Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
1-09-2024, 16:54
92 yaşlı seçici daşınan qutudan imtina etdi: Məntəqədə səs verdi


92 yaşlı seçici daşınan qutudan imtina etdi: Məntəqədə səs verdi

92 yaşlı Xırdalan sakini Lətif Əliyev seçki dairəsinin daşınar qutu təklifini qəbul etməyib.
49 saylı Abşeron ikinci seçki dairəsində qeydiyyatda olan 92 yaşlı seçici özü məntəqəyə gələrək səsvermə hüququndan istifadə edib.
Xırdalan şəhər 2 saylı orta məktəbdə yerləşən 2 saylı seçki məntəqəsində səs verən Lətif Əliyev bu istəyinin səbəbii belə izah edib: "Uğrunda əsgərimizin qarış-qarış vuruşub qan tökdüyü Vətən torpağının bütövlüyü bərpa olunandan bəri ilk dəfə keçirilən parlament seçkilərində iştirak etməliydim. Allah bu günü bizlərə nəsib edən Ali Baş Komandanı qorusun".
Qeyd edək ki, 92 saylı seçici Lətif Əliyev Əslən Göyçə mahalındandır.
1-09-2024, 16:54
Gəncədə bədbəxt hadisə - Üzərinə armatur topası düşüb öldü


Gəncədə bədbəxt hadisə - Üzərinə armatur topası düşüb öldü

Gəncədə bədbəxt hadisə baş verib.
Hadisə şəhər ərazisində qeydə alınıb.
Fəhlə işləyən 1968-ci il təvəllüdlü N. Tağıyevin üstünə armatur topası düşüb.
O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
1-09-2024, 16:20
“Şuşa kart” istifadəyə verildi


“Şuşa kart” istifadəyə verildi

Şuşada ictimai nəqliyyatda gediş-gəliş üçün istifadə edilən “Şuşa kart” istifadəyə verilib.
Bu barədə Şuşadan olan jurnalist Kərim Kərimli öz sosial şəbəkə hesabında məlumat yayıb.
O, artıq bu kart vasitəsilə şəhərdaxili sərnişin avtobusundan istifadə etdiyini qeyd edib: “Şuşa kart” şəhərə daimi yaşamaq üçün köçən vətəndaşlara verilib. Bu gündən etibarən Qarabağın tarixində ilk dəfə olaraq Şuşada şəhərdaxili sərnişin avtobusunda kartdan istifadə etməyə başlayırıq”.
1-09-2024, 14:42
Qayda pozuntuları ilə bağlı iddialara MSK-dan rəsmi cavab


Qayda pozuntuları ilə bağlı iddialara MSK-dan rəsmi cavab

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı indiyədək Mərkəzi Seçki Komissiyasına (MSK) qayda pozuntularına dair məlumat daxil olmayıb.
Bunu MSK-nın üzvü Ramiz İbrahimov MSK-nın Seçkilər İnformasiya Mərkəzində jurnalistlərə bildirib.
Onun sözlərinə, növbədənkənar parlament seçkilərinə böyük maraq var: "Seçkiləri 112 mindən çox yerli, 598 xarici müşahidəçi izləyir. İndiyədək MSK-nın qaynar xəttinə yalnız sorğu xarakterli müraciətlər daxil olub".
Qeyd edək ki, parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir. Ölkə üzrə səsvermə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb.
Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək.
1-09-2024, 14:31
Mehriban Əliyeva səsvermədən paylaşım etdi


Mehriban Əliyeva səsvermədən paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə səs verməsi ilə bağlı paylaşım edib.
Butov.az paylaşımı təqdim edir:
"Sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs veriblər".
1-09-2024, 14:31
Mehriban Əliyeva səsvermədən paylaşım etdi


Mehriban Əliyeva səsvermədən paylaşım etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə səs verməsi ilə bağlı paylaşım edib.
Butov.az paylaşımı təqdim edir:
"Sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 1 saylı seçki məntəqəsində səs veriblər".
1-09-2024, 14:27
Prezident Administrasiyasının rəhbəri səs verdi


Prezident Administrasiyasının rəhbəri səs verdi

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev sentyabrın 1-də 16 saylı Yasamal ikinci seçki dairəsinin 34 saylı seçki məntəqəsində səs verib.
Bu seçki məntəqəsində də yüksək seçici fəallığı müşahidə olunurdu.
Qeyd edək ki, ilk dəfədir Azərbaycanın bütün suveren ərazilərində Milli Məclisə seçkilər keçirilir. Növbədənkənar seçkilər 6478 seçki məntəqəsində təşkil olunub. Budəfəki seçkilərdə 125 yer uğrunda 990 namizəd mübarizə aparır. Parlament seçkilərində səsvermə hüququna malik vətəndaşların sayı 6 milyon 421 min 960 nəfərdir.
İşğaldan azad olunmuş ərazilərdə 54 seçki məntəqəsi yaradılıb.
Seçki prosesini 598 beynəlxalq müşahidəçi izləyir. Yerli müşahidəçilərin sayı isə 112 min 749 nəfərdir. Səsvermə saat 19:00-da başa çatacaq.
1-09-2024, 14:23
Azərbaycanla Ermənistan arasında "sülh sazişi" - 17 maddə var, 13-ü razılaşdırılıb


Azərbaycanla Ermənistan arasında "sülh sazişi" - 17 maddə var, 13-ü razılaşdırılıb

Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün Karen Dəmirçyan adına İdman Konsert Kompleksində mətbuat konfransı keçirib.
O, mətbuat konfransında Azərbaycan və Ermənistan arasında müzakirə olunan sülh müqaviləsi layihəsi barədə bir sıra detalları açıqlayıb.
Paşinyanın sözlərinə görə, müzakirə olunan layihə 17 bənddən ibarətdir. Preambula daxil olmaqla bəndlərin 13-ü razılaşdırılıb. Daha üç bənd birdən çox cümlədən ibarətdir və əksəriyyətinin lüğət tərkibi barədə razılıq əldə olunub.
Ermənistan Baş naziri razılaşdırılmış maddələrin sülh müqaviləsi kimi imzalanmasını təklif edib.
“Biz bunu mümkün hesab edirik, çünki Ermənistanla Azərbaycan arasında sülhün bütün fundamental prinsipləri orada qeyd olunub. Biz hazırda razılaşdırılmış bəndləri imzalamağı və ratifikasiya etməyi və bütün digər mümkün məsələlərin müzakirəsini davam etdirməyi təklif edirik”, - Paşinyan deyib.
O qeyd edib ki, saziş imzalandıqdan sonra iki ölkə arasında diplomatik münasibətlər qurulacaq və bu, bütün digər məsələlərin müzakirəsi üçün əlavə platforma rolunu oynayacaq.
Paşinyan sözügedən 13 maddənin mahiyyətini açıqlamaqdan imtina edib: “Bu, məxfi sənəddir və o maddələrin sahibi təkcə biz deyilik”.
Onun sözlərinə görə, sülh müqaviləsi layihəsinin razılaşdırılmış müddəalarından biri budur ki, tərəflərdən heç biri sazişin müddəalarına əməl etməmək üçün öz daxili qanunvericiliyinə müraciət edə bilməz.
Qeyd edək ki, rəsmi Bakı Paşinyanın sonuncu açıqlamasına reaksiya verib. “Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan “heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz” müddəasını qeyd edərək, bu ölkənin Konstitusiyasında mövcud olan ərazi iddiasının zərərsiz olduğunu bildirməsi də tamamilə əsassızdır. Bir daha qeyd edirik ki, heç bir beynəlxalq sazişin Konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır. Məhz buna görə də, Ermənistan tərəfinin “sülh sazişi” layihəsini hansı formada imzalamaq niyyətindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır”, - XİN-in mətbuat katibi Ayxan Hacızadə deyib.
Xatırladaq ki, Ermənistan və Azərbaycan arasında müzakirə olunan sülh layihəsi "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş" adlanır.
1-09-2024, 14:08
UEFA "Qarabağ"ın rəqibini cərimələdi


UEFA "Qarabağ"ın rəqibini cərimələdi

UEFA "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsində rəqiblərindən olan "Malmö" klubunu cərimələyib.
Buna İsveç təmsilçisinin evdə Çexiyanın "Sparta" komandasına qarşı keçirdiyi Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında yaşananlar səbəb olub.
Azarkeşlər sözügedən qarşılaşmada pirotexniki vasitələrdən istifadə ediblər. "Malmö" buna görə 38 000 avro ziyana düşüb.
Qarşılaşma Skandinaviya klubunun məğlubiyyəti ilə bitib - 0:2. Cavab görüşündə də eyni hesabla uduzan ölkə çempionu Çempionlar Liqası ilə vidalaşıb.
"Qarabağ" bu komanda ilə oyununu oktyabrın 3-də, saat 20:45-də Bakıda keçirəcək.
1-09-2024, 13:35
19 yaşlı erməni hərbçi bıçaqlandı


19 yaşlı erməni hərbçi bıçaqlandı

Ermənistanda 19 yaşlı hərbi qulluqçunu bıçaqlayıblar.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bıçaqlanma avqustun 28-də Tavuş vilayətində baş verib. Hadisənin xuliqanlıq zəmnində olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!