Mehriban Əliyevadan COP29-la bağlı daha bir paylaşım .....                        ABŞ, Azərbaycan və Çin birgə iclas keçirdi .....                        Dünya liderləri Bakıda... .....                        "Hərəkətə keçməsək, tarix bizi mühakimə edəcək" - Sandu Bakıdan səsləndi .....                        Bakıya gələn liderlərə ziyafət verildi .....                        Görkəmli alim, böyük şəxsiyyət .....                        Mirziyoyev COP29 kürsüsündən hansı mesajları verdi? .....                        Mehriban Əliyeva COP29-da çıxış etdi .....                        Ceyhun Bayramov dəyirmi masada çıxış etdi .....                       
10-09-2024, 19:17
XİN Paşinyana cavab verdi


XİN Paşinyana cavab verdi

Ermənistan baş nazirinin 10 sentyabr tarixində “Yerevan Dialoqu” adlı forumda çıxışı zamanı həm “sülh sazişi” layihəsi, həm də ümumilikdə 10 noyabr tarixli üçtərəfli bəyanatla bağlı səsləndirdiyi iddialar reallıqların açıq-aşkar təhrif olunmasıdır.
Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan baş nazirinin 10 sentyabr tarixində “Yerevan Dialoqu” adlı forumda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlərə dair şərhində bildirilib.
Qeyd edilib ki, Ermənistan rəsmilərinin “sülh sazişi” layihəsini razılaşdırılmamış müddəalar çıxarılmaqla imzalanması çağırışı, bununla ikitərəfli münasibətlərdə mövcud problemlərin həllini növbəti mərhələyə saxlamaq cəhdləri qəbuledilməzdir.
"Bir daha xatırladırıq ki, Ermənistan tərəfinin “sülh sazişi” layihəsini hansı formada imzalamaq niyyətindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır.
Guya Azərbaycanın Konstitusiya aktında Ermənistana qarşı ərazi iddialarının olması barədə iddialara gəldikdə bir daha qeyd edək ki, Azərbaycan Konstitusiyası ilə Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi heç bir nəticə verməyəcək. Ermənistan Konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil.
Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan “heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz” müddəasını qeyd edərək, bu ölkənin Konstitusiyasında mövcud olan ərazi iddiasının zərərsiz olduğunu bildirməsi də tamamilə əsassızdır. Bir daha qeyd edirik ki, heç bir beynəlxalq sazişin Konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır.
Almatı bəyannaməsi çərçivəsində Azərbaycan və Ermənistanın bir-birinin ərazi bütövlüyünü tanıdığı barədə baş nazirin açıqlamasına gəldikdə, baş nazirin təmsil etdiyi ölkənin məhz bu öhdəliyi kobud şəkildə pozaraq Azərbaycan ərazilərini işğal altında saxladığı faktını xatırlatmaq istərdik.
Kommunikasiyaların açılması məsələsində də Ermənistan Baş naziri növbəti dəfə üzərinə götürdüyü öhdəlikləri yanlış şərh edib. Üçtərəfli bəyanatın 9-cu bəndində Ermənistanın hansı öhdəliklərinin olduğu, nəqliyyat əlaqəsi üzrə nəzarət necə təşkil olunacağı açıq-aydın yazılıb.
Ümumilikdə, üçtərəfli bəyanat imzalanandan sonra öhdəliklərinə zidd olaraq 2023-cü ilin sentyabr ayınadək Azərbaycan ərazilərində hərbi fəaliyyətini davam etdirmiş və erməni silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmayan Ermənistan tərəfinin guya qaçqın və məcburi köçkünlərin geri qayıtmasına maneçilik törədildiyini, yerli ermənilərə qarşı etnik təmizləmə həyata keçirildiyini, hərbi əsirlərin qaytarılmadığını iddia etməsi reallıqların təhrif olunmasıdır. Bununla yanaşı, 2023-cü il anti-terror tədbirlərindən sonra erməni əsilli şəxslərin könüllü əsasda Azərbaycanı tərk edərək Ermənistana və digər ölkələrə köçməsinin etnik təmizləmə kimi qələmə verilməsi növbəti böhtandır.
Hərbi əsirlərin qaytarılması məsələsinə gəldikdə, hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil. Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq hərbi əsirlərin hər birini Ermənistana təhvil verib. Lakin Azərbaycan tərəfindən qaytarıldıqdan sonra hərbi əsirlərin Ermənistan dövləti tərəfindən kütləvi surətdə həbslərə və təqiblərə məruz qalmaları bu dövlətin öz vətəndaşlarına “qayğısı” kontekstində xüsusi təəccüb doğurub.
Müxtəlif platformalardan istifadə etməklə ölkəmizə qarşı aqressiv böhtan xarakterli ritorikanı davam etdirən Ermənistan tərəfini sülh perspektivlərinə xələl gətirən açıqlamalardan əl çəkməyə çağırırıq", - XİN sözçüsü bəyan edib.
10-09-2024, 18:48
Ermənistanda güclü partlayış - Ölən və yaralananlar var


Ermənistanda güclü partlayış - Ölən və yaralananlar var

Ermənistanın Razdan şəhərindəki istilik elektrik stansiyasının ərazisində partlayış verib.
Hadisə nəticəsində bir nəfər ölüb, 5 nəfər isə yaralanıb.
Partlayış stansiya daxilindəki mis emalı zavodunun poladtökmə sexində qeydə alınıb.
Əraziyə dərhal yanğınsöndürənlər, xilasetmə qüvvələri və polis cəlb olunub. Nəticədə yaralılar ərazidən təxliyə olunaraq xəstəxanaya çatdırılıb.
10-09-2024, 17:43
Zurabişvili ikinci prezidentlik müddətinə namizədliyini irəli sürəcək


Zurabişvili ikinci prezidentlik müddətinə namizədliyini irəli sürəcək

Gürcüstan prezidenti Salome Zurabişvili ikinci prezidentlik müddətinə namizədliyini irəli sürməyə hazır olduğunu təsdiqləyib.
O, Fransanın “Le Figaro” nəşrinə müsahibəsində bunu bildirib.
“Gürcüstanı Avropa yoluna qaytarmaq üçün ikinci müddət də daxil olmaqla, böyük məsuliyyət götürməyə hazıram. Təklif etdiyim Xartiya qüvvəyə minərsə, mən avropalı tərəfdaşlarımızla danışıqlar aparmağa hazıram”, - Zurabişvili söyləyib.
Qeyd edək ki, parlamentli respublika üsul-idarəsi sisteminə malik Gürcüstanda prezidentlə hökumət arasında kəskin fikir ayrılıqları var və siyasi qalmaqal hökm sürür. Ölkə 26 oktyabrda keçiriləcək parlament seçkilərinə hazırlaşır.
10-09-2024, 17:41
Paralimpiyaçılarımız təltif edildi - SİYAHI


Paralimpiyaçılarımız təltif edildi - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri təltif ediliblər:

“Şöhrət” ordeni ilə

Aslanov Orxan Əlövsət oğlu

Vəliyeva Lamiyə Rövşən qızı


1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Xəlilov İmaməddin Marif oğlu

Nəcəfzadə Səid Əli oğlu


2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Salei Raman Serqeyeviç

Zəkiyev İlham Əzizağa oğlu


3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Zeynalov Sabir Elniz oğlu


1-ci dərəcəli “Əmək” ordeni ilə

Panyutin Oleq Viktoroviç


2-ci dərəcəli “Əmək” ordeni ilə

Culfayev Alavərdi Abasoviç

Zayets Vladimir Vladimiroviç


3-cü dərəcəli “Əmək” ordeni ilə

İbrahimov İbrahim Eldar oğlu

Kirillov Fyodor Borisoviç


“Tərəqqi” medalı ilə

Xəlilov Arif Məmməd oğlu

İsrafilov Nazim Məhəmmədvəli oğlu

Şükürov Vüqar Gülağa oğlu

Tağızadə Fərid Əvəz oğlu


“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə

Əliyev Rəşad Rauf oğlu

Əliyev Tofiq Zöhrab oğlu

İsrafilov Vəli Rəşadət oğlu

Zahidov Azad Zakir oğlu.
10-09-2024, 17:38
İlham Əliyev Paralimpiya qaliblərini mükafatlandırdı - SƏRƏNCAM


İlham Əliyev Paralimpiya qaliblərini mükafatlandırdı - SƏRƏNCAM

Prezident İlham Əliyev Fransanın Paris şəhərində keçirilən XVII Yay Paralimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən,

1. XVII Yay Paralimpiya Oyunlarında əldə etdikləri yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:

1.1. birinci yeri tutan hər bir idmançıya 200 000 (iki yüz min) manat, onun məşqçisinə 100 000 (yüz min) manat;

1.2. ikinci yeri tutan hər bir idmançıya 100 000 (yüz min) manat, onun məşqçisinə 50 000 (əlli min) manat;

1.3. üçüncü yeri tutan hər bir idmançıya 50 000 (əlli min) manat, onun məşqçisinə 25 000 (iyirmi beş min) manat.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.
10-09-2024, 17:27
Əhməd Əhmədovun məhkəməsi təxirə salındı


Əhməd Əhmədovun məhkəməsi təxirə salındı

Bakıda beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçiriləcək proses oktyabrın 8-nə kimi təxirə salınıb.
10-09-2024, 17:19
Türkiyə 13 ildən sonra Ərəb Dövlətləri Liqasının toplantısında


Türkiyə 13 ildən sonra Ərəb Dövlətləri Liqasının toplantısında

Bu gün - sentyabrın 10-da Ərəb Dövlətləri Liqası Şurasının Qahirədə fövqəladə sessiyası keçirilir.
Sessiyada rəsmi Ankara xarici işlər naziri Hakan Fidan səviyyəsində təmsil olunur.
Qeyd olunur ki, Türkiyə 13 illik fasilədən sonra ilk dəfə olaraq bu sessiyada iştirak edir.
Gündəmin mövzusu Qəzza məsələsi ilə yanaşı, Türkiyə ilə ərəb ölkələri arasında münasibətlər olacaq.
Körfəz ölkələri ilə əlaqələr də müzakirə olunacaq.
10-09-2024, 17:09
7 yaşlı qızını dəmirlə döyən ana xəstəxanaya yerləşdirildi


7 yaşlı qızını dəmirlə döyən ana xəstəxanaya yerləşdirildi

Xəbər verdiyimiz kimi, ötən gün Xaçmaz rayonunun Xudat şəhərində 7 yaşlı qız anası tərəfindən zorakılığa məruz qalıb.
Hadisə ilə əlaqədar rəsmi qurumlar hərəkətə keçib.
Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, xəstə qarnın ön divarının çoxsaylı kəsilmiş yaraları, bədənin müxtəlif nahiyələrinin çoxsaylı əzilmələri və qançırları diaqnozu ilə daxil olub. Hazırda azyaşlının stasionar müalicəsi davam etdirilir.
Xaçmaz rayonunun Xudat qəsəbəsinin Mahmud Əbilov küçəsində valideyni Səyyarə Qurbanova tərəfindən şiddət görən yeddi yaşlı Zəhra televiziya kanallarında açıqlama verib. "Anam məni dəmirlə vurub. Mən yatmışdım, qardaşım gəldi ki, oynayaq. Mən də ona cavab olaraq dedim ki, yatmışam, o da mənə qışqıraraq cavab verdi, anam da gəlib məni döydü", - o qeyd edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, anası tərəfindən döyülən azyaşlı nəzarətə götürülüb. "Ailədəki digər uşaqların eyni aqibəti yaşamaq ehtimalı nəzərə alınaraq onlar da nəzarətə götürülüblər. Hazırda polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir", - qurum rəsmisi əlavə edib.
Daxili İşlər Nazirliyindən isə bildirilib ki, hadisə ilə əlaqədar tibbi ekspertiza təyin edilib, ana sağlamlığı ilə əlaqədar ixtisaslaşmış xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır.
10-09-2024, 16:54
"Formula-1"ə görə 100-dən çox tibb işçisi təhkim olundu - FOTO


"Formula-1"ə görə 100-dən çox tibb işçisi təhkim olundu - FOTO

2024-cü il Formula-1 Azərbaycan Qran-Prisi günlərində zərurət yarandığı hallarda tibbi yardım göstərmək üçün 30-dan çox (ehtiyat briqadalarla birlikdə) təcili tibbi yardım avtomobili, ümumilikdə 132 tibb işçisi təhkim olunub.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təşkil olunan Formula-1 Azərbaycan Qran-Prisi günlərində zərurət yarandığı hallarda tibbi yardım göstərmək üçün təhkim olunan tabeli tibb müəssisələrinin tibb heyəti ilə görüşüb.
TƏBİB rəhbəri yarışlarda tibbi xidmət göstərəcək təcili tibbi yardım briqalarına baxış keçirib və proseslə yaxından tanış olub.
Yarış xətti boyunca iştirakçılara, Formula-1 çərçivəsində xidmət göstərən şəxslərə, eləcə də tamaşaçılara təcili və təxirəsalınmaz tibbi xidmətin tələb olunduğu hallarda, eyni zamanda yarışlar səbəbi ilə giriş-çıxışı məhdudlaşdırılmış ərazidə yaşayan əhali üçün təcili və təxirəsalınmaz tibbi yardım postları qurulub.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin briqadaları Bakıda təşkil olunan 2024-cü il Formula-1 Azərbaycan Qran Prisi üzrə idman yarışlarının keçirildiyi hərəkət zolağı istiqamətində 12, idman yarışları zamanı yarışları izləyən tamaşaçılar üçün dənizkənarı bulvar boyu 6, Atletlər kəndində 2 və yarış zonasında məskunlaşan sakinlərin istifadə etdiyi ərazi üzrə isə 2 təcili tibbi yardım avtomobili olmaqla, ümumilikdə 132 tibb işçisindən ibarət təcili tibbi yardım briqadaları təhkim olunub.
Tədbirin keçirildiyi müddət ərzində təhkim olunan bütün tibb işçiləri 08:00-dan 00:00-a qədər növbəli xidmət göstərəcək.
12-15 sentyabr tarixlərində Bakı Kristal Zalda keçiriləcək tədbirdə isə 4 təcili tibbi yardım briqadası fəaliyyət göstərəcək.
Qeyd edək ki, TƏBİB 5 ildir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində uğurlu əməkdaşlıq edir.




10-09-2024, 16:46
Bu universitetin əməkdaşlarının maaşları 30% artırılacaq


Bu universitetin əməkdaşlarının maaşları 30% artırılacaq

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşlarının əməkhaqları qaldırılıb.
Bu barədə BDU-nun Elmi Şurasının yeni tədris ilində ilk iclasında qərar qəbul edilib.
Qərara əsasən, BDU-nun 105 illik yubileyi münasibətilə əməkdaşlara 300 manat birdəfəlik mükafat veriləcək.
Elmi Şura, həmçinin BDU əməkdaşlarının əməkhaqlarının sentyabrın 1-dən hesablanmaqla 30 faiz artırılması haqqında qərar qəbul edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!