Mehriban Əliyevadan COP29-la bağlı daha bir paylaşım .....                        ABŞ, Azərbaycan və Çin birgə iclas keçirdi .....                        Dünya liderləri Bakıda... .....                        "Hərəkətə keçməsək, tarix bizi mühakimə edəcək" - Sandu Bakıdan səsləndi .....                        Bakıya gələn liderlərə ziyafət verildi .....                        Görkəmli alim, böyük şəxsiyyət .....                        Mirziyoyev COP29 kürsüsündən hansı mesajları verdi? .....                        Mehriban Əliyeva COP29-da çıxış etdi .....                        Ceyhun Bayramov dəyirmi masada çıxış etdi .....                       
2-09-2024, 21:43
Putindən şok açıqlama: "Hər gün kilometrlərlə ərazi..."


Putindən şok açıqlama: "Hər gün kilometrlərlə ərazi..."

Rusiya qüvvələri Ukraynanın şərqində daha sürətlə irəliləyir.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O, Rusiya qüvvələrinin gündə bir neçə kvadrat kilometr ərazini tutduğunu iddia edib.
“Bizim Donbasda uzun müddətdir ki, hücumda belə tempimiz olmayıb. İndi biz 200 və ya 300 metr irəli getməkdən danışmırıq... Rusiya silahlı qüvvələri artıq əraziləri 200-300 metrlərlə yox, kvadrat kilometrlə nəzarət altına alır”, - Putin Tuvanın Qızıl şəhərindəki 20 nömrəli orta məktəbdə deyib.
Ukraynanın 18%-nə nəzarət edən Rusiya qüvvələri Kursk vilayətindəki vəziyyətə baxmayaraq, Ukraynanın şərqində sürətlə irəliləyir.
Rus hərbi blogerlər Rusiya qüvvələrinin Ukraynanın strateji əhəmiyyətli Pokrovsk şəhərinə yaxınlaşdığını bildirib.
Məsələn Ukrayna əsilli, rusiyayönlü nüfuzlu hərbi bloger Yuri Podolyaka qeyd edib ki, Pokrovskdan təxminən 20 km cənubda yerləşən Selidovda və Selidovdan təxminən 14 km cənubda yerləşən Ukrainskda gərgin döyüşlər gedir. Tammiqyaslı müharibə başlamazdan əvvəl müvafiq olaraq 20,000 və 10,000-dən çox əhalisi olan şəhərlər uğrunda döyüşlərə böyük qüvvə cəlb edilib. Rusiyayönlü bloger Rybar da hər iki şəhərdə döyüşlərin getdiyini bildirib. Rusiyanın TASS dövlət xəbər agentliyi Ukrayna qüvvələrinin Selidovanın bir hissəsindən çıxarıldığını iddia edib.
Rusiyalı blogerlər bildirirlər ki, cənubdan Kuraxivka şəhərinə doğru irəliləməklə Rusiya qüvvələri Ukraynanın müdafiə xətlərini yarmağa çalışır, eyni zamanda Pokrovsk-Donetsk yolu üzərində sürətini artırır və ərazinin bir hissəsini mühasirəyə alır. Məlumata görə, Rusiya qüvvələri Donetsk vilayətinin şərqindəki Skuçne kəndini nəzarətə götürüb.
2-09-2024, 21:38
Əli Əsədov Curiçlə görüşdü


Əli Əsədov Curiçlə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 2-də Serbiya Respublikasının xarici işlər naziri Marko Curiçlə görüşüb.
Görüşdə yüksək inkişaf dinamikası ilə seçilən Azərbaycan-Serbiya əlaqələrinin dostluq və strateji tərəfdaşlıq xarakteri daşıdığı məmnunluqla qeyd olundu.
İkitərəfli münasibətlərin möhkəmləndirilməsi və bugünkü yüksək səviyyəyə çatmasında dövlət başçılarının rolu xüsusi vurğulandı.
Azərbaycan və Serbiyanın beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə ərazi bütövlüyü və suverenlik məsələlərində qarşılıqlı dəstəyi yüksək qiymətləndirildi.
İki ölkə arasında bir çox istiqamətlərdə, xüsusilə ticarət-iqtisadi, investisiya, neft-qaz, sənaye sahələrində səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirildi.
Görüşdə Azərbaycan ilə Serbiya arasında ticarət dövriyyəsinin və qarşılıqlı investisiyaların artırılması, nəqliyyat-tranzit, bərpaolunan enerji, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu.
2-09-2024, 21:22
Paralimpiya çempionu: "Çox şükür ki, bacardım"


Paralimpiya çempionu: "Çox şükür ki, bacardım"

"Çox şükür ki, bacardım, qızıl medalı əldə etdim".
Bu sözləri "Paris-2024" Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan paraatleti Səid Nəcəfzadə deyib.
T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda bütün rəqiblərini qabaqlayan idmançı Paralimpiya Oyunlarında ikinci dəfə iştirak etdiyini xatırladıb: "Üç il əvvəl "Tokio-2020"də bürünc medal əldə etmişdim. Bu, məni Parisdə keçirilən Paralimpiya Oyunlarına daha da yaxşı hazırlaşmağa sövq etdi. Çox çalışmışdıq. Bura gəlməzdən əvvəl dünya çempionu olmuşdum. Bu da məni favoritlər arasında göstərirdi. Bunun üçün də daha çox həyəcanlı idim".
O, sosial şəbəkələrdə verilən dəstəyə görə Azərbaycan xalqına təşəkkür edib: "Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya idmana və paralimpiyaya diqqətinə görə minnətdarlığımı bildirmək istəyirəm. Dəstəyinə görə məşqçimə, üzvü olduğum "Neftçi" İdman Klubuna, Milli Paralimpiya Komitəsinə və rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə bu yolda bizə dəstək olduğu üçün təşəkkür edirəm".
2-09-2024, 20:33
"Formula 1"in biletləri satışa çıxarıldı


"Formula 1"in biletləri satışa çıxarıldı

Sentyabrın 13-dən 15-dək keçiriləcək "Formula 1" Qatar Airways Azərbaycan Qran Prisi 2024 üçün “Fan Zona Biletiləri” və ”Konsert Biletləri” satışa çıxarılıb.
Hər il yenilənən əyləncə zonasındakı bulvar səhnəsində canlı musiqi performansları, müxtəlif zonalarda qurulmuş oyunlar, simulyatorlar, virtual reallıq təcrübələri, rəqslər yarış həftəsonunda fanatlara əsl festival ab-havası bəxş edəcək.
Azarkeşlər "Formula 1"-in bütün aktivasiyalarını bu il Fan Zonada görə biləcək, Fan Forumda pilotları və onların komandalarını izləmək fürsəti əldə edəcəklər.
Foto həvəskarları üçün quraşdırılmış iri "Formula 1" dekorasiyaları, retro maşınların sərgisi, canlı heykəllər, “selfie” zonalar ən yaddaqalan kadrlar çəkmək üçün mükəmməl fürsət təqdim edir.
Əyləncə zonasında böyüklərlə yanaşı, uşaqlar üçün də müxtəlif növ oyunlar və fəaliyyətlər təklif olunur.
Həmçinin, bu gündən etibarən yarış həftəsində baş tutacaq konsert proqramlarına ayrıca biletlərin satışına start verilib.
13-14 sentyabr tarixlərində keçiriləcək möhtəşəm konsertlərdə, musiqi dünyasının ən böyük ulduzları Uill Smit, Black Coffee və J Balvin çıxış edəcək.
"Formula 1" Azərbaycan Qran Prisinin möhtəşəm atmosferini yaşamaq və həyacanını birbaşa hiss etmək istəyənlər, “Fan Zona Bileti” və “Konsert Biletləri”ni əldə edə bilərlər. Biletləri Bakı Şəhər Halqasın-ın rəsmi veb saytından və ya mobil tətbiqindən əldə etmək mümkündür.
2-09-2024, 20:07
Seçkilərə nə vaxt yekun vurulacaq?


Seçkilərə nə vaxt yekun vurulacaq?

Növbədənkənar parlament seçkisinin nəticələrinin yoxlanılması və yekun vurulması prosesi səsvermə günündən ən geci 20 gün sonra başa çatmalıdır.
Bu, "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda əksini tapıb.
Bu müddət ərzində Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən Milli Məclisə seçkinin nəticələrinin yoxlanılması və yekun vurulması təmin edilməlidir.
Sözügedən müddət sentyabrın 22-dək olan dövrü əhatə edir.
Seçkinin ümumi yekunları haqqında protokol tərtib edildikdən sonra 24 saat müddətində MSK seçkinin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim etməlidir.
Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisə seçkinin yekunlarının və nəticələrini yoxlayaraq təsdiq edəcək.
2-09-2024, 19:27
Kəlbəcər bu gün! - Mehriban Əliyevadan paylaşım


Kəlbəcər bu gün! - Mehriban Əliyevadan paylaşım

Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərdən daha bir paylaşım edib.
Butov.az paylaşımı təqdim edir:

"Kəlbəcər bu gün! 02.09.2024".

2-09-2024, 19:10
Kəlbəcərdə İstisu qəsəbəsinin təməli qoyuldu - FOTO


Kəlbəcərdə İstisu qəsəbəsinin təməli qoyuldu - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlini qoyub.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Dövlətimizin başçısına qəsəbə barədə məlumat verilib.
Bildirilib ki, İstisu qəsəbəsi Kəlbəcərin qərb hissəsində yerləşir. Ümumi sahəsi 63,1 hektar olan qəsəbənin layihələndirilmə işləri mərhələli şəkildə aparılacaq. Baş plana əsasən, gələcəkdə burada 159 fərdi ev, “townhouse” tipli 71 ev (142 mənzil) və 180 mənzildən ibarət 10 bina tikiləcək.
Birinci mərhələdə salınacaq ərazinin sahəsi 39,2 hektar təşkil edir. Bu mərhələdə 159 fərdi evin inşası nəzərdə tutulur. Burada iki, üç, dörd və beş otaqlı fərdi evlər tikiləcək. Qəsəbəyə birinci növbədə 159 ailə köçürüləcək.
İstisu qəsəbəsində 352 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi, idman sağlamlıq mərkəzi, tibb məntəqəsi, bayraq meydanı, idman meydançası və digər zəruri obyektlər yaradılacaq.
Qeyd edək ki, tarixən İstisu qəsəbəsində əhalinin əsas məşğuliyyəti üzümçülük, taxılçılıq, heyvandarlıq və baramaçılıq olub. Müasir səviyyədə qurulacaq qəsəbənin perspektivdə rayonun yerli əhəmiyyətli mərkəzlərindən biri kimi inkişafı əsas məqsədlərdəndir.


2-09-2024, 18:48
Ərdoğan İlham Əliyevi təbrik etdi


Ərdoğan İlham Əliyevi təbrik etdi

Sentyabrın 2-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Rəcəb Tayyib Ərdoğan Azərbaycanda keçirilən parlament seçkilərində Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.
Türkiyə Prezidenti bu seçkilərin Azərbaycanın suverenliyinin tam bərpa edilməsindən sonra ölkəmizin bütün ərazisində keçirilən ilk parlament seçkiləri olmasının önəmini qeyd edib. Rəcəb Tayyib Ərdoğan seçkilərin azad, sərbəst, demokratik şəraitdə keçdiyini və Azərbaycan xalqının iradəsini əks etdirdiyini vurğulayıb.
Prezident İlham Əliyev təbrikə görə təşəkkürünü bildirib.
Telefon danışığı zamanı, Azərbaycanla Türkiyə arasında parlamentlərarası əlaqələrin əhəmiyyəti və parlament nümayəndə heyətlərinin mütəmadi qarşılıqlı səfərləri qeyd olunub. Eyni zamanda, ölkəmizdə keçirilən bu seçkilərdə Türkiyə Böyük Millət Məclisinin parlamentlərarası dostluq qrupunun müşahidəçi qismində geniş tərkibdə iştirak etdiyi bildirilib.
Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
2-09-2024, 17:46
Sumqayıtda birmərtəbəli tikili yandı


Sumqayıtda birmərtəbəli tikili yandı

Sumqayıt şəhərində ümumi sahəsi 350 m² olan birmərtəbəli tikilinin (istifadəyə yararsız qazanxana binası) yanar konstruksiyaları və içərisində olan məişət tullantıları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
2-09-2024, 17:42
Putin Monqolustanda həbs oluna bilər? - Peskov cavablandırdı


Putin Monqolustanda həbs oluna bilər? - Peskov cavablandırdı

"Rusiyanın Monqolustanla münasibətlərində Beynəlxalq Cinayət Məhkəməsinin qərarları ilə bağlı heç bir problem yoxdur".
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
Monqolustan Putinin həbsinə order verildikdən sonra onun səfər edəcəyi BCM-nin yurisdiksiyasını tanıyan ilk ölkədir.
“Bizim gündəliyimizdə belə bir problem yoxdur. Konkret olaraq Monqolustanla”, - Peskov jurnalistlərlə söhbətində deyib.
Digər ölkələrlə belə bir problemin olub-olmaması ilə bağlı suala cavab olaraq mətbuat katibi bildirib ki, “səfər irəlilədikcə” Kreml bu barədə məlumat verəcək.
2023-cü ilin martında BCM Rusiya prezidentinin uşaqların Ukraynadan qeyri-qanuni çıxarılmasına dair şübhələrlə bağlı həbsinə order verib. Qoşulduqdan sonra ratifikasiya etdikləri Roma Statutunun üzvü olan ölkələr orderi icra etməlidirlər. Monqolustan 2000-ci ildə bu sənədi imzalayıb və 2002-ci ildə ratifikasiya edib. Vladimir Putinin Monqolustana səfəri sabah, sentyabrın 3-nə planlaşdırılıb.
Daha əvvəl jurnalistlərlə söhbətində Dmitri Peskov bəyan edib ki, Kremlin BCM-nin qərarları və prezidentin Monqolustan səfəri ilə bağlı “narahatlığı yoxdur”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!