Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
19-09-2024, 21:05
Ağdamın Xıdırlı kəndindən FOTOLAR


Ağdamın Xıdırlı kəndindən FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam rayonunun Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub.
Qeyd edək ki, Ağdam rayonunda quruculuq işlərinin geniş vüsət aldığı yaşayış məskənlərindən biri də Xıdırlı kəndidir. Kəndin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.




19-09-2024, 20:43
“İmarət” stadionunun təməli qoyuldu - FOTO


“İmarət” stadionunun təməli qoyuldu - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Ağdam şəhərində “İmarət” stadionunun təməlini qoyub.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Gənclər və idman naziri Fərid Qayıbov dövlətimizin başçısına stadionda yaradılacaq şərait barədə məlumat verdi.
Bildirildi ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq inşa ediləcək stadion üçün 19,2 hektar torpaq sahəsi ayrılıb.
“İmarət” stadionunun UEFA-nın 4-cü kateqoriya tələblərinə uyğun inşa edilməsi nəzərdə tutulub. 11 min 700 nəfərlik tamaşaçı tutumuna malik stadionun oyun meydançası təbii ot örtüyünə malik olacaq.
Stadionda UEFA tələblərinə uyğun VVIP, VIP lounge, konfrans zalı, iclas otaqları, hakim otaqları, komandalar üçün soyunma-geyinmə sahələri, media otaqları, muzey, şərhçi otaqları və digər inzibati, köməkçi sahələr olacaq. Stadionun ərazisində əlavə məşq meydançası, qaçış zolağı, avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri, texniki bina və qurğular inşa ediləcək.
Şəhər əhalisi stadionun ərazisindən park, əyləncə zonası kimi də istifadə edə biləcək. Bu məqsədlə stadionda fitnes zalı, kafe, restoran, idman malları mağazaları və digər ictimai xidmət sahələrinin yaradılması nəzərdə tutulur.
Stadionda müasir monitorlar, nəzarət, giriş-çıxış, səs, işıqlandırma və digər kommunikasiya sistemləri quraşdırılacaq. Bir sözlə, stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq.
Dövlətimizin başçısı stadionun təməlini qoydu.
19-09-2024, 20:12
Dövlət başçısı Xankəndidə uşaq bağçasının açılışında


Dövlət başçısı Xankəndidə uşaq bağçasının açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışında iştirak edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlətimizin başçısına körpələr evi-uşaq bağçasında yaradılan şərait barədə məlumat verildi.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq, Xankəndi şəhəri körpələr evi-uşaq bağçasının əsaslı təmiri nəzərdə tutulub.
Bildirildi ki, Elm və Təhsil Nazirliyinin sifarişi ilə bu ilin mayında Xankəndi şəhəri körpələr evi-uşaq bağçasının əsaslı təmirinə başlanılıb. Məktəbəqədər təhsil müəssisəsinin layihəsi 80 yerlik olmaqla 0,21 hektar ərazini, 1340 kvadratmetr ümumi sahəni əhatə edir. Burada 4 qrup otağı, tibb otağı, metodiki kabinet, mətbəx, akt və idman zalları və camaşırxana yaradılıb.
19-09-2024, 17:46
Bakıda körpünün üzərində iki maşın yanır


Bakıda körpünün üzərində iki maşın yanır

Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, körpünün üzərində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə NİİM məlumat yayıb.
Qəza səbəbindən hər iki avtomobildə yanğın olduğundan, 4-cü mikrorayon istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.
19-09-2024, 17:27
Azərbaycanda abortla bağlı dəhşətli statistika - əksəriyyəti gəncdir


Azərbaycanda abortla bağlı dəhşətli statistika - əksəriyyəti gəncdir

Azərbaycanda 2023-cü ildə 73816 abort qeydə alınıb.
Son illərdə abort edənlərin sayı 2 dəfədən çox artıb.
Belə ki, 2010-cu ildə qeydə alınan abortların sayı 26801 olub. Yəni son 13 ildə abort edənlərin sayı 2.7 dəfə artıb.
Abort edənlərin çoxu gəncdir. 2023-cü ildə abort edən qadınların 50 faizdən çoxu, yəni 37 min nəfəri 15-29 yaş aralığındadır.
Statistikaya görə, ötən il 15-17 yaş aralığında 68 qadın, 18-19 yaş aralığında olan 2528 qadın abort etdirib.
19-09-2024, 17:18
Rusiya bazarında ən populyar HİBRİD AVTOMOBİLLƏR


Rusiya bazarında ən populyar HİBRİD AVTOMOBİLLƏR

Rusiyada ən populyar hibrid avtomobil LiXiang L9 krossoveridir.
Bu barədə ölkənin avtomobil ekspertləri rəylərini açıqlayıblar.
Belə ki, onlar zənglər və reklamlar haqqında məlumat əsasında bu il hansı modellərin daha çox maraq doğurduğunu müəyyən ediblər.
Nəticələrə görə, ilk onluqda Çinə məxsus olmayan yeganə marka BMW, Lexus və Mercedes-AMG olub. Reytinqdə lider LiXiang L9-un orta qiyməti 8,34 milyon rubl təşkil edib. Daha sonra Voyah Free (5,95 milyon rubl) və LiXiang L7 (6,98 milyon rubl) gəlir.
Dördüncü yerdə Voyah Dream (9,46 milyon rubl), üçüncü yerdə Tank 500 (6,46 milyon rubl), BMW XM (23,43 milyon rubl), Lexus RX (11,36 milyon rubl) və LiXiang L6 (6,21 milyon rubl) qərarlaşıb. İlk onluğu BYD Yangwang U8 (21,58 milyon rubl) və Mercedes-AMG S63e (37,13 milyon rubl) tamamlayıb.
Bu ilin avqust ayında yeni hibrid avtomobilin orta qiyməti 7,43 milyon rubl təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18% azdır. Bu, qismən elanların sayının davamlı artması ilə bağlıdır. Təkliflərin ümumi həcmində hibrid avtomobillər seqmenti il ​​ərzində 0,8% artaraq, demək olar ki, 3%-ə çatıb.
19-09-2024, 17:00
3000-dən çox şəxsin yaralanmasına səbəb olan peycerlər - TARİX


3000-dən çox şəxsin yaralanmasına səbəb olan peycerlər - TARİX

İsrailin Livana həyata keçirdiyi kiberhücum nəticəsində İran səfiri də daxil olmaqla, 3000-ə yaxın insan yaralanıb, 10-a yaxın şəxs isə ölüb.
Xarici medianın məlumatına görə, İsrail kiberhücumu çağrı cihazlarına (peycer) edib. İlkin məlumata görə, İsrailin kiberhücumu nəticəsində istifadəçilərin çağrı cihazlarına siqnal göndərilib. Bəzi cihazlar istifadəçilərin əlində partlayıb, bir çoxu isə siqnal səsindən dərhal sonra partlayıb.

Bəs peycer nədir?

Peycer məlumat göndərmək üçün mobil rabitə cihazıdır. Mobil telefondan fərqli olaraq peycerdə məlumatı yalnız yazılı mətn şəklində göndərmək mümkündür.
Peycerdə hər bir cihaza ünvan kimi xidmət edən fərdi kod verilir. Bu yolla məlumat lazımi abunəçiyə çatır. Mesaj göndərmək üçün abunəçi operatora zəng etməli, peycer nömrəsini verməli və mesajın mətnini diktə etməlidir. Mətnin uzunluğu cihazın imkanları ilə məhdudlaşır (140 simvol).
Peycer ilk dəfə 1956-cı ildə "Motorola" tərəfindən təqdim edilib. İlk istifadəçiləri isə xəstəxana işçiləri olub.
Cihaz 1980-ci illərdə isə geniş yayılmağa başlayıb. Populyarlığının zirvəsində dünyada 163 milyondan çox insan peycerlərdən istifadə edib.
Məlumata görə, 2003-cü ilə qədər ABŞ-da peycer sənayesinin dövriyyəsi 6,2 milyard dollar, 2008-ci ildə isə 2,1 milyard dollar təşkil edib.
Dünyada peycerlərdən hələ də fövqəladə vəziyyətlərdə istifadə olunur, çünki peyjinq şəbəkələri mobil cihazlardan daha etibarlı rabitə təmin edir. 2021-ci ilin əvvəlində dünyada 2 milyondan çox peycer istifadəçisi var idi.
Livanda isə tez-tez elektrik kəsilməsi səbəbindən peycerlər populyardır və onları izləmək mobil telefonlardan daha çətindir.
19-09-2024, 16:38
Şuşada Bayraq Meydanı açıldı


Şuşada Bayraq Meydanı açıldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Şuşada Bayraq Meydanının açılışında iştirak edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
19-09-2024, 16:30
Sürücülərin nəzərinə - Paytaxtda bu küçə bağlanır


Sürücülərin nəzərinə - Paytaxtda bu küçə bağlanır

Sentyabrın 21-i saat 21:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsində hərəkət qismən məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Məlumata görə, aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
19-09-2024, 16:27
Prezident Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin açılışında


Prezident Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpadan sonra açılışında iştirak edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!