Ermənistan BRICS sammitində iştirak edəcəkErmənistan Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək.
Bu barədə xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan bildirib.
“Bəli, Ermənistan tərəfi də sammitdə iştirak edəcək”, - o deyib.
Səfəryan sammitdə Ermənistanı konkret kimin təmsil edəcəyini dəqiqləşdirməyib.
Xatırladaq ki, sammit oktyabrın 22-24-də Kazanda keçiriləcək.
Qeyd edək ki, BRİKS qrupu üzv ölkələr arasında diplomatik, təhlükəsizlik və iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.
Hazırda BRİKS-in 9 üzvü var: Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya.