Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
23-09-2024, 14:13
Bu deputatlar Milli Məclisdəki vəzifələrini itirdilər


Bu deputatlar Milli Məclisdəki vəzifələrini itirdilər

VII çağırış Milli Məclisin bu gün keçirilən ilk iclasında komitələrin sədrləri və müavinləri seçilib.
Yeni seçkilər bəzi komitələrdə dəyişikliklərə səbəb olub. Belə ki, VI çağırışda komitə sədri və ya müavin vəzifəsini tutan bəzi parlamentarlar bu dəfə həmin postdan kənarda qalıblar.

Ziyafət Əsgərov Milli Məclis sədrinin müavini seçildiyindən ona Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri vəzifəsi də həvalə olunmayıb. Komitə sədri vəzifəsinə Arzu Nağıyev seçilib. Ötən çağırışda bu komitənin sədr müavini olmuş Hikmət Babaoğlu (Məmmədov) bu dəfə sıravi deputat kimi fəaliyyət göstərəcək. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müaviniliyini Qüdrət Həsənquliyev edəcək.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilini bu vəzifədə Azər Əmiraslanov əvəz edib. Bu komitənin sədri müavini olmuş Əli Məsimli də yenidən görəvləndirilməyib. Əvəzində Azər Badamov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində sədrin müavini seçilib.

Aqrar siyasət komitəsinə də yeni sədr müavini seçilib. Razi Nurullayev bu postda Sabir Hacıyevi əvəz edib. S.Hacıyev sıravi deputat olacaq.

Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızını ilk dəfə parlamentə seçilən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev əvəzləyib.

Nurlan Həsənov Regional məsələlər komitəsində yeni sədr müavini olub. Ötən parlamentdə Regional məsələlər komitəsində sədr müavini olmuş Elşən Musayev vəzifəsini qoruya bilib. O bu dəfə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində sədrə müavinlik edəcək.

Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev əvvəlki vəzifəsini itirib. Onun yerinə Anar İskəndərli seçilib. Elm və təhsil komitəsində sədr müavini də dəyişib. Bu posta ilk dəfə mandat qazanmış Fariz İsmayılov gətirilib. Komitə sədrinin əvvəlki müavini Musa Qasımli vitse-spiker seçildiyindən ona iki vəzifə həvalə olunmayıb.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində də dəyişiklik olub. Sevinc Fətəliyeva bu dəfə komitə sədrinin müavini seçilə bilməyib. Onun yerinə bu vəzifə Nigar Arpadaraiyə qismət olub.

Mədəniyyət komitəsində həm sədr, həm də sədr müavini yenilənib. Polad Bülbüloğlu sədr, Günay Əfəndiyeva sədr müavini olub. Əvəzində Ülviyyə Həmzəyeva sədr müavini vəzifəsini itirib. Keçmiş sədr Fazil Mustafa isə İctimai birliklər və dini qurumlar komitəsinin sədri vəzifəsinə aparılıb.

Gənclər və idman komitəsinə yeni sədr və müavin seçilib. Şahin İsmayılov sədr, Könül Nurullayeva müavin olub. Keçmiş sədr Adil Əliyev və eks-müavin Mahir Abbaszadə ümumiyyətlə deputat seçilməyiblər.

İnsan hüquqları komitəsində də yeni müavin var – ilk dəfə mandat əldə edən Arzuxan Əlizadə. Keçmiş sədr müavini Tahir Kərimli bu dəfə heç sıravi deputat da ola bilməyib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsindəki dəyişiklik sədr müavini ilə bağldır. Belə ki, Asim Mollazadə bu dəfə sədr müavinliyindən kənarda qalıb. Əvəzində onun yerinə Fatma Yıldırım seçilib.
23-09-2024, 14:04
İlham Əliyev tapşırıq verdi: Pensiya və əməkhaqları artacaq


İlham Əliyev tapşırıq verdi: Pensiya və əməkhaqları artacaq

İqtisadi sahədə bu ilin göstəriciləri, hesab edirəm ki, müsbətdir. Səkkiz ayda iqtisadiyyat 4 faizdən çox artıb. Qeyri-neft sektorunda 7 faiz olub.
Bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında söyləyib.
Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqının 2,7 dəfə, minimum pensiyanın 2,5 dəfə artdığını deyən dövlətimizin başçısı qeyd edib. “Onu da bildirməliyəm ki, artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq”.
23-09-2024, 13:58
Ermənistanı silahlandıranlara ciddi mesaj


Ermənistanı silahlandıranlara ciddi mesaj

Ermənistan silah üçün nəzərdə tutulan Sülh Fondundan istifadə edir, Fransadan pulsuz silah alır. Ona görə bu, ciddi məsələdir.
Bu barədə Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirib.
Azərbaycanın şərtlərinin yerində qaldığını xatırladan dövlətimizin başçısı qeyd edib: “Ermənistanı silahlandıranlar bilməlidirlər ki, bütün gələcək hadisələrə görə birbaşa onlar cavabdehlik daşıyacaqlar. Təbii olaraq bizə qarşı rəsmi ərazi iddialarına son qoyulmalıdır. Onların Konstitusiyasına dəyişiklik edilməlidir, Minsk qrupu da ləğv olunmalıdır”.
23-09-2024, 13:37
Milli Məclis komitələrinin sədr müavinləri seçildi - SİYAHI


Milli Məclis komitələrinin sədr müavinləri seçildi - SİYAHI

VII Çağırış Milli Məclisin ilk iclasında parlamentin komitə sədrlərinin müavinləri seçilib.
Parlamentin komitə sədrlərinin müavinləri aşağıdakılardır:

- Hüquq siyasəti və dövlət quruculuğu komitəsi – Elşən Musayev

- Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi – Qüdrət Həsənquliyev

- İnsan hüquqları komitəsi - Arzuxan Əlizadə

- Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi – Fatma Yıldırım

- İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi – Azər Badamov

- Aqrar siyasət komitəsi – Razi Nurullayev

- Əmək və sosial siyasət komitəsi – Elşad Musayev

- Səhiyyə komitəsi – Rəşad Mahmudov

- Ailə, qadın və uşaq məsələləri komitəsi –Jalə Əliyeva

- Gənclər və idman komitəsi – Könül Nurullayeva

- İctimai birliklər və dini qurumlar komitəsi - Sahib Alıyev

- Regional məsələlər komitəsi –Nurlan Həsənov

- Elm və təhsil komitəsi – Fariz İsmayılov

- Mədəniyyət komitəsi –Günay Əfəndiyeva

- Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi – Nigar Arpadarai.
23-09-2024, 13:35
Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün işlər aparılır


Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün işlər aparılır

Müharibədən sonra bu ilin sonuna qədər xərclənilməsi nəzərdə tutulan vəsait 19 milyard manatdır. Vəsaitin mütləq əksəriyyəti infrastruktur layihələrinə xərclənib.
Bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib.
Səkkiz mindən çox keçmiş köçkünün artıq Qarabağ və Şərqi Zəngəzura yerləşdiyini, hər il onların sayının artacağını bildirən dövlətimizin başçısı azad olunmuş ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən danışıb. Deyib ki, məktəblər, xəstəxanalar, sosial obyektlər tikilir, kəndlər salınır. Bir sözlə, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır.
23-09-2024, 13:24
Bizə qarşı ideoloji təxribatlar davam edir - Prezident


Bizə qarşı ideoloji təxribatlar davam edir - Prezident

Bizə qarşı ideoloji təxribatlar davam edir. Düzdür, onların bu günə qədər heç bir nəticəsi olmayıb, çünki bunların qarşısında xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır. İstənilən ideoloji təxribatın burada kök salması qeyri-mümkündür. Ancaq bu, bizi sakitləşdirməməlidir.
Bu fikirləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında səsləndirib.
“Bizə qarşı aparılan çirkin oyunları ifşa etməliyik, necə ki, edirik, həm rəsmi surətdə, həm ictimai məkanda, media məkanında. Hesab edirəm ki, Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir - bizim dostumuz kimdir, düşmənimiz kimdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
23-09-2024, 13:18
Polad Bülbüloğlu Milli Məclisdə komitə sədri oldu


Polad Bülbüloğlu Milli Məclisdə komitə sədri oldu

Yeddinci çağırış Milli Məclisin bu gün keçirilən ilk plenar iclasında komitələrə sədr seçkisi keçirilib.
Azərbaycanın Rusiyadakı keçmiş səfiri Polad Bülbüloğlu Milli Məclisin Mədəniyyət komitəsinin sədri seçilib.
Qeyd edək ki, bundan əvvəl komitənin sədri Fazil Mustafa olub.
Fazil Mustafa isə İctimai birliklər və dini qurumlar komitəsinin sədri seçilib.
23-09-2024, 13:12
Prezident quru sərhədlərindən danışdı: "Bizi çox böyük fəlakətlərdən xilas etdi"


Prezident quru sərhədlərindən danışdı: "Bizi çox böyük fəlakətlərdən xilas etdi"

Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır.
Bunu Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib.
Sərhədlərimizin qorunmasının bizi xarici risklərdən qoruyacağını qeyd edən dövlətimizin başçısı bildirib ki, Azərbaycanda daxili risklər yoxdur. “Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir”, - deyə Prezident diqqətə çatdırıb.
23-09-2024, 13:07
Milli Məclisin yeni komitə sədrləri - TAM SİYAHI


Milli Məclisin yeni komitə sədrləri - TAM SİYAHI

VII Çağırış Milli Məclisin ilk iclasında parlamentin komitə sədrləri seçilib.
Parlamentin yeni komitə sədrləri aşağıdakılardır:

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi - Azər Əmiraslanov

Elm və təhsil komitəsi - Anar İskəndərov

Regional məsələlər komitəsi - Siyavuş Novruzov

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi - Arzu Nağıyev

İnsan hüquqları komitəsi - Zahid Oruc

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi - Sadiq Qurbanov

Aqrar siyasət komitəsi - Tahir Rzayev

Əmək və sosial siyasət komitəsi - Musa Quliyev

Mədəniyyət komitəsi - Polad Bülbüloğlu

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi - Səməd Seyidov

Səhiyyə komitəsi - Əhliman Əmiraslanov

Ailə, qadın və uşaq məsələləri komitəsi - Hicran Hüseynova

Gənclər və idman komitəsi - Şahin İsmayılov

İctimai birliklər və dini qurumlar komitəsi - Fazil Mustafa

Hüquq siyasəti və dövlət quruculuğu - Əli Hüseynli.

Sonra komitə sədrlərinin müavinləri də təsdiqlənib.
Bununla da yeddinci çağırış Milli Məclisin birinci iclası başa çatıb.
23-09-2024, 13:04
Ərdoğan Ermənistan-Azərbaycan danışıqları haqda: “Mühüm fürsət əldə edilib”


Ərdoğan Ermənistan-Azərbaycan danışıqları haqda: “Mühüm fürsət əldə edilib”

BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dakı Türk Evində bir sıra Amerika analitik mərkəzlərinin nümayəndələri ilə görüşüb.
“Anadolu” agentliyinin məlumatına görə, Əradoğan Ermənistanla Azərbaycan arasında sülh prosesinə də toxunub.
Türkiyə prezidenti Azərbaycan və Ermənistanla birlikdə Cənubi Qafqazda daimi sülh və sabitliyə nail olmaq üçün mühüm fürsət əldə etdiklərini vurğulayıb.
Ərdoğanın sözlərinə görə, Balkanlarda konstruktiv diplomatiya və Yaxın Şərqdə sülh və sabitliyin bərqərar edilməsi səyləri sayəsində Ankara regional rolunu gücləndirib. O, Türkiyənin əsas prinsiplərinin dostluğu gücləndirmək, fikir ayrılıqlarını azaltmaq və sülhü təmin etmək olduğunu, Türkiyənin beynəlxalq hüquqa, dövlət suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsini vazkeçilməz şərt hesab etdiyini bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!