Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                       
28-09-2024, 14:27
Dövlət informasiya ehtiyatlarına dair Fərman imzalandı


Dövlət informasiya ehtiyatlarına dair Fərman imzalandı

Prezident İlham Əliyev “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatları:

dövlət idarəetməsinin təkmilləşdirilməsi, səmərəliliyinin və şəffaflığının yüksəldilməsi məqsədilə göstərdikləri xidmətlərin və daxili idarəetmə proseslərinin (kadrların idarə olunması, maliyyə-uçot və mühasibat, təchizat və təminat) rəqəmsallaşdırılmasını təmin etməli;

sahibi və (və ya) operatoru olduqları dövlət informasiya ehtiyatlarının və sistemlərinin qiymətləndirilməsinə, eləcə də monitorinqlərin (auditlərin) aparılmasına şərait yaratsınlar və onların nəticələri əsasında aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər görməli;

sahibi və (və ya) operatoru olduqları dövlət informasiya ehtiyatlarının və sistemlərinin dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrində, fərdi məlumatların dövlət informasiya sistemlərinin isə həmçinin fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrində qeydiyyata alınmasını altı ay müddətində təmin etməlidirlər.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq, inzibati orqanlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olan, qanunla ərizəyə əlavə edilməli sənədlərin və ya məlumatların siyahısının xidmət göstərdikləri binalarda müvafiq məlumat lövhələrində və rəsmi internet səhifələrində yerləşdirilməsini və mütəmadi yenilənməsini təmin etməlidirlər.
Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

“Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” fərmanda aşağıdakı dəyişikliklər edilməlidir:

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti:

dövlət informasiya ehtiyatlarını və sistemlərini mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etməli;

dövlət informasiya ehtiyatlarının və sistemlərinin təhlükəsizlik meyarları üzrə monitorinqini və ildə bir dəfədən az olmayaraq təhlükəsizlik üzrə auditini həyata keçirməli;

dövlət informasiya ehtiyatları və sistemləri istismara verilməzdən əvvəl onların informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi ilə bağlı rəy verməli;

sahibi və operatoru ilə birlikdə dövlət informasiya ehtiyatlarının və sistemlərinin informasiya təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməli;

Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) və “Hökumət buludu”nun informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlara inteqrasiya edilən və miqrasiya olunan dövlət informasiya ehtiyatlarının və sistemlərinin sahibləri, operatorları, habelə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə zəruri tədbirlər görməlidir.
28-09-2024, 14:22
Naftalan neftinin rolu artırılacaq - SƏRƏNCAM


Naftalan neftinin rolu artırılacaq - SƏRƏNCAM

Prezident İlham Əliyev Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncam Naftalan neftinin çıxarılması, emalı, təchizatı proseslərinin təkmilləşdirilməsi, Naftalan neftindən və ondan hazırlanan preparatlardan istifadənin genişləndirilməsi, eləcə də Naftalan şəhərinin sağlamlıq turizmi şəhəri kimi dünyada tanıdılması məqsədilə imzalanıb.
Nazirlər Kabineti altı ay müddətində Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırmalar aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli; Naftalan neftinin çıxarılması, emalı, saxlanılması və sanatoriya-kurort müəssisələrinə paylanılması qaydalarını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli; “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında” Qanununa uyğun olaraq, “Naftalan” Kurortu haqqında əsasnaməni iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli; bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
28-09-2024, 14:05
Xüsusi təyinatlılarımız gecə təlimlərində - VİDEO


Xüsusi təyinatlılarımız gecə təlimlərində - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) xüsusi təyinatlı bölmələri ilə “Gecə şəraitində düşmən obyektinə qəfil basqın” mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib kİ, plana əsasən icra olunacaq fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib. Xüsusi təyinatlılar məhdudgörmə şəraitində şərti düşmənin dərinliyinə sızaraq pusqu, basqın və müxtəlif təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər. Vaxt normativinə uyğun təyin olunan yüksəklik xüsusi təyinatlılar tərəfindən ələ keçirilib, dairəvi mühafizə və müdafiənin təşkili ilə növbəti hakim yüksəkliyin tutulması üçün mobil qruplar fəaliyyətini davam etdirib.
Təlim zamanı təminat-təxliyə qrupları tərəfindən yaralıların təxliyəsi və sursat təminatının çatdırılması da praktiki məşq etdirilib. Azərbaycan Ordusunun son dövrlərdə apardığı uğurlu döyüş əməliyyatlarında qazanılan təcrübənin tətbiq edildiyi taktiki-xüsusi təlimdə verilən tapşırıqlar yüksək peşəkarlıq və səriştə ilə yerinə yetirilərək qarşıya qoyulmuş məqsədlərə tam nail olunub.

28-09-2024, 14:00
Prezident rütbələrlə bağlı fərman verdi


Prezident rütbələrlə bağlı fərman verdi

Prezident İlham Əliyev “Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, “Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiq edilib.
“Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı ləğv edilib.
Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.
28-09-2024, 13:43
Lavrov iranlı həmkarı ilə Cənubi Qafqazı müzakirə etdi


Lavrov iranlı həmkarı ilə Cənubi Qafqazı müzakirə etdi

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun İran İslam Respublikasının yeni təyin olunmuş xarici işlər naziri Abbas Araqçi arasında ilk görüşü keçirilib.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş sentyabrın 27-də BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.
Bildirilib ki, görüş zamanı İranın nüvə proqramından tutmuş Cənubi Qafqazdakı vəziyyət və İsrail münaqişə zonasına qədər aktual beynəlxalq və regional problemlər ətrafında hərtərəfli fikir mübadiləsi aparılıb.
Xarici siyasi koordinasiyanın hazırkı yüksək səviyyədə saxlanmasında qarşılıqlı maraq vurğulanıb.
Tərəflər Rusiya və İran arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulması xəttinin dəyişməzliyini və əvvəllər razılaşdırılmış bütün birgə layihələrin həyata keçirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.
Nazirlər yüksək səviyyələrdə qarşıdakı təmasların qrafikinə aydınlıq gətiriblər.
Lavrov iranlı həmkarını əlverişli vaxtda Moskvaya səfərə dəvət edib.
28-09-2024, 13:08
İran, Rusiya və Türkiyə xarici işlər nazirləri görüşdülər


İran, Rusiya və Türkiyə xarici işlər nazirləri görüşdülər

İranın xarici işlər naziri Abbas Araqçi rusiyalı həmkarı Sergey Lavrov və türkiyəli həmkarı Hakan Fidanla Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sammiti çərçivəsində üçtərəfli görüş keçirib.
Bu gün səhər baş tutan görüş Astana prosesinin xarici işlər nazirlərinin Suriya ilə bağlı iclası çərçivəsində keçirilib.
Xarici işlər nazirləri görüşdə İsrailin Suriyaya hücumlarını pisləyib və bunu beynəlxalq qanunların açıq şəkildə pozulması kimi qiymətləndiriblər.
Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanata görə, onlar İsrail-Fələstin münaqişəsinin gərginləşməsinin və Livandakı vəziyyətin Suriyadakı vəziyyətə mənfi təsirini də qeyd ediblər.
28-09-2024, 12:15
Toya hazırlaşan qızın faciəsi


Toya hazırlaşan qızın faciəsi

Tərtərdə toyuna hazırlaşan 21 yaşlı qız faciəvi şəkildə ölüb.
Hadisə Tərtər şəhərində yerləşən beşmərtəbəli binaların birində baş verib.
2003-cü il təvəllüdlü rayon sakini Arzu İlqar qızı Niftalıyeva yaşadıqları binanın dördüncü mərtəbəsində paltar sərərkən müvazinətini itirərək hündürlükdən yıxılıb. O, Mingəçevir Şəhər Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, vəfat edən qız nişanlı imiş, yaxın aylarda toyu olacaqmış.
28-09-2024, 12:04
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sentyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq.
27-09-2024, 16:24
Pirallahıda Vətən müharibəsi şəhidləri anılıb


Pirallahıda Vətən müharibəsi şəhidləri anılıb

27 sentyabr 2024-cü il tarixdə Pirallahı rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “27 sentyabr-Anım Günü”nün təsis edilməsi haqqında müvafiq Sərəncamının icrası və 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin yad edilməsi məqsədilə silsilə tədbirlər keçirilmişdir. Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun, rayonun hüquq-mühafizə orqanlarının və rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərlərinin, şəhid ailələrinin, Vətən müharibəsi iştirakçılarının iştirakı ilə keçirilən tədbirlər ümumilikdə bir neçə hissədən ibarət olub.
İlk növbədə səhər saatlarında təhsil və mədəniyyət müəssisələrində RİH başçısı Aparatının məsul əməkdaşlarının iştirakı ilə tədbirlər keçirilib.
Daha sonra Fəxri Xiyabanda və rayon ərazisində yerləşən Gürgən qəsəbə qəbiristanlığında şəhid məzarları ziyarət edilmiş, şəhidlərin ruhuna dualar oxunmuş, məzarları üzərinə gül dəstələri düzülüb.
Tədbirlərin davamında, RİH başçısı tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq “Regional İnkişaf” İctimai Birliyi və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Pirallahı qəsəbəsinin girişindəki körpünün yaxınlığında ağacəkmə aksiyası təşkil edilmiş və şəhidlərimizin əziz xatirəsinə 200 ədəd müxtəlif növ ağac və gül kolları əkilmişdir. Ağacəkmə aksiyası başa çatdıqdan sonra RİH başçısı və qonaqlar Vətən uğrunda abidə kompleksinin qarşısına gəlmiş və burada ümumrayon tədbiri açıq elan olunmuşdur. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin orkestrinin ifasında dövlət himninin səsləndirilməsi ilə başlayan tədbir Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Pirallahı şəhidlərinin şəkillərinin əks olunduğu abidə kompleksinin qarşısına gül dəstələrinin qoyulması ilə davam etmişdir. Daha sonra, rayon ərazisində fəaliyyət göstərən “4 №li Uşaq-gənclər İnkişaf Mərkəzi” PHŞ-nin yetirmələri musiqi nömrələri və şeirlərlə tədbirdə çıxış etmişlər.
Keçirilən tədbirlərin davamı olaraq RİH başçısı Vasif İmanov, millət vəkili Günay Əfəndiyeva və RİH başçısı Aparatının məsul əməkdaşlarının iştirakı ilə şəhid ailələri və müharibə əlilləri ziyarət edilmiş, onlara sovqatlar təqdim edilmişdir. Ziyarət edilən şəhid ailələri dövlət başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

“27 Sentyabr-Anım günü”nə həsr olunan tədbirlərin yekununda RİH başçısının və rayon ictimaiyyətinin Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət etməsi nəzərdə tutulub.
27-09-2024, 16:06
Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycana gəldi


Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycana gəldi

Bu gün Azərbaycanın Baş prokuroru Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti, Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu Xidmətinin Baş prokuroru Juan Bautista Mahiquesin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüş zamanı Azərbaycanın ev sahibliyi ilə keçiriləcək beynəlxalq tədbirə hazırlıq işlərinin gedişatı və bir sıra təşkilati məsələlər müzakirə edilib.
Baş prokuror iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlığın möhkəmləndiyini diqqətə çatdıraraq, ötən il martın 23-də Afina şəhərində Azərbaycan Baş Prokurorluğu ilə Argentinanın Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu arasında imzalanmış Memoranduma uyğun olaraq təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.
Görüş zamanı, həmçinin bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 barədə məlumat verilərək, BPA-nın Bakıda keçiriləcək 29-cu illik konfransı zamanı dünya prokurorları arasında hüquq-mühafizə orqanlarının iqlim dəyişikliyi ilə mübarizədə səfərbər olunması, habelə ekoloji cinayətlərə qarşı birgə mübarizə mövzularının təşviq və müzakirə olunmasının vacibliyi vurğulanıb.
Daha sonra qonaqlar Baş Prokurorluğun Tarix muzeyində ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan, həmçinin Azərbaycan Prokurorluğunun keçdiyi inkişaf yolunu özündə əks etdirən guşə və eksponatlarla tanış olublar.
Qeyd edək ki, nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri davam edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!