Amerikada koronavirusun yeni ştammı yayılır .....                        "Bu, kişiliyə yaraşan bir hərəkət deyil" .....                        Ağdamın Xıdırlı kəndindən FOTOLAR .....                        “İmarət” stadionunun təməli qoyuldu - FOTO .....                        Dövlət başçısı Xankəndidə uşaq bağçasının açılışında .....                        Bakıda körpünün üzərində iki maşın yanır .....                        Azərbaycanda abortla bağlı dəhşətli statistika - əksəriyyəti gəncdir .....                        Rusiya bazarında ən populyar HİBRİD AVTOMOBİLLƏR .....                        3000-dən çox şəxsin yaralanmasına səbəb olan peycerlər - TARİX .....                       
2-09-2024, 13:20
Ermənistanın hərbi büdcəsi 50 faiz artıb


Ermənistanın hərbi büdcəsi 50 faiz artıb

“Ermənistan Konstitusiyasında, eyni zamanda, bir sıra normativ aktlarında hələ də Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır”.
Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri Marko Curiçlə birgə mətbuat konfransında bildirib.
Nazir bildirib ki, bu, sülh prosesinə ən ciddi təhdiddir:
“Eyni zamanda, Ermənistanın çox instensiv silahlandırılmasını mən qeyd etdim. Ermənistanın hərbi büdcəsi təxminən 50 faiz artıb. Bu proses bölgədə sülh, sabitliyin yaradılmasına əngəl olur. Ermənistanın bu sahədə apardığı yanlış siyasət və bəzi ölkələrin də Ermənistana qızışdırıcı dəstək verməsi bölgədə təhlükə olaraq qalmaqdadır. Təbii ki, bütün bu proseslərə ölkəmiz tərəfindən nəzarət edilir, müşahidələr aparılır. Ermənistan səmimi şəkildə sülh prosesində maraqlıdırsa, atdığı addımları ciddi nəzərdən keçirməlidir. Və biz burada ciddi dəyişikliklər gözləyirik”.
2-09-2024, 01:40
İlk dəfə deputat seçilənlər - Siyahı


İlk dəfə deputat seçilənlər - Siyahı

Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.
İlkin siyahıda yer alan 125 nəfərdən 39-u VII çağırışın yeni deputatlarıdır. Onlar aşağıdakılardır:

1. 6 saylı Ordubad – Culfa seçki dairəsindən Vüqar Rəhimzadə

2. 10 saylı Binəqədi üçüncü seçki dairəsindən Elşad Musayev

3. 13 saylı Xəzər ikinci seçki dairəsindən Gülşən Paşayeva

4. 14 saylı Xəzər – Pirallahı seçki dairəsindən Günay Əfəndiyev

5. 17 saylı Yasamal üçüncü seçki dairəsindən Göydəniz Qəhrəmanov

6. 70 saylı Neftçala seçki dairəsindən Tənzilə Rüstəmxanlı

7. 20 saylı Nərimanov ikinci seçki dairəsindən Samir Vəliyev

8. 25 saylı Nizami ikinci seçki dairəsindən Əli Əhmədov

9. 27 saylı Sabunçu ikinci seçki dairəsindən Arzuxan Əlizadə

10. 29 saylı Sabunçu dördüncü seçki dairəsindən Azər Allahverənov

11. 31 saylı Suraxanı ikinci seçki dairəsindən Qaya Məmmədov

12. 35 saylı Xətai üçüncü seçki dairəsindən Pərvanə Vəliyeva

13. 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən Mehriban Vəliyeva

14. 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən Səbinə Salmanova

15. 46 saylı Sumqayıt beşinci seçki dairəsindən Elnarə Akimova

16. 47 saylı Sumqayıt - Abşeron - Qaradağ seçki dairəsindən Zaur Şükürov

17. 48 saylı Abşeron birinci seçki dairəsindən Nigar Məmmədova

18. 49 saylı Abşeron ikinci seçki dairəsindən Rizvan Nəbiyev

19. 50 saylı Abşeron üçüncü seçki dairəsindən Ramid Namazov

20. 51 saylı Şirvan seçki dairəsindən Heydər Əsədov

21. 56 saylı Şabran - Xaçmaz seçki dairəsindən Mahir Süleymanlı

22. 59 saylı Quba seçki dairəsindən Əlibala Məhərrəmzadə

23. 65 saylı Salyan - Biləsuvar - Neftçala seçki dairəsindən Günay Ağamalı

24. 77 saylı Lənkəran şəhər seçki dairəsindən Fariz İsmayılzadə

25. 80 saylı Lerik - Astara seçki dairəsindən Vasif Qafarov

26. 82 saylı İmişli - Saatlı seçki dairəsindən Səyyad Salahlı

27. 87 saylı Qobustan - Şamaxı - İsmayıllı seçki dairəsindən Şahin Seyidzadə

28. 90 saylı Ağsu seçki dairəsindən Elçin Mirzəbəyli

29. 96 saylı Goranboy - Naftalan seçki dairəsindən Bədəl Bədəlov

30. 98 saylı Bərdə - Tərtər seçki dairəsindən Xanlar Fətiyev

31. 101 saylı Samux - Şəmkir seçki dairəsindən Mübariz Qurbanlı

32. 108 saylı Ağstafa seçki dairəsindən Azər Əmiraslanov

33. 112 saylı Zaqatala seçki dairəsindən Asif Əsgərov

34. 117 saylı Oğuz – Qəbələ - Şəki seçki dairəsindən Eyvaz Qurbanov

35. 121 saylı Laçın seçki dairəsindən Rövşən Muradov

36. 123 saylı Kəlbəcər seçki dairəsindən Mircəlil Qasımlı

Qeyd edək ki, Vüqar Rəhimzadə, Əli Əhmədov, Səyyad Salahlı, Xanlar Fətiyev, Mübariz Qurbanlı, Azər Əmiraslanov bundan əvvəlki çağırışlarda deputat seçilsələr də, digərləri ilk dəfədir deputat olurlar.
2-09-2024, 01:22
Onlar Milli Məclisə deputat seçildilər - Siyahı


Onlar Milli Məclisə deputat seçildilər - Siyahı

Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini ictimaiyyətə təqdim edib.
Bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzindəki Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında məlumat verilib.
Məlumata görə, 5895 məntəqənin nəticələri MSK-ya daxil olub. Seçkilərin ilkin nəticələrinə əsasən, 125 seçki dairəsi üzrə lider namizədlərin adları açıqlanıb:

1 Saylı Şərur-Sədərək Seçki Dairəsi – Ziyafət Əsgərov - 67.8

2 Saylı Şərur-Kəngərli Seçki Dairəsi – Siyavuş Novruzov - 66.3

3 Saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsi – Səttar Möhbalıyev - 55.8

4 Saylı Naxçivan Şəhər Seçki Dairəsi – Eldar İbrahimov - 68.4

5 Saylı Babək-Naxçivan-Culfa Seçki Dairəsi – Ülviyyə Həmzəyeva - 55

6 Saylı Ordubad-Culfa Seçki Dairəsi – Vüqar Rəhimzadə - 67.1

7 Saylı Səbail Seçki Dairəsi – Nigar Arpadari - 57.3

8 Saylı Binəqədi Birinci Seçki Dairəsi – Azay Quliyev - 57.4

9 Saylı Binəqədi Ikinci Seçki Dairəsi – Kəmaləddin Qafarov - 73.3

10 Saylı Binəqədi Üçüncü Seçki Dairəsi – Elşad Musayev - 57 faiz

11 Saylı Binəqədi-Qaradağ Seçki Dairəsi – Səbinə Xasayeva - 68.4

12 Saylı Xəzər Birinci Seçki Dairəsi – Soltan Məmmədov - 53.9

13 Saylı Xəzər Ikinci Seçki Dairəsi – Gülşən Paşayeva - 48.5

14 Saylı Xəzər-Pirallahi Seçki Dairəsi – Günay Əfəndiyeva – 49.5

15 Saylı Yasamal Birinci Seçki Dairəsi – Ülvi Quliyev

16 Saylı Yasamal Ikinci Seçki Dairəsi – Erkin Qədirli – 49.4

17 Saylı Yasamal Üçüncü Seçki Dairəsi – Göydəniz Qəhrəmanov – 71.9

18 Saylı Nərimanov-Nizami-Binəqədi Seçki Dairəsi – Rasim Musabəyov -50.2

19 Saylı Nərimanov Birinci Seçki Dairəsi – Hikmət Məmmədov – 72

20 Saylı Nərimanov Ikinci Seçki Dairəsi – Samir Vəliyev 62

21 Saylı Nəsimi-Binəqədi Seçki Dairəsi – Məlahət İbrahimqızı - 62.4

22 Saylı Nəsimi-Yasamal Seçki Dairəsi – Asim Mollazadə - 58

23 Saylı Nəsimi-Səbail Seçki Dairəsi – Ziyad Səmədzadə - 52

24 Saylı Nizami Birinci Seçki Dairəsi – Könül Nurullayeva -

25 Saylı Nizami Ikinci Seçki Dairəsi – Əli Əhmədov – 73.2

26 Saylı Sabunçu Birinci Seçki Dairəsi – Fazil Mustafa -

27 Saylı Sabunçu Ikinci Seçki Dairəsi – Arzuxan Əlizadə - 43.5

28 Saylı Sabunçu Üçüncü Seçki Dairəsi – Eldar Quliyev - 46

29 Saylı Sabunçu Dördüncü Seçki Dairəsi – Azər Allahverənov – 45.2

30 saylı Suraxanı birinci Seçki Dairəsi — Fətəliyeva Sevinc Həbib qızı (YAP)

31 saylı Suraxanı ikinci Seçki Dairəsi — Məmmədov Qaya Məmməd oğlu (bitərəf)

32 saylı Suraxanı üçüncü Seçki Dairəsi — Həsənova Afət Əbil qızı (YAP)

33 saylı Xətai birinci Seçki Dairəsi — Oruc Zahid Məhərrəm oğlu (bitərəf)

34 saylı Xətai ikinci Seçki Dairəsi — Zabelin Mixail Yuryeviç (YAP)

35 saylı Xətai üçüncü Seçki Dairəsi — Vəliyeva Pərvanə Bulud qızı (YAP)

36 saylı Xətai-Suraxanı Seçki Dairəsi — Həsənquliyev Qüdrət Müzəffər oğlu (ƏHD)

37 saylı Qaradağ Seçki Dairəsi — Hüseynov Aydın Nəsir oğlu (YAP)

38 saylı Gəncə birinci Seçki Dairəsi — Həmzəyev Naqif Ələşrəf oğlu (YAP)

39 saylı Gəncə ikinci Seçki Dairəsi — Kərimzadə Pərvin Orxan qızı (YAP)

40 saylı Gəncə üçüncü Seçki Dairəsi — Quliyev Musa İsa oğlu (YAP)

41 Saylı Gəncə-Samux-Goranboy Seçki Dairəsi – Müşfiq Cəfərov

42 Saylı Sumqayit Birinci Seçki Dairəsi – Hicran Hüseynova

43 Saylı Sumqayit İkinci Seçki Dairəsi – Tahir Mirkişili

44 Saylı Sumqayit Üçüncü Seçki Dairəsi – Mehriban Vəliyeva

45 Saylı Sumqayit Dördüncü Seçki Dairəsi – Səbinə Salmanova

46 Saylı Sumqayit Beşinci Seçki Dairəsi – Elnarə Akimova

47 Saylı Sumqayit-Abşeron-Qaradağ Seçki Dairəsi – Zaur Şükürov

48 Saylı Abşeron Birinci Seçki Dairəsi – Nigar Məmmədova

49 Saylı Abşeron İkinci Seçki Dairəsi – Rizvan Nəbiyev

50 Saylı Abşeron Üçüncü Seçki Dairəsi – Ramid Namazov

51 Saylı Şirvan Seçki Dairəsi – Heydər Əsədov 67.3

52 Saylı Yevlax Seçki Dairəsi – İlham Məmmədov – 69.3

53 Saylı Yevlax-Mingəçevir Seçki Dairəsi – Əli Hüseynli

54 Saylı Mingəçevir Seçki Dairəsi – Aydın Mirzəzadə - 55.8

55 Saylı Siyəzən-Quba-Xizi Seçki Dairəsi – Müşfiq Məmmədli

56 Saylı Şabran-Xaçmaz Seçki Dairəsi – Mahir Süleymanlı

57 Saylı Xaçmaz Şəhər Seçki Dairəsi – Ağalar Vəliyev – 64.2

58 Saylı Xaçmaz Kənd Seçki Dairəsi – Sevil Mikayılova - 49

59 Saylı Quba Seçki Dairəsi – Əlibala Məhərrəmzadə - 57.4

60 Saylı Quba-Qusar Seçki Dairəsi – Anatoliy Rafailov - 52.3

61 Saylı Qusar Seçki Dairəsi – Azər Badamov

62 Saylı Kürdəmir Seçki Dairəsi – Əminə Ağazadə

63 Saylı Haciqabul-Kürdəmir Seçki Dairəsi – Rafael Hüseynov

64 Saylı Salyan Seçki Dairəsi – Sadiq Qurbanov

65 Saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsi – Günay Ağamalı

66 Saylı Saatli Seçki Dairəsi – Əziz Ələkbərov

67 Saylı Sabirabad Seçki Dairəsi – Əhliman Əmiraslanov

68 Saylı Sabirabad-Şirvan Seçki Dairəsi – Kamal Cəfərov

69 Saylı Biləsuvar Seçki Dairəsi – Bəhruz Məhərrəmov -53.3

70 Saylı Neftçala Seçki Dairəsi – Tənzilə Rüstəmxanlı – 55.1

71 Saylı Cəlilabad Şəhər Seçki Dairəsi – Malik Həsənov -

72 Saylı Cəlilabad Kənd Seçki Dairəsi – Elman Nəsirov - 52

73 Saylı Masalli-Cəlilabad Seçki Dairəsi - Fəzail İbrahimli – 50.6

74 Saylı Masalli Seçki Dairəsi – Məşhur Məmmədov – 64. 9

75 Saylı Yardimli-Masalli Seçki Dairəsi – Musa Qasımlı - 52.3

76 Saylı Lənkəran-Masalli Seçki Dairəsi – Cavanşir Paşazadə - 60.3

77 Saylı Lənkəran Şəhər Seçki Dairəsi – Fariz İsmayılzadə - 60.1

78 Saylı Lənkəran Kənd Seçki Dairəsi – Anar İsgəndərov -

79 Saylı Astara Seçki Dairəsi – Rəşad Mahmudov – 69.7

80 Saylı Lerik-Astara Seçki Dairəsi – Vasif Qafarov – 56.3

81 Saylı Imişli Seçki Dairəsi – Razi Nurullayev – 48.4

82 Saylı Imişli-Saatli Seçki Dairəsi – Səyyad Salahlı - 54

83 Saylı Beyləqan Seçki Dairəsi – Şahin İsmayılov – 68.2

84 Saylı Füzuli Seçki Dairəsi – Vüqar Bayramov – 56.3

85 Saylı Füzuli-Ağcabədi Seçki Dairəsi – Aqil Abbasov – 53.4

86 Saylı Ağcabədi Seçki Dairəsi – Tahir Rzayev – 67.6

87 Saylı Qobustan-Şamaxi-Ismayilli Seçki Dairəsi – Şahin Seyidzadə - 60.3

88 Saylı Şamaxi Seçki Dairəsi – Tamam Cəfərova - 48

89 Saylı Ismayilli Seçki Dairəsi – Novruzəli Aslanov – 55.4

90 Saylı Ağsu Seçki Dairəsi – Elçin Mirzəbəyli – 51.5

91 Saylı Göyçay Seçki Dairəsi – Samir Hacıyev – 51.8

92 Saylı Göyçay-Ağdaş Seçki Dairəsi – Məzahir Əfəndiyev - 45.9

93 Sayli Ağdaş Seçki Dairəsi – Sahib Alıyev - 6

94 Saylı Ucar Seçki Dairəsi – Ramil Həsən - 61

95 Saylı Zərdab-Kürdəmir-Ucar Seçki Dairəsi – Jalə Əliyeva - 48

96 Saylı Goranboy-Naftalan Seçki Dairəsi – Bədəl Bədəlov – 64.9

97 Saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsi – Anar Məmmədov -

98 Saylı Bərdə-Tərtər Seçki Dairəsi – Xanlar Fətiyev – 67.3

99 Sayli Bərdə Seçki Dairəsi – Fatma Yıldırım – 69

100 Saylı Göygöl-Daşkəsən-Kəlbəcər Seçki Dairəsi – Kamran Bayramov – 64.3

101 Saylı Samux-Şəmkir Seçki Dairəsi – Mübariz Qurbanlı - 60

102 Saylı Şəmkir Şəhər Seçki Dairəsi – Sahibə Qafarova – 69.4

103 Saylı Şəmkir Kənd Seçki Dairəsi – Nurlan Həsənov

104 Saylı Gədəbəy Seçki Dairəsi – Sevinc Hüseynova - 52.9

105 Saylı Tovuz-Gədəbəy Seçki Dairəsi - Arzu Nağıyev

106 Saylı Tovuz Seçki Dairəsi - Nizami Səfərov

107 Saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsi – Ülviyyə Ağayeva - 57.9

108 Saylı Ağstafa Seçki Dairəsi – Azər Əmiraslanov - 55.1

109 Saylı Qazax Seçki Dairəsi – Səməd Seyidov - 65.7

110 Saylı Balakən Seçki Dairəsi – Nəsib Məhəməliyev - 59.4

111 Saylı Zaqatala-Balakən Seçki Dairəsi – Azər Kərimli - 59.3

112 Saylı Zaqatala Seçki Dairəsi – Asif Əsgərov - 80

113 Saylı Qax-Şəki Seçki Dairəsi – Əli Məsimli

114 Saylı Şəki Şəhər Seçki Dairəsi – Vüqar İsgəndərov

115 Saylı Şəki Kənd Seçki Dairəsi – Cavanşir Feyziyev - 56.5

116 Saylı Qəbələ Seçki Dairəsi – Elşən Musayev - 52.5

117 Saylı Oğuz-Qəbələ-Şəki Seçki Dairəsi – Eyvaz Qurbanov - 59.9

118 Saylı Ağdam-Xocalı Seçki Dairəsi – Elman Məmmədov - 69.2

119 Saylı Ağdam Seçki Dairəsi – Bəxtiyar Əliyev - 53.2

120 Saylı Cəbrayil-Qubadli Seçki Dairəsi – Ceyhun Məmmədov – 63.4

121 Saylı Laçin Seçki Dairəsi – Rövşən Muradov – 64.3

122 Saylı Xankəndi Seçki Dairəsi – Tural Gəncəliyev – 55.5

123 Saylı Kəlbəcər Seçki Dairəsi – Mircəlil Qasımlı – 53.6

124 Saylı Şuşa-Ağdam-Xocavənd Seçki Dairəsi – Polad Bülbüloğlu – 55.9

125 Saylı Zəngilan-Qubadli Seçki Dairəsi – İmamverdi İsmayılov – 54.6.

Qeyd edək ki, parlament seçkiləri ilə bağlı səsvermə prosesi bu gün 8:00-dan 19:00-a qədər həyata keçirilib. 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb.
2-09-2024, 01:16
Səs verənlərin sayı 2 milyonu keçdi


Səs verənlərin sayı 2 milyonu keçdi

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə ümumi seçici fəallığı açıqlanıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzində keçirilən mətbuat konfransında məlumat verilib.
MSK sədri Məzahir Pənahov qeyd edib ki, 19:00-da yekunlaşan səsvermədə həmin saata qədər 2 milyon 196 min 771 nəfər (37,27 faiz) səsvermə hüququndan istifadə edib. 5895 seçki məntəqəsi protokolları MSK-ya təqdim edib.

1-09-2024, 22:53
"Qarabağ"dan möhtəşəm qələbə


"Qarabağ"dan möhtəşəm qələbə

Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.
Son çempion "Qarabağ" səfərdə "Zirə"nin qonağı olub. Görüş Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra "Qarabağ" 9 xalla turnir cədvəlinin 3-cü pilləsinə yüksəlib. "Zirə" isə 6 xalla 5-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" evdə "Səbail"ə, "Araz-Naxçıvan" səfərdə "Sumqayıt"a 1:0, "Sabah" Tovuzda "Kəpəz"ə 3:2 hesabı ilə qalib gəlib, "Şamaxı" isə doğma meydanda "Neftçi" ilə qolsuz heç-heçə edib.
1-09-2024, 22:52
Seçki məntəqələrindən fotoreportaj



Seçki məntəqələrindən fotoreportaj

Butov.az xəbər verir ki, sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilib. Əməkdaşlarımız 50 saylı Abşeron III seçki Dairəsinin 8 saylı seçki məntəqəsində və 4 saylı məntəqəsində seçkinin gedişini izləyib. Bir neçə kadr lentə alıblar. Məntəqələrdən hazırlanan fotoreportajı d iqqətinizə çatdırırıq.










1-09-2024, 22:37
Seçki prosesinə mane olacaq heç bir hal aşkar edilmədi


Seçki prosesinə mane olacaq heç bir hal aşkar edilmədi

Azərbaycanda növbədənkənar parlament seçkiləri yüksək demokratik standartlara uyğun baş tutdu. Məxfilik qorunurdu və bu da seçkilərin legitim olduğunu deməyə əsas verir. Seçki prosesinə mane olacaq heç hal aşkar edilmədi.
Bu fikirləri sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin yekunları ilə bağlı təşkil olunan mətbuat konfransında Serbiya Milli Assambleyasının üzvü Jivota Starçeviç səsləndirib.
“Mərkəzi Seçki Komissiyasının peşəkar işinin nəticəsi olaraq proses seçki məcəlləsinin tələblərinə uyğun və qanunlar çərçivəsində təşkil edilmişdi. Məntəqələrə materiallar lazımi şəkildə çatdırılmışdı və səsvermə prosesi tam vaxtında başladı. Xarici ölkənin nümayəndəsi kimi, məntəqələrdə bütün sənədlərlə tanış ola bildim”, - deyə serbiyalı deputat bildirib.
Beynəlxalq müşahidəçi vurğulayıb ki, seçkinin nəticələri Azərbaycanda demokratik dəyərlərə, prinsiplərə verilən qiyməti göstərir.
Qeyd edək ki, parlament seçkiləri 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilib. Parlament seçkilərində 990 namizəd mübarizə aparıb.
1-09-2024, 21:45
Bu rayonda da bəylə gəlin səs verdi


Bu rayonda da bəylə gəlin səs verdi

Tovuzda bəylə gəlin səsvermə hüquqlarından istifadə edib.
Məmmədov Kamran Səhman oğlu və Bağırova Jasmin Abbas qızı 106 saylı Tovuz seçki dairəsinin 29 saylı seçki məntəqəsində səs veriblər.
1-09-2024, 18:59
Azərbaycanda seçkilər başa çatdı


Azərbaycanda seçkilər başa çatdı

Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər başa çatıb.
Saat 08:00-da açılan seçki məntəqələri saat 19:00-da bağlanıb və səslərin sayılmasına başlanılıb.
Seçkilər 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilib. Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Qeyd edək ki, parlament seçkilərində deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.
1-09-2024, 18:59
Azərbaycanda seçkilər başa çatdı


Azərbaycanda seçkilər başa çatdı

Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər başa çatıb.
Saat 08:00-da açılan seçki məntəqələri saat 19:00-da bağlanıb və səslərin sayılmasına başlanılıb.
Seçkilər 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilib. Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Qeyd edək ki, parlament seçkilərində deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!