Prezidentin dalğalandırdığı bayraq “Ginnesin Rekordlar Kitabı”na düşüb .....                        Dünya Bankı Ukraynaya 750 milyon dollar yardım ayırdı .....                        Ərdoğan Trampın prezident seçilməsini belə şərh etdi .....                        COP29 Məlumat Mərkəzləri fəaliyyətə başladı .....                        Azərbaycan xalqı bundan sonra qalib xalq kimi yaşayacaq .....                        Bakı Olimpiya Stadionunun ərazisi bu axşam BMT-yə təhvil veriləcək .....                        8 Noyabr Günü Türk dünyasının Zəfər səlnaməsidir .....                        Şanlı Qələbəmiz tarixi nailiyyətimizdir .....                        Antiterror əməliyyatı Ermənistanın arxasında duranların acı məğlubiyyətidir .....                       
Bu gün, 14:52
Prezidentin dalğalandırdığı bayraq “Ginnesin Rekordlar Kitabı”na düşüb


Prezidentin dalğalandırdığı bayraq “Ginnesin Rekordlar Kitabı”na düşüb

Xəbər verdiyimiz kimi, noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıdakı Dövlət Bayrağı Meydanında olub. Dövlət başçısı burada Azərbaycanın üçrəngli Bayrağını ucaldıb.
Prezidentin Dövlət Bayrağı Meydanında dalğalandırdığı bu bayrağın eni 36, uzunluğu 72 metr, çəkisi isə 500 kiloqramdan artıqdır.
Dənikənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva bildirib ki, bayraq parametrlərinə görə "Ginnesin Rekordlar Kitabı"na düşüb.
Dövlət Bayrağı Meydanı təmirə bağlanmazdan öncə bayraq dirəyinin hündürlüyünə görə bu rekord qırılmışdı:
"Hazırda isə yeni sertifikat Dövlət Bayrağı Meydanında ucaldılan bayrağın ölçüləri ilə bağlıdır”.
Bu gün, 14:31
Dünya Bankı Ukraynaya 750 milyon dollar yardım ayırdı


Dünya Bankı Ukraynaya 750 milyon dollar yardım ayırdı

Dünya Bankı (DB) Ukraynaya 750 milyon dollar məbləğində yeni yardım paketinin ayrıldığını açıqlayıb.
Bu barədə Ukraynanın baş naziri Deniz Şmıqal bildirib.
“Vəsait Avropa İttifaqına daxil olmaq üçün tələb olunan institusional islahatları dəstəkləmək məqsədi daşıyan Sağlam Fiskal İdarəetmə (SURGE) vasitəsilə bərpanın dəstəklənməsi layihəsi vasitəsilə təmin ediləcək. Bu məbləğin bir hissəsi Yaponiya hökuməti tərəfindən dəstəklənən ADVANCE Ukraine fondundan ayrılacaq”, - deyə o, banka köməyə görə təşəkkürünü bildirib.
Şmıqal aydınlaşdırıb ki, lazım gələrsə, maliyyə vəsaiti artırıla bilər.
Bu gün, 14:05
Ərdoğan Trampın prezident seçilməsini belə şərh etdi


Ərdoğan Trampın prezident seçilməsini belə şərh etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampın ABŞ prezident seçilməsini şərh edib.
Ərdoğan bu seçkinin ABŞ, region və dünyaya faydalı olmasını arzulayıb.
“O, təslim olmadan və yorulmadan imtahandan uğurla keçdi”.
Trampın seçki prosesində sui-qəsd cəhdi də daxil olmaqla bir çox çətinliklə mübarizədə gözəl nümunə göstərdiyini ifadə edən Ərdoğan, belə deyib:
"Bildiyiniz kimi, onu vurmağa cəhd etdilər, güllə qulağına dəydi. Qolu qandallı halda polis bölməsinə apardılar. Bütün bu hadisələrə rəğmən, o, seçki kampaniyasını çox güclü, yorulmadan davam etdirdi. Bu, hər bir siyasətçinin asanlıqla əldə edə biləcəyi bir cəhd deyil”.
Ərdoğan Trampla telefon danışığına toxunaraq deyib:
"Cənab Trampla mehriban danışığımız oldu. Onlar həmin vaxt ailəvi şam yeməyində idilər. İlon Mask və Maskın uşağı da onun yanında idi və onlarla söhbətimiz bu şəkildə keçirdik. Seçki prosesini və ABŞ-Türkiyə arasında əməkdaşlığı müzakirə etdik. Onu ölkəmizə dəvət etdik, ümid edirəm ki, Türkiyə ilə ABŞ arasında əməkdaşlığı daha da gücləndirəcəyik.
Bizimlə ABŞ arasında F-35 məsələsi var. S-400 ilə bağlı bir proses də var. Tramp prezidentliyi dövründə F-35 məsələsi ilə bağlı Türkiyədən danışarkən, “Pulu verdilər, amma hələ də təyyarələri vermirsiniz?” deyib. Baxaq, yeni dövrdə bu məsələləri necə əsaslandıracağıq və yolumuza necə davam edəcəyik... Başda Fələstin məsələsi və Rusiya-Ukrayna böhranı ilə bunların öhdəsindən gəlmək mümkündür. Ümid edirəm ki, regional və qlobal müharibələr, böhranlar Trampın prezidentliyi ilə sona çatacaq”.
Ərdoğan deyib ki, gtürkiyə sülh və əmin-amanlığın tərəfdarıdır:
"Yeni dövrdə Donald Trampla danışıqlarımızı davam etdirəcəyik və əvvəllər olduğu kimi, telefon diplomatiyası ilə Yaxın Şərqdəki hadisələri necə formalaşdıracağımızı müzakirə edəcəyik. Məsələn, ABŞ qoşunlarının Suriyadan çıxarılması məsələsini dəyərləndirəcəyik. onlardan PKK/PYD/YPG terror təşkilatına dəstəyinə son qoymalarını istəyəcəyik.
Bildiyiniz kimi, Tramp İsrailin başlatdığı münaqişələrə son qoyacağına söz verib. Ümid edirik ki, cənab Trampın ikinci dövründə regionda daimi sülh və əmin-amanlıq yaranacaq. Biz sülh və əmin-amanlığın tərəfdarıyıq”
Bu gün, 13:40
COP29 Məlumat Mərkəzləri fəaliyyətə başladı


COP29 Məlumat Mərkəzləri fəaliyyətə başladı

Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 konfransında iştirak məqsədilə paytaxta səfər edəcək minlərlə ziyarətçini hərtərəfli məlumat dəstəyi ilə təmin etmək üçün COP29 Məlumat Mərkəzləri fəaliyyətə başlayıb.
COP29 Əməliyyat Şirkətindən verilən xəbərə görə, yeni fəaliyyətə başlayan COP29 Məlumat Mərkəzlərinin məqsədi konfransla bağlı sorğulardan tutmuş konfrans müddətində paytaxtda qonaqlama məsələlərinə kimi müxtəlif sualları əhatəli və dəqiq şəkildə cavablandırmaqdır.
COP29 Məlumat Mərkəzlərinin xüsusi təlim keçmiş işçiləri ətraflı məlumat təqdim etməklə yanaşı, tədbir iştirakçılarının aidiyyəti mövzularda düzgün istiqamətləndirilməsi və müsbət ziyarətçi təcrübəsinin təmin edilməsi xüsusunda da dəstək göstərəcəklər.
Ümumilikdə doqquz məlumat mərkəzi Bakı şəhərinin müxtəlif ərazilərində, əsasən də qonaqlama məkanları və nəqliyyat baxımından əlverişli nöqtələrdə yerləşir. Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq çərçivəsində bu mərkəzlərdən yeddisi daha əvvəl şəhərin qonaqlarına xidmət göstərən mərkəzlərin bazasında, digər ikisi isə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunub.
Qeyd edək ki, məlumat əldə etmək üçün COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən istifadəyə verilmiş *1029 qısa nömrəsi və canlı çat vasitəsilə COP29 Çağrı Mərkəzi ilə də əlaqə saxlamaq mümkündür.
Bu gün, 13:18
Azərbaycan xalqı bundan sonra qalib xalq kimi yaşayacaq


Azərbaycan xalqı bundan sonra qalib xalq kimi yaşayacaq

Şəhərimizin ən gözəl yerlərindən birində bu gün bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Şəhərə gedən iki yolun kəsişməsində Zəfər tağı yerləşir. Həm müasir üslubda inşa edilib, həm çox əzəmətlidir. Hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür.
Bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciətində söyləyib.
Zəfər parkında və tərtib olunan muzeydə bir çox önəmli rəmzlərin olduğunu deyən dövlətimizin başçısı qeyd edib: “Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır”.
Bu gün, 13:13
Bakı Olimpiya Stadionunun ərazisi bu axşam BMT-yə təhvil veriləcək


Bakı Olimpiya Stadionunun ərazisi bu axşam BMT-yə təhvil veriləcək

Bakı Stadionunda COP29-la bağlı inşaat işləri 99 faiz tamamlanıb. Ərazi bu axşam Birləşmiş Millətlər Təşkilatına (BMT) təhvil veriləcək.
Bunu jurnalistlərə açıqlamasında COP29 Azərbaycan Əməliyyat Şirkətinin Məkanların inşası departamentinin direktoru Azər Quliyev deyib.
Çox az işin qaldığını diqqətə çatdıran departament direktoru əlavə edib: “Bu işlər istifadə olunan ərazilərin yenidən ən yaxşı səviyyəyə gətirilməsidir. Bütün infrastruktur dayanıqlı standartlara əsasən quraşdırılıb və ətrafda görünənlərin əksəriyyəti yenidən istifadə oluna bilən materiallardır”.
Bu gün, 13:05
8 Noyabr Günü Türk dünyasının Zəfər səlnaməsidir


8 Noyabr Günü Türk dünyasının Zəfər səlnaməsidir

Bu gün, noyabrın 8-də xalqımız böyük qürurla tarixi Zəfər Bayramını və “Şuşa Şəhəri Günü”nü qeyd edir. Hər iki tarixi Gün münasibətilə xalqımızı, Müzəffər Ali Baş Komandanı, Silahlı Qüvəllərimizin bütün mənsublarını, şəhid ailələrini, qaziləri və müharibə iştirakçılarını ürəkdən təbrik edirəm.
Bu, Zəfər və bu, Vətən üçün canlarını fəda edən qəhrəman Şəhidlərimizin əziz xatirəsini sonsuz minnətdarlıq hissilə anır və onlara Allahdan rəhmət diləyirəm.
Dünya hərb tarixinə qəhrəmanlıq və peşəkarlıq nümunəsi kimi qızıl hərfləlrə yazılan, yeni milli kimliyimizi bəlirləyən, 200 illik milli faciələr silsiləsinə son qoyan və milli ləyaqət tariximizə çevrilən 8 Noyabr Günü hər bir azərbaycanlının və bütövlükdə, Türk dünyasının 21-ci yüzildəki Zəfər səlnaməsidir.
İllər keçsə də 44 günlük Vətən müharibəsində mislsiz igidlik və şücəat nümunələri yaratmış əsgər və zabitlərimizin qəhrəmanlığı və döyüşkən vətənpərvərlik ruhu; Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdərlik bacarığı, qətiyyəti, siyasi dühası və diplomatik məharəti, qələbəmizi təmin edən milli birlik və siyasi həmrəylik haqqında hər zaman ürəkdolusu və fəxarətlə danışılacaq.
Bu qələbəni Azərbaycan və onun Lideri təkcə döyüş meydanında vuruşaraq qazanmadı. Dünya erməniliyinin 100 illik maddi və siyasi resurslarını özündə cəmləyən Ermənistan və onu açıq müdafiə edən qlobal güclərin ölkəmizə qarşı açdığı digər cəbhələrdə - informasiya və diplomatiya cəbhəsində də mücadilə edərək, haqqımızı qoruyaraq və bütün iftiralara və təzyiqlərə sinə gərərək bu Zəfəri qazandıq.
İgidlərimizin noyabrın 8-də sıldırım qayaları aşaraq Qafqazın incisi olan Şuşanı azad etməsi müharibənin taleyini həll etdi. Müzəffər Ali Baş Komandan 10 noyabr Üçtərəfli Bəyanatı imzalamaqla bir tərəfdən Ermənistanın kapitulyasiyasını rəsmiləşdirdi, digər tərəfdən, Ağdam, Kəlbəcər və Laçın rayonlarını müqavimətsiz və itkisiz azad olunmasına nail oldu. Bu dünyanın son 100 illik tarixində işğal olunmuş ərazilərin hərbi-siyasi yolla azad etməyin yeni uğurlu nümunəsi idi. Bunun ardınca Qarabağın yerdə qalan hissəsinin 2023-cü ilin sentyabrında cəmi 1 günə işğalçılardan və separatçılardan tam təmizlənməsi, Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması isə dövlətimizin bənzəri olmayan çox böyük tarixi qələbəsi idi.
Bəli, son 20 ildə Prezident İlham Əliyevin yeni baxışları və əlavə etdiyi müasir dövlətçilik anlayışı ilə daha da zənginləşən Heydər Əliyev siyasəti zirvələri fəth edərək Azərbaycanın nəyə qadir olduğunu dünyaya nümayiş etdirdi.
Azərbaycanın və onun Liderinin uğuru həm də onunla izah olunur ki, xalqımız torpaqlarımızın azad olunmasına qədər çox böyük inkişaf və tərəqqi yolu keçdi, 12 noyabrda 29 yaşını qeyd edəcəyimiz Ulu Öndərin müəllifi olduğu Konstitusiyamızda təsbit olunan müstəqil dövlət quruculuğuna sözdə yox, real həyatda nail oldu, siyasi, sosial, mədəni, iqtisadi sahələrdə və ən vacibi isə ordu quruculuğunda, vətənpərvər gənc nəslin yetişdirilməsində, vətəndaş cəmiyyətinin möhkəmlənməsində köklü dəyişiklərə və uğurlara imza atdı.
Lakin uğradıqları acı məğlubiyyəti heç cür həzm edə bilməyənlər və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə razılaşmayanlar ölkəmizə qarşı apardıqları savaşı dayandırmaq fikrində deyillər.
Bu dairələrin hədəfi dəyişməz olaraq qalır: ölkəmizin beynəlxalq nüfuzuna və əlaqələrinə ola biləcək qədər zərbə vurmaq, iftira və yalan kamapaniyasını genişləndirmək, sementləşən milli birliyimizi və siyasi həmrəyliyimizi zədələmək, qələbəmizi unutdurmaq və ya adiləşdirmək, ictimai mühütü zəhərləmək və ideoloji təhlükəsizliyimizi daim təhdid altında saxlamaq. Bunun üçün onlar hər cür çirkin üsullara əl atır, milli maraqlara hər zaman xəyanət etmiş AXCP və “Milli Şura” kimi cəmiyyətdən dışlanmış marginal qrupların, eyni zamanda, xaricdə kiraladıqları “azərbaycanlıları”n xidmətindən geniş şəkildə istifadə edirlər.
Ancaq onlar heç nəyə nail ola bilməyəcəklər! Azərbaycanda nə qədər güclü Lider, milli birliyik və həmrəylik var, nə qədər ki, milli birliyimizin və gücümüzün rəmzi olan “Dəmir yumruq” yerindədi anti-Azərbaycan qüvvələrin məkrli planlarının həyata keçməsi mümkün olmayacaq.
Zəfər Bayramın və Şuşa Şəhəri Günün mübarək və əbədi olsun, Azərbaycan xalqı!
Bu gün, 12:58
Şanlı Qələbəmiz tarixi nailiyyətimizdir


Şanlı Qələbəmiz tarixi nailiyyətimizdir

Biz isə bundan sonra da güclənəcəyik. Heç bir təzyiq, heç bir hədə-qorxu bizə bu günə qədər təsir etməyib. Bundan sonra da təsir etməyəcək.
Bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciətində söyləyib.
Dövlətimizin başçısı qeyd edib: “Xalq-iqtidar birliyi gücümüzün əsas mənbəyidir. İnkişafda olan Azərbaycan qürur mənbəyimizdir, şanlı Qələbəmiz isə bizim tarixi nailiyyətimizdir, tarixi Zəfərimizdir”.
Bu gün, 12:47
Antiterror əməliyyatı Ermənistanın arxasında duranların acı məğlubiyyətidir


Antiterror əməliyyatı Ermənistanın arxasında duranların acı məğlubiyyətidir

Otuzillik işğal tarixi bizim yaddaşımızdan silinmir və bayaq dediyim kimi, heç vaxt silinməməlidir. Hər an yeni təxribata biz hazır olmalıyıq və hazırıq.
Bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciətində deyib.
Azərbaycan Silahlı Qüvvələrinin hər an təxribatı dəf etmək üçün hazır vəziyyətdə olduğunu bildirən dövlətimizin başçısı vurğulayıb: “Əgər kimsə yenidən bizim gücümüzü sınamaq istəyirsə, yenidən məğlub olacaq, yenidən biabır olacaq. Çünki 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!