Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
11-09-2024, 15:43
Kahramanmaraşda Heydər Əliyev adına məktəbin açılışı oldu


Kahramanmaraşda Heydər Əliyev adına məktəbin açılışı oldu

Türkiyənin Kahramanmaraş şəhərində yeni inşa edilən Azərbaycan məhəlləsindəki məktəbin açılışı baş tutub.
Azərbaycan məhəlləsində tikilən Heydər Əliyev adına ibtidai məktəbin rəsmi açılışında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev, Türkiyənin təhsil naziri Yusuf Tekin və hər iki ölkənin nümayəndə heyətləri iştirak ediblər.
Təməli ötən ilin aprelində qoyulan üçmərtəbəli müasir məktəb binasının tikintisi zamanı sağlamlıq imkanları məhdud uşaqlar da nəzərə alınıb. Məktəbdə, həmçinin idman zalı, kitabxana, məscid və zərurət yarandıqda sığınacaq kimi istifadə edilə bilən yer var. Təhsil müəssisəsinin iyirmi ibtidai sinfi və hazırlıq şöbəsinin üç otağı yaxın günlərdə yüzlərlə şagirdi qəbul edəcək.
İbtidai məktəbdə təhsilə dəstək məqsədilə əlavə otaqlar mövcuddur. Buraya xüsusi alətlər və tədris materiallarından ibarət 1 emalatxana, musiqi dərslərinin keçirilməsi üçün musiqi alətlərindən ibarət 1 musiqi otağı, rəsm və əmək dərslərinin keçirilməsi üçün 2 emalatxana, texnologiya, riyaziyyat və mühəndislik sahəsində bacarıqların təkmilləşdirilməsi üçün 1 emalatxana, 1 kitabxana və 1 idman zalı daxildir.
Məktəbə bitişik ərazi abadlaşdırılıb, hazırlıq bölməsindəki şagirdlər üçün uşaq meydançası yaradılıb. İbtidai məktəbin girişində Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün təsvirləri olan obelisk ucaldılıb.
Kahramanmaraş Təhsil İdarəsinin müdiri Erhan Baydur deyib ki, fəlakət zonasının sakinləri böyük zəlzələdən sonra ilk gündən dost Azərbaycanın yardım əlini hiss edirlər. O, "Azərbaycan məhəlləsi" layihəsi çərçivəsində Kahramanmaraşda Heydər Əliyev adına müasir tipli ibtidai məktəbin tikintisini yüksək qiymətləndirib.
“Kahramanmaraş sakinlərinin gənc nəslinin yetişdirilməsində xidmətlərinə görə Azərbaycanın bütün strukturlarına və şəxsən Prezident İlham Əliyevə səmimi təşəkkürümü bildirmək istəyirəm”, - deyə vilayət təhsil şöbəsinin müdiri qeyd edib. O xatırladıb ki, Heydər Əliyev adına yeni ibtidai məktəbin yerində əvvəllər də təhsil müəssisəsi olub, lakin ötən il baş verən zəlzələ zamanı dağıldığına görə sökülüb.
Qeyd edilib ki, təhsil müəssisəsinə bitişik ərazidə son abadlıq işləri başa çatdırılır, məktəbə dərs vəsaitləri və kitablar gətirilir.
Məktəbin nümayəndələri məlumat veriblər ki, təbii fəlakət zonasında yerləşən digər məktəblərdə şagird yeri çatışmazlığı səbəbindən Kahramanmaraşın digər təhsil müəssisələrindən uşaqların bir hissəsinin Heydər Əliyev adına ibtidai məktəbə köçürülməsi ilə tədris prosesini iki növbədə təşkil etmək mümkündür.
Xatırladaq ki, keçən ilin fevralında episentri Türkiyənin Kahramanmaraş vilayəti olan və ciddi dağıntılar yaradan zəlzələdən sonra Naxçıvan şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi” imzalanıb. Sazişə əsasən ümumi işlərin dəyəri 100 milyon ABŞ dolları məbləğində müəyyən edilib. Layihə çərçivəsində 2, 3 və 4 otaqlı 1320 mənzildən ibarət 71 evin tikintisi nəzərdə tutulub.
Kahramanmaraşda sosial və yaşayış obyektlərinin tikintisi layihəsi çərçivəsində Azərbaycan hökumətinin icra hakimiyyəti orqanının təmsilçisi qismində Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) çıxış edir. “Azərbaycan” yaşayış massivinin ümumi sahəsi 32 (320) hektardır.
Eyni zamanda, həmin ərazidə məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması məqsədilə yaşayış binalarında 764 qeyri-yaşayış (ticarət) obyekti istifadəyə veriləcək. “Azərbaycan” yaşayış məhəlləsində parkla birlikdə ümumilikdə 14 hektar yaşıllıq zonası salınacaq. Sahəsi 3,5 hektar olacaq parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılacaq.
Layihənin 100 milyon ABŞ dolları məbləğində hissəsi Azərbaycan Hökuməti tərəfindən inşa olunacaq. Hazırda tamamlama işləri aparılan yaşayış massivinin 11-ci və 12-ci məhəllələrinin ərazisində inşaat prosesi başa çatdırılıb, 7-ci və 8-ci məhəllələrin yerində isə bütün seysmik müqavimət tələbləri nəzərə alınmaqla yaşayış binalarının tikintisi davam etdirilir.
11-09-2024, 15:15
Krım Ukraynaya qaytarılmalıdır - Ərdoğan


Krım Ukraynaya qaytarılmalıdır - Ərdoğan

Türkiyə Krımın ilhaqını tanımır.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan IV Krım Platforması Sammitində yayımlanan videomüraciətində deyib.
O, bildirib ki, Krım Ukraynaya qaytarılmalıdır: “Bu, beynəlxalq hüququn tələbidir”.
R.T.Ərdoğan həmçinin söyləyib ki, Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir: "Müharibənin Ukraynanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində başa çatmasını arzulayırıq".
11-09-2024, 15:11
Məhkəmə Rövşən Novruzoğlu ilə bağlı qərar verdi


Məhkəmə Rövşən Novruzoğlu ilə bağlı qərar verdi

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin direktoru Rövşən Novruz oğlu Vəliyev (Rövşən Norvruzoğlu) barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Bu gün Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən məhkəmə iclasında qərar açıqlanıb. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, R.Vəliyev Bakı Ağır Cinayətlər Məhkəməsinin ötən il dekabrın 19-da qəbul etdiyi hökmə əsasən, 6 il müddətinə azadlıqdan məhrum olunub. O, məhkəmə zalında həbs edilib.
Bakı Apellyasiya Məhkəməsi Rövşən Vəliyevin şikayətini təmin etməyib.
O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.
İttihama görə, Rövşən Vəliyev dələduzluq yolu ilə 80 min manatdan çox pulu ələ keçirib.
Rövşən Vəliyev bundan əvvəl 2007-ci ildə də dələduzluq, mənimsəmə ittihamı ilə həbs olunub.
11-09-2024, 15:02
Prezidentdən cəzaçəkmə müəssisələri ilə bağlı sərəncam


Prezidentdən cəzaçəkmə müəssisələri ilə bağlı sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilib ki, cəzaçəkmə müəssisələrində keyfiyyətli peşə təhsilinin həyata keçirilməsi cəzaçəkmə müəssisələrindən azadlığa buraxılmış şəxslərin sosial adaptasiyasının asanlaşdırılması, əmək bazarının ixtisaslı işçi qüvvəsinə tələbatının davamlı təmin olunması baxımından böyük önəm kəsb edir.
Bu baxımdan, cəzaçəkmə müəssisələrində peşə təhsilinin müasir standartlara, əmək bazarında mövcud və gələcəkdə təklif ediləcək iş yerlərinə uyğun qurulması cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılmasında, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunmasında, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınmasında vacib rol oynayacaqdır.
Sərəncamla Nazirlər Kabineti Ədliyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Maliyyə Nazirliyinin təklifləri nəzərə alınmaqla, cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair fəaliyyət planının layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, fəaliyyət planı layihəsinin hazırlanması ilə əlaqədar aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət işçi qrupun yaradılmasını təmin etməli, fəaliyyət planının layihəsi hazırlanarkən ixtisaslaşmış ekspertlərlə və mütəxəssislərlə səmərəli əməkdaşlığın həyata keçirilməsini, habelə elmi təşkilatların və vətəndaş cəmiyyəti institutlarının cəlb olunmasını təmin etməli və Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Aidiyyəti dövlət orqanları (qurumları) isə Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
11-09-2024, 14:59
Ortaq Türk Əlifbası ilə bağlı rəsmi AÇIQLAMA


Ortaq Türk Əlifbası ilə bağlı rəsmi AÇIQLAMA

Sentyabrın 9-dan 11-dək Bakıda Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu tərəfindən təşkil olunan “Türk Dünyası Ortaq Əlifba Komissiyası”nın üçüncü iclası öz işini uğurla başa çatdırıb.
Bu barədə Beynəlxalq Türk Akademiyasının və Türk Dil Qurumunun Ortaq Türk Əlifbasına dair mətbuata birgə açıqlamasında bildirilib.
Qeyd edilib ki, Türk Dövlətləri Təşkilatı tərəfindən təsis olunmuş Türk Dünyası Ortaq Əlifba Komissiyasının üzvlərinin iştirakı ilə keçirilən bu önəmli iclasın əsas məqsədi bu sahədə əldə edilən bilik və təcrübələrin paylaşılması və Komissiyanın ikiillik təcrübəsinə əsaslanaraq Türk dilləri üçün ortaq əlifba layihəsi üzərində işlərin yekunlaşdırılması idi.
İclasda öncə 1991-ci ildə alimlər tərəfindən təklif olunan latın əsaslı Ortaq Türk Əlifbası layihəsi hərtərəfli şəkildə nəzərdən keçirilib. Komissiya üzvləri geniş müzakirələr apararaq bu layihədə diqqət yetirilməsi gərəkli olan məqamları müəyyənləşdirib.
Müzakirələr nəticəsində 34 hərfdən ibarət Ortaq Türk Əlifbası üzərində ümumi razılıq əldə olunub. Əlifbadakı hər bir hərfin Türk dillərində mövcud olan müxtəlif fonemləri əks etdirməsinə xüsusi diqqət edilib.
“İclasın işinin uğurla başa çatması tarixi məna daşımaqdadır. Ortaq Türk Əlifbasının yaradılması Türk xalqları arasında qarşılıqlı anlayış və əməkdaşlığı möhkəmləndirməklə birlikdə onların dillərinin qorunmasına da öz töhfəsini verəcək.
Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu bu prosesə dəstək verən Türk Dövlətlərinin rəhbərliyinə və əməyi keçən bütün Komissiya üzvlərinə dərin təşəkkürünü bildirirlər. Bütün müvafiq qurumlardan təklif olunan Ortaq Türk Əlifbasının tətbiq olunmasını fəal şəkildə dəstəkləmələrini xahiş edirik”, - deyə məlumatda qeyd olunub.
11-09-2024, 14:50
Rusiya ordusu Kurska girdi


Rusiya ordusu Kurska girdi

Rusiya ordusuna yaxın hərbi teleqram kanallarında Rusiya ordusunun Kursk vilayətində Ukraynaya qarşı əks-hücum əməliyyatın başlaması barədə xəbərlər yayılıb.
TASS Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi idarəsinin rəisinin müavini, “Axmat” xüsusi təyinatlılarının komandiri Aptı Alaudinova istinadən əməliyyatla bağlı bir sıra detalları açıqlayıb.
Alaudinov deyib ki, Rusiya ordusu Kursk vilayətində 10-a yaxın yaşayış məntəqəsini geri alıb. "Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində çox ağır itkilər verir və başa düşməyə başlayıblar ki, bu ərazini tutmaq onlar üçün çətindir", - o qeyd edib.
Teleqram kanalları bir sıra kəndlərin Ukraynadan geri alındığını bildirir. Rusiyaya məxsus kanallar Korenevski rayonunda səkkiz kəndin və 150 ​​kvadrat kvadratmetrə qədər ərazinin ələ keçirildiyini bildirib.
Ukraynanın “Deep state” hərbi portalı Rusiya bölmələrinin Korenevski rayonunda irəliləməsi barədə məlumat yayıb. Kanal Rusiyaya məxsus zirehli texnika karvanının bu istiqamətdə Ukrayna Silahlı Qüvvələrinin mühüm qalası sayılan Snaqost kəndinə daxil olmasının görüntülərini yayıb. Görüntülərdə ən azı səkkiz tank və zirehli maşın görünür.
Ukrayna tərəfi açıqlamalara münasibət bildirməyib. Rusiya Müdafiə Nazirliyi də əks-hücum barədə məlumat verməyib. Nazirliyin son açıqlamasına görə, Kurskda Ukrayna Silahlı Qüvvələrinin 10 hərbçisi Kursk vilayətində əsir götürülüb. Qubernator isə deyib ki, Kursk vilayətinin sərhəd rayonlarını 150 mindən çox insan tərk edib
Qeyd edək ki, Ukraynanın Kursk vilayətində hərbi əməliyyatları avqustun 6-da başlayıb. Volodimir Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələri artıq yüzdən çox yaşayış məntəqəsinin daxil olduğu 1300 km Rusiya ərazisinə nəzarət edir.
11-09-2024, 14:35
İrəvan və Vaşinqton arasında saziş


İrəvan və Vaşinqton arasında saziş

Ermənistan Respublikası baş nazirinin müavini Mher Qriqoryan və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Ermənistandakı missiyasının direktoru Con Hallelo iki ölkə arasındakı qrant sazişində dəyişiklikləri imzalayıblar.
Nəticədə nəzərdə tutulan hədd iki dəfədən çox artaraq 120 milyon dollardan 250 milyon dollara çatıb.
Həmçinin birgə layihələrin sahələri genişləndirilib. Genişləndirilmiş saziş fəlakət riskinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq və ticarət, demokratik proseslər və inklüziv iqtisadi inkişaf kimi əsas sahələri əhatə edəcək.
“Bu dəyişiklik bizim Ermənistanla tərəfdaşlığa sadiqliyimizi göstərir. Biz dəstəyimizi artırmaqla və proqramlarımızı genişləndirməklə Ermənistanın böyüməsinə və uğur qazanmasına kömək edirik”, - Con Allelo bildirib.
11-09-2024, 13:55
Laçına köçən ailələrə evlərinin açarları təqdim olundu


[b]Laçına köçən ailələrə evlərinin açarları təqdim olundu[/b]

Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Laçına qədəm qoyan ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub. Açarların təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Laçın rayonunda Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları və digər şəxslər iştirak ediblər. Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskunlaşıblar.
Bununla da Laçın şəhərində 570 ailənin, yəni 2090 nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
11-09-2024, 13:47
NATO-nun yeni baş katibi bu tarixdən vəzifəsinin icrasına başlayacaq


NATO-nun yeni baş katibi bu tarixdən vəzifəsinin icrasına başlayacaq

NATO-nun yeni baş katibi Mark Ruttenin vəzifəsinin icrasına başlamasına həsr olunmuş mərasimi oktyabrın 1-də keçiriləcək.
Bu barədə alyansın mətbuat xidməti məlumat yayıb.
“Oktyabrın 1-də Yens Stoltenberqin NATO-nun baş katibi kimi səlahiyyət müddəti başa çatacaq, onu Niderlandın sabiq baş naziri Mark Rutte əvəzləyəcək”, - deyə mətbuat xidməti bildirib.
Bu münasibətlə alyansın Brüsseldəki mənzil-qərargahında səlahiyyətlərin verilməsi ilə bağlı rəsmi mərasim və yeni baş katibin mətbuat konfransı keçiriləcək.
11-09-2024, 13:19
Leysan yağacaq dolu düşəcək - Sabahın havası


Leysan yağacaq dolu düşəcək - Sabahın havası

Sentyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz kecəçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 758 civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 29-34° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!