Mehriban Əliyevadan COP29-la bağlı daha bir paylaşım .....                        ABŞ, Azərbaycan və Çin birgə iclas keçirdi .....                        Dünya liderləri Bakıda... .....                        "Hərəkətə keçməsək, tarix bizi mühakimə edəcək" - Sandu Bakıdan səsləndi .....                        Bakıya gələn liderlərə ziyafət verildi .....                        Görkəmli alim, böyük şəxsiyyət .....                        Mirziyoyev COP29 kürsüsündən hansı mesajları verdi? .....                        Mehriban Əliyeva COP29-da çıxış etdi .....                        Ceyhun Bayramov dəyirmi masada çıxış etdi .....                       
16-09-2024, 22:17
“Biz Rusiyaya silah verməmişik” - Pezeşkian


“Biz Rusiyaya silah verməmişik” - Pezeşkian

İran hökuməti Rusiyaya heç bir silah ötürməyib.
Bu barədə İran prezidenti Məsud Pezeşkian mətbuat konfransında danışıb.
“Biz Rusiyaya silah verməmişik”, - deyə Pezeşkian bildirib.
O əlavə edib ki, İran və Rusiyanın münasibətləri saxlamaq hüququ var və Ukraynadakı müharibə NATO ölkələri tərəfindən qızışdırılıb.
16-09-2024, 21:06
Bölgədə beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb


Bölgədə beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb

Məhz Azərbaycanın səyləri nəticəsində bölgəmizdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı bildirib.
Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin təşəbbüskarının da məhz ölkəmiz olduğunu qeyd edərək bu müqavilənin imzalanması üçün Ermənistanın öz Konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoymasının, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulayıb.
Sərhədlərin delimitasiyası məsələsinə toxunan Prezident İlham Əliyev ikitərəfli proses çərçivəsində əldə olunmuş müsbət nəticələri qeyd edib və Əsasmanə əsasında bu prosesin aparılacağını bildirib.
16-09-2024, 19:50
Sus kəndində 32 ildən sonra ilk zəng


Sus kəndində 32 ildən sonra ilk zəng

Yenidən həyatın qayıtdığı Şərqi Zəngəzurun daha bir yaşayış məntəqəsində - Laçının Sus kəndində uzun illərdən sonra tədris ilinin ilk zəngi səslənib.
Sus kəndində yeni tədris ili yeni məktəb binasında başlayıb. Tədbirdə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin, Laçın rayon Təhsil sektorunun nümayəndələri, məktəb kollektivi, kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi sükutla anılıb.
Çıxış edənlər diqqətə çatdırıblar ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi və qüdrətli Ordumuzun gücü sayəsində azad edilən torpaqlarda həyat yenidən canlanıb. Böyük Qayıdış proqramı əsasında əhalinin yenidən məskunlaşdığı ərazilərdə təhsil sahəsi də xüsusi diqqətdə saxlanılır. Sus kəndində 132 şagird yerlik müasir məktəb binasının istifadəyə verilməsi də buna bariz nümunədir.
Daha sonra məktəbdə yaradılan şəraitlə tanışlıq olub, yeni tədris ilinə start verilib.
Qeyd edək ki, Böyük Qayıdış proqramına uyğun olaraq bu günə kimi Laçın şəhərində 570 ailənin, yəni 2090 nəfərin, Zabux kəndində 217 ailə olmaqla, 823 nəfərin, Sus kəndində isə 59 ailənin, 215 nəfərin məskunlaşması təmin edilib və köçürülən ailələr üçün bütün şərait yaradılıb.



16-09-2024, 19:43
ABŞ sülh üçün səylərini əsirgəməyəcək


ABŞ sülh üçün səylərini əsirgəməyəcək

ABŞ Dövlət katibi Antoni Blinken Prezident İlham Əliyevlə telefon danışığı zamanı Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayıb.
Blinken Amerika Birləşmiş Ştatlarının bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.
O, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib.
16-09-2024, 19:30
Seçkilərin nəticələri Konstitusiya Məhkəməsinə təqdim edildi


Seçkilərin nəticələri Konstitusiya Məhkəməsinə təqdim edildi

Mərkəzi Seçki Komissiyası seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib.
Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisinə seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi prosesini başa çatdırmalıdır.
Qeyd edək ki, bu gün MSK sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərə yekun vurub
16-09-2024, 18:56
Blinken İlham Əliyevə zəng etdi


Blinken İlham Əliyevə zəng etdi

Sentyabrın 16-da ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Antoni Blinken Ermənistanla Azərbaycan arasında davamlı sülhün əldə olunmasının vacibliyini vurğulayaraq, Amerika Birləşmiş Ştatlarının bu məqsədə nail olunması üçün bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib. O, Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə edilmiş nailiyyətləri, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamənin müvafiq qaydada 2024-cü il avqustun 30-da imzalanmasını müsbət addım kimi qiymətləndirib.
Regionda artıq sülhün mövcud olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, məhz Azərbaycanın səyləri nəticəsində bölgəmizdə ədalətə və beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar və status-kvo yaranıb. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin təşəbbüskarının da məhz ölkəmiz olduğunu qeyd edərək bu müqavilənin imzalanması üçün Ermənistanın öz Konstitusiyası və digər qanunverici aktları əsasında Azərbaycana qarşı olan ərazi iddialarına soy qoymasının, həmçinin keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla bağlı olan bütün təsisatların fəaliyyətinə son qoyulmasının vacibliyini vurğulayıb. Sərhədlərin delimitasiyası məsələsinə toxunan Prezident İlham Əliyev ikitərəfli proses çərçivəsində əldə olunmuş müsbət nəticələri qeyd edib və Əsasmanə əsasında bu prosesin aparılacağını bildirib.
Telefon söhbəti zamanı COP29-un ölkəmizdə keçirilməsi məsələsinə toxunulub.
Antoni Blinken COP29-un uğurla keçirilməsi üçün ölkəsinin Azərbaycana dəstək göstərdiyini qeyd edərək Azərbaycan ilə ABŞ-ın COP komandalarının və heyətlərinin yaxından əməkdaşlıq etdiklərini vurğulayıb.
Bu əməkdaşlıqdan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev COP çərçivəsində iqlim maliyyələşdirilməsi ilə əlaqədar mühüm qərarların qəbul edilməsi ilə bağlı xüsusilə inkişaf etmiş dövlətlər tərəfindən konsensusun əldə ediləcəyinə ümidvar olduğunu deyib.
Telefon danışığı zamanı Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərə dair fikir mübadiləsi aparılıb.
16-09-2024, 18:30
Fransa komissarı istefa verdi


Fransa komissarı istefa verdi

Fransanın Avropa İttifaqındakı komissarı Tyeri Bröton Avropa Komissiyasının sədri Ursula von der Leyenə göndərdiyi məktubda dərhal istefa verdiyini elan edib.
Bu barədə T.Bröton tviter hesabında yazıb. O bildirib ki, E.Makronun onun mandatını yenidən təzələmək (2024-2029) təklifi Ursula von der Leyen tərəfindən rədd edilib.
“Gələcək kollegiyanın tərkibini formalaşdırmaq üçün son anda mənimlə müzakirə etmədən və şəxsi səbəblərə görə Fransadan mənim adımın geri götürülməsini istədiniz”, - deyə T.Bröton istefa məktubunda şübhəli idarəçilikdən sitat gətirərək yazıb. “Buna görə də mən Avropa komissarı vəzifəsindən dərhal qüvvəyə minən istefa verirəm”, - deyə o bildirib.
Qeyd edək ki, T.Brötonun istefasından sonra Fransa dərhal istefa edən xarici işlər naziri Stefan Sejurnenin namizədliyini irəli sürüb.
16-09-2024, 18:18
Yeni tədris ilində 1.6 milyon şagird


Yeni tədris ilində 1.6 milyon şagird

2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində 1 619 335 nəfər şagird təhsil alacaq.
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, bunlardan 132,931 nəfər birinci sinfə qədəm qoyacaq. Məktəbəhazırlıq qruplarında isə 90,672 uşaq təhsil alacaq.
16-09-2024, 18:04
Sərhəddə atışma - Erməni hərbçilər bir-birini güllələdi


Sərhəddə atışma - Erməni hərbçilər bir-birini güllələdi

Sentyabrın 15-də Ermənistanın Zəngəzur bölgəsinin (Sünik) Sisian rayonunda yerləşən döyüş mövqeyində 2 əsgər bir-birini güllələyib.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Məlumata görə, hərbçilər arasında əvvəlcə mübahisə baş verib, sonra bir-birlərinə silah tuşlayıblar. Atışma nəticəsində onların hər ikisi yaralanıb. Əsgərlər Xəstəxanaya aparılıblar.
16-09-2024, 17:47
Bakıda maşınlardan və ödəniş terminalından 14 min manat oğurlandı - VİDEO


Bakıda maşınlardan və ödəniş terminalından 14 min manat oğurlandı - VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.
Naməlum şəxslər gecə saatlarında müxtəlif markalı avtomobillərin şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından pul və digər qiymətli əşyaları talayıblar. Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməllərini törədən əvvəllər dəfələrlə məhkum olunmuşlar Təhməz Dadaşov və qardaşı Misir Dadaşov müəyyən olunaraq saxlanılıblar.Araşdırmalarla onların daha üç vətəndaşa məxsus velosipedi oğurladıqları, habelə əlavə olaraq Qaradağ rayonu ərazisində də analoji cinayətlər törətdikləri və ödəniş terminalını yararaq içərisindən 14 min manat vəsaiti ələ keçirdikləri müəyyən olunub. Bu şəxslərin cinayətləri təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onların digər bu kimi cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!