19 yaşlı erməni hərbçinin meyiti tapıldı .....                        Tramp Ağ Evdə Baydenlə görüşdü .....                        İlham Əliyev daha bir görüş keçirdi .....                        İrana yağan qar yolları bağladı: ərazidən son görüntülər .....                        Biz özümüz də Minsk Qrupunun işindən narazı qaldıq .....                        Paşinyan Kazan görüşündən danışdı .....                        İlham Əliyev Mitsotakislə bir araya gəldi .....                        Əsədovla Mişustin əməkdaşlıqdan danışdılar .....                        Prezident Baş nazirin müavini ilə görüşdü .....                       
2-09-2024, 15:03
Əli İnsanov mandat qazanmış siyasi partiyaların nümayəndələrini təbrik etdi


Əli İnsanov mandat qazanmış siyasi partiyaların nümayəndələrini təbrik etdi

VII çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə etmişdir. Azərbaycanda dövlət qeydiyyatında olan 26 siyasi partiyadan 25-i namizədlərini irəli sürmüş və onlar qeydə alınmışdır. Seçki prosesinin təşkili ilə bağlı seçki qanunvericiliyinə uyğun olaraq namizədlər üçün bütün imkanlar təmin edilmişdir.
Bu barədə Haqq Ədalət Partiyasının mətbuat xidmətinin bu gün yaydığı məlumatda deyilir.
“Seçkilərdə iştirak etmək istəyən şəxslər üçün bütün imkanlar yaradılmış, toplanmış imzaların yoxlanması, namizədlərin qeydə alınması qanunvericiliyə uyğun və qərəzsiz şəkildə aparılmışdır.
Namizədlərin təbliğat-təşviqat işləri aparması üçün açıq və qapalı məkanlar ayrılmış, məhəllədaxili və evlərdə görüşlərin keçirilməsinə maneələr olmamışdır. MSK əhalinin seçkilərə gəlməsini təşviq etmək üçün bütün mümkün vasitələrdən istifadə etmiş, vətəndaşların seçkiyə gəlməsi təmin olunmuşdur. Namizədlərin təbliğat işləri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə davam etmişdir.
Səsvermə günü hər bir seçki məntəqəsində onlarla yerli və beynəlxalq müşahidəçi seçkini izləmişdir. Siyasi partiyaların 70.000-dən çox müşahidəçisi və məşvərətçisi seçkiləri birbaşa məntəqə və dairələrdə canlı izləmişdir. 600-dən çox beynəlxalq müşahidəçinin böyük əksəriyyəti seçkilərin demokratik və şəffaf keçirildiyini bildirmişdir. Səsvermə məntəqələrində hər kəsin gizli səsverməsi üçün imkanlar yaradılmışdır.
Seçki dairələrin mütləq əksəriyyətində ekzit-polların nəticələri seçkinin ilkin nəticələri ilə eyniyyət təşkil etmişdir. Təbliğat-təşviqat işlərində aktivliyi ilə seçilən namizədlərin əksəriyyəti ilkin nəticələrə əsasən rəqiblərini üstələmişdir.
Haqq Ədalət Partiyasının bütün üzvləri adından mandat qazanmış siyasi partiyaların nümayəndələrini təbrik edir və deputat fəaliyyətlərində böyük uğurlar arzulayırıq”, - qeyd olunub.
2-09-2024, 14:55
Türkiyə BRICS-ə qoşulmaq üçün müraciət edib - KİV


Türkiyə BRICS-ə qoşulmaq üçün müraciət edib - KİV

"Bloomberg" yazır ki, Türkiyə BRICS-ə qoşulmaq üçün müraciət edib.
Nəşrin mənbələrinin iddiasına görə, Ankara BRICS üzvlüyünə Rusiya və Çinlə iqtisadi əməkdaşlığı gücləndirmək və Asiya ilə Avropa arasında enerji əməkdaşlığında potensialını inkişaf etdirmək imkanı kimi baxır.
Qrupun genişləndirilməsi məsələsinin müzakirə olunacağı növbəti BRICS sammiti oktyabrda Rusiyada - Tatarıstanın paytaxtı Kazanda keçiriləcək.
Bundan əvvəl BRICS-də iştirak etmək üçün Azərbaycan, Tailand və Malayziya müraciət etmişdi.
2-09-2024, 14:50
Türkiyədə fransız məktəblərinə qeydiyyat dayandırıldı


Türkiyədə fransız məktəblərinə qeydiyyat dayandırıldı

Türkiyədə fransız məktəblərinə qeydiyyat dayandırılıb.
Bu barədə Türkiyənin təhsil naziri Yusuf Tekin “Anadolu”nun efirində deyib.
Onun sözlərinə görə, altı ay müddətində fransız məktəblərinə qeydiyyata şərait yaradılmayacaq: “Bu müddət ərzində isə beynəlxalq sazişin imzalanması məsələsi gündəmdə olacaq”.
2-09-2024, 14:47
Bakının 28 May küçəsi bağlanır


Bakının 28 May küçəsi bağlanır

Sentyabrın 3-də saat 06:00-dan başlayaraq Mehdiabad-Digah-Məmmədli “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna gedən avtomobil yolunda Əjdər Məlikov küçəsindən (Zabrat-Kürdəxanı avtomobil yolu) Mehdiabad istiqamətində 28 May küçəsinə qədər hərəkət avtonəqliyyat vasitələri üçün mərhələli şəkildə tam məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) xəbər verir.
Bu, həmin hissədə aparılan təmir-bərpa işləri ilə əlaqədardır.
AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.
2-09-2024, 14:42
Mehriban Əliyeva Səid Nəcəfzadəni təbrik etdi


Mehriban Əliyeva Səid Nəcəfzadəni təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva Paraatlet Səid Nəcəfzadəni “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə paylaşım edib. Paylaşımda deyilir:
"Paraatlet Səid Nəcəfzadəni “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edirəm! Peşəkarlıq və qətiyyət nümayiş etdirən idmançımız Azərbaycan azarkeşlərinin ümidlərini doğrultdu! Çempionu səmimi-qəlbdən təbrik edir, ona yeni nailiyyətlər arzulayıram!"
2-09-2024, 13:37
Bakıdan Maldivə birbaşa uçuş


Bakıdan Maldivə birbaşa uçuş

"Azərbaycan Hava Yolları" QSC (AZAL) aviaşirkətin tarixində ilk dəfə olaraq Bakıdan Maldiv Respublikasının paytaxtı Male şəhərinə ilk reys noyabrın 8-də həyata keçiriləcək.
Bu barədə AZAL məlumat yayıb.
Məlumata görə, bu, sərnişinlərə dünyanın ən gözəl guşələrindən birinə asanlıqla çatmaq imkanı yaradacaq.
Uçuşlar həftədə iki dəfə ‒ cümə və bazar günləri yerinə yetiriləcək. Birbaşa uçuşlar yola sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azaldır və sərnişinləri transfer reyslərindən qaynaqlanan narahatlıqlardan azad edir. Bu marşrut vaxtını və rahatlığını qiymətləndirən sərnişinlər üçün mükəmməl seçimdir.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. Yeni marşrutun ilk sərnişinlərindən biri olmaq və günəşli çimərliklərdən zövq almaq fürsətini qaçırmayın.
2-09-2024, 13:30
Ceyhun Bayramovdan Ermənistana mesaj - Yaxın günlərdə...


Ceyhun Bayramovdan Ermənistana mesaj - Yaxın günlərdə...

Azərbaycan və Ermənistanın sülh sazişi üzərində çalışır. Amma Ermənistan tərəfi həqiqətən sülh üçün addımlar atmalıdır.
Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri Marko Curiçlə birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, Azərbaycan tərəfi iyun ayında sülh sazişi öz təkliflərini verib.
"Ondan sonra 30 avqustda Baş nazir Nikol Paşinyanın mətbuat konfransından bir neçə saat əvvəl öz versiyalarını göndəriblər. Burada Ermənistan tərəfi isə sadəcə önəmli məqamları çıxarıb. Önəmli məqamlara saziş layihəsində yer ayrılmayıb və bizə məsələnin həllinin bu olduğu deyilib.
Azərbaycan tərəfi yaxın zamanda sülh sazişi üzərində öz düzəlişlərini qarşı tərəfə göndərəcək. Sazişin mətnindən əlavə Ermənistan ərazi iddialarından əl çəkməlidir. Bununla bağlı əlavə işlər sadəcə zaman və enerjinin itirilməsidir. Mətbuat konfransı zamanı konstitusiyalar arasında müqayisələrin də aparılması tamamilə absuddur. Azərbaycan konstitusiyasında heç bir ölkəyə ərazi iddiası yoxdur”.
2-09-2024, 13:20
Ermənistanın hərbi büdcəsi 50 faiz artıb


Ermənistanın hərbi büdcəsi 50 faiz artıb

“Ermənistan Konstitusiyasında, eyni zamanda, bir sıra normativ aktlarında hələ də Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır”.
Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri Marko Curiçlə birgə mətbuat konfransında bildirib.
Nazir bildirib ki, bu, sülh prosesinə ən ciddi təhdiddir:
“Eyni zamanda, Ermənistanın çox instensiv silahlandırılmasını mən qeyd etdim. Ermənistanın hərbi büdcəsi təxminən 50 faiz artıb. Bu proses bölgədə sülh, sabitliyin yaradılmasına əngəl olur. Ermənistanın bu sahədə apardığı yanlış siyasət və bəzi ölkələrin də Ermənistana qızışdırıcı dəstək verməsi bölgədə təhlükə olaraq qalmaqdadır. Təbii ki, bütün bu proseslərə ölkəmiz tərəfindən nəzarət edilir, müşahidələr aparılır. Ermənistan səmimi şəkildə sülh prosesində maraqlıdırsa, atdığı addımları ciddi nəzərdən keçirməlidir. Və biz burada ciddi dəyişikliklər gözləyirik”.
2-09-2024, 13:20
Ermənistanın hərbi büdcəsi 50 faiz artıb


Ermənistanın hərbi büdcəsi 50 faiz artıb

“Ermənistan Konstitusiyasında, eyni zamanda, bir sıra normativ aktlarında hələ də Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır”.
Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri Marko Curiçlə birgə mətbuat konfransında bildirib.
Nazir bildirib ki, bu, sülh prosesinə ən ciddi təhdiddir:
“Eyni zamanda, Ermənistanın çox instensiv silahlandırılmasını mən qeyd etdim. Ermənistanın hərbi büdcəsi təxminən 50 faiz artıb. Bu proses bölgədə sülh, sabitliyin yaradılmasına əngəl olur. Ermənistanın bu sahədə apardığı yanlış siyasət və bəzi ölkələrin də Ermənistana qızışdırıcı dəstək verməsi bölgədə təhlükə olaraq qalmaqdadır. Təbii ki, bütün bu proseslərə ölkəmiz tərəfindən nəzarət edilir, müşahidələr aparılır. Ermənistan səmimi şəkildə sülh prosesində maraqlıdırsa, atdığı addımları ciddi nəzərdən keçirməlidir. Və biz burada ciddi dəyişikliklər gözləyirik”.
2-09-2024, 01:40
İlk dəfə deputat seçilənlər - Siyahı


İlk dəfə deputat seçilənlər - Siyahı

Azərbaycanda sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.
İlkin siyahıda yer alan 125 nəfərdən 39-u VII çağırışın yeni deputatlarıdır. Onlar aşağıdakılardır:

1. 6 saylı Ordubad – Culfa seçki dairəsindən Vüqar Rəhimzadə

2. 10 saylı Binəqədi üçüncü seçki dairəsindən Elşad Musayev

3. 13 saylı Xəzər ikinci seçki dairəsindən Gülşən Paşayeva

4. 14 saylı Xəzər – Pirallahı seçki dairəsindən Günay Əfəndiyev

5. 17 saylı Yasamal üçüncü seçki dairəsindən Göydəniz Qəhrəmanov

6. 70 saylı Neftçala seçki dairəsindən Tənzilə Rüstəmxanlı

7. 20 saylı Nərimanov ikinci seçki dairəsindən Samir Vəliyev

8. 25 saylı Nizami ikinci seçki dairəsindən Əli Əhmədov

9. 27 saylı Sabunçu ikinci seçki dairəsindən Arzuxan Əlizadə

10. 29 saylı Sabunçu dördüncü seçki dairəsindən Azər Allahverənov

11. 31 saylı Suraxanı ikinci seçki dairəsindən Qaya Məmmədov

12. 35 saylı Xətai üçüncü seçki dairəsindən Pərvanə Vəliyeva

13. 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən Mehriban Vəliyeva

14. 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən Səbinə Salmanova

15. 46 saylı Sumqayıt beşinci seçki dairəsindən Elnarə Akimova

16. 47 saylı Sumqayıt - Abşeron - Qaradağ seçki dairəsindən Zaur Şükürov

17. 48 saylı Abşeron birinci seçki dairəsindən Nigar Məmmədova

18. 49 saylı Abşeron ikinci seçki dairəsindən Rizvan Nəbiyev

19. 50 saylı Abşeron üçüncü seçki dairəsindən Ramid Namazov

20. 51 saylı Şirvan seçki dairəsindən Heydər Əsədov

21. 56 saylı Şabran - Xaçmaz seçki dairəsindən Mahir Süleymanlı

22. 59 saylı Quba seçki dairəsindən Əlibala Məhərrəmzadə

23. 65 saylı Salyan - Biləsuvar - Neftçala seçki dairəsindən Günay Ağamalı

24. 77 saylı Lənkəran şəhər seçki dairəsindən Fariz İsmayılzadə

25. 80 saylı Lerik - Astara seçki dairəsindən Vasif Qafarov

26. 82 saylı İmişli - Saatlı seçki dairəsindən Səyyad Salahlı

27. 87 saylı Qobustan - Şamaxı - İsmayıllı seçki dairəsindən Şahin Seyidzadə

28. 90 saylı Ağsu seçki dairəsindən Elçin Mirzəbəyli

29. 96 saylı Goranboy - Naftalan seçki dairəsindən Bədəl Bədəlov

30. 98 saylı Bərdə - Tərtər seçki dairəsindən Xanlar Fətiyev

31. 101 saylı Samux - Şəmkir seçki dairəsindən Mübariz Qurbanlı

32. 108 saylı Ağstafa seçki dairəsindən Azər Əmiraslanov

33. 112 saylı Zaqatala seçki dairəsindən Asif Əsgərov

34. 117 saylı Oğuz – Qəbələ - Şəki seçki dairəsindən Eyvaz Qurbanov

35. 121 saylı Laçın seçki dairəsindən Rövşən Muradov

36. 123 saylı Kəlbəcər seçki dairəsindən Mircəlil Qasımlı

Qeyd edək ki, Vüqar Rəhimzadə, Əli Əhmədov, Səyyad Salahlı, Xanlar Fətiyev, Mübariz Qurbanlı, Azər Əmiraslanov bundan əvvəlki çağırışlarda deputat seçilsələr də, digərləri ilk dəfədir deputat olurlar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!