Bağlı qapılar arxasında 1 saat danışdılar .....                        Paşinyanın yeni imici .....                        Turşudan zəhərlənən qadın xəstəxanada öldü .....                        Mirzoyan iranlı həmkarı ilə danışıqlar apardı .....                        Siz COP prosesini pozmağa çalışırdınız! - Prezidentin köməkçisi .....                        Cəbrayılda ağır qəza: Qohumlar öldülər .....                        "Roma"nın yeni baş məşqçisi .....                        XİN-dən Paşinyana tutarlı cavab .....                        Yaşıl Rəqəmsal Fəaliyyətin açılış sessiyası keçirilib .....                       
21-09-2024, 09:22
Ərdoğana vitse-prezident vəkalət edəcək - SƏBƏB


Ərdoğana vitse-prezident vəkalət edəcək - SƏBƏB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə xaricində olacağı üçün ona vitse-prezident Cevdet Yılmaz vəkalət edəcək.
Bu barədə TRT məlumat yayıb.
Belə ki, "Resmi Gazete"də dərc olunan qərara əsasən, vəkalət prosesi 21-26 sentyabr 2024-cü il tarixləri arasında baş tutacaq.
Buna səbəb Ərdoğanın 21-26 sentyabr tarixlərində ABŞ-da səfərdə olmasıdır. O, BMT Baş Assambleyasının toplantısında iştirak edəcək.
Türkiyə Cümhuriyyəti Konstitusiyasının 106-cı maddəsinin tələblərinə uyğun olaraq Yılmaz Ərdoğan səfərdən qayıdana qədər ona vəkalət edəcək.
21-09-2024, 09:04
Xankəndidə ilk TOY - Tanınmış jurnalistin oğlu bu gün evlənir


Xankəndidə ilk TOY - Tanınmış jurnalistin oğlu bu gün evlənir

21 sentyabr uzun illərdən sonra Xankəndidə azərbaycanlıların toy mərasiminin keçirildiyi tarix olaraq yadda qalacaq.
Bu gün gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin üzvü Fərhad Kərimlinin toyudur. Onun Rəvanə adlı xanımla toy mərasimi Xankəndidəki "Meydan" restoranında keçirıləcək.
Məlumatı saytımıza bəyin ailə üzvləri veriblər.
Qeyd edək ki, bu gün evlənən Fərhad Kərimli bir müddət öncə hərbi xidmətini başa vurub. O, tanınmış jurnalist Kərim Kərimlinin oğludur. Kərimlilər ailəsi Şuşada yaşasalar da, toyu Xankəndidə etmək qərarına gəliblər.
Kərim Kərimli bu ilin mayında Şuşaya köçüb. Onun ailəsi Şuşada 4 otaqlı mənzillə təmin olunub.
Xankəndi şəhəri 26 dekabr 1991-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 32 ildən sonra -2023-cü ilin sentyabr ayın 20-də keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycan Ordusu Xankəndi şəhərinə nəzarəti təmin edib. Beləliklə, bu Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa olunub.
21-09-2024, 00:00
İbtidai siniflər üçün yeni vəsait-“Məktəbliyə dəstək”-FOTOLAR

İbtidai siniflər üçün yeni vəsait-“Məktəbliyə dəstək”-FOTOLAR

İbtidai siniflər üçün mövcud dərs(tədris) proqramları əsasında “Məktəbliyə dəstək” adlı çoxhissəli test vəsaitləri hazırlanıb. 2 dildə-Azərbaycan və rus dillərində tərtib olunan və estetik görünüşü ilə diqqət çəkən vəsaitlər “Körpü” nəşriyyatında çap olunub.
Testlər və tapşırıqların hazırlanmasında müəlliflər şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alıblar. Həmçinin şagirdlərin psixoloji hazırlığına müsair pedaqoji üsulları tətbiq etməklə diqqət yetiriblər. Məhz bu amillərin sayaəsində vəsaitlərdə yer alan mövzuların və tapşrıqların sadə və anlaşılan dildə olması və asan qavranılması açıq şəkildə görünür.
Bir məqamı xüsusi qeyd edək ki, 15 nəfər dizayenrin üzərində işlədiyi ibtidai siniflər üçün tərtib edilən bu vəsaitlərə sertifikasiya imtahanlarından yüksək nəticə əldə etmiş 20 nəfər qabaqcıl müəllim, respublikanın qabaqcıl elm adamları və professorlar tərəfindən müsbət rəylər verilib,vəsait medodiki baxımdan yüksək qiymətləndirilib.
Azərbaycanın bir çox məktəblərinə testlər nümunələr şəklində təqdim olunub və tədris aparan müəllimlər tərəfindən rəğbətlə qarşılanaraq bəyənilib və ibtidai sinif şağirdlərinin bilik və bacarıqlarının artırılması üçün önəmli mənbə kimi dəyərləndirilib.
Respublikamızın bütün bölgələrin vəsaitlərin çatırılması mümkündür.
Əlaqə vasitəsi: 051-662-15-94




20-09-2024, 19:17
Tələbələr dövlət başçısı ilə nə danışdılar?


Tələbələr dövlət başçısı ilə nə danışdılar?

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Dövlət başçısı Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşüb və çıxış edib.
Prezidentin çıxışından sonra tələbələrə söz verilib.

Tələbə Fənarə Məmmədzadə: “Hörmətli cənab Prezident, mən Bərdə şəhərində fəaliyyət göstərən Ağdam rayon 9 nömrəli tam orta məktəbin məzunuyam. Laçın rayonundan keçmiş məcburi köçkünəm. Doğma torpaqlarımızı heç vaxt görməsəm də, bu sevgimi qəlbimdə daşımışam. Bu gün çox xoşbəxtəm. Qəbul imtahanında 642 bal toplayaraq Qarabağ Universitetinin maliyyə ixtisasını seçmişəm və doğma yurduma tələbə statusunda qayıtmışam. İnanıram ki, tələbələrimiz Qarabağ Universitetinin bizə verdiyi imkanlardan ən doğru şəkildə istifadə edərək gələcəyin parlaq mütəxəssisləri olacaqlar və Qarabağımızın dirçəlməsində birlikdə iştirak edəcəklər.
Son olaraq doğma torpaqlarımızı işğaldan azad etdiyiniz və biz gənclərə burada təhsil almaq şansı yaratdığınız üçün Sizə minnətdarlığımı bildirirəm”.

Tələbə Rauf Penceyev: “Möhtərəm Prezident, mən Bakı şəhəri 85 nömrəli tam orta məktəbin məzunuyam. Ötən ilin qəbul imtahanlarında 600 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşam. Birinci kursda oxuduğum zaman Sizin Qarabağ Universitetinin yaradılması ilə bağlı Sərəncam imzaladığınız barədə xəbəri eşitdim. Bu xəbəri eşitdikdən sonra Qarabağ Universitetinin ilk tələbələrindən olmaq sevincini yaşamaq üçün əlimdən gələni etmək istədim və bunun üçün respublikamızda keçirilən “SABAH” qrupu imtahanlarında yüksək nəticə toplayaraq təhsilimi Qarabağ Universitetində davam etdirmək hüququ qazandım. Həm Qarabağ Universitetinin ilk tələbələrindən biri olmaq və həm də ilk məzunlarından biri olacağım üçün çox xoşbəxtəm və qürurluyam. Bu gün bu möhtəşəm tədbirdə - Qarabağ Universitetinin açılışında Sizin qarşınızda “SABAH” qrupunun tələbələrindən biri olaraq çıxış etməkdən fərəh hissi duyuram. Qarabağa ilk gəlişim Xankəndi şəhərinə təsadüf etdi və buraya tələbə statusunda gəlmək daha böyük qürurverici hissdir. Xankəndi şəhərində yaradılan şərait və infrastrukturla tanış olmuşam. Burada yaradılan şəraitə, ən əsası isə biz tələbələr üçün müasir tipli yataqxananı və qısa müddətdə Qarabağ Universitetini hazır vəziyyətə gətirdiyinizə görə Sizə təşəkkürümü bildirirəm”.

Tələbə Zenfira Nəsirova: “Möhtərəm cənab Prezident, mən Salyan şəhər, Aşıq Pənah adına 1 saylı məktəbin məzunuyam. Builki qəbul imtahanında 684 bal toplayaraq Qarabağ Universitetinin hüquqşünaslıq ixtisasına qəbul olmuşam. Doğrusu, topladığım bal mənə respublikamızın digər ali məktəblərini seçmək imkanını yaradırdı. Lakin məhz seçimim Qarabağ Universiteti oldu və sevinirəm ki, ailəm də bu seçimimi dəstəklədi. Çünki burada təhsil almaq hər bir azərbaycanlı gənc üçün böyük fəxarətdir. Bu gün bu tədbirdə iştirak edirəm və çox xoşbəxtəm ki, həm Qarabağ Universitetinin ilk tələbələrindənəm, həm də tələbələr arasında ən yüksək nəticəni mən göstərmişəm və Sizin qarşınızda çıxış etmək imkanı qazanmışam.
Biz tələbələr olaraq Sizi tam əmin edə bilərik ki, yüksək təhsil alıb peşəkar mütəxəssis kimi yetişərək ölkəmizə, Vətənimizə daim fayda verəcəyik. Yaradılan bütün şəraitə və ümumi olaraq Azərbaycan gəncinə göstərdiyiniz dəstəyə görə Sizə və Mehriban xanıma xüsusi təşəkkürümüzü bildiririk”.



20-09-2024, 18:54
Üç ölkə Orta Dəhlizlə bağlı əməkdaşlığı gücləndirir


Üç ölkə Orta Dəhlizlə bağlı əməkdaşlığı gücləndirir

Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” (ANM) Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov, Türkiyə Dövlət Dəmir Yollarının “TCDD Taşımacılık” şirkətinin Baş direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçın və Avstriya Federal Dəmir Yollarının Avrasiya – Mərkəzi Asiya üzrə əlaqələr rəhbəri xanım Enikö Györfi arasında üçtərəfli görüş olub.
Bu barədə ADY-dən bildirilib.
Görüşdə dəmir yolu ilə yükdaşımalar sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən Orta Dəhliz vasitəsilə yüklərin Çindən Avropaya və əks istiqamətə nəqlinin artırılmasının əhəmiyyəti geniş müzakirə olunub. Həmçinin Avstriya Federal Dəmir Yollarının Bakı–Tbilisi–Qars dəmir yolu xətti üzrə yüklərin daşınmasında maraqlı olduğu qeyd edilib.
Bununla yanaşı, Avrasiya Nəqliyyat Marşrutunun Orta Dəhliz üzrə yükdaşıma marşrutlarının şaxələndirilməsinə töhfə verəcəyi, yeni assosiasiyanın yaradılması və Orta Dəhlizin cənub qanadı olan ANM-in inkişaf etdirilməsi ilə Çin–Mərkəzi Asiya–Avropa və əks istiqamətdə səmərəli, sürətli, təhlükəsiz yükdaşıma əməliyyatlarının təmin ediləcəyi vurğulanıb.
20-09-2024, 18:47
48 yaşlı kişini arı vurdu, həyatını itirdi


48 yaşlı kişini arı vurdu, həyatını itirdi

Bərdədə arı sancması ölümə səbəb olub.
Hadisə Bərdə rayonu Nazırlı kəndində qeydə alınıb.
Kənd sakini 1976-cı il təvəllüdlü Tağıyev Rüfət Çıraq oğlunu arı sancıb. Bundan sonra onun vəziyyəti pisləşib. O, xəstəxanaya aparılarkən yolda ölüb.
20-09-2024, 18:18
Ölkə üzrə bütün pensiyalar ödənildi


Ölkə üzrə bütün pensiyalar ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu respublika üzrə sentyabr ayının pensiya ödənişini yekunlaşdırıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, sentyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin sentyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.
Qeyd edilib ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
20-09-2024, 17:57
Sumqayıtda məktəb direktoru şagirdlərdən pul tələb edib? - Fakt araşdırılır


Sumqayıtda məktəb direktoru şagirdlərdən pul tələb edib? - Fakt araşdırılır

Sosial şəbəkələrdə Sumqayıtda 21 nömrəli məktəbin direktoru Qədir Mikayılovun 5-ci sinif şagirdlərindən pul tələb etməsi ilə bağlı yayılan iddialar araşdırılır.
Bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, hazırda sözügedən məsələ Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən nəzarətə götürülüb:
"Araşdırma aparılır. İctimaiyyətə araşdırmanın nəticələri barədə məlumat veriləcək".
20-09-2024, 17:26
Naxçıvan seçkiləri təsdiqləndi - 45 deputat


Naxçıvan seçkiləri təsdiqləndi - 45 deputat

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 1 sentyabr 2024-cü il tarixdə keçirilmiş seçkilərə dair sentyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin konstitusiya icraatı qaydasında iclası keçirilib.
Seçkinin nəticəsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarı ilə bütövlükdə təsdiq edilib.
İclası Naxçıvan Muxtar Respublikası Ali Məhkəmənin sədri Səadət Bəktaşi açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 16-cı maddəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 2024-cü il sentyabrın 1-də keçirilmiş seçkilərin nəticələrinin yoxlanılmasınа dair işə konstitusiya icraatı qaydasında baxılır.
Sonra Ali Məhkəmənin hakimi Əli Allahverdiyev seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair məruzə ilə çıxış edib.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əkrəm Hüseynzadə iclasda çıxış edərək seçkilərə hazırlıq prosesindən başlayaraq son nəticələrə qədər həyata keçirilmiş işlər barədə geniş məlumat verib.
Mütəxəssis qismində çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin aparat rəhbəri Həbib Rzayev Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mütəxəssislərinin yoxlama prosesində yaxından iştirak etdiyini qeyd edərək yoxlamanın yekununa dair tərtib olunmuş rəyi elan edib.
Sonda Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 1 sentyabr 2024-cü il tarixdə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq edilməsinə dair Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qərarı elan olunub.
Qeyd edək ki, Naxçıvan Ali Məclisi 45 deputatdan ibarətdir.

20-09-2024, 16:36
Prezident neftçiləri təltif etdi - SİYAHI


Prezident neftçiləri təltif etdi - SİYAHI

Azərbaycan Respublikasının neft sənayesinin bir qrup işçisi təltif edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Bayramov Elman Eyvaz oğlu

Əliyeva Hicran Lətif qızı

Quliyev Arif Davidoviç

Şeydayev Əli Çingiz oğlu



“Tərəqqi” medalı ilə

Allahverdiyeva Nailə Rizvan qızı

Bağırov Elçin Bağır oğlu

Binboğa Ergün İnayet

Dadaşov Əli Seyfulla oğlu

Əbilhəsənova Lalə Cavanşir qızı

Əfəndi Surəddin Cəlal oğlu

Əliyev Nəriman Salman oğlu

Əliyev Səməd Məhəmməd oğlu

Əsədov Famil Əsəd oğlu

Hacıyev Ziya Xalid oğlu

İbrahimli Akif Arif oğlu

İsmayıl Bəhruz Akif oğlu

Kelli Katal Jozef

Məmmədov Cavid Pərviz oğlu

Məmmədov Əjdər Yaqub oğlu

Məmmədova Afaq Vilayət qızı

Məmmədova Elnarə Rafiq qızı

Məmmədova Səidə Tehran qızı

Osmanov Şaiq Faiq oğlu

Pehlivan Kamil Dursun

Seyidov Elman Ağazal oğlu

Vəliyev Azər Bahadur oğlu

Yusubova Aytən Elcan qızı

Zeynalov Tağı Mazan oğlu.

Azərbaycan neft sənayesinin inkişafında səmərəli fəaliyyətinə görə Nurəddin Həsən oğlu Məmmədova “Əməkdar mühəndis” fəxri adı verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!