Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
12-09-2024, 16:21
Ağcəbədidə 26 yaşlı qız özünü güllələdi


Ağcəbədidə 26 yaşlı qız özünü güllələdi

Ötən gün Ağcabədi rayonunda intihar hadisəsi baş verib.
Laçın rayon Qarakeçdi kənd sakini, 1998-ci il təvəllüdlü Ülviyyə Baxşəlizadə yaşadığı Taxtakörpü qəsəbəsidəki evdə ov tüfəngindən atəş açaraq özünə xəsarət yetirib.
Ü.Baxşəlizadə xəstəxanaya çatdırılsa da, orada ölüb.
Faktla bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır.
12-09-2024, 16:16
MSK Natiq Cəfərlinin şikayətini təmin etmədi


MSK Natiq Cəfərlinin şikayətini təmin etmədi

Sentyabr 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində 33 saylı Xətai 1-ci Seçki Dairəsinin bəzi seçki məntəqələrində pozuntularla bağlı iddialar araşdırılıb.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.
MSK-nın Ekspert qrupunun üzvü Ramiz İbrahimovun təqdimatına əsasən, bu barədə deputatlığa namizədliyi qeydə alınmış Cəfərov Natiq Mehman oğlu MSK-ya müraciət edib.
Namizəd iddia edib ki, dairənin 10, 21, 11, 18, 23, 32, 20, 38 saylı seçki məntəqələrində pozuntular qeydə alınıb.
Araşdırma zamanı iddia edilən pozuntuların əsasını tapmadığı müəyyən edilib. Namizədə seçki məntəqəsindən 10 videogörüntü təqdim edilib. Videolarda 1, 24 və 25 saylı seçki məntəqələrində səsvermə kabinlərindən iki nəfərin eyni anda çıxdığı görünüb. Məlum olub ki, həmin şəxslərin biri seçici, digəri isə ona kömək edən şəxsdir. Ona görə bu, qanun pozuntusu hesab edilməyib.
Müəyyən edilib ki, şikayətin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur.
R.İbrahimov əlavə edib ki, videoda əks olunan üç seçicidən biri gözdən əlil, digərləri də eyni şəkildə köməyə ehtiyacı olan şəxslər olub. Buna görə, həmin seçicilərin özəl durumu ilə bağlı seçici siyahısında qeyd aparılıb.
Qərar səsverməyə çıxarılaraq qəbul edilib.
12-09-2024, 16:08
Yol qəzasında ölən piyada Qarabağ qazisidir


Yol qəzasında ölən piyada Qarabağ qazisidir

Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsində piyadanın ölümünə səbəb olan yol qəzası ilə bağlı yeni xəbər var.
Sentyabrın 10-da Bakıxanov qəsəbəsinin Sakit Qocayev küçəsində “Daewoo” markalı avtobusla vurulan və nəticədə vəfat edən piyada Qarabağ qazisi imiş.
Hadisə yerində aldığı ağır xəsarətlərdən vəfat edən 1971-ci il təvəllüdlü Elmidar Kazım oğlu Xudiyev Cəbrayıl rayonundandır, o Qarabağ müharibəsinin döyüşcüsü olub.
Mərhum E.Xudiyev cəbhənin Cəbrayıl, Zəngilan, Fizuli, Qubadlı, Ağdam istiqamətində gedən döyüşlərdə fəal iştirak edib.
Onun qardaşı Eldar Kazım oğlu Xudiyev də I Qarabağ döyüşlərinin iştirakçısı olub.
Xatırladaq ki, hadisəni 46 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı avtobusun sürücüsü, 1962-ci il təvəllüdlü Akif Ələkbərli törədib.
Faktla bağlı Sabunçu RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.
12-09-2024, 15:53
Formula 1-ə saxta bilet satan şəxs saxlanıldı


Formula 1-ə saxta bilet satan şəxs saxlanıldı

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən “Formula 1 Azərbaycan Qran-Prisi”nə saxta bilet satan şəxs saxlanılıb.
Bu barədə DİN-dən bildirilib.
Məlumata görə, DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində “2024 Formula 1 Azərbaycan Qran-Prisi” yarışlarına saxta biletlər hazırlayaraq satışını təşkil edən əvvəllər məhkum olunmuş Elmar İsrafilov saxlanılıb.
Müəyyən edilib ki, bu şəxs “Instagram” sosial şəbəkəsində yaratdığı profillərdə onlayn qaydada məlumatları dəyişdirilmiş saxta biletlər yerləşdirərək satışı ilə məşğul olub. E.İsrafilov bu yolla 30 nəfərdən artıq şəxsə saxta bilet sataraq maddi gəlir əldə edib. Aparılan əməliyyat-texniki tədbirlər zamanı saxlanılan şəxsin törətdiyi hüquqazidd əməllər tam sübuta yetirilib.
Faktla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir. Sonda bir daha qeyd edək ki, “Formula 1 Azərbaycan Qran-Prisi”ni canlı izləmək istəyən şəxslərə biletləri yalnız yarışın rəsmi internet ünvanı, digər partnyor sayt və satış məntəqələrindən əldə etmələri tövsiyə olunur.
12-09-2024, 15:45
Qazaxıstanda elektromobillər üçün parkinq pulsuz olacaq


Qazaxıstanda elektromobillər üçün parkinq pulsuz olacaq

Qazaxıstanda elektrik avtomobilləri üçün pulsuz parkinqi nəzərdə tutan qanun sentyabrın 18-dən qüvvəyə minir.
Bu barədə "Kazinform" agentliyi məlumat yayıb.
Bununla belə, elektromobil sahibləri xüsusi reyestrdə qeydiyyatdan keçməlidirlər.
Belə ki, Almatı rəhbərliyi bildirib ki, elektrikli nəqliyyat vasitələrinin sahibləri təsdiqedici sənədi olduqda ictimai dayanacaqlardan pulsuz istifadə edə bilərlər.
Bunun üçün isə xüsusi reyestrdə qeydiyyatdan keçmək mütləqdir.
12-09-2024, 15:29
Papikyan çinli həmkarı ilə regionu müzakirə etdi


Papikyan çinli həmkarı ilə regionu müzakirə etdi

Ermənistanın müdafiə naziri Suren Papikyan Çin Xalq Respublikasına səfəri çərçivəsində bu ölkənin müdafiə naziri admiral Donq Jun ilə görüşüb.
Görüş zamanı həmsöhbətlər iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən müdafiə sahəsində "yüksək səviyyəli əlaqələrin əhəmiyyətini" qeyd ediblər.
"Tərəflər, həmçinin hərbi əməkdaşlığın son illərdə, o cümlədən yeni sahələrdə mühüm irəliləyiş əldə etdiyini vurğulayıblar", - məlumatda deyilir.
Nazirlər Ermənistan-Çin əməkdaşlığını, o cümlədən iki ölkənin Silahlı Qüvvələri arasında yüksək səviyyəli təmasları daha da inkişaf etdirməyə hazır olduqlarını bildiriblər.
Beynəlxalq və regional təhlükəsizliklə bağlı bir sıra məsələlər də müzakirə olunub.
12-09-2024, 15:13
Kursk cəbhəsindəki son durum: Rusiya kəndləri alır, Ukrayna geri çəkilmir


Kursk cəbhəsindəki son durum: Rusiya kəndləri alır, Ukrayna geri çəkilmir

Rusiya ordusuna yaxın hərbi teleqram kanallarında Rusiya ordusunun Kursk vilayətində Ukraynaya qarşı əks-hücum əməliyyatın başlaması barədə xəbərlər yayılıb.
ABŞ-da yerləşən Müharibələrin Tədqiqatı İnstitutu (ISW) Kursk bölgəsində son 2 gündə Rusiya qüvvələrinin aktivləşməsini qiymətləndirib.
İnstitutu mütəxəssisləri bu əməliyyatın tərəqqisi ilə bağlı müəyyən nəticə çıxarmaq üçün çox erkən olduğunu düşünürlər.
Onlar Rusiya ordusunun Ukraynanın idarə etdiyi əraziləri daha da böyük bir hücumdan əvvəl "kəsməyə" cəhd edə biləcəyi qənaətindədirlər.
İnstitutun xülasəsində deyilir ki, sentyabrın 11-dək Rusiya hərbçiləri Korenevo kəndi yaxınlığında bəzi mövqeləri götürə biliblər. Bundan əlavə, sentyabrın 10-da 106-cı hava qüvvələri bölmələri Snaqost kəndinin şimal və şimal-şərqində irəliləməyi bacarıb.
Mütəxəssislər qeyd edir ki, Rusiya Federasiyası ordusu Kursk bölgəsindəki bir neçə yaşayış məntəqəsində nəzarəti bərpa edə bilib. Buna cavab olaraq, Ukrayna qoşunları qərbdə yeni hücumlara davam edir.
ISW-nin məlumatına görə, "Rusiya qüvvələri Kurskda Ukrayna irəliləməsini kəsmək niyyətində ola bilər və sonra Ukrayna qoşunlarını Rusiya ərazisindən kənarlaşdırmağa cəhdləri üçün daha mütəşəkkil və incə addımlara başlamaq niyyətindədir".
"Bu ilkin əks hücumlar zamanı Rusiya hərbi komandanlığının 155-ci dəniz briqadası və 51-ci paraşüt-sərnişin alayının bir hissəsinə etibar edilməsi ehtimalı var, lakin çox güman ki, digər bölmələr döyüşə girəcək", - mütəxəssislər deyirlər.
Bu ərazidə fəaliyyət göstərən Rusiya qüvvələrinin Ukrayna silahlı qüvvələrini yerindən kənarlaşdıra bilməməsi ilə bağlı hələ proqnoz verməyə hazır deyillər.
Qeyd edək ki, Ukraynanın Kursk vilayətində hərbi əməliyyatları avqustun 6-da başlayıb. Volodimir Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələri artıq yüzdən çox yaşayış məntəqəsinin daxil olduğu 1300 km Rusiya ərazisinə nəzarət edir. TASS agentliyi ötən gün Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi idarəsinin rəisinin müavini, “Axmat” xüsusi təyinatlılarının komandiri Aptı Alaudinova istinadən əməliyyatla bağlı bir sıra detalları açıqlayıb.
Alaudinov deyib ki, Rusiya ordusu Kursk vilayətində 10-a yaxın yaşayış məntəqəsini geri alıb. "Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində çox ağır itkilər verir və başa düşməyə başlayıblar ki, bu ərazini tutmaq onlar üçün çətindir", - o qeyd edib.
Ukrayna tərəfi açıqlamalara münasibət bildirməyib. Rusiya Müdafiə Nazirliyi də əks-hücum barədə məlumat verməyib.
12-09-2024, 14:47
Serbiya Prezidenti Muxtar Babayevi qəbul edib


Serbiya Prezidenti Muxtar Babayevi qəbul edib

Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti Muxtar Babayevlə görüşüb.
Bu barədə Serbiya dövlət başçısı sosial şəbəkələrdəki hesabında paylaşım edib.
Serbiya Prezidenti qeyd edib ki, M.Babayevlə məhsuldar danışıqlar zamanı iki ölkə üçün vacib olan mövzuları, o cümlədən COP29-a hazırlıqları müzakirə edib:
“Serbiyanın davamlı inkişaf tədbirlərinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək ekoloji təşəbbüslərə sadiqliyini vurğulamaq istərdim. Söhbət zamanı Serbiyanın COP29 gündəliyinin əsas mövzusu olan iqlimin maliyyələşdirilməsi təşəbbüsünü dəstəklədiyini də vurğuladım”.
A.Vuçiç bildirib ki, COP29 prezidenti ilə danışıqlar zamanı “yaşıl keçid”ə qlobal investisiyanın vacibliyi vurğulanıb: “Serbiya qlobal iqlim məqsədlərinə nail olmaq üçün birgə töhfə vermək naminə sıx əməkdaşlığa və təcrübə mübadiləsinə hazırdır”.
12-09-2024, 14:38
Parlamentin yeni deputatları ilk bu qanunları müzakirə edəcək


Parlamentin yeni deputatları ilk bu qanunları müzakirə edəcək

Milli Məclisin payız sessiyasının plenar iclası Daxili Nizamnaməyə əsasən, sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.
Əgər sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.
Yeni çağırış Milli Məclisdə ilk müzakirə olunan mövzular COP-29-la əlaqədar olaraq ekoloji sahədə olacaq.
Belə ki, COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, bəzi məsələlərlə bağlı Azərbaycan qanunlarında, habelə İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı layihələr təsdiq edilməsi məqsədilə Milli Məclisə təqdim edilib.
“Heyvanlar aləmi haqqında", "Balıqçılıq haqqında", "Ovçuluq haqqında", "Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan qanunlarında, habelə İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişiklik edilməsi ilə bağlı layihələr təsdiq olunması məqsədilə Milli Məclisə təqdim edilən qanun layihələri arasındadır.
Bununla bərabər "Təhlükəli və təbii fəlakət törədə bilən təhlükəli hidrometeoroloji hadisələrin meyarları haqqında təlimat, "Azərbaycan Respublikasının Daşaltı Dövlət Təbiət Yasaqlığı haqqında" Əsasnamə təsdiq olunub. Hazırda 5 qanun layihəsi - "Atmosfer havasına atılan istixana effekti yaradan qazların idarə edilməsi haqqında", "Qablaşdırma və qablaşdırma tullantılarının dövriyyəsi haqqında", "Heyvanlarla məsuliyyətli davranış haqqında", "Ekoloji maarifləndirilmə haqqında", "Yerin təki haqqında" qanun layihələri, "Azərbaycan Respublikasında meşələrin davamlı inkişafına dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" razılaşdırılma mərhələsindədir.
12-09-2024, 14:26
Zurabişvilidən Krım Platformasına müraciət


Zurabişvilidən Krım Platformasına müraciət

Gürcüstan prezidenti Salome Zurabişvili Krım Platforması sammitinin iştirakçıları qarşısında videomüraciətlə çıxış edib.
Gürcüstan prezidenti Salome Zurabişvili Krım Platformasının IV sammitinə videomüraciətində bir daha Gürcüstan xalqının Ukraynaya dəstəyini ifadə edib.
O, Rusiyanın Ukraynaya hücumunu 11 sentyabr terror aktları ilə müqayisə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!