Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
1-09-2024, 11:38
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sentyabrın 2-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq. Şərq küləyi gündüz bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.
1-09-2024, 11:26
Fazil Mustafa səsvermədə


Fazil Mustafa səsvermədə

Böyük Quruluş Partiyasının başqanı, Vl çağırış Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət komitəsinin sədri, Vll çağırış Milli Məclis üzvlüyünə 26 saylı Sabunçu l Seçki Dairəsindən namizəd Dr. Fazil Mustafa 1 sentyabr - növbədənkənar parlament seçkilərində səs verib.
O, qeydiyyatda olduğu ünvan üzrə, 26 saylı Seçki Dairəsinin 72 saylı tam orta məktəbdə yerləşən 13-cü seçki məntəqəsində səs verib.
1-09-2024, 10:49
Rekord sayda QHT təmsilçisi seçkiləri müşahidə edir - FOTO



Rekord sayda QHT təmsilçisi seçkiləri müşahidə edir - FOTO

"Vətəndaş Cəmiyyəti Uğrunda" Seçki Müşahidə Koalisiyası işğaldan azad edilmiş ərazilər- Zəngilan, Füzuli, Laçın, Xankəndi, Xocalı və Şuşa da daxil olmaqla, ölkə üzrə 75 seçki dairəsində 500-dən çox müşahidəçi ilə səsvermə gününü müşahidə edir.
Şuşa şəhərində 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinin 46 saylı məntəqəsində prosesi izləyən "Vətəndaş Cəmiyyəti Uğrunda" Seçki Müşahidə Koalisiyasının müşahidəçisi Nadir İsmayılov bildirib ki, seçki məntəqəsi açılmazdan əvvəl boş seçki qutularının qoyulması və möhürlənməsi prosesi qanunun tələblərinə uyğun həyata keçirilib: “Səsvermə üçün nəzərdə tutulmuş səsvermə kabinələri beynəlxalq və milli qanunvericilikdə nəzərdə tutulmuş standartlara cavab verir, seçki məntəqəsində gizli səsvermənin təmin edilməsi üçün tam şərait yaradılıb, texniki təchizat seçki qanunvericiliyinin tələblərinə uyğun təşkil edilib”.
Laçında 121 saylı Laçın seçki dairəsinin 105 saylı məntəqəsində prosesi izləyən "Vətəndaş Cəmiyyəti Uğrunda" Seçki Müşahidə Koalisiyasının müşahidəçisi Fariz Əkbərov bildirib ki, seçki məntəqəsində səsvermə prosesi ümumilikdə normal gedir: “Xəstə və ahıl vətəndaşların seçkilərdə iştirakını təmin etmək məqsədilə daşınan seçki qutuları hazırlanıb. Proses Seçki Məcəlləsinin tələblərinə uyğun aparılır. Səsvermə prosesinə kənar müdaxilə halları baş verməyib, seçici fəallığı yüksəkdir”.
Qeyd edək ki, bu il parlament seçkilərində bütün respublika üzrə müşahidə aparmaq məqsədilə vətəndaş cəmiyyəti və QHT-ləri təmsil edən 5500 nəfərdən çox müşahidəçi qeydiyyatdan keçib ki, bu da əvvəlki parlament seçkiləri ilə müqayisədə rekord göstəricidir. Onlar 16 ictimai təşkilatı təmsil edir. Bu rəqəm qeyd olunan kateqoriya üzrə 2015-ci ildə Milli Məclisə seçkilərdəki göstəricidən 7 dəfə, 2020-ci ildəki parlament seçkilərindəki saydan isə 4 dəfə çoxdur.
Bu il QHT-lər Milli Məclisə seçkiləri monitorinq etmək üçün 2 seçki koalisiyası təsis edib. Onlardan biri “Vətəndaş cəmiyyəti uğrunda” Seçki Müşahidə Koalisiyasıdır. Bu Koalisiyanı “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli, Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli təsis edib.
“Mənim səsim” Seçki Monitorinq Koalisiyasının həmtəsisçiləri isə tanınmış hüquq müdafiəçiləri - D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti İctimai Birliyinin sədri Novella Cəfəroğlu, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsi İctimai Birliyinin sədri Səadət Bənənyarlı, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlıdır.
Seçki günü məntəqələrdə müşahidə aparacaq QHT təmsilçilərindən 20%-i bu 2 seçki koalisiyasının nümayəndələridir.






1-09-2024, 10:44
Baş prokuror səsvermə hüququndan istifadə etdi


Baş prokuror səsvermə hüququndan istifadə etdi

Baş prokuror Kamran Əliyev növbədənkənar parlament seçkilərində səs verib.
Baş prokuror 15 saylı Yasamal Birinci Seçki Dairəsinin 15-ci seçki məntəqəsində səs verib.
Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.
1-09-2024, 10:31
Baş nazir Əli Əsədov səs verdi


Baş nazir Əli Əsədov səs verdi

Baş nazir Əli Əsədov növbədənkənar parlament seçkilərində səs verib.
O, 7 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsində səs verib.
Əli Əsədov səsvermədən sonra jurnalistlərə açıqlama verib. O, xalqımızın etimad göstərəcəyi və seçiləcək şəxslərə uğurlar arzulayıb.
Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!