Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
26-09-2024, 17:27
İlham Əliyevin müşavirədəki çıxışının videosu


İlham Əliyevin müşavirədəki çıxışının videosu

Xəbər verdiyimiz kimi, bu gün iqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə çıxış edib.
Dövlət başçısının çıxışının videosunu təqdim edir.

26-09-2024, 17:23
İranın I vitse-prezidenti Ermənistana gedir - Pezeşkian açıqladı


İranın I vitse-prezidenti Ermənistana gedir - Pezeşkian açıqladı

İranın I vitse-prezidenti Məhəmməd Rza Arefin yaxın günlərdə Ermənistana səfər edəcəyi gözlənilir.
Bu barədə ölkə prezidenti Məsud Pezeşkian bildirib.
“Xarici işlər naziri və mən Nyu-Yorkda region və dünya rəsmiləri ilə görüşərkən, iqtisadiyyat naziri Özbəkistanda Asiya ölkələrinin nümayəndələri ilə danışıqlar aparır. Yaxın günlərdə I vitse-prezident Pakistan və Ermənistana səfər edəcək. Ümid edirik ki, bu səfərlər insanlara daha yaxşı həyat yaşamağa kömək edəcək. On dördüncü hökumət Qərbdən Şərqə, Nyu-Yorkdan Səmərqəndə qədər dünya ilə siyasi və iqtisadi diplomatiyaya can atır. Biz söz verdiyimiz kimi, Şərq və Qərblə milli maraqlar əsasında qarşılıqlı fəaliyyət göstərəcəyik”, - İran prezidenti X sosial şəbəkəsindəki mikrobloqunda yazıb.
26-09-2024, 17:12
Xankəndi məktəbində kimlərin övladları təhsil alır? - AÇIQLAMA


Xankəndi məktəbində kimlərin övladları təhsil alır? - AÇIQLAMA

Xankəndi şəhərində ilk məktəb fəaliyyətə başlayıb. Belə ki, 23 sentyabr Qarabağ Universiteti ilə yanaşı, Nizami Gəncəvi adına Xankəndi 4 nömrəli məktəbində də tədrisə start verilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində Nizami Gəncəvi adına Xankəndi şəhəri 4 nömrəli 624 şagird yerlik tam orta məktəbin əsaslı təmiri nəzərdə tutulub.
Məktəbin əsaslı təmirinə Elm və Təhsil Nazirliyinin sifarişi ilə bu ilin mayında başlanılıb. Məktəbin layihəsi 0,67 hektar ərazini, 3760 kvadratmetr ümumi sahəni əhatə edir. Məktəbdə 11 sinif otağı, kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 2 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, həmçinin yeməkxana yaradılıb.
Qeyd edək ki, Xankəndi şəhərinə "Böyük Qayıdış" başlamayıb. Bəs Xankəndi məktəbində oxuyan şagirdlər kimlərin övladlarıdır?
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən cavab olaraq bildirilib ki, sözügedən məktəbdə Xankəndi şəhərində fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və digər qurumların əməkdaşlarının övladları təhsil alır.
"Məktəbdə 27 müəllim tədris aparır. Məktəbəhazırlıqla birlikdə 22 sinif mövcuddur. Ümumi təhsil müəssisəsində 420 şagird təhsil alır", - açıqlamada bildirilir.
Onu da qeyd edək ki, işğal müddətində Nizami Gəncəvi adına Xankəndi 4 nömrəli məktəb Bakı şəhər, Sabunçu rayonu, Ramana qəsəbəsində fəaliyyət göstərib, məktəb binası bundan sonra Bakı şəhəri 338 nömrəli tam orta məktəb kimi fəaliyyətini davam edəcək.
26-09-2024, 17:05
Azərbaycanla İsrail arasında mühüm saziş


Azərbaycanla İsrail arasında mühüm saziş

İsrail və Azərbaycan arasında müdafiə sənayesi sahəsində də əməkdaşlıq inkişaf etməkdə davam edir.
Bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik özünün “X” hesabında yazıb.
O bildirib ki, “AS Holdings” və onun törəmə şirkəti, NATO standartlarına uyğun yüngül silahların istehsalı və inkişafı üzrə ixtisaslaşmış beynəlxalq miqyaslı “Ari Arms” şirkəti bu gün Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” dövlət şirkəti ilə Strateji Anlaşma Memorandumu (MOU) imzalayıb:
“Bu əvəzolunmaz tərəfdaşlıq ölkələri daha da yaxınlaşdırır, müstəqillik və milli təhlükəsizliyi gücləndirmək üçün birgə inkişafa və birgə səylərə kömək edir. İmzalanma mərasimində müxtəlif nazirliklərin, idarələrin nümayəndələri, rəsmi şəxslər iştirak ediblər”.
26-09-2024, 16:30
DİM taksi sürücüləri üçün bu tarixdə imtahan keçirəcək


DİM taksi sürücüləri üçün bu tarixdə imtahan keçirəcək

Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün oktyabrın 27-də növbəti imtahan keçirəcək.
İmtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyənlərin məlumatları təqdim olunub.
Həmin şəxslər 26 sentyabr saat 16:00-dan 20 oktyabr saat 10:00-dək qeydiyyatdan keçməlidirlər.
İmtahanda iştirak etmək üçün sürücülər ilk növbədə DİM-in internet saytında (//ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və göstərilən vaxtadək “Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidə yerləşdirilib.
İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Test imtahanı Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə biləcəklər.
İmtahanın davametmə müddəti 1 saatdır. İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən edilmiş xüsusi hazırlığın proqramını əhatə edən 20 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara 7 (yeddi) il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcəkdir.
Xüsusi hazırlığın proqramı ilə aşağıda verilən link vasitəsilə tanış olmaq olar.
26-09-2024, 16:22
"Ayaqlarımızı yorğanımıza görə uzatmalıyıq" - Prezident


"Ayaqlarımızı yorğanımıza görə uzatmalıyıq" - Prezident

"Qeyd etdiyim kimi, indi gələn ilin büdcəsinin müzakirəsi gedir, yaxın vaxtlarda mənə təqdim ediləcək. Təbii olaraq, büdcə bizim imkanlarımızı əks etdirir".
Bu sözləri Prezident İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə çıxışında deyib.
"Biz, necə deyərlər, ayaqlarımızı yorğanımıza görə uzadırıq və uzatmalıyıq. Heç bir yerdən heç bir yardım almırıq, əksinə, xarici borcu azaldırıq və bir neçə il bundan əvvəl qarşıya qoyduğum vəzifə artıq uğurla yerinə yetirilir. Xarici borcun ümumi daxili məhsula nisbətdə Azərbaycan dünya miqyasında qabaqcıl ölkələr sırasındadır. Bu, cəmi 7,5 faizdir və bu, bizə imkan verir ki, gələcəkdə daha az vəsaiti xarici borcun qaytarılmasına sərf edək.
Bu gün onu da biz müzakirə edəcəyik, baxarıq, bəlkə də bəzi borcları vaxtından əvvəl ödəmək də faydalı ola bilər. Halbuki mən bunu artıq bir neçə dəfə demişəm ki, istəsək, biz bir gün ərzində bütün borcu sıfırlaya bilərik. Hər halda, bu məsələni müzakirə etmək üçün bu gün, əlbəttə ki, fikir mübadiləsi aparılacaqdır", - deyə dövlət başçısı bildirib.
26-09-2024, 16:18
Türkiyə Müdafiə Nazirliyindən Anım Günü BƏYANATI


Türkiyə Müdafiə Nazirliyindən Anım Günü BƏYANATI

Türkiyə Milli Müdafiə Nazirliyi 27 sentyabr - Anım Günü ilə bağlı bəyanat yayıb. MN-in bəyanatında deyilir:
“İki dövlət, bir millət” şüarı ilə bir olduğumuz azərbaycanlı qardaşlarımızın 20 sentyabr - Suverenlik Gününü bir daha təbrik edir, qəhrəman Azərbaycan ordusunun işğal altında olan torpaqlarını azad etmək üçün başlatdığı və 44 gün davam edən Vətən Müharibəsinin dördüncü ildönümünü və 27 sentyabr - Şəhidlərin Anım Günü münasibəti ilə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edir, qəhrəman qazilərimizə minnətdarlığımızı bildiririk”.
26-09-2024, 16:10
8 Noyabr prospektindəki məhdudiyyət tam aradan qaldırıldı


8 Noyabr prospektindəki məhdudiyyət tam aradan qaldırıldı

Bakının Xətai rayonunda 8 Noyabr prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, aparılan təmir işləri ilə əlaqədar Xətai rayonu, 8 Noyabr prospekti və Ramiz Quliyev küçəsinin kəsişməsindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.
26-09-2024, 15:58
Şəhidimizin nəşinin qalıqları doğma kəndində torpağa tapşırıldı


Şəhidimizin nəşinin qalıqları doğma kəndində torpağa tapşırıldı

Xocavəndin Qaradağlı kəndidə ermənilərin törətdiyi faciə zamanı itkin düşmüş sayılan Quliyev Mirzəli Müslət oğlunun nəşinin qalıqları 32 ildən sonra doğma kəndində torpağa tapşırılıb.
Mirzəli Quliyev 1952-ci ildə Qaradağlı kəndində dünyaya göz açıb. Doğma kəndinin müdafiəsi zamanı sona qədər döyüşüb. Erməni hərbi birləşmələrinin kəndi işğal etdiyi zaman Mirzəli Quliyev də əsir götürülüb və onun taleyindən ötən müddətdə heç bir məlumat olmayıb. Torpaqlarımız işğaldan azad ediləndən sonra onun nəşinin qalıqları Ağdam-Xocavənd rayonlarının sərhədində aşkarlanaraq şəxsiyyəti dəqiqləşdirilib.
Şəhidin nəşi bu gün doğma kəndi Qaradağlıya gətirilib, vida mərasimi olub, cənazə namazı qılınıb, şəhidlərin ruhuna dualar oxunub.
Mirzəli Quliyevin nəşinin qalıqları Qaradağlı Şəhidlər xiyabanında dəfn edilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, kənd sakinləri iştirak ediblər.



26-09-2024, 15:55
Hökumət büdcə layihəsini Prezidentə təqdim etdi


Hökumət büdcə layihəsini Prezidentə təqdim etdi

“Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilib.
Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında” qərarında əksini tapıb.
Bu Qərarda qeyd olunan layihələr “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuş digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!