonasından xüsusi cihazlarla nümunələr götürür.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!