Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
21-09-2024, 12:22
ADY-nin nümayəndə heyəti Çində


ADY-nin nümayəndə heyəti Çində

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Beynəlxalq İpək Yolu Sərgisi və Şərqi və Qərbi Çin arasında İnvestisiya və Ticarət Forumunda iştirak edib.
Sərgi və forum çərçivəsində Çinin Sian quru limanı və Qazaxıstan-Çin birgə terminalına baxış keçirən ADY nümayəndə heyəti Sian limanından Avropaya konteyner blok qatarının yola salınması mərasiminə qatılıb.
Mərasimdə çıxış edən Vüsal Aslanov Çin-Avropa marşrutu üzrə blok qatarın yola düşməsini Azərbaycan və Çin arasında qarşılıqlı əlaqələrdə insanları və iqtisadiyyatları birləşdirən addım kimi qiymətləndirib.
Vüsal Aslanov Çinin "Bir Kəmər, Bir Yol” təşəbbüsünün Azərbaycan tərəfindən dəstəkləndiyini, ölkənin tranzit potensialının gücləndirilməsi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən infrastruktur layihələrinə investisiya yatırılmasının davam etdirildiyini və atılan addımların Çin-Avropa-Çin marşrutu üzrə tranzit yük həcminin artmasına daha böyük töhfə verəcəyini bildirib.
Tədbir çərçivəsində Çin, Qazaxıstan və Gürcüstandan olan həmkarları ilə görüşən ADY rəsmisi artan yük həcminə uyğun infratruktur işlərinin icrası, qatarların qrafik üzrə hərəkətinin təmin edilməsi və s. məsələləri müzakirə edib.
Siandan Orta Dəhlizlə yola salınan blok qatarın multimodal marşrutu dəmir yolu şəbəkələri ilə yanaşı, Qazaxıstanın Altınkol və Aktau, Azərbaycanın Ələt, Gürcüstanın Poti, Bolqarıstanın Burqas, Serbiyanın Belqrad, Macarıstanın Budapeşt və Almaniyanın Duysburq və Hamburq limanlarını əhatə edir.
Yeni marşrutun əhəmiyyəti bundan əvvəl Hamburq istiqamətinə alternativ nəqliyyat dəhlizləri ilə göndərilən konteyner yüklərinin Orta Dəhlizə cəlb edilməsi ilə yük həcminin artırılmasından ibarətdir.
Qeyd edək ki, blok qatarın 20-25 gün ərzində təyinat məntəqəsinə çatması gözlənilir. Ümumilikdə Orta Dəhliz vasitəsilə 2024-cü ilin yanvar ayından başlayaraq Sian-Avropa istiqamətində mütəmadi olaraq gündəlik 1-2 qatar tərtib edilərək yola salınır.
21-09-2024, 12:14
Zelenskinin Baydenə təqdim etdiyi "qələbə planı"nda nələr var? - ŞOK DETALLAR


Zelenskinin Baydenə təqdim etdiyi "qələbə planı"nda nələr var? - ŞOK DETALLAR

Ukrayna prezidenti Volodimir Zelenskinin "qələbə planı"na Kiyevin NATO və Aİ-yə daxil olması, həmçinin silah tədarükü tələbi daxildir.
Bu barədə "Bloomberg" yazıb.
Nəşr yazır ki, ABŞ-dakı görüş zamanı Ukrayna prezidenti həmkarı Co Baydeni Kiyevə NATO-ya rəsmi dəvət göndərməyə və təkmil silahların daimi tədarükü ilə bağlı öhdəlikləri qəbul etməyə sövq edəcək.
Materialda həmçinin bildirilir ki, plan Aİ-yə üzvlük və digər iqtisadi və hərbi razılaşmalar üçün aydın bir yol tələb edir və bu, Zelenskinin sözlərinə görə, “Putini sülh axtarmağa təşviq edəcək”.
Nəşrin həmsöhbətləri qeyd ediblər ki, Ukraynanın bəzi müttəfiqləri danışıqlar yolu ilə atəşkəs variantlarını nəzərdən keçirməyə başlayıblar.
21-09-2024, 12:00
3 saylı Uşaq evi ilə bağlı iddialar nəzarətə götürüldü - RƏSMİ


3 saylı Uşaq evi ilə bağlı iddialar nəzarətə götürüldü - RƏSMİ

3 saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən xüsusi nəzarətə götürülüb.
Bu barədə agentlik məlumat yayıb.
Qeyd olunub ki, hazırda bununla bağlı araşdırma aparılır, müəssisənin sakinlərinin mənafeyi əsas götürülərək lazımi işlər təmin olunacaq.
Bildirilirb ki, adıçəkilən müəssisə təxminən bir ay olar hüquqi olaraq SXA-nın idarəetməsindədir.
"Tabeliyimizdə olan digər müəssisələrdə olduğu kimi burada da müasir sosial xidmət prinsiplərinin tətbiqi üçün lazımi addımlar atılır. Neqativ halların qarşısının alınması, orada qalan sakinlərin lazımi sosial xidmətlərlə təmini istiqamətində iş aparılır. Mediada iddiası yayılan müəssisənin sakini Ramal Rəsulov isə özünün istəyinə əsasən və mövcud psixoloji vəziyyəti nəzərə alınaraq artıq agentliyin digər müəssisəsinə yerləşdirilib. Onun sosial psixoloji reabilitasiyası üçün lazımi iş aparılır".
21-09-2024, 11:26
Ərdoğan Kamala Harrislə görüşmək istəyir


Ərdoğan Kamala Harrislə görüşmək istəyir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarına gedir.
"Bloomberg"in məlumatına görə, Ərdoğan ABŞ prezidentliyinə namizəd, vitse-prezident Kamala Harrislə görüşmək istəyir.
Ərdoğan sentyabrın 24-də BMT-nin 79-cu Baş Assambleyasında çıxış edəcək. Onun sammit çərçivəsində dövlət və hökumət başçıları ilə ikitərəfli görüşləri gözlənilir. Amma Ərdoğanın kiminlə görüşəcəyi bəlli deyil.
"Alman dalğasının" türkcə xidmətinin məlumatına görə, ABŞ prezidenti Co Baydenlə Ərdoğanın planlaşdırılan görüşü yoxdur. "Bloomberg" isə yazır ki, Ərdoğan bu səfər zamanı ABŞ vitse-prezidenti və Demokrat Partiyasının prezidentliyə namizədi Kamala Harrislə görüşmək istəyir.
Qeyd olunub ki, Ərdoğan və komandası bazar günü Nyu Yorkda xeyriyyə tədbirinə qatılacağı gözlənilən Harrisdən görüşlə bağlı cavab gözləyir. Ərdoğanın Harrisin vitse-prezidentliyə namizədi Tim Valz ilə də görüşə hazır olduğu bildirilib.
21-09-2024, 11:20
Hindistan Ukraynaya silah tədarükü ilə bağlı xəbərləri təkzib etdi


Hindistan Ukraynaya silah tədarükü ilə bağlı xəbərləri təkzib etdi

Hindistan Ukraynaya sursat tədarükü ilə bağlı xəbərləri təkzib edib.
Bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qurum xəbərləri "spekulyativ" və "yanıltıcı" adlandırıb . Açıqlamada vurğulanır ki, Hindistan silahların yayılmaması ilə bağlı “beynəlxalq öhdəliklərə qüsursuz şəkildə əməl edir”.
Bir gün əvvəl "Reuters" agentliyi bildirib ki, Hindistanın silah istehsalçıları tərəfindən satılan artilleriya mərmiləri avropalı alıcılar tərəfindən Ukraynaya yönləndirilir və Moskvanın etirazlarına baxmayaraq Yeni Dehli bu vəziyyətə müdaxilə etməyib.
21-09-2024, 11:11
İlham Əliyevdən həmkarına təbrik


İlham Əliyevdən həmkarına təbrik

Azərbaycan Prezidenti İlham Əliyev Malta Prezidenti Miriam Spiteri Debonoya təbrik məktubu göndərib. Təbrikdə deyilir:
"Malta Respublikasının müstəqilliyinin 60-cı ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Malta arasında dostluq əlaqələrinin və əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var. İnanıram ki, gələn il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcək ölkələr arasında münasibətlər birgə səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində bundan sonra da inkişaf edəcək və genişlənəcək.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim firavanlıq və rifah arzulayıram".
21-09-2024, 11:02
Bulvarda gəmi gəzintisi bərpa edilir - FOTO


Bulvarda gəmi gəzintisi bərpa edilir - FOTO

Son günlər Bakı bulvarında məşhur “Mirvari” gəmisi yenidən görünməyə başlayıb. Yayılan görüntülərdə gəminin yenilənmiş görkəmdə Dəniz Vağzalına yan aldığı əks olunur.
Bir neçə idir ki, dənizin səviyyəsinin aşağı enməsi səbəbindən bulvarda gəmi gəzintisinin müvəqqəti dayandırıldığı bildirilirdi.
İdarənin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva artıq bir müddətdir gəmi gəzintisinin bərpası istiqamətində işlərin görüldüyünü, gəmilərin təhlükəsiz hərəkəti üçün marşrutun müəyyənləşdirildiyini və gəmi səyahəti üçün hazırlıqların aparıldığını bildirib:
“Bildiyiniz kimi, Xəzər dənizinin səviyyəsinin enməsi 2022-ci ildən bulvarda gəmi gəzintisinin müvəqqəti dayandırılmasına səbəb olmuşdu. Cari ildə gəmilərin yenidən fəaliyyətə başlaması istiqamətində işlərə başlanıldı. Müvafiq hissələrdə dənizin dərinliyinin ölçülməsi həyata keçirildi və buna uyğun marşrut xətləri müəyyənləşdirildi. Eyni zamanda “Mirvari” gəmisinin təhlükəsiz və rahat hərəkəti üçün təmir və renovasiya işləri aparıldı. Bir neçə gündür gəmi Dəniz Vağzalı qarşısındakı körpüyə yan alıb və gəmi gəzintisi üçün son hazırlıq işləri görülür. Yaxın vaxtlarda bulvarda gəmi gəzintisi yenidən bərpa ediləcək”.


21-09-2024, 10:48
Bakıda "Prius" mağazaya girdi


Bakıda "Prius" mağazaya girdi

Bakı da "Toyota Prius" markalı avtomobil mağazaya çırpılıb.
Hadisə dünən gecə saatlarında Binə qəsəbəsində baş verib.
Qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub. Hadisə nəticəsində mağazaya və avtomobilə ziyan dəyib.
21-09-2024, 10:30
Şuşada Zəfər muzeyi yaradılacaq


Şuşada Zəfər muzeyi yaradılacaq

Şuşada Bayraq Meydanının yeni̇dən qurulması i̇şləri̇nə 2024-cü ilin may ayında başlanılıb.
Bunu Şuşa Şəhər Dövlət Qoruq İdarəsinin əməkdaşı Müslüm İmranlı bildirib.
O qeyd edib ki, bayraq dirəyinin hündürlüyü isə 11,7 metrdir.
"Şuşa şəhərinin Baş Planına uyğun olaraq Bayraq Meydanının ətrafında Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının və alış-veriş mərkəzinin də inşa edilməsi nəzərdə tutulur", - Müslüm İmranlı vurğulayıb.
21-09-2024, 09:38
Rusiyanın Ukraynadakı itkiləri 640 mini geridə qoydu


Rusiyanın Ukraynadakı itkiləri 640 mini geridə qoydu

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1440 hərbçisini itirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 640 920 nəfərə çatıb.
Həmçinin son sutka ərzində Rusiyaya məxsus 21 tank, 38 zirehli döyüş maşını, 58 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.
Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!