Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
1-09-2024, 14:08
UEFA "Qarabağ"ın rəqibini cərimələdi


UEFA "Qarabağ"ın rəqibini cərimələdi

UEFA "Qarabağ"ın Avropa Liqasının Liqa mərhələsində rəqiblərindən olan "Malmö" klubunu cərimələyib.
Buna İsveç təmsilçisinin evdə Çexiyanın "Sparta" komandasına qarşı keçirdiyi Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçında yaşananlar səbəb olub.
Azarkeşlər sözügedən qarşılaşmada pirotexniki vasitələrdən istifadə ediblər. "Malmö" buna görə 38 000 avro ziyana düşüb.
Qarşılaşma Skandinaviya klubunun məğlubiyyəti ilə bitib - 0:2. Cavab görüşündə də eyni hesabla uduzan ölkə çempionu Çempionlar Liqası ilə vidalaşıb.
"Qarabağ" bu komanda ilə oyununu oktyabrın 3-də, saat 20:45-də Bakıda keçirəcək.
1-09-2024, 13:35
19 yaşlı erməni hərbçi bıçaqlandı


19 yaşlı erməni hərbçi bıçaqlandı

Ermənistanda 19 yaşlı hərbi qulluqçunu bıçaqlayıblar.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Bıçaqlanma avqustun 28-də Tavuş vilayətində baş verib. Hadisənin xuliqanlıq zəmnində olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
1-09-2024, 13:27
32 ildən sonra Xocalıda ilk dəfə... - FOTO


32 ildən sonra Xocalıda ilk dəfə... - FOTO

Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər Xocalı rayonu ərazisində üç məntəqədə keçirilir. 118 saylı Ağdam-Xocalı seçki dairəsinin 71 saylı məntəqəsi Xocalı rayonunun Təzəbinə kəndində, 72 saylı məntəqə Əsgəran qəsəbəsində, 73 saylı məntəqə Xocalı şəhərində təşkil edilib. Bu ilin may ayında Xocalıya qayıtmış sakinlər 32 ildən sonra ilk dəfə olaraq doğma yurdlarında səs verirlər.
73 saylı seçki məntəqəsində səsvermənin gedişini müşahidə edib. Məntəqə seçki komissiyasının sədri Ceyhun Əbdülov bildirib ki, məntəqədə seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçicilər səhər saatlarından başlayaraq məntəqəyə gəlir, sərbəst və azad şəkildə öz vətəndaşlıq borclarını yerinə yetirirlər.
Səsvermədə iştirak edən Xocalı sakinləri doğma yurdlarında səs verdikləri üçün qürur hissi keçirdiklərini dilə gətiriblər.
Seçici Məlahət Paşayeva deyib: “Ötən 32 il ərzində ölkəmizdə keçirilən seçkilərdə məcburi köçkün olaraq iştirak edirdik. Nəhayət yurd həsrətimiz bu il başa çatdı – may ayında yenidən Xocalıda məskunlaşdıq və bu gün öz torpağımızda qürurlu Azərbaycan vətəndaşı kimi səs veririk. Bu qüruru, sevinci bizə yaşatdığına görə Prezidentimizə, ordumuza təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, ilk dəfədir Azərbaycanın bütün suveren ərazilərində Milli Məclisə seçkilər keçirilir. Növbədənkənar seçkilər 6478 seçki məntəqəsində təşkil olunur. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqətidir.
Budəfəki seçkilərdə 125 yer uğrunda 990 namizəd mübarizə aparır. Namizədliyi qeydə alınan 305 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.
Parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. İşğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.
Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374, Milli Məclisə seçkilərdə səsvermədə ilk dəfə iştirak edəcək seçicilərin sayı isə 51 min 141 nəfərdir.
Seçkiləri izləmək üçün 51 beynəlxalq qurum və 69 ölkədən olmaqla, 598 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Yerli müşahidəçi kimi isə 112 min 749 nəfər qeydə alınıb.
Ölkə ərazisində 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Səhər 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatacaq.
Fotolar AzərTac-a məxsusdur:





1-09-2024, 13:22
Bəy-gəlin paltarında səs verdilər


Bəy-gəlin paltarında səs verdilər

İsmayıllı rayonunda bəylə gəlin parlamentə səsvermədə iştirak edib.
Yeni ailə quran cütlük bəy və gəlin paltarında 89 saylı İsmayıllı seçki dairəsinin 3 saylı məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.
1-09-2024, 13:09
Minsk Qrupunun ləğv edilməsinin vaxtı çoxdan yetişib!


Minsk Qrupunun ləğv edilməsinin vaxtı çoxdan yetişib!

Azərbaycan işğalçı dövlət olmayıb. Azərbaycan həmişə beynəlxalq hüququn norma və prinsiplərindən çıxış edərək qonşu dövlətlərlə münasibətdə bu meyarı əsas tutub. Amma Ermənistan işğalçı dövlət olub. Biz İkinci Dünya müharibəsindən sonra beynəlxalq münasibətlər sisteminə baxdıqda görə bilərik ki, işğalçı, təcavüzkar olan çox azsaylı dövlətlər var, onlardan biri də Ermənistandır.
Bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səsləndirib.
İraq-Küveyt müharibəsindən sonra İraq silahlı qüvvələrinin inkişafı ilə bağlı müəyyən məhdudiyyətlər olduğunu xatırladan Prezidentin köməkçisi deyib: “Hesab edirik ki, bu kimi proporsional məhdudiyyətlər Ermənistan silahlı qüvvələrinə də tətbiq olunmalıdır”.
Ermənistan baş nazirinin Minsk qrupunun ləğvi məsələsi ilə bağlı şərhində yenə də yalana və təhriflərə yol verdiyini vurğulayan H.Hacıyev bildirib: “Minsk qrupunun ləğv edilməsinin vaxtı çoxdan yetişib, belə bir təsisata heç bir lüzum yoxdur. Ermənistanın bu təsisatı gündəmdə saxlaması və bu istiqamətlə səylərini davam etdirməsi ona dəlalət edir ki, İrəvan münaqişənin bitməməsi təəssüratını yaradaraq Qərbdə onu dəstəkləyən tərəfdarları ilə müəyyən təsir vasitəsini əlində saxlamağa cəhd göstərir”.
Paşinyanın Ermənistan ilə Azərbaycan konstitusiyalarının müqayisəsi ilə bağlı fikirlərinə də toxunan Prezidentin köməkçisi deyib: “Ermənistan konstitusiyasında müstəqillik haqqında akta uyğun olaraq Azərbaycana qarşı ərazi iddiaları, yəni, Qarabağın Ermənistana birləşdirilməsini ehtiva edən məqam hələ də qalmaqdadır. O müddəanı dəyişdirilməyincə iki dövlət arasında sülh müqaviləsinin əldə olunmasında ciddi problemlər görürük. Ermənistan cəmiyyəti özü də konstitusiyanı dəyişdirərək məhz o müddəanı, o istinadı oradan götürərək sülh şəraitində yaşamaq istəyini bir daha təsbit etməlidir. Amma Azərbaycan Konstitusiyasında heç bir dövlətə qarşı ərazi iddiaları olmayıb və bu, Azərbaycan xalqının haqlı iradəsini əks etdirən bir sənəddir. Bu müqayisəni də biz yalnız söz oyunu kimi dəyərləndiririk. Ona görə də Ermənistan baş nazirinə və siyasi rəhbərliyinə tövsiyə ondan ibarətdir ki, bu kimi söz oyunlarındansa, real sülh gündəliyinin irəli aparılması, məhz region dövlətlərinin iştirakı ilə sülh gündəliyinin dəstəklənməsi istiqamətində addımlar atsınlar”.
Qeyd edək ki, Azərbaycan Ermənistanı ATƏT-in Minsk Qrupunun buraxılması üçün birgə təşəbbüslə çıxış etməyə çağırıb. İrəvan bildirib ki, ATƏT-in Minsk qrupunun məsələsinə sülh müqaviləsinin imzalanması kontekstində baxıla bilər.
Minsk Qrupunun tarixi 1992-ci il martın 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilmiş görüşündən başlayır. Həmin görüşdə Qarabağda vəziyyət müzakirə olunub, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilib.
1994-cü il dekabrın 5–6-da ATƏM-in Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilib. Minsk konfransına iki həmsədrin təyin olunması və Minsk qrupunun iclaslarının onların birgə həmsədrliyi ilə keçiriləcəyi barədə qərar qəbul edilib. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə 1995–1996-cı illər ərzində İsveç və Rusiya başçılıq edib. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər.
Minsk Qrupu yaradıldan sonra münaqişənin həllinə nail ola bilməyib, bir neçə təklif irəli sürülsə də, proses nəticəsiz qalıb. İkinci Qarabağ müharibəsindən sonra isə Qrupun fəaliyyəti tamamilə dayandırılıb. Ötən gün Paşinyan bildirib ki, əgər sülh əldə olunarsa, Ermənistan ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması imkanını istisna etmir.
1-09-2024, 12:58
Rusiyada dəhşətli helikopter qəzası - 22 nəfər öldü


Rusiyada dəhşətli helikopter qəzası - 22 nəfər öldü

Ötən gün Rusiya Fövqəladə Hallar Nazirliyinin helikopteri radardan itib. Rusiyanın Kamçatka diyarında qəzaya uğrayan “Mi-8” helikopterində sağ qalan olmayıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, helikopterin göyərtəsində 22 nəfər olub: 3 ekipaj üzvü və 19 sərnişin. Onların hamısı həlak olub.
İndiyədək helikopterin qəzaya uğradığı yerdə 17 nəfərin meyiti tapılıb.
“Əlverişsiz hava şəraitində idarəetmə səhvi prioritet versiya hesab olunur. Dumanda pilot təpəni görə bilməyib və helikopter onun yamacına çırpılıb”, - açıqlamada deyilir.
Qərargah nümayəndəsi əlavə edib ki, avadanlıqların nasazlığı versiyaları da nəzərdən keçiriləcək, lakin o, hələlik əsas hesab edilmir.
1-09-2024, 12:49
Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr


Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr

Azərbaycanda ən yüksək seçici fəallığı olan dairə açıqlanıb.
Saat 12:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 122 saylı Xankəndi dairəsidir.
Belə ki, 32.6 faiz fəallıqla Xankəndi lider dairədir. Qeyd edək ki, 2182 nəfər seçkidə iştirak edib.
Seçici fəallığının ən aşağı olduğu dairə isə 54 saylı Mingəçevir seçki dairəsidir. Belə ki, seçki fəallığı 7,5 %-dir. Buradakı səsvermədə 3768 nəfər iştirak edib.
1-09-2024, 12:44
Sumqayıtda 101 yaşlı qadın səs verdi


Sumqayıtda 101 yaşlı qadın səs verdi

Parlamentə növbədənkənar seçkilərdə Sumqayıtda şəhər üzrə səs verənlərin 3641 nəfəri yaşlı nəslin nümayəndəsidir. Onlardan birinin yaşı 100-dən çoxdur. 44 saylı üçüncü Sumqayıt seçki dairəsi üzrə qeydiyyata alınan ən yaşlı seçici 1923-cü il təvəllüdlü Xudiyeva Zəri Həsən qızıdır.
Bu gün o da seçkilərdə öz namizədinə səs verib. Özünün xahişi ilə Zəri nənənin evinə seçici kimi qeydiyyatı alındığı dairə üzrə 16 saylı seçki məntəqəsindən daşınan seçki qutusu aparılıb.
Konstitusion hüququndan istifadə edən Zəri nənə Azərtac-ın müxbiri ilə söhbətində bildirib ki, dəfələrlə prezident, parlament və bələdiyyə seçkilərində iştirak edib.
Yaşına baxmayaraq, özünü kifayət qədər şux hiss edən həmsöhbətimiz özü haqqında danışarkən deyib: “Zəngilanda anadan olsam da, uzun illər Ermənistanın Qafan şəhərində yaşamışıq. Orada 5 il deputat olmuşam. Deportasiya zamanı 1989-cu ildə Sumqayıta pənah gətirmişik. Elə o zamandan da Sumqayıtda 11-ci mikrorayonda oğlumla bir yerdə yaşayıram”.
Daşınan seçki qutusunun evə gətirilməsinə görə təşəkkürünü bildirən Zəri nənənin 8 övladı, 18 nəvəsi, 35 nəticəsi, 4 kötükcəsi var. Ən böyük arzusu işğalda olan torpaqları, doğma Zəngilanı azad görmək idi. O, bu arzusuna da çatıb. Vətən müharibəsində qazanılan şanlı Qələbədən bu gün də böyük sevinclə danışır. Zəri nənə qəhrəman şəhidlərə, yenilməz Ordumuza və Ali Baş Komandan İlham Əliyevə xalqımıza uzun illər gözlədiyimiz Qələbənin sevincini yaşatdıqları üçün minnətdarlığını bildirərək, Azərbaycanın daim abad və firavan, insanların isə xoşbəxt olmasını arzulayıb.
1-09-2024, 12:22
Ceyhun Bayramov səsvermə hüququndan istifadə etdi


Ceyhun Bayramov səsvermə hüququndan istifadə etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar parlament seçkilərində səsvermə hüququndan istifadə edib.
XİN başçısı 7 saylı Səbail seçki dairəsinin 4 saylı seçki məntəqəsində səs verib.
Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.
1-09-2024, 12:05
"Kəpəz"in yeni baş məşqçisi o oldu


"Kəpəz"in yeni baş məşqçisi o oldu

“Kəpəz” komandasının yeni baş məşqçisi bəlli olub.
Klubdan verilən məlumata görə, Gəncə təmsilçisini Azər Bağırov çalışdıracaq.
40 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Azər Bağırov son olaraq "Araz-Naxçıvan"da analoji vəzifəni yerinə yetirib. O, “Kəpəz”də Adil Şükürovu əvəzləyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!